Qarabag Media
Haqqımızda Əlaqə

Ömrü elə yaşamalısan ki, daim xatırlanasan


Tarix:4-01-2018, 13:14 Kateqoriya:Manşet / Yazarlar

Ömrü elə yaşamalısan ki, daim xatırlanasan «Ordubad Azərbaycanın incisidir». Bu sözlər ulu öndər Heydər Əliyevə məxsusdur

Qədim Ordubadın şərəfli tarixi kimə bəlli deyil ki? Adı çəkilən kimi dahi Yusif Məmmədəliyevin, Məmməd Səid Ordubadinin, Nəsrəddin Tusinin və onlarla dünyanı heyrətə gətirən, Azərbaycanın adını uca edən alimlərini xatırlayırıq.

Ordubadın tarixi abidələrinin, çinarlarının yaşı əsrlərlə ölçülür. Tarixən ordubadlılar xalqa, vətənə bağlı, sadiq olublar və bu gün də sadiqdirlər. Ordubad ziyalılar, alimlər diyarıdır, desək heç də yanılmarıq.

Ziyalı, ziyalılıq elə bir mövhumdur ki, onun mahiyyətini bir yazı, məqalə ilə aydınlaşdırmaq, izah etmək mümkün deyil. Dünyanın ən məşhur mütəfəkkirləri, filosofları zaman-zaman bu məsələyə toxunaraq qiymətli təkliflər söyləmişlər. Çoxumuz bu fikirlərin cəmləşdiyi kitabları oxuyub müəyyən nəticələrə də gəlmişik və gəlirik.

Bir xalq olaraq bizim ziyalılarımız olub. Elə indi də xalqı, vətəni üçün çalışan, böyük ideyalarla yaşayan, qabiliyyətini və zəkasını bu işə həsr edən ziyalılarımız çoxdur. Mən onlardan biri, həmişə torpağa, dövlətə, xalqa bağlılığı ilə seçilən, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Əliyar Səfərli haqqında söhbət açacağam.

İnsan ömrü bir yola bənzəyir. İstər-istəməz müəyyən bir mənzildə ayaq saxlayıb arxaya boylanmalı olursan. Bu bir növ insanın özünə hesabatı olsa da, əslində cəmiyyət qarşısında hesabatdır. Bu hesabat birinə fərdi qürur verirsə, digərinə ictimai nüfuz qazandırır.
Bəzən biz gördüyümüz, tanıdığımız adamların çoxunun böyüklüyünün fərqinə varmırıq. Böyüklük deyəndə mən metrik ölçüləri, yaşın çoxluğunu deyil, tutumu, mahiyyəti nəzərdə tuturam. Bu mahiyyətin isə özünəməxsus meyarları var. Burada söhbət intellektual və elitar meyarlardan gedir. O meyarlardan ki, məhz onlar insanı şəxsiyyətə çevirir, adını ucaldır. Əliyar Səfərlinin necə böyük intellektə malik olduğunu bilmək üçün onun keçdiyi ömür yoluna nəzər salmaq kifayətdir.

Ömürlüyündən

Maarif xadimi Əliyar Qurbanəli oğlu Səfərli 28-i dekabr 1937-ci ildə Naxçıvan MR Ordubad rayonunun Anabat kəndində anadan olub. 1955-ci ildə Ordubad orta məktəbini bitirib və Azərbaycan Dövlət Universitetinə qəbul olub. 1960-1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi olub. Uzun müddət BDU-nun filologiya fakültəsində çalışıb. 1986-94-cü illərdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri işləyib. Həmin kafedranın professorudur. AMEA-nın müxbir üzvü, 2 filologiya elmləri doktoru, professor Əliyar Səfərli 30 kitabın (elmi əsərin) müəllifidir. Xaricdə 5 kitabı (elmi əsəri) nəşr edilib. 8 elmlər namizədi hazırlayıb. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Əliyar Səfərli orta əsrlər Azərbaycan Ədəbiyyatının tanınmış tədqiqatçılarındandır.
O, Məsihinin (17-ci əsr) həyat və yaradıcılığının, 17-18-ci əsrlərdə Azərbaycan epik şerinə dair tədqiqatların müəllifidir. Mətnşünaslıq sahəsində də səmərəli fəaliyyət göstərib. Bir sıra ədəbi abidələri aşkara çıxarmış, ilk anadili poema olan «Dastanı-Əhməd-Nərami»ni, Qazi Burhanəddinin «Divan»ını, M.Füzulinin «Həqiqət üs-süəda» əsərlərini (şərikli), Məshinin «Vərqa və Gülsa» poemasını «Şəhriyar» dastanını, habelə Nəsimi, Əmanı və başqalarının əsərlərini tərtib edib nəşr etdirmişdir. Uzun illər Təhsil Nazirliyində «Ədəbiyyarşünaslıq» bölməsinin rəhbəri olub, orta və ali məktəblər üçün dərslik, dərslik vəsaiti və proqramların hazırlanmasında bilavasitə iştirak edib. Əliyar Səfərli diplomatik sahədə də fəaliyyət göstərib. 1994-1998-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri olub, ölkəmizi Beynəlxalq İqtisadi Təşkilatda (EKO) təmsil edib.

