Qarabag Media
Haqqımızda Əlaqə

Elmin vicdanı – Elnarə Akimova


Tarix:26-12-2017, 14:07 Kateqoriya:Manşet / Yazarlar

Elmin vicdanı – Elnarə Akimova

Azərbaycan elmi, elm adamları, elm tərəqqisi və digər “elmioloji”-lərin nə vəziyyətdə olduğu aydındır. Təkrar-təkrar yazılan dissertasiyalar, müəllifin başqa müəllifə başqa müəllif üçün yazdırdığı yazılar, saxta sitatlar, boğazdan yuxarı təriflər, dissertasiya müdafiəlarindən daha səbrsizliklə gözlənilən dissertasiya “yuma”lar çoxumuza məlumdur. Amma istər bataqlığa düşsün, istər çamura bulaşsın, istər dəryaya qərq olsun – gövhər yenə də gövhərdir. Azərbaycan elmində də qürur hissi duyacağımız belə gövhərlər var. Elə akademiyanın özündə. Elə Cavid bağının yanında, ən ucuz “obed”in verildiyi, ortalama yaş həddi ən yüksək olan, məbəd adlandırdığımız akademiyada.

AMEA nə qədər tənqid olunsa da, nə qədər elmi yeniliyi az görünsə də, işləyir, çalışır; fərdi, kollektiv və xüsusən, rəhbərlik səviyyəsində elmi araşdırmalara diqqət yetirilir. Məlum maddi sıxıntılardan, məlum üz-üzdən utanar deyib əl vurulmayan “çalağan”lardan, məlum istedadsız istedadlılardan hali deyil heç bir yer və heç şübhəsiz ki, rəhbərlikdən qapıçısına hər kəs bu problemləri bilir, belə şəxsləri tanıyır.

Amma “axırzaman”da demokratikləşmə yolunda əmin addımlar atan akademiyada son illərin, mənə görə, ən böyük uğuru haqqında yazmaq istəyirəm. Azərbaycan tənqidinin yaşayan klassiki, canlı əfsanəsi, novator və ənənəyə sadiq, əsərlərində elmi dünyagörüşünün konseptual məqamlarının çözülməsi üçün aydın işıq saçmaqda olan poeziya örnəklərinin tədqiqinə və təşəxxüs sistematikliyinə nəzərən ucalan ekspresionist təmayül axınlarının sentimental yaşantılar məqamında konturların çəkilməsi xidmətləri ……. Hər halda bunlar yox, qısaca Elnarə Akimova haqqında.

Elnarə xanımın dissertasiya işi mütləq oxunmalı, tədris olunmalıdır. Müstəqillik dövrü ədəbiyyatımızın ədəbi təmayülləri haqqında olan bu iş ORİJİNALdır. Əməyin və zəhmətin məhsuludur. Mübaliğəsiz, şişirtməsiz şedevrdir. İş ilə hər kəs tanış ola bilər. Amma işin müdafiəsi, akademiyada o kiçik akt zalında baş verənlər barədə heç də hər kəsin məlumatı olmayacaq. Orada yaşananlar da ayrı bir dərs, ayrı bir arxivdir.

İclas – müdafiə – şura akademik İsa müəllimin rəhbərliyi ilə keçirilirdi. İsa Həbibbəyli, heç şübhəsiz ki, son illər Azərbaycan elminin gəncləşməsi, demokratikləşməsi, qanuniləşməsi və elmin elmiləşməsi yolunda ən böyük xidmətlərin sahibidir. Akademik giriş sözünü deyir, tərifləyir, Elnarə xanım işini müdafiə edir, kiçik iradlar və suallar var:

-Elnarə xanım, niyə siz postmodernizm haqqında danışarkən bunu orta əsrlər təsəvvüf anlayışı ilə müqayisədə təqdim etməmisiniz? Niyə bu sizin diqqətinizdən kənarda qalıb?

Bu müdafiə zamanı meydana gələn sualdır, opponentin yazdığı, “bu sualı verəcəm” tipli sual deyil və əhli-hal Elnarə xanımın cavabı:

- Təsəvvüf və postmodernizm anlayışları heç bir halda kəsişmir. Əgər postmodernizm dağıdıcı, mövqe tutrsa, təsəvvüf harmoniya qurur. Qəzali və Freyd hansı nöqtədə kəsişirsə, postmodernizm və təssəvvüf də həmin nöqtədə kəsişə bilər.

Nə qalxardım ayağa, nə alqışlayaradım, nə təşəkkür edərdim o zalda Elnarə xanıma.

Bundan sonra niyə X.Y-dan sitat verilməyib ( Xəlil Yusifli deyil, iks və iqrık kimi oxunsun), niyə 49-cu səhifə həmcins üzvlər arasında vergülün biri nöqtə kimi düşüb və s. suallarına yer verildi. Elnarə Akimovaya opponentlik edən Nizami Cəfərov irad bildirmir, Şirindil Alışanlı bir-iki xırda iradlar deyir və iş müdafiə olunmuş sayılır. Və artıq E.Akimova da elmlər doktoru adını almış sayılır.

Elnarə Akimovanın doktorluğu elmlər doktoru olmaq istəyənlər üçün vicdan etalonudur. Əgər Akimovanın olduğu statusa layiq bilirsə kimsə özünü o zaman bu yola girsin. Yox əgər “bir özəl məktəb taparam, 5 aşağı 3 yuxarı başını bağlayaram, 5 aşağı 3 yuxarı kitab yazdıraram, 5 aşağı 3 yuxarı müdafiə edərəm, 5 aşağı 3 yuxarı qonaqlıq verib doktor olaram” deyən varsa, Elnarə xanımdan utansın. Bu vicdanı tapdamasın. Var olsun kitablar, var olsun elm, var olsun poeziya, var olsun sənət, var olsun VİCDAN.

PS: Vicdan – elə qadındır. Hər kişinin vicdanı onun qadını, hər qadının vicdanı onun özüdür.

Nizami Hüseynov












SON XƏBƏRLƏR
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR
Xurma satanların Ramazan sevinci
Məhəmməd İsmayıl Daniş: Cavanşir elinin nazir oğlu-ARAŞDIRMA
Şuşanın işğalından 27 il ötür
Elnur Eltürkə yeni vəzifə verildi
"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