Qarabag Media
Haqqımızda Əlaqə

Biri Bakını su qiymətinə satdı, digəri xilas etdi — ARAŞDIRMA - FOTO


Tarix:21-01-2018, 23:08 Kateqoriya:Manşet / Araşdırma

Biri Bakını su qiymətinə satdı, digəri xilas etdi — ARAŞDIRMA - FOTO

İkinci Dünya Müharibəsi cəsarət və qorxaqlıq, şücaət və xəyanət, yalan və həqiqətin çulğalaşdığı bir savaşdı. O savaşda canını qurtarmaq, özünü müharibənin insanları ələyib taleləri kor qoyan dəyirmanında sağ saxlamaq üçün hər alçaqlığa əl atmağa hazır olanlar da vardı, ölümün gözünə dik baxıb ona doğru gedənlər də.

Həmin savaş illərindəki "Türküstan legionu" adlı hərbi birləşmədəki iki insanın taleyi ilk baxışdan adi adamların yaşamı idi. Amma bu, yalnız ilk baxışdan belədir.

Çünki onların həyatları yüz minlərlə insanın yaşamının sonu və xilası ola bilərdi.
Oldu da.

... Hitler Almaniyasının silahlı qüvvələrindəki elitar SS birliklərində yaradılmış "Şərqi Türk Birləşməsi" (Osttürkischer Waffenverband der SS) bütünlüklə Sovetlər Birliyinin müsəlmanlarından, daha doğrusu, müsəlman türklərdən ibarət idi.
"Türküstan legionu" adlanan həmin birləşmədə 8500 nəfər vardı.

"Türksütan" döyüş qrupu (SS-Waffengruppe Turkestan) adlanan birləşmədə Orta Asiyadan olanlar, "İdel-Ural"da (SS-Waffengruppe Idel-Ural) - Volqaboyu bölgələrin xalqları (tatarlar və başqırdlar), "Azərbaycan"da (SS Waffengruppe Aserbaidschan) azərbaycanlılar, "Krım"da (SS-Waffengruppe Krim) isə krım tatarları vardı.
Biri Bakını su qiymətinə satdı, digəri xilas etdi — ARAŞDIRMA - FOTO

Hər qrupdakı əsgərlərin öz qol emblemi, habelə üzərində qızıl günbəzli, üç minarəli və ay-ulduzlu məscid şəkli, bir də "Bizi alla bilen" və ya "Tanrı bizi menen", yəni "Allah bizimlədir" yazısı olan nişanı vardı.

Eyni zamanda, "Türküstan Legionu"nun bütün əsgərlərinin xüsusi sarğısı vardı. Yaşıl parçanın üzərində "Osttürkische Waffen-Verbände der SS", yəni "SS-in Şərqi-Türk Silahlı Birləşmələri" yazılmışdı.

Faşist Almaniyasının füreri Adolf Hitler ilk əvvəl SS-in tərkibində "Yeni Türksütan" (SS Division Neu Turkestan) yaratmaq istəsə də, sonradan fikrindən vaz keçmişdi.

Qəzəblənən generalın planı

Biri Bakını su qiymətinə satdı, digəri xilas etdi — ARAŞDIRMA - FOTOBütün bunlar sonra olacaqdı.
Hələliksə 1942-ci ildi. Mayor Andreas Mayer-Mader "Türküstan legionu"nun 450-ci taburunu yenicə yaradırdı. Bir qədər keçəcək, bu tabur I Şərqi Müsəlman alayına ("1 Ostmuselmanische Regiment") çevriləcəkdi. Alay bütünlüklə əsir alınmış, əslən Orta Asiya respublikalarından olan sovet əsgərlərindən ibarətdi.

Polşa ərazisində yaradılmış bu alay Belarus və Slovakiyada partizanlara qarşı döyüşlərdə, sonralar da 1944-cü ilin avqustunda Varşava gettosunda üsyanın qan içində boğulmasında fəal iştirak etmişdi.

