Qarabag Media
Haqqımızda Əlaqə

İrandakı etırazları izah edən 6 qrafik


Tarix:5-01-2018, 01:32 Kateqoriya:Manşet / Dünya

İrandakı etırazları izah edən 6 qrafik

İranlıların həyat səviyyəsinin aşağı düşməsi və geniş yayılmış korrupsiya ilə bağlı hiddət son onilliyin ən geniş izdihamlı etirazlarını qızışdıran amillərdən olub.

Bu, İranın Yaxın Şərqdə ikinci ən iri iqtisadiyyat olmasına baxmayaraq baş verib. Ölkə qaz yataqların böyüklüyünə görə ikinci və təsdiq olunmuş neft ehtiyatlarına görə 4-cü yeri tutur.

Aşağıdakı 6 qrafik bir çox sadə iranlının niyə çətinliklərlə üzləşdiyini başa düşməyə kömək edə bilər.

1. İqtisadi artım sanksiyalara görə məhduddur

* İran iqtisadiyyatına illər ərzində nüvə proqramı ilə bağlı beynəlxalq ictimaiyyət tərəfindən tətbiq olunan sanksiyalar ciddi təsir göstərib.
* İranda kütləvi nümayişlər - 5 suala cavabda
* Həsən Ruhani kimdir?


İranda etirazlar: Telegram və Instagram-ın işi məhdudlaşdırılıb
İrandakı etırazları izah edən 6 qrafik

Ümumi Daxili Məhsul (ÜDM) 2015-ci ildə 1,4 faiz ixtisara məruz qaldı. Həmin il mötədil prezident Həsən Ruhani aparıcı dövlətlərə ölkənin nüvə proqramının məhdudlaşdırılmasına dair razılıq verdi.

2016-cı ildə nüvə sazişinin qüvvəyə minməsi və əksər sanksiyaların ləğvinin ardınca iqtisadiyyat yenidən sürətlə artmağa başladı.
Mərkəzi Bankın rəqəmlərinə görə ÜDM-nin artımı 12,3 faizə çatdı.

Bu artımın əksər hissəsi neft və qaz sənayesinin inkişafı ilə əlaqələndirilir.

Ötən ay Beynəlxalq Valyuta Fondu (BVF) artımın qeyri-neft sektoruna da sirayət etdiyini bəyan etdi.
BVF 2017-2018-ci illərdə ÜDM-nin 4.2 faiz artacağını proqnozlaşdırır.

Lakin inkişaf bir çox iranlının gözlədiyi qədər təməlli olmadı.

Təhlilçilərə görə, ölkənin maliyyə fəaliyyəti ilə bağlı ABŞ tərəfindən tətbiq edilən məhdudiyyətlər qüvvədə qalır və bu, İranla əməkdaşlıq istəyən xarici şirkətləri kənarda qoyur.

Oktyabr ayında ABŞ prezidenti Donald Trump nüvə sazişini təsdiqləməkdən imtina etdi və Konqresi sanksiyaların bərpasına səslədi.

2. Yüksək inflyasiya

1979-cu ildəki İran İslam İnqilabından bəri inflyasiya səviyyəsi həmişə dəyişkən olub.
İrandakı etırazları izah edən 6 qrafik

2013-cü ildə sanksiyalara görə neft gəlirlərinin azalması nəticəsində inflyasiya 31 faizə çatdı. Bu, İranın milli valyutası - rialın 450 faizdən artıq devalvasiyası ilə nəticələndi.

Həsən Ruhaninin hakimiyyət başına gəlməsindən sonra inflyasiya səviyyəsi tədricən azalmaqdadır.

İranın Mərkəzi Bankına əsasən 2016-cı ildə inflyasiya 11 faiz təşkil edib. Dünya Bankı növbəti 3 il ərzində inflyasiyanın 12 faizdən aşağı olacağını gözləyir.

Cənab Ruhani 2018-ci ilin mart ayında başlayan yeni vergi ili üçün yeni büdcə layihəsini təqdim edib.

Rəqəmlərə görə, təqribən 6 faiz artacaq xərclərin ümumi həcmi 104 milyard dollara çatmalıdır.

Hərçənd ki, iflyasiyanın nəzərə alınması ilə bu, real qiymətlərdə ixtisar deməkdir.

3. Gənclər iş tapmaqda çətinlik çəkirlər
İrandakı etırazları izah edən 6 qrafik

Hazırda rəsmi işsizlik səviyyəsi 12,4 faiz təşkil edir, lakin Daxili İşlər Naziri Abdulrza Rəhman-Fəzliyə əsasən bəzi bölgələrdə bu göstərici 60 faizdən artıqdır.

İşsizlikdən ən çox çətinlik çəkənlər, əhalinin yarısından çoxunu təşkil edən, yaşı 30-dan aşağı olan əhalidir.

Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəyərləndirməsinə əsasən 15-24 yaşlarında olanların 26,7 faizi işsizdir.

BVF öz xəbərdarlığında bildirir ki, yüksək iqtisadi inkişaf templərinə rəğmən işçi bazarına yeni daxil olan kütləni təmin edəcək qədər iş yerləri açılmır.

Təhlilçilərə görə, buna səbəb iş yerlərinin qeyri-intensiv əmək sahəsi olan neft sənayesində yaradılmasıdır.

4. Smartfon sahiblərinin sayı artmaqdadır

Cari etirazlarda smartfonların önəmli rolu olub.
İrandakı etırazları izah edən 6 qrafik

Etirazların təşkili və smartfona çəkilmiş şəkil və videoların paylaşmasında milyonlarla iranlının sahib olduğu mobil Telegram proqramından istifadə olunub.

