Qarabag Media
Haqqımızda Əlaqə

Əfsanəvi alay komandiri Şirin Mirzəyev — Foto/Video


Tarix:5-01-2018, 03:08 Kateqoriya:Manşet / Qəhrəmanlar

Əfsanəvi alay komandiri Şirin Mirzəyev — Foto/Video

Qarabağ savaşı tarixinin səhifələrinə qızıl hərflərlə həkk olunmuş bir ad var – Şirin Mirzəyev! Qeyrət təcəssümü olan bu qəhrəman tək Xankəndi şəhərinin, Qarabağın deyil, o taylı-bu taylı Azərbaycanın, dünya azərbaycanlılarının qürur mənbəyidir. O, öz həyat və döyüş yolları, vətən qarşısındakı xidmətləri ilə özündən sonra bir abidə qoyub getdi – Qəhrəmanlıq abidəsi...

Şəhidliyinin 25-ci ildönümü ərəfəsində haqqında yazılanlara, çəkilişlərə bir daha nəzər yetirirəm, döyüş yoldaşlarının xatirələrini oxuyuram, iş və cəbhə yoldaşım İbrahim Rüstəmlinin “Sərkərdə” kitabını vərəqləyirəm, yaşca məndən böyük olan xankəndililərin haqqındakı söhbətlərini xatırlayıram, şəkillər, qəzetlər bir daha Şirin Mirzəyevi qürur hissi ilə, böyük ehtiramla yad etməyə sövq edir məni.

Şirin Mirzəyev əsl peşəkar hərbçi idi. Mükəmməl nəzəri biliklərə, zəngin təcrübəyə malik hərbçi. Və onun peşəkarlığını qorxmazlığı, igidliyi, mərdliyi, ən başlıcası isə vətənə bağlılığı tamamlayırdı. Təbii ki, heç kəs anadan qəhrəman doğulmur, qəhrəmanları döyüşlər, düşmənlə mübarizə, yalnız öz sərt qanunlarına tabe olan müharibə yetişdirir. Torpaq, üstünə qan töküldükcə öz igidlərini kəşf edir. Qarabağ savaşında Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev də bax beləcə kəşf olundu.

Belə bir deyim də var: İgid insan təhlükədən qorxmayan yox, təhlükəyə qalib gəlmək istəyən adamdır. Məhz Şirin Mirzəyev də müharibənin xalqımız üçün yaratdığı təhlükəyə qalib gəlmək istəyən və buna görə canından belə keçməyə hazır olan igidlərdən idi.

Karabakhmedia.az bu gün doğum günü olan Milli Qəhrəman haqda yazını təqdim edir.

Şirin Vəli oğlu Mirzəyev 1947-ci il yanvar ayının 5-də Xankəndi şəhərində anadan olub. Orta təhsilini Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə alıb. 1966-cı ildə keçmiş SSRİ Daxili İşlər Nazirliyinin Daxili Xidmət Qoşunlarının 5456 saylı hərbi hissəsində xidmətə başlayıb, 1967-ci ildə oradan SSRİ Daxili İşlər Nazirliyinin Ali Siyasi Məktəbinə göndərilib. 1971-ci ildə həmin ali məktəbi bitirərək SSRİ Daxili İşlər Nazirliyi Daxili Xəidmət Qoşunlarının müxtəlif hissələrində xidmət edib. Təhsilini davam etdirərək 1988-ci ildə Moskva Hərbi Siyasi Aakdemiyasını bitirib. 1990-cı ilin oktyabr ayında polkovnik-leytenant rütbəsi alıb. 20 illik xidmətdən sonra 1991-ci ilin əvvələrində sovet ordusunda qulluq etməkdən imtina edib...

Qarşıda isə onu yeni, müstəqil Azərbaycanın nizami ordusunun yaradılmasında göstərəcəyi xidmət gözləyirdi. Özü də müharibə şəraitində, ölkədə siyasi durumun heç də arzulanan olmadığı bir ərəfədə...

