Qarabag Media
Haqqımızda Əlaqə

İstanbuldakı ermənilər və nə qədər gec deyil...


Tarix:13-12-2017, 11:18 Kateqoriya:Manşet / Yazarlar

İstanbuldakı ermənilər və nə qədər gec deyil... Jurnalist Rövşən Əliyev Feysbukda ermənilərlə azərbaycanlıları müqayisə edərkən ermənilər haqqında belə bir cümlə işlədib: “Onlar yaşadıqları, köçüb gəldikləri yerin yaxınında-uzağında nə görsələr özlərininki sayırlar, vətən sayırlar, onun şəkilləndirilməsi üçün təşkilatlanırlar, pul qoyurlar, zəhmət çəkirlər”.

Rövşən bəy birmənalı haqlıdır. Götürək, elə bizim İstanbulu.

İl yarım ərzində İstanbulda ermənilərlə hər hansı bir kontaktım olmasa da, onların fəaliyyətinə mütəmadi rast gəlirəm.

Ən çox təəssüfləndiyim hal isə beynəlxalq kitab sərgilərində olur.

Ermənilər kitab və qəzet çapının gələcək üçün önəmli bir sübut, varlıqları üçün vacib bir amil olduğunu başa düşdüklərinə görə, bu sahədə davamlı fəaliyyət göstərirlər. Beynəlxalq kitab sərgilərində erməni nəşriyyatlarının stendində İstanbuldakı erməni memarlığı, sənəti, məişəti ilə bağlı elə kitablar çap olunur ki, ilk baxışdan insanda o təəssürat yaranır ki, sanki Fateh İstanbulu yunanlardan yox, ermənilərdən alıb. Kitabların dizaynından, müəlliflərin yanaşmasından İstanbul sanki bir erməni şəhəri imiş görünütüsü yaradılır. Eləcə də, İstanbulda yaşamış məşhur ermənilərin xatirələri, onların bioqrafiyaları haqqında, bəlkə də, yüzlərlə kitab var.

Ən acınacaqlısı isə odur ki, 1988-ci ildən etibarən baş verən müharibə ilə bağlı xeyli kitablar çap edib, Türkiyə ictimaiyyətinə öz baxışlarını yaya biliblər. Hətta kitabların birində 1988-ci il hadisələrini analiz edərkən Nemət Pənahlıya qədər Azərbaycanda gündəmdə kimlərin olmasını ən xırda detalına kimi qeyd ediblər.

İstanbuldakı erməni kilsələrindən, onların icmalarından, xəstəxanalarından, ictimai təşkilatlarından, Türkiyənin ən prestijli qəzeti olan “Hürriyyət”dən 5 qat artıq baha satılan “Agos” qəzetindən danışıb özümün də, sizin də ürəyinizi ağrıtmaq istəmirəm. Kitab məsələsi mənim üçün ən həssas məqam olduğuna görə bu mövzunu rəhbər tutmuşam.

Ermənilər kitab sahəsində Türkiyədə separatçı kürdlərlə də bərabər çalışırlar. Özlərinin çap edə bilmədikləri mövzular kommunist kürd nəşriyyatlarında çap olunur. Məsələn, Azərbaycanda 31 mart soyqırımını törədən terrorçu erməni Şaumyan haqqında Türkiyədə kommunist kürdlər “Qafqazın Lenini-bir erməni devrimçinin həyatı” adlı kitab da çap ediblər.

Yəni beynəlxalq kitab sərgisində terrorçudan qəhrəman kimi bəhs edən kitablar sata bilirlər.

Şübhəsiz ki, İstanbulda Azərbaycanla bağlı nəşrlər var. Sadəcə, onların arxasında fərdi təşəbbüslər dayandığı üçün böyük bazara çıxa bilmirlər. Ən önəmlisi isə odur ki, böyük bazara çıxmaq üçün İstanbulda böyük azərbaycanlıların, vətənpərvər iş adamlarının olması lazımdır.

“Böyük azərbaycanlı” deyərkən, onu nəzərdə tuturam ki, Qarabağa səfər edən ermənilərə cavab verəcək, “Hürriyyət”in manşetinə, Kanal D-nin ana xəbərlərinə çağırılacaq həmyerlimiz yoxdur. Əlbəttə ki, bu işlər sadəcə intellektlə olmur. Türkiyədə yaşayan kifayət qədər səviyyəli, intellektual insanlarımız var. Amma onları böyük meydana aparacaq lobbi dəstəyi, təəssüf ki, yoxdur.

Bizlər nədənsə İstanbul kimi böyük şəhərdə özümüzü qonaq hiss edirik. Halbuki, hələ ötən əsrin əvvəllərində buraya gələn ilk elçimiz Yusif Vəzir belə yazırdı: “Aləm İstanbuldadır: siyasi işlərin ucu, əfkari-ümumiyyənin gözü…”

Amma bizlər nədənsə İstanbulda özümüzə vətən qura bilmirik. Azərbaycan adına nə böyük təşkilatlar var, nə də ki güclü bir dəstək...

Gec olmadan İstanbulu özümüzə vətən seçməliyik.
Dilqəm Əhməd

Teleqraf.com










SON XƏBƏRLƏR
"Yeni hakimiyyətin formalaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərməyəcək" - POLİTOLOQ
“Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu” – Rəşid Mahmudov
Nalbandyan Moskvaya getdi
"Karabakh TV yaratmaq lazımdır..."- Təklif
Gəncədə məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub
Ermənistanda hakim koalisiya dağılıb
İlham Əliyevin Türkiyə səfəri başa çatdı
Yerevana əlavə qüvvə yeridilib, vəziyyət nəzarətdən çıxır
Maşını saxlatdırıb sürücünün qulağını kəsdilər - Lənkəranda olay
Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib
Paşinyan küçələrdən çəkilməsə Azərbaycan hücum edəcək?
Serj Sarkisyan Ermənistanın baş naziri oldu
Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək
Azərbaycan qazının Avropaya ilk tədarükünün vaxtı açıqlandı
Türkiyədə Əbülfəz Elçibəyin adına restoran açılıb
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
ATƏT-lə əməkdaşlıq dayandırılsın - Arif Rəhimzadə
Ermənistan parlamentində təhlükəli anlar yaşanır
"Türkiyəni Rusiyadan ayırdıq" bəyanatına cavab gəldi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ABBASQULU AĞA BAKIXANOV - V Yazı
Rusiya Dəməşqə yeni silahlar göndərib - FOTO
Qarabağdakı hərbi hissədə silahlı insident baş verib, həlak olan var
İrəvanı etiraz dalğası bürüdü — 100 min insan Fransa meydanına tərəf irəliləyir
Fransadan tarixi etiraf: Rusiya ilə Türkiyəni bir-birindən qopardıq
Türk-islam aləminin ilk azərbaycanlı qadın millət vəkili kim olub?
Ermənistan parlamenti sabah Serj Sərkisyanı baş nazir seçəcək
“Bu boyda kişini jurnalistlər öldürdü” – Ağacan Abiyev
İlham Əliyev Ramiz Mehdiyevə orden verdi
Ölüləri basdırmağa yer axtarıram...
Bu gün Milli Qəhrəman Rizvan Teymurovun doğum günüdür