**

Əbülfəz Naxçıvanlının belə bir şeiri var:

Polad kimi ortadan,
Sınaram, əyilmərəm,
Bilsəm kül olacağam,
Yanaram, əyilmərəm.


Bu şeir sanki Əliyar Səfərli üçün yazılıb və bu onun həyat devizidir. Əliyar Səfərli bügünə qədər yaşadığı ömrü kişi kimi yaşayıb, hər yerdə öz sözünü deyib, gücünü göstərib.

Yaşamaq haqqı Tanrıdandır. Bəşər nəsli təzələnir - uşaqlar böyüyür, cavanlar qocalır, yeni nəsil o birisini əvəz edir, təbii ki, əvvəlki nəsillərin yaratdığı özül üzərində boy atır.
Hər şey belə ardıcıllıqla davam edir. Bunları elə belə gəlişi xoş sözlər kimi demirəm.
Əliyar Səfərli onu tanıyanlar üçün kimdir sualının bir cavabı var: - Ən əvvəl gözəl ürək sahibi, həmişə öz fəaliyyətini qoruyub saxlayan Azərbaycan kişisi, geniş mənəviyyata malik Azərbaycan ziyalısı, elmi xadimi. Ömrünü Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şam kimi əridən Azərbaycan vətəndaşı. Həyatda əhli-hal, ailə sədləri daxilində ciddidən-ciddiliyi ilə seçilən gözəl ata, qayğıkeş baba.

**

Deyirlər insan ömrü dağ cığırına bənzəyir. Bəziləri dağın ətəklərində itib-batır. Bəziləri isə sərt yoxuşları dolanaraq dağın zirvəsinə kimi yüksəlir. Belə insanlar əsl ziyalı adını şərəflə daşıyır. Ziyalılığın böyüklüyü isə ondadır ki, ziyalı qarşısına çıxan çətinliklərə sinə gərərək, xalqının milli dəyərlərinin qorunub saxlanmasına, inkişaf etdirilməsinə, elmin, təhsilin inkişafına, insanlığın və xeyirxahlığın daşıyıcı olaraq cəmiyyətin tərəqqisinə xidmət edir. Öz milli vətənpərvərliyi, özünəməxsusluğu ilə belə adamlar həmişə öz xalqına fayda verməyi, millətin gələcəyi olan gənclərə dəyərli məsləhətlər aşılamağı öz müqəddəs vəzifələri hesab edirlər. Zəngin elmi pedaqoji fəaliyyəti sahəsində 75 illik şərəfli bir ömür yolu keçən professor Əliyar Səfərlinin saldığı izlər elə bir zirvəyə çatır ki, bu zirvə bütöv bir məktəbdir. – Maarifçilik məktəbi, Milli təəssübkeşlik məktəbi.

**
Yunan filosoflarından biri yazıb ki, insanlar pul və qiymətli bir əşya itirəndə uzun müddət özlərinə gələ bilmir və bu itkiyə təəssüflənirlər. Ancaq onlar görə-görə ömrün günlərini «itirir» və bunun fərqinə varıb heç təəssüflənmirlər də. Bu sözləri gözəl insan və ziyalı professor Əliyar Səfərliyə şamil etmək olmaz.

İnsan və inam. İnamsız insan yaşaya bilməz. İnsansız da inam yaranmaz. Beləcə bir-birini tamamlayan bu ikilik zaman durduqca dövr edir. Yer üzünə insan gəlir sınağa çəkilərək axirətə insan gedir. Dünyanın adamları bəzən onları yaradanı unudurlar, bəzən də YARADAN-la «şərt» kəsirlər.

Əliyar Səfərli isə YARADAN-a həmişə şükür edib. Allaha inam, Tanrıya sığınmaq kökdən, nəsildən gəlir. Professor Əliyar Səfərlinin müdrikliyi, mədəniyyəti adamda qibtə hissi doğurur. Bir şeyi də qeyd edim ki, yaxşı adamlar haqqında cəmiyyətdə ayrı-ayrı qruplar tərəfindən bir-birinə zidd münasibətlər həmişə özünü göstərib və bu təbiidir.

Lakin Əliyar Səfərlinin adı gələndə həmişə simalarda təbəssüm, sevinc hiss olunur. Çünki onun özü, şəxsiyyəti, keçdiyi ağrılı-acılı, min bir zəhmətdən yoğrulmuş həyat yolundan, bir sözlə ağ işıqlı yoldan bəhs edən ömür kitabının hər səhifəsində ləyaqətli kişi, dəyərli ziyalı ömrünün dəqiqələri canlanır. Həmişə ləyaqətini bütün maddi nemətlərdən üstün tutan insanlar xalqın doğmasına çevrilirlər.