Avqust ayının sonları idi. Faşist Almaniyasının Sovetlər Birliyinə yeritdiyi qoşunların "A" ordu qruplaşması Qafqazda sol cinahdan hücuma keçmişdi. General fon Kleystin tank ordusu əlindən gələni və gəlməyəni etməli, Bakıya "qapı"ları açmalı, vermaxtın yay hücumunun baş məqsədini reallaşdırmalı, Abşeronun neft yataqlarına yiyələnərək Sovetlər Birliyini "qara qızıl"la əsas təminat məkanından məhrum etməliydi.

Faşistlərin qarşıısını kəsən son sədd Terek çayı oldu. Fon Kleyst 3-cü tank diviziyasını sovet qoşunlarının çox inadlı müqavimət göstərdiyi Baksan vadisindən çıxararaq hiyləgər yan manevrlə onu Terek çayı boyunca irəli çəkərək 23-cü tank diviziyasının arxasında saxladı.
Sonucda çox ağır və qanlı küçə döyüşlərindən sonra 23-cü tank diviziyası Mozdok şəhərini ələ keçirdi.

Bundan dərhal sonra fon Kleystin ordusunun ikinci qrupu Tereki keçmək üçün İşer yaxınlığına toplaşdı.

Lakin faşistlərin hesabları burada alt-üst oldu, "Barbarossa" planında Bakını ələ keçirmək cəhdləri uğursuzluqla başa çatdı.
Hitler qəzəbindən özünə yer tapmırdı. O, Bakıya doğru irəliləyişin Terek sahillərində durmasına inanmırdı.

Hitler hər şeydə generalları suçlayır və onların əməliyyatları həyata keçirərkən kobud səhvlərə yol verdiklərini deyirdi.

7 sentyabr, 1942-ci il. Hitlerin əmri ilə Almaniya silahlı qüvvələrinin operativ rəhbərliyinin qərargah rəisi, artilleriya generalı Yodl Ukraynadakı Stalino şəhərciyində general-feldmarşal Listlə görüşmək üçün yola düşür. Ona qoşunların Tuapse yolunda sürətlə hərəkət etməmələrinin səbəbini araşdırmaq tapşırılmışdı.

Yodl da general-feldmarşal Listin müdafiəsinə qalxdı və dedi ki, qarşıya qoyulmuş hədəflərə çatmaq, yəni Bakını ələ keçirmək üçün qoşunların sayı və təminatı yetərli səviyyədə deyil.

Hitler bunu qəbul etmirdi: o, əmindi ki, List Yodlu da "yoldan çıxarıb".

Biri Bakını su qiymətinə satdı, digəri xilas etdi — ARAŞDIRMA - FOTO

Bürküdən və uzun yoldan bihal olub yorulmuş general Yodlun səbr kasası qəflətən daşdı. Sinirlənmiş general qışqıraraq dedi ki, Hitlerin öz əmrləri belədir və general-feldmarşal List də məhz onun, furerin əmrləri ilə hərəkət edir ki, sonucda "A" ordu qruplaşması indi çox ağır vəziyyətdədir.

Hitler bundan çaşdı. Hamıdan çox inandığı general fürerinə qışqırmaqla yanaşı, onun sərkərdə və strateq istedadını şübhə altına alır, Bakıya doğru irəliləyişdəki böhranda suçlayırdı.

- Siz yalan danışırsınız! - Hitler bağırdı. - Heç zaman belə əmrlər verməmişəm! Heç zaman!

Bunu deyəndən sonra Hitler bunkerdən çıxdı və Ukrayna meşəsinin qaranlığına doğru yeridi. Saatlar keçdi, fürer qayıtdı. Bədbin, ağappaq simalı, şişmiş gözlü bir vəziyyətdə.

Bakıya doğru irəliləyən "A" ordular qruplaşmasının işini asanlaşdırmaq məqsədilə Bakıda diversiya və partlayışlar etmək planının hazırlanmasına əmr verildi.

Əmrin göstərişçisi Adolf Hitler olsa da, bilavasitə müəllifi və icraçısı general Yodl idi.
Bakıdakı neft mədənləri, strateji müdafiə müəsssiələri və zavodlarda partlayışlar hazırlamaq da ona həvalə olunmuşdu.

"Bakıya bələd olan axtarılır!"

