Qarabag Media
Haqqımızda Əlaqə

“Ən böyük arzumuz oğlumun adının əbədiləşdirilməsidir” - Şəhid zabitimizin anası...


Tarix:19-01-2018, 13:53 Kateqoriya:Manşet / Qəhrəmanlar

“Ən böyük arzumuz oğlumun adının əbədiləşdirilməsidir” - Şəhid zabitimizin anası...

Aprel döyüşlərində qəhrəmancasına həlak Şəhid olan hərbçilərimizdən biri də leytenant Qabil Əbdüləli oğlu Orucəliyevdir. Qabil Şəhid olarkən ən çox ürəkləri sarsıdan bir hadisəylə yadda qaldı: Qabil Şəhid olmamışdan üç gün əvvəl dünyaya gələn ilk oğlan övladını görə bilmədi. Atasını uşaqkən itirən Qabil yeni doğulan körpəsinə atasının adını qoymaq istəyirdi, amma tale elə gətirdi ki, oğluna atasının adını yox, öz adını qoydular.

Karabakhmedia.az aprel Şəhidləri ilə bağlı növbəti yazını təqdim edir.

Anası Nuriyyə xanım:

“Qabil mənim nəfəsim idi. O, mənim həm oğlum, həm sirdaşım, həm evimin böyüyü, ailə başçısıydı. Qabil məni heç incitməzdi. Atası vəfat edəndən sonra hərdən gizlicə ağlayırdım. Qabil üzümə baxan kimi hiss edirdi. Məni ağlamağa qoymurdu. Amma bilmirdi ki, illər keçəcək və anası bir ömür boyu ağlar qalacaq. Qabil kimi övladı itirmək çox çətindir. Atası 2005-ci ildə, 41 yaşında vəfat edəndən sonra iki bacısı və bir balaca qardaşını himayəsinə aldı, işlədi, dolanışığımıza kömək elədi. Hər bir işimizi, problemimizi onunla məsləhətləşirdim. Bacılarını, qardaşını çox sevirdi; onların barmağına daş dəyməsinə beə razı olmazdı. Gündə bir neçə dəfə zəng edib kefimi-halımızı soruşurdu. O, əvəzsiz oğul idi. Bizə həqiqətən də böyüklük edirdi. Qarşısına hərbçi olmağı məqsəd qoymuşdu. Özü də bu arzusuna çatmaqda israrlı idi. Nənəsi onun hərbiyə getməsini istəmirdi, “deyirdi evin böyüyüsən, atan qabaqda yoxdur, qardaşın balacadır, bacıların ailə qurub gedib, ananla qardaşını tək qoyma. Hərbçi elədir ki, harada olacağı bilinmir.”

Amma Qabil bizimlə razılaşmadı, arzusunu reallaşdırdı, zabit oldu. Vətənini ailəsindən, anasından çox sevdi, sinəsini düşmənə sipər etdi ki, Vətən torpağını qorusun. Deyirdi ki, ana, hər zaman mənimlə fəxr edəcəksən. Başınızı aşağı edəcək hərəkət etməyəcəm. Qabil sözünü tutdu, bu gün doğulduğu Naxçıvan, bütün Azərbaycan xalqı onunla fəxr edir. Qabilin toyunun ab-havası hələ çəkilməyib evimizdən, həyətimizdən... Hələ toydan qalan izlər, xatirələr var evimizdə. Vağzalının səsi hələ də qulaqlarımdadır. Qabil özü sevib, seçmişdi. Elçi getdik, nişan qoyduq, sonra da toy elədik. Heç toyunun bir ili tamam olmadı balamın.
“Ən böyük arzumuz oğlumun adının əbədiləşdirilməsidir” - Şəhid zabitimizin anası...

Martın 29-da zəng eləyib ata olması münasibətilə təbrik elədim. Ən son aprelin 1-də Qabillə sonuncu danışığımız oldu. Telefonu açan kimi o, məndən qabağa danışdı: “Ay ana, necəsən? Təhminəyə demişəm, uşağa atamın adını qoyarsınız”, - dedi. Sonra ona zəng çatmadı. Televizordan eşitdik ki, Qabil olduğu istiqamətdə güclü döyüşlər başlayıb. Narahat olduq nə qədər zəng elədiksə, zəng çatmadı. Qohum-əqraba qonşularımız gəlib Qabildən xəbər bilmək istəyirdilər. Hamı Qabildən bir xəbər bilmək istəyirdi. Həyət hər gün adamla dolu olurdu. Sən demə Qabil aprelin 2-də şəhid olub. Öz-özümə deyirdim, Qabil harda olsa zəng edəcək, bizi nigaran qoymaz. Amma, Qabil bir də zəng etmədi, biz onun şəhid olması xəbərini aldıq. Sanki gözümün önündə dünya dağıldı. Qabilsiz bu həyat mənə çox mənasızdır. Qabildən sonra yaşamaq istəmirdim.

