Qarabag Media
Haqqımızda Əlaqə

Şahmar Əkbərzadə adına mükafatın laureatları məlum oldu - ADLAR


Tarix:5-01-2018, 15:05 Kateqoriya:Manşet / Cəmiyyət

Şahmar Əkbərzadə adına mükafatın laureatları məlum oldu - ADLARVektor Beynəlxalq Elmlər Akademiyasının 2001-ci ildən etibarən ənənəvi olaraq hər il təltif etdiyi Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatının 2017-ci il üçün laureatlarının adları Mükafat komissiyası tərəfindən açıqlanıb.

Komissiyanın sədri, Vektor Beynəlxalq Elmlər Akademiyasının prezidenti, professor Elçin İsgəndərzadənin Modern.az-a bildirdiyinə görə, builki laureatların siyahısı Giya Paçxataşvili, Flora Xəlilzadə, Vüsal Nuru və Anar Amindən ibarətdir.

Xatırladaq ki, görkəmli Azərbaycan şairinin adını daşıyan bu beynəlxalq mükafat 17 ildir ki, hər il onun doğum günü ərəfəsində bir nəfər görkəmli xarici ölkə şairinə, bir nəfər gənc şairimizə və bir neçə nəfər tanınmış şair və ədəbiyyatşünaslarımıza təqdim edilir.

Hər il mükafat alan şairlərin kitabları Vektor Beynəlxalq Elmlər Akademiyası tərəfindən yayınlanaraq oxuculara hədiyyə olunur.

İndiyə qədər Yavuz Bülənt Bakilər (Türkiyə), Nadırbek Alımbekov (Qırğızıstan), Muxtar Şaxanov (Qazaxıstan), Əli Daşqın (Güney Azərbaycan), Orhan Aras (Almaniya), Vladimir Boyarinov (Rusiya), Aleksandr Navrotski (Polşa), Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Sabir Rüstəmxanlı, Adil Mirseyid, Paşa Qəlbinur, Rəşad Məcid, Çingiz Əlioğlu, Qulu Ağsəs, Musa Urud, Vaqif Bəhmənli, Tofiq Abdin, Nizami Cəfərov, Azər Turan, Əjdər Ol və digər şairlər və ədəbiyyatşünaslar bu mükafata layiq görülüblər.

Mükafat laureatlarının 62 adda kitabı yayınlanıb.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı
Şahmatçılarımızdan Avropa çempionatında növbəti qələbə
Milli Məclisin ən çox maaş alan deputatları - Kim nə qədər alır? - SİYAHI
“The New York Times”: ABŞ kəşfiyyatı Qaşıqçı cinayətində şahzadə Salmanın əli olduğuna əmindir
“İQLA” kompleksindən döyüş atışları icra edildi - VİDEO
Cümhuriyyətin Maliyyə naziri Əbdüləli bəy Əmircanov
“Qanuni oğru” adından imtina edən Qarabağ şəhidi – FOTO
Yeni brendimiz təqdim olunub
Oqtay Şirəliyev "Uşaqların icbari dispanserizasiyası işinin gücləndirilməsi barədə” əmr imzalayıb
Əməkdar artist Ehtiram Hüseynovun doğum günüdür
ABŞ qırıcıları yanlış olaraq Suriyada kürdləri bombaladı
Xarici casus həbs edildi – DTX-dən əməliyyat (FOTO)
Krım terrorunun qurbanlarının sayı artır
Paşinyan Kremlə dirsək göstərir, situasiya Azərbaycanın lehinə dəyişir
18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
Bakıda BakuBus-un 3 avtobusu toqquşdu
Qarabağ qazisi Etimad Əsədov vəfat etdi  
Ağcabədidə Təhsil Mərkəzi fəaliyyətə başladı
Qurban Qurbanov: "Bu, bizim üçün çox vacib qələbə idi"
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində geniş iclas keçirilib
Millimizdən ilk qələbə
ABŞ və Türkiyə razılığa gəldi — Keşiş Branson azad ediləcək
Laçında tapşırın torpağa məni...
Bu bədxahlar “kəşflərimizi” görməzdən gəlirlər
Yenə leysan xəbərdarlığı edildi
İlham Əliyev şimal bölgəsinə səfər edib