Yodlun əmri ilə xüsusi qrup hazırlandı. Qrupa 11 zabit daxildi və onların qarşısına qoyulan başlıca məqsəd Bakının sənaye-müdafiə müəssisələri ilə mədənləri, habelə neft mədənlərini sıradan çıxarmaq üçün diversant dəstəsinin yaradılaraq Azərabycan paytaxtına yeridilməsi, əməliyyatın uğurla başa çatdırılması idi.

Zabitlərdən biri diversantların Bakıdan çıxarılması üçün xüsusi plan hazırlamağa ehtiyac olduğunu deyəndə isə şturmbanfurer Zalsvits əsəbiləşərək demişdi: "Onların taleyi kimsəni maraqlandırmır! Bu adamlar Reyx uğrunda qəhrəmanlıqla ölməyə göndərilirlər. Sağ qalıb qayıda bilsələr, lap yaxşı!"

Bakıda partlayışlar törədəsi qrupun üzvlərinin seçilməsi və hazırlıq keçmələri Mayer-Maderə tapşırıldı.
SS zabiti də işə əsl alman pedantlığı ilə yanaşaraq cəmi bir həftə ərzində 64 nəfər seçdi. Bu adamların istisnasız olaraq hamısı əsir düşmüş sovet əsgər və zabitləri idi. Özü də onlar əslən Azərbaycandan idilər.

Seçilmiş potensial diversantlar Polşanın cənubundakı "Zolştanra" adlı bazada təlim keçirdilər. Burada dəstə üzvlərinə atıcı silahlarla davranmaq, partladıcı qurğular yığmaq və quraşdırmaq, paraşütlə tullanmaq, əlbəyaxa döyüş və radistlik öyrədilirdi.

Təlimlərlə zəiflik edənlər dərhal prosesdən kənarlaşdırıldığından, az sonra "Zolştanra"da potensial diversantların sayı 12 nəfərə düşdü.
Onların arasında bir nəfər isə Mayer-Maderin xüsusi diqqətini cəlb etmişdi.

Əslən Bakıdan olan bu şəxs "bolşeviklərdən qisas almaq yanğısı"nda olduğunu deyir və qrup rəhbərliyi ilə görüşmək istədiyini söyləyirdi.
Mayer-Mader bu adamla görüşdü.

Sabiq neftçi olduğunu deyən, kod adı "Piri" olan həmin şəxs Bakıdakı neftayırma zavodları və mədənlərin təfərrüatlı sxemini çəkərək onları partlatmağın asan yollarını bildiyini söylədi. Daha sonra dedi ki, partladıcılıq işindən başı çıxır və "Bakının altını üstünə çevirmək" üçün əməliyyatın başlayacağı günü səbirsizliklə gözləyir.

Təbii ki, həmin şəxs hərtərəfli yoxlandı. Onun kommunist və yəhudilərlə əlaqəsi olmadığı, sabiq bəy ailəsindən olduğu üzə çıxandan sonra Mayer-Maderin üzü güldü.

"Piri"nin dediyinə görə, əməliyyatın uğurlu keçəcəyi təqdirdə Almaniya və ya Avstriyada qalmasına izn verilməsini istəyir. Üstəlik, bu, sonrakı arzudu. İndiki arzusu isə ona kapral rütbəsinin verilməsi imiş.

Mayer-Mader bu barədə "yuxarı"lara, xüsusi yaradılmış operativ-əməliyyat və diversiya qrupuna yazılı hesabat verəndə sənədi bu cümlə ilə başa vurmuşdu:

"Nəzərinizə çatdırmağı özümə borc bilirəm ki, haqqında bəhs etdiyim şəxs Bakını su qiymətinə satır".

Sovet əsiri ilə polyak qadının sirləri

1942-ci ilin sentyabrında SS qaupşturmfüreri Billiqin rəhbərliyi ilə kod adı "Dağdan eniş" olan qrup hazırlıqların son mərhələsinə başlayır. Lakin bir qədər keçir, Billiq bu işdən kənarlaşdırılır və onun yerinə qaupşturmfürer Hermann təyin edilir.

"Piri" isə rütbəcə artmışdı. O, artıq SS-nin oberşturmfüreri Əzimovun, Sovet ordusunun sabiq baş serjantının müavini idi.

