Qarabag Media
Haqqımızda Əlaqə

"Mən ona görə döyüşdüm ki, xalqım yaxşı yaşasın" — MÜSAHİBƏ


Tarix:30-12-2017, 14:29 Kateqoriya:Manşet / Müsahibə

"Mən ona görə döyüşdüm ki, xalqım yaxşı yaşasın"

Bu gün gənclərin məhz belə bir ziyalıya ehtiyacı var. Həmsöhbətimiz Hacı Əkbər Rüstəmov cənnət Qarabağdan və orda baş verən hadisələrdən danışdıqca oğul istəyirdim ki, onun gözlərindəki o həsrətə tamaşa eləsin. Həsrət dolu baxışlarında kövrəkliyi, nisgili görəndən sonra söhbətə hardan başlayacağımı da heç bilmirdim. Elə bilirdim ki, hər sözümə görə məni “qınayacaq”. Ancaq onun ürəyindəki nisgil onu susmağa qoymurdu. O həm müəllim kimi, həm şəhid atası kimi, həm vətəndaş kimi, həm yurdunu itirmiş insan kimi, həm də veteran döyüşçü kimi danışırdı. Danışmağa da haqqı var idi.

- Əkbər müəllim, bilirəm ki, çox sayda tələbələriniz olub ki, hansı ki, onlar indi çox böyük nüfuza malik insanlardı. Pedaqoji fəaliyyətinizdən danışaq…

- 1971-ci ildə Ağdamda 50 saylı peşə məktəbində pedaqoji fəaliyyətə başladım. Rəhmətlik Fazil Nağıyev gözəl insan idi. O məni müəllim kimi işə qəbul etmişdi. 1976-cı ildə futbol üzrə texniki peşə liseyləri arasında respublika çempionu olmuşduq. O cümlədən SSRİ birinciliyində Azərbaycanı təmsil edirdik. O vaxt 17 komanda arasında 4-cü yerə layiq görüldük. 1977-ci ildə isə güləşçi yetirmələrimi Tula şəhərinə aparmışdım. Orda da komandamız 5-ci yeri qazanmışdı. Ümumiyyətlə idmanın bütün növləri üzrə kollektiv olaraq fəal olmuşuq. 1977-ci ildə klub komandalarının yaranması ilə bağlı Nazirlər Kabinetindən məktub almışdım. Ağdamda da klub komandası məhz həmin vaxt- 1977-ci ildə yaranıb. Mən də Fazil müəllimə dəməzdən əvvəl Tofiq Babayevin yanına getdim, dedim ki, Tofiq, mənə kömək et.Dedi ki, nə kömək edə bilərəm? Dedim ki, bu məktuba “Raykom”un möhürü lazımdır. O da bu işi həll etdi. Dedim ki, hələ dayan, Fazil müəllimə zəng elə. Onlar telefonda danışanda Tofiq müəllim telefonun dəstəyin mənə uzatdı ki, səni soruşur. Fazil müəllim mənə dedi ki, çox düz addım atmısan. Mən də olsam elə addım atardım. Bu klub komandasını yaratmaqda mənə ən böyük dəstək rəhmətlik Fazil müəllim oldu. O komandanın yaranmağında onun çox zəhməti olub. 1979-cu ildə rayonda Aqrar sənaye birliyi var idi , onu ora göndərdilər. Ondan sonra komandanın xərclərini çəkməyə gücüm çatmadı deyə, “Şampan zavod”a verildi, daha sonra isə müxtəlif müəssisələr komandanı himayə edirdi. Bakıya gələndən sonra isə “Qarabağ” komandası oldu. Bu komandanın yaşamağında da Adilin böyük rolu olub. Mən bu komandanı yaradanda demişdim ki, bunu yaradacam və Allahverdi azadlığa çıxanda ona verəcəm. Və belə də elədim. Çünki mənim işlərim çox idi. Bu komandaya vaxt ayıra bilmirdim. Rövşən Binnətli o komandanı necə yaratmağımızı çox gözəl bilir. O vaxt onlar şərhlər verirdilər. Bu komandanın yaranmasında çox adamın köməyi olub, eləcə də rəhmətlik Eldarın böyük rolu olub. Ümumiyyətlə Eldarın müsahirbə illərindəki zəhmətini danmaq da ədalətsizlik olar. Ağdamda klub komandası yalnız “Şəfəq” futbol komandası olub. Sonra həmin komanda genişləndi. Bəzi kitablar bunu 1987-ci il kimi qeyd edir. Ancaq klub komandası 1977-ci ildən fəaliyyət göstərir. Əkbər müəllim futbolla bağlı söhbət etdikcə gözlərində uzağa boylanan bir ümid var idi. Elə bil ki, danışdıqca ol illərə, o yerlərə qayıdırdı. “Elə bil ki” sözü deyəsən biraz amansız oldu. Elə bil ki yox, məhz elə idi. Axı həm də o, döyüşçü olub. Bu haqda danışmasam günah olar:

- “Əkbər müəllim, müharibə bizdən yurdumuzu, sizdən isə həm balanızı, həm də yurdunuzu aldı. Bu, daha ağırdır”- bu fikrimlə Sənandan söz açmaq istəyirdim. Əkbər müəllim söhbətimizdən çox ustalıqla yayındı. Görünür o, oğlu Sənandan yox, vətən torpağında şəhid olan Sənandan danışacaqdı.

-Qızım, müharibədə çox şey olur. Müharibəni danışmaq görməkdən qat- qat asandır. O ağır günlərdə təkcə biz yox, millət zülüm çəkdi. Ağdam işğal olunan gün Bakıda cammatın izdihamı məni qorxudurdu. Mən o cür insan karvanın ancaq Həcc ziyarətində görmüşdüm. Mən ona görə döyüşdüm ki, xalqım yaxşı yaşasın. Vuruşub -döyüşmədim ki, qeybət qırsınlar və hörmətsizlik etsinlər! Vuruşanda düşünürdüm ki, insanlar azad yaşayanda nə vaxtsa bizi xatırlayanda “yaxşı insan idi “- deyib bir rəhmət desinlər. Ancaq, bu gün tamam başqa münasibət görürəm. Hamı deyir ki, nahaq bizə görə vuruşub. Ağlı olardı vuruşmazdı- bu cür düşünənlər də var. Ağdamdan çıxanda heç nə götürməmişdik. Mən iyulun 23-də Bakıya gəldim. Qızımla görüşməyə gəlmişdim. Sonra dedilər ki, hara qayıdırsan, Ağdam alınıb. Elə həmin gün məni apardılar Nizami metrosunun qarşısına. Baxdım ki, bir çox ziyalılar və demək olar ki, millət orda idi. Təsəvvür edin ki, mən iyulun 25-də radio ilə Gənclik metrosunun qarşısından müraciət edib təzdən səngərə getmişəm. O tərəfdən cammat geri qaçanda mən oğlanlarımı da götürüb cəbhəyə getdim. Indi bir məclisə o qaçanlar məni görəndə əlbəttə ki, sevməyəcəklər. Çünki böyük- böyük danışanda yalanların üzə çıxardacam. Bütün bunları danışdıqca Əkbər müəllimin insanlardan gördüyü vəfasızlıq misra- misra alının qırışlarında görünürdü.
"Mən ona görə döyüşdüm ki, xalqım yaxşı yaşasın"

-Qızım, mənim bir gündəliyim var.

-O gündəlikdə nələr var ?...