Amma Qabilin həyat yoldaşı, yenicə doğulan körpəsi, Qabilin 11 yaşlı balaca qardaşı İsa mənə əmanət qalmışdı. Gücümü topladım. Qabilin cənazəsi gələcəkdi, onu qarşılamaq, bir şəhid anası kimi dəfnə gələnləri, başsağlığı verənləri qəbul eləmək lazım idi. Amma cənazə gecikdi və mən ikinci bir zərbə aldım. Qabilin nəşi düşmən tərəfdə qalmışdı. Səkkiz gündən sonra cənazəni bizə verdilər. Qabilin tabutunu çiynimdə daşıdım, göz yaşlarımı ürəyimə axıtdım. İstəmədim ki, şəhid anasını düşmən ağlayan görsün. Qabilin dəfnindən bir neçə gün sonra oğluna Qabilin öz adını qoyduq. Qabildən sonra qardaşı İsa ikinci dəfə yetim qaldı. Qabil İsanın həm böyük qardaşıydı, həm də ata əvəzi idi. İsa atasını görməmişdi, ona görə də Qabilə “dədə” deyirdi. Tez-tez zəng edib dərslərini soruşurdu. İsaya “dərslərini yaxşı oxu, ananı incitmə, nə istəsən, alacağam sənə”, - deyirdi həmişə. Həmişə də məzuniyyətə gələndə İsaya, bacılarına, mənə mütləq nəsə hədiyyə alıb gətirirdi.

Oğlum bizi qorudu, Vətənini qorudu, dümənə zərbə vurdu. Amma olmur, oğul dərdinə dözmək olmur. Hər cümə günü məzarını ziyarət edirik. Elə olur ki, hər gün qəbiristanlığa gedirəm. Tez-tez oğlunu da aparıram. Şəhid ata Qabillə oğul Qabilin görüşü hər dəfə ürəyimi yandırır. Balam övladının başını bir dəfə sığallaya bilmədi, balasını bir dəfə qucağına almaq qismət olmadı.

Şəhid anası olduğum üçün, Qabilin anası olduğum üçün fəxr edirəm. İstərdim ki, ona Milli Qəhrəman adı verilsin. Çünki Qabil əsl qəhrəmanlıq nümayiş etdirdi. Onun vətənpərvərliyi hamıya örnək oldu. O, başsız qalan ailəsini, yeni doğulan övladını, balaca qardaşını, anasını, bacılarını düşünmədən özünü Vətənə qurban verdi. Bugün Qabilin ailəsi olaraq bizim yeganə arzumuz odur ki, Qabilə Milli Qəhrəman adı verilsin. Adı məktəbə, küçəyə verilib, əbədiləşsin. Gələcək nəsil Qabilin igidliyini, qəhrəmanlığını bilsin, yaddaşlarda yaşasın oğlum. Bəlkə bunlar edilsə, heç olmasa ürəyimizə su səpilər”./Moderator.az/

Yazının davamı var...

Vasif Əlihüseyn










SON XƏBƏRLƏR
Əsəd tərəfdarları ilə İranyönlü qüvvələr bir-birinə girib, xeyli sayda ölü və yaralı var
Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın İsveçrəsi...
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Axar.az saytı 5 yaşını qeyd edir
Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı
Şahmatçılarımızdan Avropa çempionatında növbəti qələbə
Milli Məclisin ən çox maaş alan deputatları - Kim nə qədər alır? - SİYAHI
“The New York Times”: ABŞ kəşfiyyatı Qaşıqçı cinayətində şahzadə Salmanın əli olduğuna əmindir
“İQLA” kompleksindən döyüş atışları icra edildi - VİDEO
Cümhuriyyətin Maliyyə naziri Əbdüləli bəy Əmircanov
“Qanuni oğru” adından imtina edən Qarabağ şəhidi – FOTO
Yeni brendimiz təqdim olunub
Oqtay Şirəliyev "Uşaqların icbari dispanserizasiyası işinin gücləndirilməsi barədə” əmr imzalayıb
Əməkdar artist Ehtiram Hüseynovun doğum günüdür
ABŞ qırıcıları yanlış olaraq Suriyada kürdləri bombaladı
Xarici casus həbs edildi – DTX-dən əməliyyat (FOTO)
Krım terrorunun qurbanlarının sayı artır
Paşinyan Kremlə dirsək göstərir, situasiya Azərbaycanın lehinə dəyişir
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Bakıda BakuBus-un 3 avtobusu toqquşdu
Qarabağ qazisi Etimad Əsədov vəfat etdi  
Ağcabədidə Təhsil Mərkəzi fəaliyyətə başladı
Qurban Qurbanov: "Bu, bizim üçün çox vacib qələbə idi"