Telegram populyar kanalları bağlamaq barədə Tehranın tələbini rədd etdikdən sonra İran hakimiyyəti bu mobil proqrama girişi bloklayıb.

2009-cu ildəki mübahisəli prezident seçkilərini yenidən keçirmək tələbilə təşkil olunmuş etirazlar vaxtı İranda təxminən 55 mln. mobil telefon var idi.

Ancaq onlardan yalnız 2 faizinin smartfon olduğu güman edilir.

Hazırda 80 milyon iranlı mobil telefon şəbəkəsinin abunəçisidir və ehtimalən, evlərin 41 faizində ən azı bir smarfon mövcuddur.

5. İnsanlar getdikdə yoxsullaşır
İrandakı etırazları izah edən 6 qrafik

BBC Farscanın bu yaxınlarda keçirdiyi sorğunun nəticələrinə görə, son on ildə iranlılar 15 faiz yoxsullaşıb.

Dünya Bankına əsasən 2009-2013-cü illər arasında yoxsulluq aşağı düşərək təxminən 8 faiz səviyyəsində olub.

Hərçənd Həsən Ruhaninin prezident seçildiyi 2014-cü il ərzində yoxsulluğun səviyyəsi artaraq 10,5 faizə çatıb.

Bankın dəyərləndirməsinə əsasən 2014-cü ildə 8,2 mln. iranlının günlük qəliri 5,50 dollardan aşağı olub. 196 min insan isə gündə 1,90 dollardan az məbləğlə keçinməli idi.

Hazırda aşağı gəlirli ailələr hökumətin yardımından asılıdır. 77 milyon iranlı təxminən 13 dollara yaxın maliyyə yardımı alır.

Cənab Ruhaninin büdcə layihəsində yardımın 5,3 milyard dollaradək ixtisarı nəzərdə tutulur. Bunun daha yüksək gəlirli 30 milyon ailəyə təsir göstərəcəyi bildirilir.

Prezident həmçinin benzinin qiymətini 0,30-dan 0, 45 dollaradək artırmağı təklif edir.

6. İnsanlar əvvəlki həcmdə ərzaq ala bilmir
İrandakı etırazları izah edən 6 qrafik

Son on il ərzində iranlı ailələrdə çörək, süd və ət istehlakı 30 və 50 faiz arasında azalıb, BBC Farscanın araşdırması aşkar edib.

Son on il ərzində iranlı ailələrdə çörək, süd və ət istehlakı 30 və 50 faiz arasında azalıb, BBC Farscanın araşdırması aşkar edib.

Ötən il ərzində bir çox ərzaq növlərinin 40 faiz bahalaşması ilə gələn yoxsullaşma iranlıları əvvəlki həcmlərdə yemək almaq imkanından məhrum edib.

Güman edilir ki, Məşhəd şəhərindəki ilk etiraza təkan verən, quş qripi nəticəsində yumurtanın 50 faiz bahalaşması olmuşdu./BBC/

KARABAKHMEDİA.AZ




loading...




SON XƏBƏRLƏR
Prokuror Gözəl Bayramlıya 4 il həbs cəzası istədi
İlham Əliyev OPEC-in baş katibi ilə görüşdü
Aprel döyüşlərinin qəhrəman polkovniki Rahim Əliyev
Ermənilərə satılan azərbaycanlı
Azərbaycan Türkiyənin təcrübəsindən yararlanaraq Qarabağda hərbi əməliyyatlara başlaya bilərmi? - SİYASİ ŞƏRH
Tağıyevin imzası olan şəkil muzeyə verilib - FOTO
2017-ci ildə ermənilər Qarabağda 4 uşaq bağçası tikiblər - FOTOLAR
BAO “RƏSULZADƏ-134” mövzusunda Dəyirmi Masa keçirəcək
Bizsiz Türkiyə Suriyada qalib ola bilməz - İran
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb
Son nəfəsinədək Azərbaycan dedi
Dünyaya üç cümləlik şahanə Türk mesajı!
Milli Qəhrəman Fəxrəddin Şahbazovun doğum günüdür - VİDEO
“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” haqqında - Qulu Məhərrəmlinin yazısı
Mən SMS sevgilərinə inanmıram
Lənkəranda üç övladını ataraq başqası ilə qaçan qadın axtarışa verildi
Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçilib
Futbol üzrə dünya çempionatının kuboku Azərbaycana gətiriləcək
Ərdoğandan sərt mesaj: “Afrindən geri çəkilməyəcəyik”
Türkiyəyə 15 raket atıldı - 1 nəfər öldü, 54 nəfər yaralandı
Avropa Komissiyasının vitse-prezidenti Davosda Azərbaycan prezidenti ilə görüşəcək
Biri Bakını su qiymətinə satdı, digəri xilas etdi — ARAŞDIRMA - FOTO
Rusiya seçim qarşısında qalacaq: Ermənistan yoxsa Azərbaycan? - TOFİQ ZÜLFÜQAROV
Təhsil nazirinin müavini vəzifəsindən azad edildi
Türkiyə tankları Afrinə daxil olub
Ankara Suriyada quru əməliyyatının başlanacağı vaxtı açıqlayıb
“Türk deyəndə onların ağlına qucaqlarında bəslədikləri FETÖ-cülər gəlir” – Ərdoğan
Azərbaycan unikal “Skif” raketlərini alıb - VİDEO
Türkiyə bu cür hərbi əməliyyatları Azərbaycanla birlikdə Qarabağda da aparmalıdır!
Suriyada kürd terrorçuları dörd türk hərbçini öldürdü