Qarabag Media
Haqqımızda Əlaqə

Rusiya mətbuatı “Qarabağ” haqda: "Kimin ağlına gələrdi ki, Azərbaycan klubu..."


Tarix:19-12-2017, 00:31 Kateqoriya:Manşet / İdman

Rusiya mətbuatı “Qarabağ” haqda:

“Qarabağ”ın Çempionlar Liqasındakı çıxışı Rusiya mətbuatının da diqqətini çəkib.

Karabakhmedia.az xəbər verir ki, bu ölkədə nəşr olunan həftəlik “Futbol” jurnalının internet versiyası qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində diqqət çəkən ən maraqlı məqamları 10 fakt halında yayımlayıb.

Maraqlıdır ki, həmkarlarımızın qeyd etdiyi məqamların arasında “Qarabağ”ın sürpriz çıxışı, “Atletiko”nu büdrətməsi və ağdamlıların qapıçısı İbrahim Şehiçin turnirin qrup mərhələsinin ən çox seyv edən qapıçısı olması da yer alıb.

Məqalənin müəllifi İqor Yeqorov çempionumuzun çıxışını belə təsvir edib: “Qarabağ” hələ Avrokubok baharı başlamamışdan möcüzəyə imza ataraq Çempionlar Liqasını qrup mərhələsinə vəsiqə qazanmışdı. Kimin ağlına gələrdi ki, Azərbaycan klubu hələ üstəlik “Atletiko” ilə iki dəfə heç-heçə edəcək, hətta onların qapıçısı bu mərhələdə hamıdan çox “seyv” edəcək? Komandanın “çərçivə qoruyucusu” İbrahim Şehiç artıq uzun müddətdir ki, Azərbaycan çempionatında özünü yaxşı tərəfdən göstərərək Bosniya və Hersoqovina millisinin heyətinə dəvət alır.

2016/17 ÇL mövsümü isə Şehiçin şəxsi karyerası baxımından benefisi oldu. Onun komandası “Çelsi”, “Roma” və “Atletiko”ya qarşı yaxşı müdafiə olunarkən, qapıçı da digər bütün həmkarlarından daha çox top qaytardı. İbrahim cəmi 6 oyunda 35 dəfə qapısını real qoldan xilas etdi. “Maribor”lu Yasmin Handanoviç, MOİK-in üzvü İqor Akinfeyev və “Şaxtyor”un “çərçivə qoruyucusu” Andrey Pyatov öz komandasına bosniyalı qapıçıdan daha az kömək ediblər”.

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi 6 oyunda 2 xal toplayıb. /ATV.az/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
İlbər Ortaylı: “Sultan Səlimlə Şah İsmayıl kimi dava edəsi deyilik”
Mayın 29-da Putin və Paşinyan arasında görüş keçiriləcək
Ərdoğandan çağırış: "Seçki mübahisələrini geridə qoyaq"
"Azərbaycan(!) qızının gecə klubunda nə iti azıb ki?.." - Fikir savaşı
Azərbaycan və İranın birgə istehsalı olan avtobuslar satışa hazırlanır
Xəzərdə 6 milyard dollarlıq yeni layihəyə start verildi
Koçaryan Avropa liderlərini köməyinə çağırdı
Əhaliyə hava xəbərdarlığı
Azərbaycan dilinin 113 minlik yeni orfoqrafiya lüğəti hazırlanıb
"Qaz və işığa qoyulan limitin ləğvi məqsədəuyğun deyil" – Deputat
Azərbaycanda zorakılığa məruz qalan uşaqlarla bağlı qaynar xətt yaradılır
Pensiya və əmək haqları yenidən qaldırılacaq – Prezident bəyan etdi
Aqil ABBAS: TELEKANALLARI TELEKANALİZASİYAYA ÇEVİRMƏYİN
"Paşinyan Dağlıq Qarabağda rəngli inqilab etmək istəyir" - NƏZAKƏT MƏMMƏDOVA
Şərif Ağayar: "Laçın indi mənə çatmadığım, çata bilmədiyim bütün arzuların ümumiləşmiş obrazı kimi görünür" - MÜSAHİBƏ
İslam dininə üçlü yanaşma: Mühafizəkarlıq, Dünyəvilik, Millilik - (III yazı)
Prezident və birinci xanım Neftçilər parkının açılışında
Güclü külək və leysan yağışları Gürcüstanda ciddi fəsadlar törətdi
Müasir Azərbaycan Folklorşünaslıqda yeni nəzəri-metodoloji yanaşma təcrübəsi
Bakının şərtinə əməl olunmadıqca, eskalasiya təhlükəsi davam edəcək
"Türk axını"nın Serbiya ərazisində tikintisinə start verildi
Qətlə yetirilən nazir, azad edilən qatil
Əkrəm İmamoğlunun qələbəsi tanındı – SON DƏQİQƏ
Türk deputat İrəvanda erməniləri susdurdu: "Qarabağ Azərbaycanındır"
Mahir Abbaszadə seçiciləri ilə görüşdü - FOTOLAR
Şəki Məhkəməsinə iftira atanlar kimlərdir? - ŞİKAYƏT
AKP rəsmən İstanbulda təkrar seçki tələb edir
Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü
Lavrov Azərbaycan və Ermənistan XİN rəhbərlərinin razılaşmasından DANIŞDI
"Belə hoqqabazlarla danışıq yolu ilə Qarabağı azad etmək mümkündürmü?"