Qarabag Media
Haqqımızda Əlaqə

Mənim gözlədiyim Yeni İl möcüzəsi


Tarix:29-12-2017, 00:17 Kateqoriya:Manşet / Yazarlar

Mənim gözlədiyim Yeni İl möcüzəsiQönçəgül Kamalqızı

Yeni ili harda qarşılamaq istərdiniz?
Hər gün dünyanın bir çox yerlərinə səyahət turları təşkil edən elanlarla çox qarşılaşıram. Amma təəssüf ki, mənim getmək istədiyim məmləkətin adı yoxdur o siyahıda.


Sən heç nağıl ömrü yaşadınmı, əziz oxucu? Mən yaşadım. Həm də dünyanın heç bir yerində görülməyən, unudulmayan bir nağılın qəhrəmanı oldum. Hər il dekabr ayı gələndə hiss etdiyim həyəcan, sevinc bir ömürboyu yetərdi mənə...

Qışda ağappaq qara bürünən dağların əhatəsində gözəl bir şəhər düşünün. Gözoxşayan bu təbiət mənzərəsində yaşayanlar, soyuq havanı ciyərlərinə çəkənlər, dizə qədər qarlı yollarda yeriyənlər daha yaxşı bilər o yerin gözəlliyini.

Üzəri bəyaz qarla örtülən evlərdə yanan sobalardan çıxan tüstü qoxusu, isti çörək, təzəcə dəmlənən çay ətri insanı valeh edərdi.

Soyuqdan donan əllərini, qarda islanan üst-başını qurutmaq üçün evə tələsib ana-atanın qucağına sığınmaq bir başqa aləm idi.

Gecələr qarın səsiz yağmasını küçə işıqlarının sarı şüaları altında izləmək, xizəklərdə sürüşən uşaqların, bəzən də böyüklərin qəhqəhəsini eşitmək bütün əyləncələrə dəyərdi. Bir də biləndə ki, hər bayram evimizdə bəzənən yolkanın fırlanmasını gecələr pəncərədən həvəslə izləyənlər var, onda sevincimin həddi-hüdudu olmazdı.

Atam mənə uşaqlığımın ən yaddaqalan günlərini yaşadıb. Yen il qabağı nə Şaxta baba gözləyirdim, nə də Qar qız. Mənim hədiyyəm atamdan gələrdi.

O, təzə ilə xüsusi təmtəraqla hazırlaşırdı. Yamyaşıl yeni il ağacı, rəngbərəng oyuncaqlar, nağıl qəhrəmanlarının şəkilləri olan bayraqlar, gözəl işıqlar gecədən qutularından çıxarılar, yerbəyer edilərdi. Bu işin ən gözəl tərəfi bilirsinizmi nə idi?

Atamın sehirli əlləri evimizdə gecə ilə möcüzələr yaradardı. Səhər oyanan kimi qaçıb sirli-sehirli, fırlanan yolkama baxardım. Düz bir ay bayram ab-havası evimizdən çəkilməzdi.

Atam yeni il bayramını bir başqa cür sevirdi.Təzə il sevincini təkcə mənə yox, ayrı uşaqlara da yaşadardı. Məktəbin həyətində quraşdırmaq üçün xüsusi zövqlə seçilmiş küknar ağacı gətirərdi. Həvəslə bəzəyərdi o ağacı....

Sonra şeirlər söylənərdi, mahnılar oxunardı. Məktəbin ən gözəl qızı Qar qız, ən yaraşıqlı oğlanı Şaxta baba seçilərdi. Beləcə nağıl olardı ömrümüz.

Hər nağılın bir sonu olur, yaxşı, ya da pis. Bizim nağılımzsa yarımçıq qaldı.

Biz köçkün düşdük, atam xəstələndi. Br gün bayram ərəfəsində balaca bir küknar ağacı tapıb gətirdilər onun üçün. Bacardığımız kimi yolka bəzədik. Amma nədənsə cəmi bir gecə saxladı onu. Səhəri günü istəmədi.

