Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanda birdən-birə varlanan adamın ŞOK CİNAYƏTLƏRİ - FAKTLAR


Tarix:13-12-2017, 13:26 Kateqoriya:Manşet / Hüquq

Azərbaycanda birdən-birə varlanan adamın ŞOK CİNAYƏTLƏRİ - FAKTLAR Bir neçə gün əvvəl Bakıda bankomatdan külli miqdarda pul oğurlayan şəxsin digər cinayətləri üzə çıxıb. Xətai rayonu Axundov küçəsində quraşdırılmış bankomatı qaynaq aparatı ilə kəsib içindən 40 min manat oğurlayan İmişli rayon sakini, 31 yaşlı Orxan Əhmədovun bir neçə banka məxsus bankomatlardan yüz min manatlarla pulu ələ keçirdiyi üzə çıxıb.



Araşdırmalar zamanı məlum olub ki, Orxan Əhmədov başqa-başqa vaxtlarda özünün əvvəlcədən seçdiyi və pulla dolu olan bankomatları hədəf seçib. O, pensiya və müavinətlərin verildiyi vaxtı əvvəlcədən müəyyən edirmiş və kəndlərdə, insanların az olduğu yerlərdə özünə məxsus aparatlarla bankomatları gizli formada kəsərək pulları ələ keçirirmiş.



Məlum olub ki, Orxan Əhmədov keçən ilin iyulunda Biləsuvarda məcburi köçkünlər üçün salınmış 3 saylı qəsəbədə Cəbrayıl rayon Telekommunikasiya Qovşağının həyətində yerləşən bankomatı gecə saatlarında qaynaq aparatı ilə kəsib. O, bankomatdakı 147 min manat pulu oğurlayıb. Hadisənin sabahı günü yerli sakinlər pensiya və müavinətləri almaq üçün yaxınlaşdıqda, bankomatda pulun olmadığını görüblər.



Bundan başqa Orxan Əhmədov keçən ilin avqustunda Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsi Rəsulzadə küçəsindəki bankomatı da gecə saatlarında eyni üsulla doğrayıb. O, bankomata yerləşdirilmiş 43270 manatı götürərək aradan çıxıb.



Onun növbəti hədəfi isə Salyan rayonu Sarvan kəndindəki bankomat olub. Keçən ilin sentyabrında gecə saatlarında qeyri-qanuni yolla kənddəki poçt şöbəsinə daxil olan Orxan banklardan birinin bankomata yerləşdirdiyi 155 min 556 manatı xüsusi yollarla çıxardıb. O, gizli şəkildə kəndi tərk edib.



İz itirmək üçün oğurluq etdiyi rayona bir də qayıtmayan Orxan növbəti dəfə Ucara gedib. O, keçən ilin dekabrında Ucarın Qazıqumlaq kəndində icra nümayəndəliyinin həyətində quraşdırılmış bankomatı da qaynaq aparatı ilə doğrayıb və oradan 10591 manat götürərək aradan çıxıb.



Araşdırmalar zamanı o da məlum olub ki, Orxan Əhmədovun uğursuz oğurluq cəhdi də olub. O, Biləcəridəki dəmiryolu xəstəxanasının həyətindəki bankomatı doğramaq istəyərkən, kiminsə yaxınlaşdığını görüb və oradan qaçıb. Son olaraq Bakının Xətai rayonunda bankomatı kəsərək 40 min manat çıxaran şəxs kamera görüntüləri və digər vasitələr vasitəsi ilə müəyyənləşdirilərək yaxalanıb.



O da məlum olub ki, Orxan Əhmədov əvvəllər məhkumluq həyat yaşayıb və oğurluq hadisələrini törədərkən iz qoymurmuş. Onun son vaxtlar varlanması, özünə yaxşı həyat şəraiti qurması bir çox insanlarda şübhə yaradıbmış.



Araşdırmalar davam etdirilir.

Karabakhmeia.az




loading...




SON XƏBƏRLƏR
Biri Bakını su qiymətinə satdı, digəri xilas etdi — ARAŞDIRMA - FOTO
Rusiya seçim qarşısında qalacaq: Ermənistan yoxsa Azərbaycan? - TOFİQ ZÜLFÜQAROV
Təhsil nazirinin müavini vəzifəsindən azad edildi
Türkiyə tankları Afrinə daxil olub
Ankara Suriyada quru əməliyyatının başlanacağı vaxtı açıqlayıb
“Türk deyəndə onların ağlına qucaqlarında bəslədikləri FETÖ-cülər gəlir” – Ərdoğan
Azərbaycan unikal “Skif” raketlərini alıb - VİDEO
Türkiyə bu cür hərbi əməliyyatları Azərbaycanla birlikdə Qarabağda da aparmalıdır!
Suriyada kürd terrorçuları dörd türk hərbçini öldürdü
QARABAĞ MÖVZUSU MASADAN MASAYA DOLAŞIR
Şəhidlərin ilini görən şəhid
Məmməd Səid Ordubadinin Androniklə müsahibəsi
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib
Laçın rayon Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidləri anılıb - FOTO
İzmirdə Xocalı soyqırımı parkı açılacaq
20 Yanvar faciəsindən 28 il ötür
Dövlət Departamenti: “Türkiyənin Suriya əməliyyatı bölgədə vəziyyəti gərginləşdirə bilər”
Pul veriləcək TV-lərin adları açıqlandı
Azərbaycanda kütləvi şəkildə at kəsiləcək
Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri elan edilib
Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi
“Ən böyük arzumuz oğlumun adının əbədiləşdirilməsidir” - Şəhid zabitimizin anası...
“Türkiyə və Azərbaycan Avrasiyasının enerji siyasətində xüsusi gücə malikdir”
Azərbaycanın şəhid zabiti Fərid Əhmədovun doğum günüdür
Ana dili - milli qürurumuz
NÖQTƏLƏRİN DƏ SÖZ DEDİYİ KİTAB — “O SÖZƏCƏN…” işıq üzü gördü
Azərbaycanda daha iki hərbi zavod açılır
Gürcüstan hər il neft-qaz kəmərləri vasitəsi ilə 300 milyon dollar gəlir əldə edir
Laçın hey...