Qarabag Media
Haqqımızda Əlaqə

"Hər dəfə atasızlıgımı duyanda…" — Günay Malikqızı yazır


Tarix:27-12-2017, 14:24 Kateqoriya:Manşet / Yazarlar

"Hər dəfə atasızlıgımı duyanda…" — Günay Malikqızı yazırGünay Malikqızı

Bu gün özümdən soruşdum ki, niyə atamın ölüm günü yox, dogum günü məni lap çox kövrəldir?!

Axı öldüyü günlə baglı xatırladıqlarım daha təsirlidir… Bir yerdə səhər yeməyi yedik, danışdıq, sagollaşıb işə getdim evə qayıdanda isə atam artıq ölmüşdü. Axırıncı dəfə saçlarını sıgalladım, əlini öpdüm, amma onda anlamırdım ki, sonra necə darıxacam.

O an düşünürdüm ki, daha heç vaxt özümü belə pis hiss etmərərm. Amma hiss etdim… Hər dəfə atasızlıgımı duyanda…

27 dekabrda atamın yoxlugunu hiss edirəm. Onunla keçirdiyimz ad günləri yadıma düşür.
Bizim adi deyib yediyimiz əncirə, nara baxıb, yaradılış möcüzəsinə heyrətlənən, bu nemətlər üçün sevinən atam yadıma düşür. Xırda hadisələri böyük sevinclə qarşılayan, heç kimin xətrinə dəyməyən, təmənnasız sevməyi bacaran həyatımda tanıdıgım yeganə insan –atam yadıma düşür. Deyirlər e uşaqla uşaq, böyüklə böyük bax o mənim atam idi. Və onun öldüyü gün yox, nə vaxtsa yanımda oldugu günlərin həsrəti ürəyimi sıxır.

Onu tanımaq, sevmək, onun 4 övladından biri olmaq, Malik Fərruxun qızı olmaq çox gözəldir. Bütün bu gözəllikləri mənə bəxş edən insanın əlindən tutub ona təşəkkür edə bilməməyim mənı kövrəldir.

Atam bizə var dövlət yox, maraqlı söhbətlər, xatirələr, sevgi və təmiz adını qoydu. Bu da onun var dövlətiydi, mənim atam illərini məhz bunları yıgmaga həsr eləmişdi. Atamın həyatı çoxunu bilmədiyimz xeyirxah əməlləri, ondan sonra dostlarının danışdıgı məhəbbət dolu sözlər, bizim sevgimiz və şerləri idi…

Belə maraqlı həyatın yarımçıq kəsildiyi günü yox, belə insanın dünyaya gəldiyi günü xatirımdə saxlamaq istədiyim üçün, 27 dekabr daha çox kövrəlirəm. Amma, atam kövrəlməyimi istəməzdi, ondan sonra hələ çox 27 dekabrlar görüb, böyüməyimi, yaşlanmagımı istərdi. Mən isə atasız böyüyürəm, özü də tək öz ad günümdə yox, həm də onun ad günündə…

Karabakhmedia.az










SON XƏBƏRLƏR
“Araz Əlizadənin deputat olması şərəfimə toxunur” - Xeyrəddin Qoca
Xəncərli qatil Şəmkirdə öldürüldü – VİDEO
İlham Əliyev: “Son hadisələr göstərir ki, onların əlində terrordan başqa heç bir vasitə qalmayıb”
Ərdoğan Makronun dəvətini rədd etdi: “İşim var…”
İtaliya Trampın çağırışına qarşı çıxdı
“Sosial şəbəkələrdə normal adamlar olmur” — Araz Əlizadə
“Neftçi”dən əzmkar qələbə
Tanınmış şair məzarı başında anıldı
Binəli Yıldırım Türkiyə parlamentinin sədri seçilib
Tarixin gedişatını dəyişən Malazgird döyüşü — TURAN TAKTİKASI
Dünyanın ən güclü orduları açıqlandı – SİYAHI
Hikmət Hacıyev: “Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü 4 saata yaxın davam edib”
Prezident İlham Əliyev NATO ölkələri başçıları üçün təşkil olunan qəbulda iştirak edib
Adnan Oktarın əmlakı müsadirə edildi - “Kediciklər” ac qalacaq
Avropa İttifaqından Qarabağ məsələsində ermənilərə növbəti zərbə
"Qarabağ" mübarizəyə qələbə ilə başladı
NATO-dan Rusiya açıqlaması: “Soyuq müharibə istəmirik”
Elxan Şahinoğlu: "Dövlətimizi qorumaq üçün bütün imkanlar səfərbər edilməlidir"
Qurban Qurbanov: "Vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır"
İlham Əliyev Belçikaya gedib
Fazil Mustafa: "Gəncəni sınaq poliqonuna çevirməsinə imkan verilməyəcək"
"Suriyaya gedən Azərbaycan vətəndaşlarının sayı 1000-dən çox olub"
“Köçəryan Moskvaya qaçıb” – Keçmiş prezidentə korrupsiya ittihamı
Azərbaycanın daha 13 idmançısı dopinq-testdən keçə bilmədiyi üçün cəzalandırılıb
Prezidentlər dünyaya Qarabağla bağlı mesaj verdilər
Nazirlikdən isti hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Duqin Qarabağla bağlı Paşinyan hökumətini şoka saldı
İran neft ixracını rekord həddə qaldırır - ABŞ-a cavab
Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü olub
Rusiya Ermənistandakı hərbi bazasına iki ədəd yeni nəsil “MiQ-29” qırıcıları göndərib