Qarabag Media
Haqqımızda Əlaqə

Yetim Qacar - Ramiz Qusarçaylının misrası


Tarix:12-01-2018, 12:39 Kateqoriya:Manşet / Yazarlar

Yetim Qacar - Ramiz Qusarçaylının misrası Şair var gözünün qabağında sözün anasını ağladır, amma susursan, üz-üzdən utanır deyə. Amma şair də var şeirləri adamın yaddaşını ağladır və utanırsan özündən, onu bir dəfə üz-üzə görüb əlini sıxmadığın üçün.

Birinci dediklərim Azərbaycan ədəbiyyatının yağışdan sonra göbələləridir ki, hər yeri basıblar. Saytı açırsan üzünə gülümsəyir, qəzetə baxırsan, şəkli diş ağardır amma...

Televizoru açırsan sözü, tədbirə gedirsən özü gözünə girir. Vicdan səni dirəyir divara, danış deyir, amma sən ona yaxınlaşana qədər üz-üzdən utanır, ürəyinin göbələk yeri “get meşəyə, ədəbiyyatı ləkələmə”- sözünü dilin həmin şairə belə tərcümə etdirib çatdırır.

Siz göbələk kimi gəncliyi hamıdan qoruyursunuz öz papağınızın altında. Ədəbiyyat meşəmiz sizin kimi çinarlardan əksik olmasın.

Nə edəsən durub dilini yalançı çıxarası deyilsən ki, həm də ataların sözü var; “Palaza bürün elnən sürün”.
İçin qan ağlayır, amma dişin ağarır daha dəqiq desək, mənim dişimin qızıldan olduğunu nəzərə alsaq, onun ağaran dişinə baxıb sənin dişin qızarır.

Cavan qızları başına yığıb poza verəndə lap onun yerində də olmaq istəyirsən, amma bu zaman vicdanın qulağına pıçıldayır; “ə, kişi ol, ə, bu gün şəkil çəkdirərsən sabah prezident təqaüdü verdirərsən birisi gün də hansısa müsabiqədə qalib edərsən istedadı olmayıb, amma isti ve dadlı olan bir xanımı.

Və özünə təsəlli verisən, vallah, mən də onun yerində olsam, elə edərəm də. Adam xanımlarn xətrinə necə dəysin axı.

Hələ özünə bəraət üçün Vahidin iki beytini də öz içində özünə yedizdirirsən:
Bütün gözəlliyi Tanrım ol sərvinaza verib,
O hər nə etsə, təbiət Ona icazə verib.
Deyəsən, axı birincilərdən çox danışdıq. Bəs ikincilər!?
Məsələn; Akif Səməd
Akif Səməd niyə bu qədər sevilir? Gözəl şeirlər yazıb?
Onun yaradıcılığı barədə fikir bildirmək mənim boyum üçün deyil, amma bir oxucu olaraq onu deyim ki, Akif Səməd özünü yazıb, özündə olan düzünü yazıb. Budur Akif Səmədi sevdirən.
Əvvəl soruşaq kim idi Akif Səməd ?
Cavabı İbrahim İylaslı versin.
Mənim xalam oğlu doğru kişiydi,
Yalanlar öldürdü Akif Səmədi.
Bu doğru kişini niyə yalanlar öldürdü ki ?
Çünki onun dili ürəyinin sözünü tərcümə etmədən dedi. O, göbələyə göbələk deyə bildiyi üçün tez öldü.

Tək idimi Akif Səməd? Yox, əsla. Bu millətin milləti düşünən oğlu tək ola bilməzdi...

Elə buna görə də, Eldar Baxış da tez getdi aramızdan. Daha dəqiq aramızdan tez apardılar. Hadiyə yazdığı “bir şairi öldürdülər bir ölkənin ortasında, ölkə bilmədi-bilmədi” - misraları əslində özünə və özü kimi insanların taleyinə mayak salmalı idi.