1942-ci ilin sentyabrın 19-da Mozdokdan havaya qalxan "Fokker" təyyarəsi diversiya qrupunu Bakıya çatdırmalı, şəhərə bir qədər qalmış diversantlar paraşütlə atılmalı idilər.

Biri Bakını su qiymətinə satdı, digəri xilas etdi — ARAŞDIRMA - FOTO

Sentyabrın 13-də isə həmin dəstənin üzvlərindən biri, SS sənədlərində "Şamil Kamilov" kimi göstərilən 20 yaşlı Şamil Kərimov SS-in Bakı ilə bağlı planları barədə sovetlərin Polşadakı kəşfiyyat şəbəkəsinin üzvü Martina Bıreskaya xəbər ötürdü.

Kərimov anlayırdı ki, diviziyanın qərargahının yeməkxanasında qabyuyan işləyən Martina adi qadın deyil: onun faşistləri sevmədiyini, hətta nifrət etdiyini də hiss etmişdi.

Fəqət, Kərimov bu qadının kimliyini bilmirdi.

Şamillə Martina 1942-ci ilin avqustunda tanış olmuşdular və hər gün, daha doğrusu, günortadan sonra, bazadakı əsgərlər və zabitlərin naharı başa çatandan sonra yeməkxananın arxasındakı ağacların altında oturub söhbətləşərdilər.

Daha "açıq söhbət" etməyi Martina təklif etdi. Dedi ki, sovet qoşunlarında xidmət etdiyini, əsir düşdüyünü, burada nə işlər gördüyünü bilir. Və buna görə də təklif edir ki, bildikləri barədə "yoldaşlar"a xəbər versin.

"Yoxsa faşistlər məğlub olandan sonra buradakıların hamısı kimi sənin də sonun həbsxana, ya da güllələnmə olacaq. Kommunistlərin qələbəsinə şübhə etmə. Necə ki, mən etmirəm", - Martina deyirdi və bilirdi ki, bunları söyləməklə böyuk risk edir.

Şamil eşitdiklərini almanlara xəbər versəydi, Martinanı nələrin gözlədiyini qız ağlına gətirəndə belə, üşənirdi.

Amma cəsarət tapıb söylədi və sözlərinə də peşiman olmadı.

Çünki Şamilin də faşistlərə nifrət etdiyini, bu qrupa da təsadüfən düşdüyünü öyrəndi.
Şamil danışdı.

"Piri"dən, onun mədənlərin və zavodların məxfi planlarını açıqlamasından, Bakıda həmin zavodlarla mədənlərin partladılacağından, bu qrupun da məhz həmin məqsəd üçün yaradılmasından bəhs etdi.
Martina "Gözlə, tələsmə! Sənə nə etmək lazım olduğunu deyəcəyəm" söylədi.

Göydən enənlərin yerdə tutulması

İki gün keçdi və yenə də yeməkxananın arxasındakı ağaclıqdakı söhbət zamanı Martina məlumatı "hara lazımdırsa, ora" verdiyini dedi.

Sentyabrın 19-da Mozdodakı aerodromdan havaya qalxan "Fokker" Bakıya doğru yönəldi.

SS rəhbərliyi həmin axşam Bakıdakı partlayışları, şəhərin məşhər yaşayacağını, mədənlərlə zavodların kibrit çöpü kimi alışıb yanacağını gözləyərək saatları sayırdılar.

"Fokker" Abşeron səmasına çatanda təyyarənin arxa lyuku açıldı və oradakı zabit diversant qrupunun üzvlərinə "Haydı, getdiniz!" söylədi.

Diversantlar bir-bir təyyarədən atıldılar.

Gecənin zülmət qaranlığında onlar Abşeronda yerə enməli, enən kimi paraşütlərini gizlətməli, "adi vətəndaş" paltarı geyərək şəhərdə "əriməli", partladıcı qurğuları deyildiyi yerlərdə yerləşdirməli və ümumi siqnalı gözləməliydilər.
Siqnalı dəstədəki radist almalıydı.

Lakin almanlar bilmirdilər ki, onları aşağıda, Abşeronda, diversantların enəcəyi ərazidə gözləyirlər.
Hərbçilər və Xalq Daxili İşlər Komissarlığının (NKVD) xüsusi əməliyyat işçiləri, bir də silahlı milislərdən ibarət qruplar.

