Qarabag Media
Haqqımızda Əlaqə

Ermənilər Sultan bəyin Andraniki diz çökdürdüyü kənddə daha 25 ev tikdi


Tarix:21-12-2017, 20:38 Kateqoriya:Manşet / İşğal Əraziləri

Ermənilər Sultan bəyin Andraniki diz çökdürdüyü kənddə daha 25 ev tikdi

Ermənilər 1918-ci ildə xalq qəhrəmanı Sultan bəyin ermənilərin qondarma “qəhrəman”ı, türk paşası tərəfindən qulağı kəsilmiş Andranik Uzunyanın Xankəndinə keçmək istəyən qoşununu darmadağın etdiyi Laçının Zabux kəndində quruculuq işlərini davam etdirirlər.

Karabakhmedia.az “KarabakhTV”-yə istinadla yazır ki, bu barədə separatçı-terrorçu rejimə məxsus KİV xəbər yayıb.

İşlərə 2013-cü ildən başlanan və artıq 100-ə yaxın yaşayış evinin tikildiyi “Kaşataq rayonu”nun Aqavno kəndi” adlandırılmış Zabux kəndi ərazisi qondarma “DQR”-in ən böyük tikinti meydançası hesab edilir. Burada bütün məişət şəraiti Qərb standartlarına uyğun bir kənd artıq salınıb. Gorus-Stepanakert yolunun yanında, “Aqavno” (Həkəri) çayının sahilində tikilən digər kvartal isə “Ariavan” adlandırılıb.

“Kaşataq rayonu”nun “administrasiya rəhbəri”, yəni işğal altındakı Laçın, Qubadlı, Zəngilan rayonu ərazilərində yaşayan ermənilərin faktiki icra başçısı David Davtyanın erməni jurnalistlərə verdiyi məlumata görə, 2017-ci ildən yeni kvartalda tikilmiş 25 evdə işlər artıq yekunlaşmaq üzrədir. Bu evlər 2018-ci ilin yazında tam hazər olacaq və işğalçı hərbçilərə, çoxuşaqlı ailələr və Suriya qaçqınlarının istifadəsinə veriləcək. 2018-ci ildə isə daha 16 ev tikmək planlaşdırılır.

Xatırladaq ki, 2016-cı ilin sentyabrında Laçındakı sözügedən Ariavan kvartalının açılışı olmuşdu.


Sultan Laçın












SON XƏBƏRLƏR
Laçın rayonunun işğal edilməsinin 27-ci ildönümü ilə bağlı ümumrayon tədbiri keçirilmişdir
Dövlət Komitəsində Laçın rayonunun işğalının ildönümü münasibətilə anım tədbiri keçirilib
Xosrov bəy Sultanovun 140 illiyi keçirildi - FOTOLAR
Xosrov bəy Sultanovun 140 illiyi keçiriləcək
İran ABŞ-ı “başına zərbə endirmək”lə hədələyib
Britaniyanın Azərbaycana dair xəbərdarlığına - XİN-dən reaksiya
Mühasirəyə düşmüş 60 nəfərdən çox döyüşçünü xilas edərkən şəhidlik zirvəsinə ucalan Milli Qəhrəmanımız - VİDEO
“Keşikçidağ” Azərbaycana qarşı siyasi təzyiq vasitəsi ola bilməz
Bu gün 32 173 abituriyent qəbul imtahanı verir
“Qarabağ” çempionluğunu "Neftçi" üzərində qələbə ilə rəsmiləşdirib
Azərbaycanlı diaspora sədri karate üzrə dünya çempionu olub
Qarabağla bağlı prinsipial mövqeyimiz dəyişməyəcək
Həyat yoldaşı ilə birgə güllələnən Sovet İttifaqı qəhrəmanı, gənc general kimdi?
Tarixi qələbənin qazanılmasında Azərbaycan xalqının rolu
Həzi Aslanovun ikinci “Qızıl Ulduz”u - ARAŞDIRMA
Bu gün 9 May - Qələbə günüdür
“Həsrət Yolu” erməni girovluğundakı uşaqlarla bağlı layihəyə başladı
Dövlət Komitəsi Şuşanın işğalının 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirib - FOTOLAR
Prezident Xalq artistinə ev verdi
Qoşa Qala qapıları bərpa edilir - FOTO
100 türk hərbçisi Rusiyada təlim keçməyə başlayıb
Şuşanın işğalı Şəhidlər Xiyabanında anıldı - FOTOLAR
Şuşa tarixi haqqında Şuşasız…
"Yatmış" Keşikçidağ: Niyə "Müqəddəs Giorgi" bayramını qonşular Azərbaycanda keçirir - FOTO
Əməkdar jurnalist Elnarə Dərziyeva BDU-nun jurnalistika fakültəsinin tələbələri ilə görüşüb - FOTOLAR
Xurma satanların Ramazan sevinci
Məhəmməd İsmayıl Daniş: Cavanşir elinin nazir oğlu-ARAŞDIRMA
Şuşanın işğalından 27 il ötür
Elnur Eltürkə yeni vəzifə verildi
"Elə etməsinlər ki, biz də Gürcüstana qarşılıqlı iddialarımızı gündəmə gətirək" - POLİTOLOQ