Həqiqəti deyən şairi öldürəcəklər. Şərt deyil güllələsinlər. Lap elə Ramiz Qusarçaylı demişkən; “İndi şairləri güllələmirlər, ac saxlayırlar” timsalında.
Şairləri ac saxlayıb dərdlə bəsləyib öldürdülər .
Famil Mehdi kimi Ağamalı Sadiq Əfəndi kimi Hüseyn Əfəndi kimi.

Və əfəndisiz qalan millət özünün düşük ədəbiyyatını yaratmağa məhkum olur, amma sonra yenə Akif Səmədə qayıdaq.

İradə Aytelin yazısında qeyd edildiyi kimi; “Və Akif Səməd bir də deyirdi ki, “bu dünyada bir hax tərəzisi var, bir də mıx tərəzisi. Gün gələjək, hax da yerini tapajax mıx da”. Tapacaq....

Sonda Tanrı, qoru bizə etibar etmə, özün qoru
Yoxsa küçənin ortasında özümüz öldürərik.
Xocalıda çilikləndi,
Əlimdən saldığım Vətən. ... deyən Ramiz Qusarçaylını.
“Biz belə azadlıq istəməmişdik”- deyən Ayaz Arabaçı kimi şairləri.
Və sonda Şairlər məhz sadaladığım şairlər millətin canlı bayraqlarıdırlar.
Bayraqlarına sahib çıx, millətim, yoxsa gec olacaq...

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlham və Fərizə: əsl sevgi və sədaqət salnaməsi
20 Yanvar şəhidlərinin 29-cu ildönümü anılır
Həcərin nəticəsi: "Nənəm erməniyə ərə gedə bilməzdi..."
“Dövlətqaçqınkom”un 100-ə yaxın əməkdaşı qan verdi - FOTOLAR
“Vətənin ən qəhraman övladları və onların ailələri qarşısında baş əyirəm” - Amerika ordusunun azərbaycanlı polkovniki
Heçmi əlləri titrəmədi?
İranın Qarabağ məsələsinə yanaşması dəyişir?
Günay Rəhimbəylidən Qarabağ atları ilə bağlı - SOS
Ukrayna Rusiya ilə 49 sənədi ləğv etdi
Deputat: Ölümə ən çox ürək-damar xəstəlikləri səbəb olur
“Gördün... Elmira Qafarova kişi qızıdır”
Şəhid Fərid Əhmədovun doğum günüdür
Artıq müalicə üçün İrana getməyə ehtiyac yoxdur! - VİDEO
Polad Bülbüloğlu: "Bu il Qarabağla bağlı konkret addımlar atılacağına ümidvarıq"
Rüstəm Kamalın ədəbiyyat dili - Elnarə AKİMOVA yazır
Muğam sənətinin inkişafı ilə bağlı addım atılacaq
Dörd saat söhbət, dörd kəlmə söz, dörd qəpiklik inam
OPEC Azərbaycanda 2019-cu ildə neft hasilatına dair proqnoz dərc edib
Yaxın Şərqdə xain plan: "Böyük Ermənistan", "Böyük Kürdüstan" və "Böyük İsrail"
Qasırğa və çovğun hanı? – Nazirlik vaxt dedi
Xəzərdə dalğanın hündürlüyü 5,3 metrə çatıb
Bakı Nəqliyyat Agentliyində TƏYİNAT
Ramil Usubov daha bir rəisin yerini dəyişdi
Skiflər, saklar, massagetlər, talışlar və azərilər
Azərbaycanla Rusiya arasında bir sıra ikitərəfli sənədlər təsdiqləndi
Həmsədrlər bəyanat yaydı: “Əhalinin sülhə hazırlanması üzrə razılığa gəlinib”
Sergey Lavrov Azərbaycan-Rusiya münasibətlərinə dair mühüm mesajlar verdi
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb
Putinə qarşı sui-qəsdin qarşısı alındı
"Struktur islahatları idarəetmədə çevikliyin daha da artırılmasına xidmət edir"