**
Harada, necə yaşamasından, yaşamdan asılı olmayaraq hər kəs bu dünyada çox yaşamaq, uzun ömür sürmək istəyir. Dünyanın əsrarəngiz, sirli-soraqlı aləmini, doğmalarını, əzizlərini tərk edib əbədi yoxluğa qovuşmaq istəmir. Dünyanın ən böyük fatehindən tütmüş miskin dilənçiyədək heç kim ölmək kainata göz yummaq istəməyib. Son nəfəsinəcən yaşamaq arzusunda olub. Çünki hər kəsə bu şans bir dəfə verilir. Ölümdən qayıdış yoxdur. İstəsək də, istəməsək də günün birində ya gec, ya tez bu karvanın yolçusuna çevrilməliyik. Bunun sübuta ehtiyacı yoxdur. Lakin elə insanlar var ki, həyata ölümsüz bir ömür yaşamağa gəlirlər. Bu adamlar adi insani tələblərin, xırda istəklərin fövqündə durmağı bacarır və əlçatmaz ülvi arzularla yaşayırlar. Əliyar Səfərli də məhz belə adamdır.

Professor Əliyar Səfərli Tanrının ona bəxş etdiyi ömür payının yaddaşına çox-çox uğurlu günlər yazıb. Ən böyük uğuru isə onun nəslinin Allaha yaxın olması, mənəvi təmizliyi, elə, obaya, torpağa bağlılığı, saflığıdır. İnsan yaşının üstünə yaş gəldikcə dönüb arxaya ötən illərə baxır. Ləkəsiz illərin yaddaşına yazılan, enişli-yoxuşlu illərin bəzən xiffətini, nisgilini çəkir.
Çünki o illərin yaddaşında bir insan, bir ziyalı ömrünün şam kimi əriyən anları, o anların uğur və kədər dolu məqamları yazılıb.

Professor Əliyar Səfərlinin bir xoşbəxtliyi də ondadır ki, ötən o illər onu həm də yaddaşında xeyirxahlığın, yaxşılığın, nəcibliyin və vətənpərvərliyin nümunəsi kimi saxlayır.
Adam var ki, ötən günləri yada salanda heyfslənir və təəssüf hissi keçirir. Amma Əliyar Səfərli keçdiyi ömür yolunun zirvəsindən geriyə baxanda qürur hissi keçirir. Çünki arxada ona şərəf gətirən illər qalıb.

Əliyar Səfərlinin 77 yaşı tamam olacaq.

Dahilərdən biri deyib ki, yaş insanı qocaltmır, müdrikləşdirir. İndi Ə.Səfərli daha qürurlu, daha məğrur, daha müdrik görünür. Onu belə qürurlu edən keçdiyi şərəfli həyat yoludur. Tanrı Sizi Qorusun Əliyar müəllim.

İbrahim Abdullayev
Azərbaycan Jurnalistlər Birliyinin üzvü










SON XƏBƏRLƏR
“Araz Əlizadənin deputat olması şərəfimə toxunur” - Xeyrəddin Qoca
Xəncərli qatil Şəmkirdə öldürüldü – VİDEO
İlham Əliyev: “Son hadisələr göstərir ki, onların əlində terrordan başqa heç bir vasitə qalmayıb”
Ərdoğan Makronun dəvətini rədd etdi: “İşim var…”
İtaliya Trampın çağırışına qarşı çıxdı
“Sosial şəbəkələrdə normal adamlar olmur” — Araz Əlizadə
“Neftçi”dən əzmkar qələbə
Tanınmış şair məzarı başında anıldı
Binəli Yıldırım Türkiyə parlamentinin sədri seçilib
Tarixin gedişatını dəyişən Malazgird döyüşü — TURAN TAKTİKASI
Dünyanın ən güclü orduları açıqlandı – SİYAHI
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü 4 saata yaxın davam edib”
Prezident İlham Əliyev NATO ölkələri başçıları üçün təşkil olunan qəbulda iştirak edib
Adnan Oktarın əmlakı müsadirə edildi - “Kediciklər” ac qalacaq
Avropa İttifaqından Qarabağ məsələsində ermənilərə növbəti zərbə
"Qarabağ" mübarizəyə qələbə ilə başladı
NATO-dan Rusiya açıqlaması: “Soyuq müharibə istəmirik”
Elxan Şahinoğlu: "Dövlətimizi qorumaq üçün bütün imkanlar səfərbər edilməlidir"
Qurban Qurbanov: "Vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır"
İlham Əliyev Belçikaya gedib
Fazil Mustafa: "Gəncəni sınaq poliqonuna çevirməsinə imkan verilməyəcək"
"Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən çox olub"
“Köçəryan Moskvaya qaçıb” – Keçmiş prezidentə korrupsiya ittihamı
Azərbaycanın daha 13 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb
Prezidentlər dünyaya Qarabağla bağlı mesaj verdilər
Nazirlikdən isti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Duqin Qarabağla bağlı Paşinyan hökumətini şoka saldı
İran neft ixracını rekord həddə qaldırır - ABŞ-a cavab
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
Rusiya Ermənistandakı hərbi bazasına iki ədəd yeni nəsil “MiQ-29” qırıcıları göndərib