Martinanın aldığı məlumat dərhal Moskvaya, oradan da Bakıya ötürüldüyündən, Bakı, alman təyyarəsindən aşağı kal meyvə kimi vaxtsız töküləcək diversantları, mədən və zavodları partladacaq adamları gözləyirdi.
Eynən almanlar təki - səbirsizliklə.

Həmin qrupun 11 üzvündən 10 nəfər cəmi 4 saatın içində tutuldu.
Tutulanların 6-sı yaralanmışdı, çünki ələ keçərkən atəş açaraq aradan çıxmağa çalışmışdılar.
11-ci üzv isə Şamil Kərimovdu.

"Türküstan Legion"unda adı "Şamil Kamilov" kimi çəkilən birisi.
Kərimov yenidən cəbhəyə qaytarıldı və 1942-ci ilin noyabrında Şimali Qafqazdakı döyüşlərdən birində həlak oldu.

Bakı dəhşətli partlayışlar və yanğınlardan qurtulmuşdu bu insanın sayəsində.

"Piri"yə gəldikdə isə...
Sonradan SS-in I tatar dağ-atıcı briqadasında xidmət etməyə başlamış bu satqını ştandartenfürer Fortenbax elə 1942-ci ilin sonunda güllələmişdi.

İçib sarsaqladığına, həddini aşdığına, Fortenbaxın itinə təpik vurduğuna görə...
Biri Bakını su qiymətinə satdı, digəri xilas etdi — ARAŞDIRMA - FOTO

Basat Ərən










SON XƏBƏRLƏR
Türk hakerlər Amerikadan “qisas” aldı
Azərbaycan Gürcüstana 465 milyon investisiya yatırıb
MİLLİ FƏLSƏFİ FİKRİMİZDƏ ZAKİR MƏMMƏDOVUN XİDMƏTLƏRİ
«Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə üzrə I Şəmkir Çempionatı adlı layihənin ilk mərhələsi başa çatıb
Sabahdan havanın temperaturu yüksələcək
DİM: Magistraturanın qəbul planında 2104 yer boş qalıb
"Rusiya ilə müharibə Avropa üçün faciə olacaq" - NATO generalı
Tanınmış jurnalist intihara cəhd etdi - Reanimasiyadadır
Daha bir ölkə kosmosa insan göndərəcək
Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR
Qurban Qurbanov: "Deyiləcək bir söz yoxdur, heyətimizin yeniləndiyini nəzərə almalıyıq"
Can Laçın — Azər Qaraçənli yazır
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ZEYNALABDİN MARAĞALI
Balakişi Qasımov məşhur rejissoru işdən çıxarır? - Ərizəsi alındı (FOTOLAR)
Türkiyə ABŞ istehsalı olan tikinti materiallarından imtina edib
Qarabağ erməniləri erməni deyil
Donald Tramp “F-35” qırıcı təyyarələrinin Türkiyəyə təhvil verilməsini təxirə salan qanunu təsdiqləyib
“Axşam yatıb, səhər durub...” — Ərdoğandan Trampa sərt sözlər
Doğma Kəlbəcərin əvəzolunmaz tərənnümçüsü
DTX hərbçiləri şantaj edən “reket jurnalistləri” saxladı
Dünyasını dəyişmiş əsgərin atası: “Ədalətli, düzgün istintaqın aparılmasına inanıram”
Gəncə hadisələrinin daha bir iştirakçısı məhv edildi
İlham Əliyev: "Azərbaycan Xəzəryanı ölkələr üçün mühüm tranzit rolu oynayır"
Trampın Türkiyəyə qarşı sanksiya qərarına Qərbdən və Şərqdən təpkilər gəlir
Peskov: "Ərdoğan Putindən yardım istəməyib"
Bakı-Balakən sərnişin qatarı təbii fəlakət səbəbindən yolda qalıb
Paşinyan kəşfiyyat şefini Qarabağa göndərdi
Elçin Quliyev at çapan Gülayla görüşdü – Atasını işə götürdü
42 minədək abituriyent ərizəsini təsdiq edib
Ərdoğandan sərt açılama: "ABŞ bizi dinləməsə..."