Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycan ordusunun zəfəri — Horadiz əməliyyatından 24- il ötür


Tarix:5-01-2018, 22:43 Kateqoriya:Manşet / Qarabağ

Azərbaycan ordusunun zəfəri — Horadiz əməliyyatından 24- il ötür

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 24 il ötür.

Karabakhmedia.az[ xəbər verir ki, 1993-cü il avqustun sonunda Qubadlını ələ keçirən ermənilər, yenidən qruplaşma üçün ehtiyac duyduğundan, atəşkəs elan etmişdilər və Ermənistandan yeni silah və qoşunları gəlişi üçün gözləmək məcburiyyətində idi. Oktyabrın sonlarında erməni hərbi birləşmələri Azərbaycan-İran sərhədində yerləşən Horadizi tez ələ keçirib, bununla Zəngilan rayonunun Azərbaycan ərazisi ilə əlaqəsini kəsmişdi. 1993-cü il dekabr ayında erməni silahlı dəstələri Füzuli şəhərinin şərqinə hərəkət etmək üçün cəhd göstərsə də, görünməmiş müqavimət ilə qarşılaşdı və geri çəkilməyə məcbur oldu. Bundan sonra Azərbaycan ordusu üç istiqamətdə hücuma keçdi. 15 dekabrda Azərbaycan hərbçiləri dərhal 5 istiqamətdə hücuma keçdi — Füzuli, Xocavənd, Ağdam, Mardakert və Kəlbəcər. Dağlıq Qarabağın şimal-şərqində hücum, erməniləri Mardakert rayonunun bir sıra yaşayış məntəqələrini tərk etməsini məcbur etdi.

Azərbaycan hissələrinin Horadizə əsas zərbələri, Dağlıq Qarabağın cənub-şərqində Beyləqan rayonundan gəlirdi. Döyüş çöl zonasına keçmişdi. Azərbaycan hissələri bu şəraitdə düşmənin müdafiəsini dağıtdı və top atəşi və raket artilleriyasının altında Füzuli rayonunun daxilinə irəlləməyə başlamışdılar. 1994-cü ilin yanvar ayının əvvəlində, azərbaycanlılar 11 qəsəbə və 40 kilometr Azərbaycan-İran sərhədi uzunluğunda ərazini ələ keçirmişdi. 5 yanvarda Azərbaycan tərəfinin verdiyi məlumata görə, Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində, bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd “Şturm-S”, 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb. Düşmən ağır itkilər verərək və cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib. Horadiz yaxınılığında Şükürbəyli uğrunda həlak olumuş kəşfiyyat bölməsinin 702-ci alayın kapitanı Elxan Zülfüqarov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. 6 yanvar (digər mənbələrə görə - 8 yanvar) 702-ci alay düşmənin müqavimətini qırıb, döyüşüb Horadizə daxil oldu, qəsəbəni, Horadiz Dəmiryol Stansiyasını və Araz çayı üzrə vacib strateji hədəf olan Xudafərin körpülərini (qısa olsa da) ələ keçirdi. Əməliyyata Şair Ramaldanov rəhbərlik edirdi. Horadiz — qərbdə Cəbrayıl, Qubadlı, Zəngilanrayonları və şimalda Füzuliyə gedən yolların mühüm kəsişməsi idi. Beləliklə Azərbaycan Araz çayı üzərində Horadiz dəmiryolunu və şimal istiqamətində Füzuliyə irəllədi. Nəticədə, Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi Azərbaycanın nəzarətinə keçdi. Qorxmaz Eyvazov Füzuli rayonu ərazisində gedən döyüşdə və Horadiz əməliyyatı zamanı əsl igidlik göstərmişdi. Onu bölük komandiri təyin etmişdilər. O, Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına həlak olub, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü. Azərbaycan tərəfinin verdiyi məlumata görə, Azərbaycan 21 min hektar sahə ərazini nəzarəti altına keçirmişdir.

Yanvarın sonunda, ermənilərin artan müqavimətini keçən Azərbaycan qoşunları, Füzuli və Cəbrayıl rayon mərkəzinin yaxınlığına çatsalar da, düşmənin əks-hücumları nəticəsində dayandırılmışdır. Buna baxmayaraq, Horadiz əməliyyatı Azərbaycan Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub. Horadiz əməliyyatında misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
"Yeni hakimiyyətin formalaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərməyəcək" - POLİTOLOQ
“Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu” – Rəşid Mahmudov
Nalbandyan Moskvaya getdi
"Karabakh TV yaratmaq lazımdır..."- Təklif
Gəncədə məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub
Ermənistanda hakim koalisiya dağılıb
İlham Əliyevin Türkiyə səfəri başa çatdı
Yerevana əlavə qüvvə yeridilib, vəziyyət nəzarətdən çıxır
Maşını saxlatdırıb sürücünün qulağını kəsdilər - Lənkəranda olay
Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib
Paşinyan küçələrdən çəkilməsə Azərbaycan hücum edəcək?
Serj Sarkisyan Ermənistanın baş naziri oldu
Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək
Azərbaycan qazının Avropaya ilk tədarükünün vaxtı açıqlandı
Türkiyədə Əbülfəz Elçibəyin adına restoran açılıb
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
ATƏT-lə əməkdaşlıq dayandırılsın - Arif Rəhimzadə
Ermənistan parlamentində təhlükəli anlar yaşanır
"Türkiyəni Rusiyadan ayırdıq" bəyanatına cavab gəldi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ABBASQULU AĞA BAKIXANOV - V Yazı
Rusiya Dəməşqə yeni silahlar göndərib - FOTO
Qarabağdakı hərbi hissədə silahlı insident baş verib, həlak olan var
İrəvanı etiraz dalğası bürüdü — 100 min insan Fransa meydanına tərəf irəliləyir
Fransadan tarixi etiraf: Rusiya ilə Türkiyəni bir-birindən qopardıq
Türk-islam aləminin ilk azərbaycanlı qadın millət vəkili kim olub?
Ermənistan parlamenti sabah Serj Sərkisyanı baş nazir seçəcək
“Bu boyda kişini jurnalistlər öldürdü” – Ağacan Abiyev
İlham Əliyev Ramiz Mehdiyevə orden verdi
Ölüləri basdırmağa yer axtarıram...
Bu gün Milli Qəhrəman Rizvan Teymurovun doğum günüdür