Qarabag Media
Haqqımızda Əlaqə

Müharibə veteranından Qorxmaz Əliliyə tərs sill - Salam, ay qaçqınlar...


Tarix:9-11-2015, 11:34 Kateqoriya:Manşet / Yazarlar

Müharibə veteranından Qorxmaz Əliliyə tərs sill - Salam, ay qaçqınlar...

Abuzər ƏBİLOV
Bu yazını yazmağa mənə Qorxmaz Əlilinin “bizimyol.info” adlı bir səviyyəsiz internet resursu və onun altındakı şərhlər məcbur etdi.

Salam, ay qaçqınlar.


Zaman vardı ki, siz Bakıya gələndə, biz sevinə-sevinə “kənddən gələn var” deyib, içində ləl-cəvahirat varmış kimi sizin zənbil, xurcun, səbətlərinizin üstünə cumurduq, evimizə sevimli qonaq gəlib kimi düşünürdük. Zaman vardı ki, Bakıdan durub Ağdama, Füzuliyə, Zəngilana, Qubadlıya, Laçına, Şuşaya, Kəlbəcərə getməyimizi indi Venesiyaya, Parisə, Londona getdiyimizi qürurla danışdığımız kimi danışardıq. Zaman vardı ki, Şuşada “Zenit” fotoaparatı ilə Cıdır düzündə, Ağdamın Güllücəsində, Füzulinin Bəhmənlisində, Zəngilanın Qazançısında, Cəbrayılın Xudafərinində və saymadığım başqa yerlərdə cürbəcür şəkil çəkdirib, tay-tuşlarımıza “mən Qarabağda idim” deyə qürurla göstərərdik.

Elə siz də ucqar dağ kəndlərindən, başı qarlı dağlardan, şəlalələr diyarından “Bakıya gedirəm” deyərək bir toy-bayram əhvallı səfərə çıxardınız. Uşaqlar “mənə Bakıdan filan şey gətir” deyəndə üzünüz gülərdi, qəlbiniz sevinərdi.

Nooldu ay qaçqınlar sizə!? Nooldu a bakılılar bizə!?.

Anamız bizi təzədən eşşəkmi doğdu, yaxud alçaqlığı boyunduruqmu elədik özümüzə!?

Vaxtilə bir qrup başıpozuqların binamus siyasətinə qurbanmı verdik özümüzü, torpağımızı, keçmişimizi, gələcəyimizi?

Kimsən sən, ay Qaçqın?!!

Bəlkə başqa bir eldən, başqa bir diyardan, başqa bir planetdən gəlmisən?!.

Bəlkə dinin, məzhəbin başqadı, bəlkə sən heç biz insanlara bənzəməyən bir əcaib varlıqsan?!.

Kimsən sən?!!

Görən, doğurdan da, eyvanlı evini, gəbəli otaqlarını, sinəsi qızıl onluqlu qız-gəlinini, həyəti inəkli-danalı, atlı, qoyunlu, pəyəsi toyuqlu-cücəli, sandığı qızıllı elini qoyub Bakıya gəlmək arzusunda idin? Görən o göy çəmənləri, yaşıl meşələri, cənnət qoxulu laləzarlıqları, şəlaləli dağlarını, yaylaqlarını, qışlaqlarını atıb beləmi Bakı həsrətində idin?

Bəlkə tələbə yataqxanalarını, tas-ləyən yığılmış uzun dəhlizləri, ümumi ayaqyoluları, bir evdə soğan qızardılanda, o biri evdə yağ olmadığı üçün balalarının burnunu tutmağını arzulamışdın, ay qaçqın?

Özü bir elə çörək verən kişilər, böyük mağarlar quran ellər, hökumətin “kartoçkasından” “çörəkpulu” çıxarmaq arzusunda idimi, ay qaçqın?

Niyə qaçdın Qarabağdan! Qaçmayaydın! Gözləyəydin! Ana-bacını saçyoldu ilə qoy erməni aparaydı, qoy balalarının üstündən tank keçəydi, qoy evini sən qarışıq alova verəydilər. Uzaqda deyildik biz. Gələcəkdik. Ayazlarla, əbdülrəhmanlarla, yaqublarla, nə bilim daha kimlərlə kreslo davamızı bitirib, köməyə gələcəkdik. Qızın-gəlinin əsir aparılsa da, balan ölsə də, evin yansa da, gələcəkdik.

AMMA POX OLSUN BU GƏLİŞƏ.

İndi yaşam dövründə bir dənə də güllə atmayıb, “voenkomatda” “neqodnı” yazılan hansısa binamus deyəcək ki, bu qaçqındı, ona görə də qaçqınlara qahmaq çıxır.
Dədənizin də, dədəmin də goruna and olsun ki, BAKILIYAM. Dədəm Digahlı, anam Fatmayılıdır.

Amma gəlin kişi olaq da, hec olmasa hərdən, hec olmasa bir anlığına.

Qonşumuz hasarını bir metr həyətimizə doğru çəkəndə, dünya savaşı açan biz, bu zavallıları niyə təhqir edirik? Ay balam bunlar barbar ordusu deyil, birdəfəlik anlayın. İnsan doğulduğu yerdən qanad açır, bunlar qanadı qırılmışlardır…

Gəlin bir az da yuxarıda yazdıqlarımı təhlil edək.

