Qarabag Media
Haqqımızda Əlaqə

İşğal altındakı torpaqlarda ermənilərin sayı artır… - Tələsmək lazımdır!


Tarix:30-12-2017, 13:40 Kateqoriya:Manşet / Qarabağ

İşğal altındakı torpaqlarda ermənilərin sayı artır…

Qarabağda, Şuşada, Laçında, Kəlbəcərdə və s. doğulan ermənilərin sayı artdıqca işğaldan öncə o doğma yurdlarda doğulmuş azərbaycanlıların sayı azalır…

2017-ci ildə Azərbaycanın işğal altındakı torpaqlarını zəbt etmiş erməni əhali arasındakı təbii artım 800 nəfər olub. “KarabakhTV” xəbər verir ki, bu haqda erməni jurnalistlərə “Artsax milli statistika xidmətinin rəisi” “Qarabağ milli azadlıq hərəkatının fəalı” kimi təqdim edilən Karen Armoyeviç Nersisyan məlumat verib.

Onun sözlərinə görə, işğal altındakı Azərbaycan ərazilərindəki ermənilərn sayı 2007-ci ildən hər il orta hesabla 1000 nəfərədək artır. Yalnız 2017-ci ilin ilk yarım ilində torpaqlarımızda 1083 erməni uşaq anadan olub. Onlardan 565-i oğlandır.

P.S. Bəzən özümüzü arxayın salırıq ki, əşşi, ermənilər statistikanı şişirdirlər; Qarabağda faktiki yaşayan ermənilər çox azdır, hamısı yoxsulluq ucbatından Rusiyaya, ora-bura qaçır… Lap şişirtmə olsa da, hətta cəmi 800 yox, 8 nəfər artım olsa da, bu, torpaqlarımızın azad edilməsi yolunda maneədir. Çünki əvvəla, doğulan hər bir hər erməni uşağa körpə yaşlarından “Artsax Respublikası” vətəndaşı” olduğu təlqin edilir. Bu da onların gələcəkdə müqavimət gücünü artırır. Amma təbii ki, oradakı ermənilər də de-yure Azərbaycan vətəndaşlarıdır və hərbi əməliyyatlar keçiriləcəyi təqdirdə Azərbaycan dövləti və ordu komandanlığı silahlı müqavimət göstərməyəcək hər bir erməninin də təhlükəsizliyini təmin etməli olacaq. Odur ki, işğal altındakı mülki əhalinin, xüsusən uşaq və qadınların çoxluğu müəyyən problemlər yaradacaq. Terrorçu-separatçı erməni birləşmələri onlardan sipər kimi, həm də rəsmi Bakıya və beynəlxalq ictimaiyyətə təzyiq vasitəsi kimi istifadə edəcək. Odur ki, torpaqlarımızın azad edilməsi üçün tələsməliyik…

P.P.S. O da var ki, hər il işğal altındakı torpaqlarda doğulanların sayı artdıqca işğalda öncə o doğma yurdlarımızda doğulmuş Azərbaycanlıların sayı azalır, yəni Qarabağ həsrəti ilə dünyadan köçürlər…
/Karabakh.tv/

Sultan Laçın




loading...




SON XƏBƏRLƏR
Prokuror Gözəl Bayramlıya 4 il həbs cəzası istədi
İlham Əliyev OPEC-in baş katibi ilə görüşdü
Aprel döyüşlərinin qəhrəman polkovniki Rahim Əliyev
Ermənilərə satılan azərbaycanlı
Azərbaycan Türkiyənin təcrübəsindən yararlanaraq Qarabağda hərbi əməliyyatlara başlaya bilərmi? - SİYASİ ŞƏRH
Tağıyevin imzası olan şəkil muzeyə verilib - FOTO
2017-ci ildə ermənilər Qarabağda 4 uşaq bağçası tikiblər - FOTOLAR
BAO “RƏSULZADƏ-134” mövzusunda Dəyirmi Masa keçirəcək
Bizsiz Türkiyə Suriyada qalib ola bilməz - İran
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb
Son nəfəsinədək Azərbaycan dedi
Dünyaya üç cümləlik şahanə Türk mesajı!
Milli Qəhrəman Fəxrəddin Şahbazovun doğum günüdür - VİDEO
“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” haqqında - Qulu Məhərrəmlinin yazısı
Mən SMS sevgilərinə inanmıram
Lənkəranda üç övladını ataraq başqası ilə qaçan qadın axtarışa verildi
Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçilib
Futbol üzrə dünya çempionatının kuboku Azərbaycana gətiriləcək
Ərdoğandan sərt mesaj: “Afrindən geri çəkilməyəcəyik”
Türkiyəyə 15 raket atıldı - 1 nəfər öldü, 54 nəfər yaralandı
Avropa Komissiyasının vitse-prezidenti Davosda Azərbaycan prezidenti ilə görüşəcək
Biri Bakını su qiymətinə satdı, digəri xilas etdi — ARAŞDIRMA - FOTO
Rusiya seçim qarşısında qalacaq: Ermənistan yoxsa Azərbaycan? - TOFİQ ZÜLFÜQAROV
Təhsil nazirinin müavini vəzifəsindən azad edildi
Türkiyə tankları Afrinə daxil olub
Ankara Suriyada quru əməliyyatının başlanacağı vaxtı açıqlayıb
“Türk deyəndə onların ağlına qucaqlarında bəslədikləri FETÖ-cülər gəlir” – Ərdoğan
Azərbaycan unikal “Skif” raketlərini alıb - VİDEO
Türkiyə bu cür hərbi əməliyyatları Azərbaycanla birlikdə Qarabağda da aparmalıdır!
Suriyada kürd terrorçuları dörd türk hərbçini öldürdü