Qarabag Media
Haqqımızda Əlaqə

"Tehran güclü bir Güney Azərbaycan istəmir" — Professor Aygün Attar


Tarix:3-01-2018, 22:02 Kateqoriya:Manşet / Türk dünyası

"Tehran güclü bir Güney Azərbaycan istəmir" — Professor Aygün Attar

Karabakhmedia.az xəbər verir ki, Türkiyədə yaşayan və çalışan tanınmış ziyalımız, Giresun Universitetinin keçmiş rektoru, professor, Dünya Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Aygün Attar, İranda yaşananları anlamaq üçün iki şəhərə - Tehran və Təbrizə baxmaq lazım olduğunu söyləyir.

Attarın sözlərinə görə, İranda yaşanan hadisələrə təsir göstərə biləcək tək şey 35 milyon əhalisi olan Türklərdir:

İranda başlayan küçə hadisələri ABŞ-ın rəhbərliyindəki ittifaqda hərəkətə keçirdi. Başda ABŞ, İsrail və İngiltərə olmaq üzrə bir çox ölkənin idarəçisi, İrandakı qiyamı dəstəkləyən açıqlamalar verdi. Hadisələrin inkişafını "Yeni Şafak" üçün qiymətləndirən Prof. Dr. Aygün Attar, haqlı səbəblərlə başlayan aksiyaların xarici manipulyasiyalarla fərqli yönə yönləndirildiyini və İrana müdaxilə üçün fürsət gözləyən güclərin olduğunu söyləyib. Küçəyə çıxan izdihamların 3 fərqli meyldən meydana gəldiyinə diqqət çəkən Attar, bunları "mövcud qanunlar səbəbiylə iqtisadi çətinlik yaşayanlar", "ölkənin siyasi duruşunu tənqid edənlər" və "bu qarışıqlığı fürsətə çevirmək istəyən xarici dəstəkli mihraklar" şəklində ifadə edib.

"ABŞ və İsrail İranda 25 ildir daxili qarışıqlıq yaratmaq üçün fəaliyyət göstərir" deyən Attar, bu baxımdan Türkmən bölgələri üçün açıq demoqrafik dəyişiklik planının davam etdiyini xatırlatdı. Azərbaycan əsilli alim Attar, özünün də bir Təbriz gəlini olduğunu və bölgə ilə davamlı əlaqə halında olduğunu söyləyərək belə danışdı: "Urmiya, Xoy kimi Türkiyənin Doğubeyazıt sərhədində yerləşən Azəri bölgələrinə ABŞ və Avropa dəstəkli fonlarla kürd əhali məskunlaşdırılır. İran rəhbərliyi də ən başından etibarən bu layihəyə göz yumdu, çünki Tehran, güclü bir Güney Azərbaycan istəmir. "

"İran küçələrində başlayan gərginlikdən İraq və Suriya bənzəri bir coğrafiya çıxarma həvəsi güdənlər var. Xaosun dərinləşməsi ilə Suriya-PYD nümunəsi yenə də İranın şimalına təzyiq göstərə bilər. Bunun yanında İran Türkləri hər daim Türkiyə ilə birlikdə nəfəs alır. Nümayişlərin gedişini başa düşmək üçün Tehrana və Təbrizə baxmaq lazımdır. İranda 35 milyon türk əhalisi hadisələrin gedişində müəyyənedici bir faktordur. Cənubi Azərbaycanın hadisələrə verəcəyi reaksiya, Türkiyənin tutumuyla paralel şəkillənəcək"./Moderator/

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Prokuror Gözəl Bayramlıya 4 il həbs cəzası istədi
İlham Əliyev OPEC-in baş katibi ilə görüşdü
Aprel döyüşlərinin qəhrəman polkovniki Rahim Əliyev
Ermənilərə satılan azərbaycanlı
Azərbaycan Türkiyənin təcrübəsindən yararlanaraq Qarabağda hərbi əməliyyatlara başlaya bilərmi? - SİYASİ ŞƏRH
Tağıyevin imzası olan şəkil muzeyə verilib - FOTO
2017-ci ildə ermənilər Qarabağda 4 uşaq bağçası tikiblər - FOTOLAR
BAO “RƏSULZADƏ-134” mövzusunda Dəyirmi Masa keçirəcək
Bizsiz Türkiyə Suriyada qalib ola bilməz - İran
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb
Son nəfəsinədək Azərbaycan dedi
Dünyaya üç cümləlik şahanə Türk mesajı!
Milli Qəhrəman Fəxrəddin Şahbazovun doğum günüdür - VİDEO
“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” haqqında - Qulu Məhərrəmlinin yazısı
Mən SMS sevgilərinə inanmıram
Lənkəranda üç övladını ataraq başqası ilə qaçan qadın axtarışa verildi
Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçilib
Futbol üzrə dünya çempionatının kuboku Azərbaycana gətiriləcək
Ərdoğandan sərt mesaj: “Afrindən geri çəkilməyəcəyik”
Türkiyəyə 15 raket atıldı - 1 nəfər öldü, 54 nəfər yaralandı
Avropa Komissiyasının vitse-prezidenti Davosda Azərbaycan prezidenti ilə görüşəcək
Biri Bakını su qiymətinə satdı, digəri xilas etdi — ARAŞDIRMA - FOTO
Rusiya seçim qarşısında qalacaq: Ermənistan yoxsa Azərbaycan? - TOFİQ ZÜLFÜQAROV
Təhsil nazirinin müavini vəzifəsindən azad edildi
Türkiyə tankları Afrinə daxil olub
Ankara Suriyada quru əməliyyatının başlanacağı vaxtı açıqlayıb
“Türk deyəndə onların ağlına qucaqlarında bəslədikləri FETÖ-cülər gəlir” – Ərdoğan
Azərbaycan unikal “Skif” raketlərini alıb - VİDEO
Türkiyə bu cür hərbi əməliyyatları Azərbaycanla birlikdə Qarabağda da aparmalıdır!
Suriyada kürd terrorçuları dörd türk hərbçini öldürdü