Qarabag Media
Haqqımızda Əlaqə

Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi


Tarix:19-01-2018, 14:08 Kateqoriya:Manşet / Hüquq

Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi

Son günlər mətbuatda siqaret çəkilməsi ilə bağlı cərimələrin tətbiq edilmədiyi və hələ də qadağan olunmuş yerlərdə bu halların davam etdiyinə dair müzakirələr sürür.

Qapalı yerlərdə siqaret çəkilməsi ilə bağlı hüquqi məsuliyyət (inzibati cərimələr) necədir?

Qanunda nəzərdə tutulan həmin inzibati xətaları (cərimələri) kim tətbiq edir və ya bu işlərə hansı orqanlar baxmalıdır?

Karabakhmedia.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüVüsal Hüseynovməsələ ilə bağlı modern.az-a bildirib ki, İnzibati Xətalar Məccələsində bəzi yerlərdə siqaret çəkməyə görə cərimə nəzərdə tutan xüsusi normalar var.

"Məsələn, İnzibati Xətalar Məccələsinin 299-cu maddəsində (hava nəqliyyatında) siqaret çəkməyə görə, 100 manat və 305-ci maddədə isə (dəmir yolu nəqliyyatında) 40 manat cərimə nəzərdə tutulur. İnzibati Xətalar Məccələsinin 212.2. maddəsi ilə, yəni, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "Siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli və hüquqi şəxslər də cərimə edilə bilər".

Deputat bildirib ki, siqaret çəkməyə görə cərimənin tətbiq edilməsi səlahiyyəti Fövqəladə Hallar Nazirliyinə (FHN) və Daxili İşlər Nazirliyinə (DİN) verilib.

"Belə ki, "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə Prezidentin fərmanı var.

Fərmana əsasən, İnzibati Xətalar Məcələsinin 212.1. maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Daxili İşlər Nazirliyi, məcəllənin 212.2. maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə isə Fövqəladə Hallar Nazirliyi baxır. Deməli, mövcud qanunvericiliyə əsasən, idarə, müəssisə və təşkilatlar barəsində inzibati cərimə tətbiq etmək səlahiyyəti FHN-ə (212.2), fiziki şəxslər barəsində (212.1) isə DİN-ə verilib".

V.Hüseynov deyib ki, qanun bəzi yerlərdə, sadəcə, siqareti deyil, bütün tütün məmulatlarının (qəlyan və elektron siqaret də daxil olmaqla) çəkilməsini qadağan edir.

"Yeni qəbul olunmuş "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanuna əsasən, siqaret tütün məmulatlarının bir növüdür. Bütün növ qəlyanlar və elektron siqaretlər də tütün məmulatlarına bərabər tutulur. Qanun bəzi yerlərdə sadəcə siqareti deyil, bütün tütün məmulatlarının (qəlyan və elektron siqaret də daxil olmaqla) çəkilməsini qadağan edir. İnzibati Xətalar Məcəlləsinin hazırda qüvvədə olan 212-ci maddəsi isə sadəcə siqaretin adını çəkir. Məcəllədə yeni qanunun qüvvəyə minməsi ilə əlaqədar Milli Məclisin yaz sessiyasında dəyişiklik edildikdə bu məsələlər daha aydın müəyyən ediləcək".

Karabakhmedia.az










SON XƏBƏRLƏR
"Azərbaycan televiziyalarından bütün şou verilişlərini yığışdırardım" — Xeyrəddin Qoca
Azərbaycana qayıdan sabiq nazir yenidən xəstəxanaya yatırıldı
Gələn il pensiyalar 35% artacaq - Nazirdən açıqlama
Belçikada insan cəsədindən gübrə kimi istifadə ediləcək
Gələcək rektora müraciət
Deputat Mahir Abbaszadə yüksək vəzifəyə təyin olundu
"Müalicəmi bitirib Bakıya qayıdacağam" — Rasim Balayev
“Özünü pis kişi eləmə...” - “Qoy başına kül qoysunlar...”
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
"Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır" — Ziyad Səmədzadə
"Məndən küsüb, inciməyə nə var ki..." — Nizami Abbasovun şeirləri
Flora Kərimova nazirin yerində oturmasından danışdı: “Heç kimə heç nəyi keçməyəcəyəm”
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Ərdoğan ABŞ-ın 3 PKK liderinin başına mükafat qoymasını “oyun” adlandırdı
Ukraynada polis rəisi olan azərbaycanlı xanım
Seçkilər heç nəyi dəyişməyəcək - Hədəf yenə Yaxın Şərq və İrandır
Yerli sakinlər və məcburi köçkünlər Bakı “Lift-təmir” İB rəhbərliyinə MİNNƏTDARLIQ ETDİ
Klinton yenidən prezidentliyə namizədliyini irəli sürmək istəyir
Türkiyədən bayraq gününə dəstək - FOTO
Mustafa Kamal Atatürkün ölümündən 80 il ötür - VİDEO
Bir kərə yüksələn bayraq bir daha enməz!
Qurban Qurbanov robot qapıçıya qol vurmağa çalışacaq
Xalq artisti Amalya Pənahova dəfn olunub
“Anamı gecə ilə aparıb Laçında dəfn etdik” - 54 gün mühasirədə qalan şəxslə müsahibə
“Bu çöllər bizə lazım deyil... torpaqları qaytarmağa hazırıq...” - Paşinyanın kitabı başına bəla olub
Bayrağı düşmənə verməyən oğul - NATİQ QASIMOV
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
“...Qırmızı koftalı, yaşıl tumanlı...” — Xan Şuşinski bayrağımızı gizli musiqi ilə vəsf etmişdi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİRZƏ ƏBDÜRRƏHİM TALIBZADƏ - II YAZI
Ekspert: "Moskva ABŞ-la bağlı gözləmə mövqeyindədir"