Qarabag Media
Haqqımızda Əlaqə

“Təbrizdən qidalanmayan inqilab məğlubiyyətə məhkumdur” — DƏYİRMİ MASA


Tarix:6-01-2018, 22:08 Kateqoriya:Manşet / Türk dünyası

“Təbrizdən qidalanmayan inqilab məğlubiyyətə məhkumdur” — DƏYİRMİ MASA

Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə son günlər İranda baş verən kütləvi etiraz aksiyaları ilə bağlı “Təbrizdən qidalanmayan inqilab məğlubiyyətə məhkumdur” mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri açıq elan edən BAO başqanının Türk Dünyası ilə əlaqələr üzrə müavini, dos., dr. Faiq Ələkbərli (Qəzənfəroğlu) bildirdi ki, son zamanlarda sözdə “İran” adlanan ölkədə baş vərənlər Azərbaycannın güneyindəki kimi, quzeyində yaşayan türklərin də birbaşa diqqət mərkəzindədir. Onun sözlərinə görə, türklər, o cümlədən Azərbaycan türkləri hazırda “İran İslam” adlanan ölkədə hansı səbəblərdən qaynaqlanmasına baxamayaraq, hökumət əleyhinə keçirilən etiraz aksiyalarına həsaslıqla yanaşaraq bu məsələlərdə daha çox milli haqlarını ifadə etməlidirlər. F.Ələkbərlinin fikrincə, bunun üçün də bu etiraz aksiyalarla bağlı hər hansı qüvvələrin, yəni ABŞ-ın, Rusiyanın, İsrailin, Ərəb ölkələrinin və digərlərinin güdüyü niyyətləri bir kənara qoyaraq Azərbaycan türkləri öz milli hədəflərini dəqiqləşdirməli, onun ziyalıları bu yolda müzakirələr apamalıdırlar: “Azərbaycan türklərinin məqsədi ya 1925-ci ildə xarici qüvvələrin əliylə itirdikləri hakimiyyəti yenidən bərpa etmək, ya da ən azından Azərbaycan türklərinin, ümumilikdə türklərin yaşadığı bölgələrdə istiqlaliyyətini qazanmaq olmalıdır. Bir sözlə, bizim əsas hədəfimiz heç bir xarici və daxili qüvvənin din, demokratiya və bunun kimi oyunlarına gəlməyərək, yalnız Azərbaycan türklərinin deyil, eyni zamanda Xorasan türkmənlərinin, qaşqayların, kürdlərin, farsların, ərəblərin, bəlucların da maraqlarına cavab verən bir dövlətin qurulması üzərinə köklənməlidir”.

Sonra BAO başqanının siyasi məsələlərt üzrə müavini, tarixçi alim Alı Balayev, BAO Mərkəzi Şurasının (MŞ) üzvü, türkoloqAydın Mədətoğlu, Birləşmiş Dünya Azərbaycanlıları Təşkilatının Baş katibi və İctimai Əlaqələr Departamentinin Rəhbəri Umuxanım Hüseynzadə, BAOMŞ-nın üzvü Rüfət Muradlı, Tarixçi alim Cavanşir Beydullayev, BAO MŞ-nın üzvləri Natiq Ulubəy, Nəcəfalı Cahangirli, BAO başqanı Zahir Əlisoy və b. mövzu ətrafında çıxış edərək öz fikirlərini bildirdilər.

Ümumilikdə çıxışçılar son günlər İranda baş verən kütləvi etiraz aksiyalarının nəticələrinin Güney Azərbaycan türklərinin məhz milli mənafeyinə xidmət etməsinin əsas məsələ olması vurğuladılar. O cümlədən Güney Azərbaycan Milli hərəkatının bu aksiyalarda hələlik iştirak etməməsi keçmiş inqilabların təcrübəsi baxımından əksər çıxışçılar tərəfindən düzgün addım kimi dəyərləndirildi.
“Təbrizdən qidalanmayan inqilab məğlubiyyətə məhkumdur” — DƏYİRMİ MASA

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
İlham Əliyev OPEC-in baş katibi ilə görüşdü
Aprel döyüşlərinin qəhrəman polkovniki Rahim Əliyev
Ermənilərə satılan azərbaycanlı
Azərbaycan Türkiyənin təcrübəsindən yararlanaraq Qarabağda hərbi əməliyyatlara başlaya bilərmi? - SİYASİ ŞƏRH
Tağıyevin imzası olan şəkil muzeyə verilib - FOTO
2017-ci ildə ermənilər Qarabağda 4 uşaq bağçası tikiblər - FOTOLAR
BAO “RƏSULZADƏ-134” mövzusunda Dəyirmi Masa keçirəcək
Bizsiz Türkiyə Suriyada qalib ola bilməz - İran
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb
Son nəfəsinədək Azərbaycan dedi
Dünyaya üç cümləlik şahanə Türk mesajı!
Milli Qəhrəman Fəxrəddin Şahbazovun doğum günüdür - VİDEO
“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” haqqında - Qulu Məhərrəmlinin yazısı
Mən SMS sevgilərinə inanmıram
Lənkəranda üç övladını ataraq başqası ilə qaçan qadın axtarışa verildi
Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçilib
Futbol üzrə dünya çempionatının kuboku Azərbaycana gətiriləcək
Ərdoğandan sərt mesaj: “Afrindən geri çəkilməyəcəyik”
Türkiyəyə 15 raket atıldı - 1 nəfər öldü, 54 nəfər yaralandı
Avropa Komissiyasının vitse-prezidenti Davosda Azərbaycan prezidenti ilə görüşəcək
Biri Bakını su qiymətinə satdı, digəri xilas etdi — ARAŞDIRMA - FOTO
Rusiya seçim qarşısında qalacaq: Ermənistan yoxsa Azərbaycan? - TOFİQ ZÜLFÜQAROV
Təhsil nazirinin müavini vəzifəsindən azad edildi
Türkiyə tankları Afrinə daxil olub
Ankara Suriyada quru əməliyyatının başlanacağı vaxtı açıqlayıb
“Türk deyəndə onların ağlına qucaqlarında bəslədikləri FETÖ-cülər gəlir” – Ərdoğan
Azərbaycan unikal “Skif” raketlərini alıb - VİDEO
Türkiyə bu cür hərbi əməliyyatları Azərbaycanla birlikdə Qarabağda da aparmalıdır!
Suriyada kürd terrorçuları dörd türk hərbçini öldürdü
QARABAĞ MÖVZUSU MASADAN MASAYA DOLAŞIR