Qarabag Media
Haqqımızda Əlaqə

Xanəndə Ehtiram Hüseynov fəxri ad aldı - SƏRƏNCAM


Tarix:20-12-2017, 21:47 Kateqoriya:Manşet / Mədəniyyət

Xanəndə Ehtiram Hüseynov fəxri ad aldı Tanınmış xanəndə Ehtiram Hüseynov “Əməkdar artist” fəxri adına layiq görülüb.

Karabakhmedia.az xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə “Muğam televiziya müsabiqəsi”nin laureatı, Beynəlxalq muğam müsabiqəsinin qalibi, tanınmış xanəndə Ehtiram Bahadur oğlu Hüseynov muğam sənətinin inkişafındakı xidmətinə görə "Əməkdar artist" fəxri adı ilə təltif olunub.

Qeyd edək ki, Ehtiram Hüseynov 1980-cı il oktyabr ayının 18-də Laçın rayonunun Hacısamlı kəndində anadan olmuşdur. Əslən Daşlı kəndindəndir. 1986-cı ildən Hacısamlı kənd 8 illik məktəbində təhsil alıb. 1992-ci ildə Laçın rayonunun erməni işğalçıları tərəfindən işğal olunması səbəbilə təhsilini Bakı şəhəri Binəqədi rayonu Biləcərəri qəsəbəsindəki 284 saylı orta məktəbində davam etdirmişdir. Uşaqlıq illərində "Ağdam muğam məktəbi"ndə musiqi təhsili alıb. 1994-1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin "Bənövşə uşaq xoru"nda musiqi fəaliyyəti göstərib.

1997-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub və buranı uğurla bitirib.

2007-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə həyata keçirilən Azərbaycan Televiziyasının "Muğam" televiziya müsabiqəsində iştirak etmişdir. Bu müsabiqədə 2-ci yerə layiq görülmüşdür.

2008-ci ildə Azərbaycan Milli Konservatoriyasına daxil olub. Azərbaycan Milli Konservatoriyasının magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Bir çox xarici ölkələrdə qastrol səfərlərində iştirak edib.

2011-ci ildə Beynəlxalq muğam müsabiqəsinin qalibi olub. Hazırda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti vəzifəsində çalışır.

2015-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Sərəncamı ilə "Əməkdar artist" fəxri adı ilə təltif olunub.

Ailəlidir, 2 övladı var.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Rusiya XİN-də Dağlı Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsləhətləşmələr keçirilib
ABŞ 34 əsgərinin yaralandığını etiraf etdi
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
Azərbaycanda kişi özünə iynə vurarkən öldü
Vladimir Kotenev: "Avropada Azərbaycana vacib tərəfdaş kimi baxırlar"
Türkiyədə iki DƏHŞƏTLİ ZƏLZƏLƏ baş verdi – Ordu hazır vəziyyətə gətirildi – VİDEO
Deputatlığa namizəd Mehdi Mehdiyev şəhid Əliyoldaş Əmirəhmədovun və Gülverdi Hüseynovun anım mərasimində iştirak edib - FOTO
Mahir Abbaszadə Mərdəkanda laçınlı seçicilərlə görüşdü - FOTOLAR
Davos Forumunda iştirak Azərbaycana nə verir? — Elmir Muradın şərhi
Ölkəyə külli miqdarda narkotik və silah gətirən iranlılar tutuldular
ABŞ İrana qarşı sanksiyalarını genişləndirib
Seçkiləri izləyəcək yerli və xarici müşahidəçilərin SAYI
Diaqnostik qiyməntləndirmə ilə sertifikatlaşdırma arasındakı fərq nədir?
Səfir: “Britaniya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib”
26 il sonra nəşi məzardan çıxarılan şəhidin xanımı: “Bir axşam evdə tək idim...”
Mahir Abbaszadə Yeni Günəşli qəsəbəsində laçınlılarla görüşdü - FOTOLAR
Prezident İlham Əliyev Vaqif Şadlinskini təltif edib
Hacı Salayev namizədliyini geri götürdü: "İki dəfə deputat olmuşam, bəsdir"
Məzahir Pənahovdan namizədlərə ÇAĞIRIŞ - “Seçki Məcəlləsinin tələblərinə əməl edin”
Həkimlərə şad xəbər: MAAŞLARI ARTIRILIR
Suriyada döyüşən azərbaycanlılarla bağlı qərar elan edilib
Naməlum şəhidin nəşi şəhidlər xiyabanında dəfn olundu - FOTOLAR
Dolmabaxça sarayında tarixi tapıntı – Osmanlının ilk təyyarələri haqda faktlar ortaya çıxdı - FOTO
Dəhşətli virusun Azərbaycana keçməsi istisna edilmir - AÇIQLAMA
Azərbaycanda qəndə ağardıcı maddə qatan şəxs həbs edildi
Yazıçı Pərvanə Bayramqızının yeni kitabı çap olundu
“Şuşa qalasının Azərbaycana məxsusluğu bütün dünyaya məlumdur” - Musa Qasımlı
İçərişəhərdə iki bina restavrasiya edilir
İki uşaq bağçasının direktoru olan qadın məhkəmə zalında həbs edildi
İmişlidə şəhidin nəşi məzardan çıxarıldı – VİDEO