Əfsanəvi alay komandiri Şirin Mirzəyev — Foto/Video1991-ci il sentyabr ayının əvvəllərində artıq Ağdamın 20-yə yaxın kəndində yerli ərazi özünümüdafiə dəstələri yaradılmışdı. Ancaq bu dəstələrin hər bir üzvünün hədsiz vətənpərvərlik hissi, qəhrəmanlıq və cəsurluq duyğusu olsa da, onların heç birinin hərbi peşəkarlığı yox idi. Bu isə düşmənin qarşısına çıxarılacaq döyüşkən bir ordunun təlim və bacarıq səviyyəsinin yüksək olmasına, yaranacaq ordunun formalaşması işinə əngəl törədirdi.

Ayrı-ayrılıqda fəaliyyət göstərən bu yerli ərazi ozünümüdafiə dəstələrini vahid komandanlıq altında birləşdirmək, planlı şəkildə döyüş əməliyyatları hazırlamaq və həyata keçirmək üçün Ağdamda səriştəli zabitə böyük ehtiyac duyulurdu. Belə bir taleyüklü vaxtda SSRİ Daxili İşlər Nazirliyi Daxili Xidmət Qoşunlarının alayında xidmət etmiş peşəkar hərbçi - polkovnik- leytenant Şirin Mirzəyev Ağdama gələrək Azərbaycanın qədim torpaqlarını ələ keçirmək istəyən düşmənə qarşı ölüm-dirim savaşına atıldı. Azərbaycan Respublikasının müdafiə naziri, general-leytenant Valeh Bərşadlının 12 noyabr 1991-ci il tarixli əmri ilə polkovnik-leytenant Şirin Vəli oğlu Mirzəyev Ağdam ərazi özünümüdafiə taborunun komandiri təyin olundu.

Az vaxt keçmədi ki, rayonun kəndlərindəki yerli ərazi özünümüdafiə dəstələri əmrlə polkovnik – leytenant Şirin Mirzəyevin komandanlığına tabe etdirildi. 1991-ci il noyabr ayının ilk günlərində Ağdamda ərazi özünümüdafiə taborunun yaradılması demək olar ki, başa çatdırıldı.
Əfsanəvi alay komandiri Şirin Mirzəyev — Foto/Video

Ağdama gəlişinin elə ilk həftələrindən Şirin Mirzəyevin peşəkar hərbçi, bütün varlığı, məsləki ilə Qarabağa bağlı olmağı özünü göstərdi. Vətənin qeyrətli övladları ona inanır, ölümün üzünə dik baxaraq onun arxasınca gedirdilər. Şirin Mirzəyev qəhrəman sərkərdə, ədaləti hər şeydən uca tutan insan, nəfsini özünə tabe etdirən bir şəxsiyyət kimi sevilir, ona bəslənən sevgi gündən-günə artırdı.

Qısa müddət keçdikdən sonra ağır bir şəraitdə ordu hissəsi yaratmaqla düşmənə sarsıdıcı zərbə vura bilən tabor komandirinə daha böyük etimad göstərilərək o, madafiə nazirinin əmri ilə Ağdam rayonunun hərbi komissarı və alay komandiri vəzifələrinə təyin edildi. Şirin Mirzəyev məsul vəzifələr daşısa da onun «kabineti» cəbhənin ön xətti idi.

Şirin Mirzəyevin Ağdamdakı xidməti fəaliyyəti dövründə Fərrux, Qazançı, Ağbulaq, Abdal Gülablı və s. əməliyyatlarda yüzlərlə soydaşımız erməni silahlı birləşmələrinin vəhşi caynağından xilas edilmiş, onun sərkərdəlik qabiliyyəti nəticəsində Fərrux, Pircamal, Qazançı, Ballıqaya, Qaraşlar, Bəşirli, Sirxavənd, Ağbulaq, Dəhraz, Naxçıvanik kəndləri erməni quldurlarından azad olunmuş, Ağdam rayonunun böyük bir hissəsi müdafiə edilmişdi.