İndi düşünürəm ki, atam təmtəraqla, həvəslə bəzədiyi ağacın əvəzini qaytara bilmədiyi üçün küsdü təzə ildən. İsti evimizdə yaşanan o əsrarəngiz bayram sevincini yataqxananın soyuq divarları arasına sığışdıra bilmədi.

O, öləndən sonra biz daha heç vaxt yeni ilə hazırlaşmadıq. Çünki nə atam vardı, nə evimiz, nə də bəzəkli yeni il ağacımız.

Bacılarımdan biri atam kimi həvəslidir. Bəzən evində bayrama hazırlaşır, yolka bəzəyir. Amma bilirəmki o içindəki yarımçıq bayram sevincini tamamlamağa, itirdiklərini geri qaytarmağa çalışır.

İndi o illərdən məni çox uzun bir zaman ayırır. Hələ də hər ilin sonuncu günü saatın əqrəbləri 12-ni göstərəndə elə bilirəm ki, atam gələcək. Bizi nağıl dünyamıza geri qaytaracaq. “Hazırlaşın, gedirik”, deyəcək. Qış möcüzələrinin yaşandığı diyara...

Ora nə Laplandiyadı, nə də başqa bir yer... Ora Laçındır.
Yolu həsrət qoxulu, gözü nisgil yuxulu diyar, təzə ilin mübarək!

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Prokuror Gözəl Bayramlıya 4 il həbs cəzası istədi
İlham Əliyev OPEC-in baş katibi ilə görüşdü
Aprel döyüşlərinin qəhrəman polkovniki Rahim Əliyev
Ermənilərə satılan azərbaycanlı
Azərbaycan Türkiyənin təcrübəsindən yararlanaraq Qarabağda hərbi əməliyyatlara başlaya bilərmi? - SİYASİ ŞƏRH
Tağıyevin imzası olan şəkil muzeyə verilib - FOTO
2017-ci ildə ermənilər Qarabağda 4 uşaq bağçası tikiblər - FOTOLAR
BAO “RƏSULZADƏ-134” mövzusunda Dəyirmi Masa keçirəcək
Bizsiz Türkiyə Suriyada qalib ola bilməz - İran
İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüşüb
Son nəfəsinədək Azərbaycan dedi
Dünyaya üç cümləlik şahanə Türk mesajı!
Milli Qəhrəman Fəxrəddin Şahbazovun doğum günüdür - VİDEO
“Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü” haqqında - Qulu Məhərrəmlinin yazısı
Mən SMS sevgilərinə inanmıram
Lənkəranda üç övladını ataraq başqası ilə qaçan qadın axtarışa verildi
Səməd Seyidov AŞPA-nın vitse-prezidenti seçilib
Futbol üzrə dünya çempionatının kuboku Azərbaycana gətiriləcək
Ərdoğandan sərt mesaj: “Afrindən geri çəkilməyəcəyik”
Türkiyəyə 15 raket atıldı - 1 nəfər öldü, 54 nəfər yaralandı
Avropa Komissiyasının vitse-prezidenti Davosda Azərbaycan prezidenti ilə görüşəcək
Biri Bakını su qiymətinə satdı, digəri xilas etdi — ARAŞDIRMA - FOTO
Rusiya seçim qarşısında qalacaq: Ermənistan yoxsa Azərbaycan? - TOFİQ ZÜLFÜQAROV
Təhsil nazirinin müavini vəzifəsindən azad edildi
Türkiyə tankları Afrinə daxil olub
Ankara Suriyada quru əməliyyatının başlanacağı vaxtı açıqlayıb
“Türk deyəndə onların ağlına qucaqlarında bəslədikləri FETÖ-cülər gəlir” – Ərdoğan
Azərbaycan unikal “Skif” raketlərini alıb - VİDEO
Türkiyə bu cür hərbi əməliyyatları Azərbaycanla birlikdə Qarabağda da aparmalıdır!
Suriyada kürd terrorçuları dörd türk hərbçini öldürdü