-Onu deyə bilmərəm, qızım (təəbəssümlə). İşğaldan sonra Bakıda yaşadığım şəraitə öyrəşə bilmirdim. Öz- özümə deyirdim ki, mən hara belə yer hara?.. Yatmağa çarpayımız da yox idi. Hər şeyimiz Ağdamda qalmışdı. Bir gün evdə idim. Elə bildim qapı döyüldü, qapını açdım ki, heç kəs yoxdu. Bu hadisə eyni vaxtda 2-3 dəfə təkrarlandı. Bu hadisədən təsirlənib “qapımı vətən döydü” adlı bir yazı yazdım. Elə kitabıma da o adı qoymuşdum- “Qapımı Vətən döydü”. İndi heç kəs rəhmətlik Eldarı yada salmır. Halbuki, onun müharibədə iştirakını mən görümüşəm. O, əsl vətən oğlu idi! Bunları danmaq olmaz axı. Əgər düşmən sərhəddən keçibsə, demək ki, o sənin evinə qədər gəlib. Sovetlər dönəmində deyirdik ki, SSRİ mənim vətənimdir. Ancaq indi Azərbaycanı bölgələrə bölürük. Nə oldu o boyda 15 respublikanın birləşməsini bölmürdük, indi 20% torpağı işğal olmuş bir ölkəni bölürük?! Onsuzda bizi bölüblər, biz niyə özümüzü bölürük?! Biz azad Şimal Azərbaycanımıza Vətən deyə bilmirik. İndi 4-5 ölkə ilə həmsərhədik, onun da 3-ü bizə düşməndi. Niyə demirik ki, bu, vətən müharibəsidir?! Ancaq deyirik Qarabağ müharibəsidir. Məgər Qarabağ bu torpağın bir hissəsi deyil?! Qarabağ qazisi, Qarabağ əlili yoxdu! Vətən əlili, vətən qazisi və vətən şəhidi var! Vətənin orası- burası olmaz! Vətən bütövlükdə vətəndir! Mən liseydə şagirdlərimə hər hansı bir kəndin işğal günündə belə həmin kənd haqqında məlumat verirəm. Gənclər öz dədə- baba yurdların tanımalıdır. Onlar öz tarixlərini bilməlidirlər.

- Ağdam həm də mədəniyyət ocağı idi, deyirlər… Deyəsən, bu sözüm Əkbər müəllimi biraz uzağa apardı. Əllərini bir- birinə sıxaraq danışmağa başladı. Bu da əbəs deyildi. Qəhərini gizlədirdi.

- Ağdamda bazarın qabağında çoxlu çəkmə silənlər olurdu. İnsanlar gəlib ayaqqabıların təmizlədib, şəhərdə təmiz ayaqqabılarla gəzirdilər. Bu bir şəhər mədəniyyəti idi ki, Ağdamda çox məşhur idi. Mədəniyyətin daha bir tərəfini sənə deyim- Ağdam muğam beşiyi idi. Allah Səxavətə, Sədiyə rəhmət eləsin. Mən həmişə deyirdim ki, almanın bir üzü Səxavətdir, bir üzü Sədi. Hələ rəhmətlik Qədiri demirəm. Dost idik. Səxavət rəhmətlik Ağdamın işğalından qabaq öldü. Amma Sədi Məmmədov səngərdə gəlib konsert verirdi. Orda mənimlə görüşəndə məni iyləyirdi. Deyirdi ki, səndən Ağdam iyi gəlir. Mən hər cümə axşamı Şəhidlər Xiyabanına gedirdim. Hansı rayona gedirdimsə birinci şəhidlər xiyabanına gedirdim. Şəhidlər Xiyabanında Allahverdi Qənbərovun qəbri ilə söhbətləşirdim. Həmin Allahverdi Şirin Mirzəyevdən sonra Batalyon komandiri olmuşdu. Elə bil Allahverdi baş daşından boylanıb mənə dedi ki, Əkbər müəllim, bu nədir belə- yaman qocalmısan, saçın da ağarıb, üzün qırış- qırışdı. Dedim sənə qurban olum şəhid oldunuz. Həmişə gəlib sizi yad eləyirik. Biz harda öləcəyik, necə öləcəyik… Bizi heç yad eləyən olmayacaq. Deyirsiniz ki, saçınız ağarıb. Siz– şəhidlər indi yaşasaydınız sizin saçınız indi ağarmazdı, göyərərdi. Mən Sənandan ən birinci Vətən şəhidi kimi danışıram, qızım, oğlum kimi yox. Rey Kərimoğlu onunla çiyin- çiyinə olub. Rəhmətlik Sənanın gördüyü işlər kim görüb?! Böyük oğlum Sarvan əsgərlikdən gəlib müharibəyə getdi. Balaca oğlum 16 yaşından səngərdə mənimlə hərəkət eləyib. Ancaq indi görürəm ki, kimsə kiməsə o dövrdə aparıb siqaret veribsə indi Milli Qəhrəman olub. Həyatda diri ikən ölülər var. Heç bir şey etməyib danışağa da sözü yox! Ancaq insan var ki, çox az yaşayır, vətən üçün çox iş görür.
"Mən ona görə döyüşdüm ki, xalqım yaxşı yaşasın"