Şirin Mirzəyev ermənilər üçün böyük təhlükə sayılırdı. Onun keçirdiyi hər bir uğurlu əməliyyat düşməni vahiməyə, qorxuya salırdı. Ancaq təəssüf ki, onun bu uğurlu əməliyyatları, düşmənin son nəfərinə kimi Qarabağdan çıxarmaq, torpaqlarımızı azad etmək arzuları yarımçıq qaldı. 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək Şirin Mirzəyev ömrünü Azərbaycana qurban edərək şəhidlik zirvəsinə ucaldı.

Ölümündən sonra polkovnik-leytenant Şirin Mirzəyev “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilib.
Əfsanəvi alay komandiri Şirin Mirzəyev — Foto/Video

Bu Şirin Mirzəyevin seçdiyi yol idi. Baxmayaraq ki, hələ orta məktəbdə oxuyanda ədəbiyyata, incəsənətə daha çox meyl göstərirdi, aktyor olmaq arzusu ilə yaşayırdı. O, öz arzularının arxasınca getmədi, xəyyalarında qurduğu obrazları yarada bilmədi, teatr zalındakı tamaşaçıların alqışlarını eşitmək istəyinə çatmadı, amma həyatda ən böyük obrazını yaratdı, qəhrəmanlıq obrazını. Və sayca teatr tamaşaçılarından yüz dəfə, min dəfə artıq, bütün azərbaycanlıların alqışını qazandı...
Əfsanəvi alay komandiri Şirin Mirzəyev — Foto/Video


Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyev Bakıda Şəhidlər Xiyabanında dəfn edilib...

İlham Cəmiloğlu










SON XƏBƏRLƏR
“Araz Əlizadənin deputat olması şərəfimə toxunur” - Xeyrəddin Qoca
Xəncərli qatil Şəmkirdə öldürüldü – VİDEO
İlham Əliyev: “Son hadisələr göstərir ki, onların əlində terrordan başqa heç bir vasitə qalmayıb”
Ərdoğan Makronun dəvətini rədd etdi: “İşim var…”
İtaliya Trampın çağırışına qarşı çıxdı
“Sosial şəbəkələrdə normal adamlar olmur” — Araz Əlizadə
“Neftçi”dən əzmkar qələbə
Tanınmış şair məzarı başında anıldı
Binəli Yıldırım Türkiyə parlamentinin sədri seçilib
Tarixin gedişatını dəyişən Malazgird döyüşü — TURAN TAKTİKASI
Dünyanın ən güclü orduları açıqlandı – SİYAHI
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü 4 saata yaxın davam edib”
Prezident İlham Əliyev NATO ölkələri başçıları üçün təşkil olunan qəbulda iştirak edib
Adnan Oktarın əmlakı müsadirə edildi - “Kediciklər” ac qalacaq
Avropa İttifaqından Qarabağ məsələsində ermənilərə növbəti zərbə
"Qarabağ" mübarizəyə qələbə ilə başladı
NATO-dan Rusiya açıqlaması: “Soyuq müharibə istəmirik”
Elxan Şahinoğlu: "Dövlətimizi qorumaq üçün bütün imkanlar səfərbər edilməlidir"
Qurban Qurbanov: "Vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır"
İlham Əliyev Belçikaya gedib
Fazil Mustafa: "Gəncəni sınaq poliqonuna çevirməsinə imkan verilməyəcək"
"Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən çox olub"
“Köçəryan Moskvaya qaçıb” – Keçmiş prezidentə korrupsiya ittihamı
Azərbaycanın daha 13 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb
Prezidentlər dünyaya Qarabağla bağlı mesaj verdilər
Nazirlikdən isti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Duqin Qarabağla bağlı Paşinyan hökumətini şoka saldı
İran neft ixracını rekord həddə qaldırır - ABŞ-a cavab
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
Rusiya Ermənistandakı hərbi bazasına iki ədəd yeni nəsil “MiQ-29” qırıcıları göndərib