Qarabag Media
Haqqımızda Əlaqə

Mərkəzi Elmi Kitabxananın Türkiyənin kitabxanaları ilə əlaqələri güclənir - FOTO


Tarix:4-01-2018, 15:32 Kateqoriya:Manşet / Cəmiyyət

Mərkəzi Elmi Kitabxananın Türkiyənin kitabxanaları ilə əlaqələri güclənir - FOTO

MEK əməkdaşları Türkiyə kitabxanalarına ezamiyyə səfərinin hesabatını təqdim edib.

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) əməkdaşlarının Türkiyə səfəri ilə bağlı hesabat təqdimatı keçirib. Hesabatı kitabxananın İstanbul şəhərinə ezam edilmiş əməkdaşları – MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, MEK İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova və həmin şöbənin baş mütəxəssisləri Dürdanə Ağayeva, Günay Məmmədova təqdim ediblər.

Təqdimatda İstanbul şəhər kitabxanaları və ictimai qurumlar ilə baş tutmuş görüşlərin nəticələri, əldə edilmiş tətbiqi və nəzəri informasiyaların, fikir və təklif mübadilələrinin ümumi təsəvvürü canlandırılıb. Türkiyənin İstanbul Orxan Kamal Xalq Kitabxanası, Süleymaniyə Əlyazma Əsərlər Kitabxanası, Atatürk Kitablığı, İslam Araşdırmaları Mərkəzi (İSAM) Kitabxanası, Bəyazit Dövlət Kitabxanası, Ahmet Hamdi Tanpınar Ədəbiyyat Müzeyi Kitabxanası və İstanbul Azərbaycan Kültür Evi dərnəyində olan MEK əməkdaşlarına ziyarət etdikləri hər bir qurum haqqında ətraflı bilgilər verilib. Slayd üzərindən təqdim edilən məlumatlarda adı çəkilən kitabxanaların tarixi, fəaliyyəti, strukturu, fondları, iş rejimi və xüsusiyyətləri, texniki təhcizatı, mövcud imkanları barədə danışılıb, maraq çəkən cəhətləri qeyd olunub.

Bildirilib ki, ziyarət əsnasında MEK əməkdaşları Mərkəzi Elmi Kitabxananın çoxşaxəli fəaliyyəti, iş prinsipləri və sistemi, imkanları, mövcud bazası, fondları, həyata keçirdiyi layihə və təşəbbüslər haqqında İstanbullu həmkarlarına geniş məlumat verib, kitabxanaların hər birinə Azərbaycanın zəngin mədəniyyətini, incəsənətini və qədim tarixini əks etdirən kitablar bağışlayıblar. İstanbul Orxan Kamal Xalq Kitabxanası, Süleymaniyə Əlyazma Əsərlər Kitabxanası, Atatürk Kitablığı, İSAM Kitabxanası, Ahmet Hamdi Tanpınar Ədəbiyyat Müzeyi və Bəyazit Dövlət Kitabxanalarının, İstanbul Azərbaycan Kültür Evinin rəhbərləri MEK əməkdaşlarının ziyarətindən məmnunluqlarını ifadə edib, MEK-ə kitab və rəsmlər təqdim ediblər.

Müzakirələrdən sonra, Mərkəzi Elmi Kitabxana haqqında geniş təsəvvürə sahiblənən, xüsusilə Azərbaycana aid strateji informasiyanın elektron formatda cəm olunub, dünya oxucusu üçün əlçatan edildiyi Milli Rəqəmsal Yaddaş layihəsinin üstünlüklərinə və Vahid Qeydiyyat Sisteminin iş prinsiplərinə maraq göstərən müəssisə rəhbərləri əməkdaşlıq təkliflərini səsləndirib və iş birliyinin təşkili üçün birgə konfransın keçirilməsi təşəbbüsü ilə çıxış ediblər.

Təqdimatın sonunda geniş müzakirələr aparılıb və tədbir iştirakçılarının sualları müqayisəli təhlillər əsasında cavablandırılıb.
Mərkəzi Elmi Kitabxananın Türkiyənin kitabxanaları ilə əlaqələri güclənir - FOTO

Mərkəzi Elmi Kitabxananın Türkiyənin kitabxanaları ilə əlaqələri güclənir - FOTO

Mərkəzi Elmi Kitabxananın Türkiyənin kitabxanaları ilə əlaqələri güclənir - FOTO

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
İlham Əliyev OPEC-in baş katibi ilə görüşdü
Aprel döyüşlərinin qəhrəman polkovniki Rahim Əliyev
Ermənilərə satılan azərbaycanlı
Azərbaycan Türkiyənin təcrübəsindən yararlanaraq Qarabağda hərbi əməliyyatlara başlaya bilərmi? - SİYASİ ŞƏRH
Tağıyevin imzası olan şəkil muzeyə verilib - FOTO
2017-ci ildə ermənilər Qarabağda 4 uşaq bağçası tikiblər - FOTOLAR
BAO “RƏSULZADƏ-134” mövzusunda Dəyirmi Masa keçirəcək
Bizsiz Türkiyə Suriyada qalib ola bilməz - İran
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb
Son nəfəsinədək Azərbaycan dedi
Dünyaya üç cümləlik şahanə Türk mesajı!
Milli Qəhrəman Fəxrəddin Şahbazovun doğum günüdür - VİDEO
“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” haqqında - Qulu Məhərrəmlinin yazısı
Mən SMS sevgilərinə inanmıram
Lənkəranda üç övladını ataraq başqası ilə qaçan qadın axtarışa verildi
Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçilib
Futbol üzrə dünya çempionatının kuboku Azərbaycana gətiriləcək
Ərdoğandan sərt mesaj: “Afrindən geri çəkilməyəcəyik”
Türkiyəyə 15 raket atıldı - 1 nəfər öldü, 54 nəfər yaralandı
Avropa Komissiyasının vitse-prezidenti Davosda Azərbaycan prezidenti ilə görüşəcək
Biri Bakını su qiymətinə satdı, digəri xilas etdi — ARAŞDIRMA - FOTO
Rusiya seçim qarşısında qalacaq: Ermənistan yoxsa Azərbaycan? - TOFİQ ZÜLFÜQAROV
Təhsil nazirinin müavini vəzifəsindən azad edildi
Türkiyə tankları Afrinə daxil olub
Ankara Suriyada quru əməliyyatının başlanacağı vaxtı açıqlayıb
“Türk deyəndə onların ağlına qucaqlarında bəslədikləri FETÖ-cülər gəlir” – Ərdoğan
Azərbaycan unikal “Skif” raketlərini alıb - VİDEO
Türkiyə bu cür hərbi əməliyyatları Azərbaycanla birlikdə Qarabağda da aparmalıdır!
Suriyada kürd terrorçuları dörd türk hərbçini öldürdü
QARABAĞ MÖVZUSU MASADAN MASAYA DOLAŞIR