-Pedaqoji fəaliyyətiniz mütləq ki sizə müharibədə kömək olurdu…

- Əlbəttə, qızım, bilirsən müharibədə səbr mütləqdir. Çünki orda nə qədər insan var və hamısının da nəzarəti sənin əlindədir. Bütün bunları tənzimləmək heç də asan məsəslə deyil.

-Hələ də sizin ev probleminizə baxılmayıb…

-Bu balaca ölkədə hamı çox gözəl bilir ki, şəhid ailələri kimlərdir. Mənə ev versinlər deyə kiməsə aparıb pul verib ev istəyə bilmərəm, - deyib, hələ də Ağdamda qoyub gəldiyi bir vaxtlar isti, indi isə mənfurlar tərəfindən viran olmuş evinə tərəf gözü yol çəkirdi./Manevr.az/

Əntiqə Səməndər










SON XƏBƏRLƏR
Yerevana əlavə qüvvə yeridilib, vəziyyət nəzarətdən çıxır
Maşını saxlatdırıb sürücünün qulağını kəsdilər - Lənkəranda olay
Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib
Paşinyan küçələrdən çəkilməsə Azərbaycan hücum edəcək?
Serj Sarkisyan Ermənistanın baş naziri oldu
Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək
Azərbaycan qazının Avropaya ilk tədarükünün vaxtı açıqlandı
Türkiyədə Əbülfəz Elçibəyin adına restoran açılıb
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
ATƏT-lə əməkdaşlıq dayandırılsın - Arif Rəhimzadə
Ermənistan parlamentində təhlükəli anlar yaşanır
"Türkiyəni Rusiyadan ayırdıq" bəyanatına cavab gəldi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ABBASQULU AĞA BAKIXANOV - V Yazı
Rusiya Dəməşqə yeni silahlar göndərib - FOTO
Qarabağdakı hərbi hissədə silahlı insident baş verib, həlak olan var
İrəvanı etiraz dalğası bürüdü — 100 min insan Fransa meydanına tərəf irəliləyir
Fransadan tarixi etiraf: Rusiya ilə Türkiyəni bir-birindən qopardıq
Türk-islam aləminin ilk azərbaycanlı qadın millət vəkili kim olub?
Ermənistan parlamenti sabah Serj Sərkisyanı baş nazir seçəcək
“Bu boyda kişini jurnalistlər öldürdü” – Ağacan Abiyev
İlham Əliyev Ramiz Mehdiyevə orden verdi
Ölüləri basdırmağa yer axtarıram...
Bu gün Milli Qəhrəman Rizvan Teymurovun doğum günüdür
Şəhriyarın büstü dağıdıldı: etiraz başladı
Daha bir süpürgəçini maşın vurdu: Formasını çıxartdılar ki, bilinməsin
Rusiya və İran prezidentləri Suriyadakı vəziyyəti müzakirə ediblər
Türkiyə 2 şəhid verdi, 3 əsgər yaralandı
Mövlud Çavuşoğlu: “Suriyanı bu rejimdən xilas etmək lazımdır”
NATO Suriya üçün təcili toplanır
Türkiyə kiminlə olmalıdır? ABŞ-la, yoxsa Rusiyailə?..