Qarabag Media
Haqqımızda Əlaqə

Ərdoğan: "Qarışdırılan ölkələr həmişə İslam ölkələridir"


Tarix:5-01-2018, 13:04 Kateqoriya:Manşet / Türk dünyası

Ərdoğan: "Qarışdırılan ölkələr həmişə İslam ölkələridir"

"Xalqı müsəlman olan ölkələrin üzərində oyunlar oynayırlar"

Türkiyə prezident Rəcəb Tayyib Ərdoğan Fransaya səfəri öncəsi jurnalistlər üçün brifinq keçirib. O, son günlər Türkiyə hökumətində araşdırma aparılması ilə bağlı iddiaların doğruluq payının olmadığını deyib.

Karabakhmedia.az Faktxəbər-ə istinadən məlumatına görə, Ərdoğan regionda koalisiya güclərinin varlığını bildirib və Fransanın da bu məsələdə fəal rol oynadığını vurğulayıb: "Buradakı proseslərin nə vəziyyətdə olduğunu da müzakirə imkanımız olacaq. Fələstin, Qüds, Suriya, İraq başsa olmaqla digər sahələrdəki məsələləri dəyərləndirmək imkanımız olacaq. Türkiyə-Avropa ittifaqı münasibətlərini, hansı ki, Fransa AB-də fəal bir ölkədir, Kiprə dair son prosesləri də müzakirə edəcəyimizə inanıram."

Ərdoğan bildirib ki, Türkiyə və Fransa arasında 13.5 milyardlıq ticarət dövriyyəsi var və hədəf 20 milyard avrodur: "Bunu 20 milyard avroya çatdırmağımız böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə fəaliyyətimizi də davam etdirəcəyik. Türkiyədəki investisiya imkanlarını və ikitərəfli ticarət əlaqələrimizi daha da inkişaf etdirməyin yollarını müzakirə edəcəyik."

Ərdoğan daha sonra İranda baş verən hadisələrə də toxunaraq bildirib ki, bu barədə həmkarı Həsən Ruhani ilə söhbət edib: "Ruhaninin ilk açıqlaması onun xalqın demokratik haqlarını tələb etmək haqqı olduğunu dəstəklədiyi yönündə idi və bu da küçə aksiyalarını sakitləşdirdi. Xarici İşlər Nazirliyi səviyyəsində açıqlamamızı verdik, prezident sözçüsü də bu barədə açıqlama verib. Xüsusilə, bəzi ölkələrin, başda ABŞ, İsrail olmaqla İranın, Pakistanın və sair ölkələrin daxili işlərinə qarışmasını düzgün hesab etmirik. Bunu İraqda gördük. Suriyada vəziyyət düzəlibmi, yox, Liviyada eyni, Tunis eyni, Sudan, Çad hamısı eynidir. Qarışdırılan ölkələr həmişə İslam ölkələridir. Xalqı müsəlman olan ölkələrin üzərində oyunlar oynayırlar. Buralarda yeraltı sərvətlər var, onları necə talamağın yollarını axtarırlar. Bu həqiqətləri başda xalqımızın, daha sonra isə bütün xalqların bilməsi lazımdır. Buna görə də baxışların dəyişməsi lazımdır. Birlərini tənha qoymaq isatəyənlərin özləri tək qalacaqlar."

Karabakhmedia.az










SON XƏBƏRLƏR
“Araz Əlizadənin deputat olması şərəfimə toxunur” - Xeyrəddin Qoca
Xəncərli qatil Şəmkirdə öldürüldü – VİDEO
İlham Əliyev: “Son hadisələr göstərir ki, onların əlində terrordan başqa heç bir vasitə qalmayıb”
Ərdoğan Makronun dəvətini rədd etdi: “İşim var…”
İtaliya Trampın çağırışına qarşı çıxdı
“Sosial şəbəkələrdə normal adamlar olmur” — Araz Əlizadə
“Neftçi”dən əzmkar qələbə
Tanınmış şair məzarı başında anıldı
Binəli Yıldırım Türkiyə parlamentinin sədri seçilib
Tarixin gedişatını dəyişən Malazgird döyüşü — TURAN TAKTİKASI
Dünyanın ən güclü orduları açıqlandı – SİYAHI
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü 4 saata yaxın davam edib”
Prezident İlham Əliyev NATO ölkələri başçıları üçün təşkil olunan qəbulda iştirak edib
Adnan Oktarın əmlakı müsadirə edildi - “Kediciklər” ac qalacaq
Avropa İttifaqından Qarabağ məsələsində ermənilərə növbəti zərbə
"Qarabağ" mübarizəyə qələbə ilə başladı
NATO-dan Rusiya açıqlaması: “Soyuq müharibə istəmirik”
Elxan Şahinoğlu: "Dövlətimizi qorumaq üçün bütün imkanlar səfərbər edilməlidir"
Qurban Qurbanov: "Vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır"
İlham Əliyev Belçikaya gedib
Fazil Mustafa: "Gəncəni sınaq poliqonuna çevirməsinə imkan verilməyəcək"
"Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən çox olub"
“Köçəryan Moskvaya qaçıb” – Keçmiş prezidentə korrupsiya ittihamı
Azərbaycanın daha 13 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb
Prezidentlər dünyaya Qarabağla bağlı mesaj verdilər
Nazirlikdən isti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Duqin Qarabağla bağlı Paşinyan hökumətini şoka saldı
İran neft ixracını rekord həddə qaldırır - ABŞ-a cavab
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
Rusiya Ermənistandakı hərbi bazasına iki ədəd yeni nəsil “MiQ-29” qırıcıları göndərib