Qaçqın deyilən əcaib varlığın, öz torpağında bu boyda varı vardısa, onun Bakının Binəqədi mədənində it iyi verən sahədə, qaçqın şəhərciyində nə işi vardı axı?

Onun ancaq qoyun-quzusunun indiki pulla 30-40 min dollar qiyməti vardısa, indi “Bank of Bakı”da adına 2-3 min kreditdə nə işi vardı!?

Onun sandığında xalis qızıl onluqlar cingildəyirdisə, indi oğlunu evləndirmək üçün Bakının mağazalarından 600 manata nisyə, özü də geydirmə qızılı niyə almalı idi!?.

Toylarında qoşa cöngə, 20-30 qoyun kəsilən, indi isə 25 manata it yeməz masaları olan şadlıq evlərində nə işi vardı bu qaçqın zalım oğlunun!?

Qonaq gedəndə gəbə, xalça, diri qoyun aparanın, indi qonaq gedəndə 5 manata uşaq ağzını əyən konfet qutusu almaqda nə marağı vardı?

Bəlkə yavaşlayaq?

Hər elin, hər kəndin, hər məhəllənin, hər evin binamusu olduğu kimi, qeyrət ağacı da var.

Qarabağlının da, Bakılının da.

Yox, doğrudan, yavaşlasaq yaxşıdı. Hər kəsi hər iki dünyada günah və əməlinə görə öz ayağından asarlar.

HƏLƏ MƏLUM DEYİL, KİMİN ULU BABALARININ İZİ QARABAĞA, YAXUD BAKIYA GEDİB ÇATIR.

Dərdiniz dərdimiz, toyunuz toyumuz, canınız canımız, qanınız qanımızdır, a QAÇQINLAR.

Qəribə millətik, İrandan gəlib arvad-uşağımıza öz dillərində “fahişə” deyənlərə gücümüz çatmır, İngiltərədən gəlib kafemizdə polisimizə yumruq atan ingilis köpəyə gücümüz çatmır. Amma QAÇQINA qapaz vurmaq üçün sino gedirik, bu işdə pəhləvanıq.

Soydaşımız olsa belə, qəlbləri qan olsa belə. 23 ildə Vətən dərdindən çoxusu qəlbi qübarlı köç eləsə belə…

İNSAN OLMAQ VAXTIDIR, HƏM QARABAĞLI ÜÇÜN, HƏM DƏ BAKILI ÜÇÜN.
SONRA GEC OLACAQ!..(Aim.az)

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlk əsgər məzarlığı salınır: Müharibəyə hazırlıqdır? – Zakir Həsənov
Bu gün Azərbaycanda Bilik Günüdür
Azərbaycan-Türkiyə həmrəylik yürüşü keçiriləcək
Türkiyənin Vitse-prezidenti sabah Azərbaycana səfərə gəlir
Qəhrəmana bərabər qəhrəman: Bitməyən müharibənin döyüşçüləri - FOTOLAR
Piyadalara qarşı cərimələri yol polisi yazacaq - RƏSMİ
Kremlin Qarabağ blefi: Sözdən işə nə zaman keçiləcək?
Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Azərbaycan hərbçiləri Almaniyada təlimdə iştirak edirlər
Tramp: Misir Prezidenti mənim sevimli DİKTATORUMDUR
Qazaxıstanda silah anbarı partladı
Türkiyədə ard-arda iki güclü zəlzələ olub
Yaponiyada yüz yaşı tamam olanların sayı 71 mini keçdi
Mirşahin Ağayevə medal verildi
Türkiyə Qarabağ müharibəsində Azərbaycana niyə kömək etmədi? - Kod adı ZƏFƏR olan türk genaralı danışdı - EKSKLÜZİV
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
Türkiyədə siyasi proseslər DƏYİŞİR - Ərdoğanın partiyası niyə parçalanır?
Putin müsəlmanlarla araq içdi – “İmamların 3-də…” - VİDEO
MƏQSƏD SƏTTAROV KİMDİR? - I YAZI
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ŞEYX MƏHƏMMƏD XİYABANİ- III Yazı
Əhməd Davudoğlu AKP-dən istefa verib
Özbəkistan Türk Şurasının üzvü olacaq
2020-ci il üzrə dövlət büdcəsinin gəlir və xərcləri
“Təlimlər döyüş qabiliyyətinin artırılmasına xidmət edir” - Müdafiə naziri
Qarabağ icması Fransa hökumətinə çağırış edib
Piyadaları cərimələyən post-patrul əməkdaşlarının səlahiyyətlərinə xitam verilib
İnsanın soykökünün saxtalaşdırılması onun şərəf və ləyaqətinə qarşı hörmətsizlikdir
Mehriban Əliyeva Kürdəxanıda parkın açılışında - FOTO
Rövşən Rzayev: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
İşğal olunmuş ərazilərlə bağlı qanun niyə qəbul olunmur? - Deputatdan pessimist CAVAB