Qarabag Media
Haqqımızda Əlaqə

Ucuzlaşmalı olan yağ niyə bahalaşdı? - Video


Tarix:12-12-2017, 10:52 Kateqoriya:Manşet / İqtisadiyyat

Ucuzlaşmalı olan yağ niyə bahalaşdı? - Video

Dekabrın 7-də ölkəyə idxal olunan kərə yağının qiymətinin düşəcəyi barədə xəbərdarlıq yayılmışdı.

Karabakhmedia.az Qafqazinfo - ya istinadən xəbər verir ki, buna səbəb Azərbaycana idxal edilən kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılmasıdır. Belə ki, indiyə qədər sözügedən rüsumlar bu malların gömrük dəyərinin 15 faizi həcmində olub. Qərara əsasən, bu mallar üçün tətbiq edilən rüsumlar bu malların gömrük dəyərinin 5 faizi həcmində müəyyənləşib.

Ölkə başçısı İlham Əliyevin də kərə yağının qiymətinin düşməsi ilə bağlı xüsusi tapşırığı var idi.

Bəs, görəsən alıcılar qiymət düşməsini müşahidə ediblərmi?

“Qafqazinfo”nun əməkdaşları məsələni araşdırmaq üçün topdansatış və pərakəndə ticarət mərkəzlərinə baş çəkiblər.

Məlum olub ki, qiymətlərdə hələ dəyişiklik yoxdur, alıcılar iddia edir ki, əksinə, qiymətlərdə artım var. Topdansatış mağazasının satıcıları bildirir ki, kərə yağını bir ay bundan qabaq firmadan köhnə qiymətə götürüblər: “Biz mal və məhsulları bir aylıq götürürük. Yeni qiymətlərin necə olacağını isə bilmirik”.



Hazırda topdansatışda xaricdən idxal olunan, ən çox satılan yağların qiyməti aşağıdakı kimidir:

“Wellington”- 16.50 ( 1 kq)

“Westgold”- 8.80 (500 q)

“Anchor”- 16.20 (1 kq)

Satıcılar idxal yağlarından əlavə, son günlər yerli şirkət olan “Azərsun” yağlarının qiymətində artım müşahidə etdiklərini bildirirlər.

Supermarketlərdə də qiymətlərlə maraqlandıq:

“Makro market”: “West Gold”, “Anchor”-16.90 qəpik, “Wellington”- 16.22 qəpik, “Valio”- 17.85 qəpik, “Elle Vire” isə 22 manat 40 qəpik.

“Araz” supermarketlərində isə yağın satış qiymətində 60 qəpik artım müşahidə olunur:

“Anchor”, “West gold”un qiyməti 17.50 qəp, “Wellington” isə 17.49 qəpikdir. “Elle Vire” yağı isə, əksinə 2 manat aşağı, yəni 20 manata satılır.

Satıcılarla söhbət zamanı məlum oldu ki, hələ ki yağın qiymətinin aşağı salınmasından söhbət getmir. Yalnız bayramla əlaqədar ay sonunda qiymətlərin düşməsi ehtimalı var.

Alıcılar da Nazirlər Kabinetinin qərarının hələ ki, marketlərdə tətbiq olunmamasından narazılıq edirlər.

“Elə əvvəl hansı qiymətə alırdıqsa, indi də o qiymətdir. Əksinə, qiymət qalxıb. Əvvəl 3 manat 30 qəpiyə aldığım “Dayaruşka” yağını indi 3 manat 80 qəpiyə almışam”.

Müğənni Nura Suri də sosial şəbəkədə “Megle” kərə yağının qiymətinin artdığını bildirib. O, qeyd edib ki, marketdən yağın 250 qramını 8 man 20 qəpiyə alıb.










SON XƏBƏRLƏR
"Yeni hakimiyyətin formalaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərməyəcək" - POLİTOLOQ
“Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu” – Rəşid Mahmudov
Nalbandyan Moskvaya getdi
"Karabakh TV yaratmaq lazımdır..."- Təklif
Gəncədə məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada yanğın olub
Ermənistanda hakim koalisiya dağılıb
İlham Əliyevin Türkiyə səfəri başa çatdı
Yerevana əlavə qüvvə yeridilib, vəziyyət nəzarətdən çıxır
Maşını saxlatdırıb sürücünün qulağını kəsdilər - Lənkəranda olay
Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilib
Paşinyan küçələrdən çəkilməsə Azərbaycan hücum edəcək?
Serj Sarkisyan Ermənistanın baş naziri oldu
Sabah İlham Əliyevin andiçmə mərasimi keçiriləcək
Azərbaycan qazının Avropaya ilk tədarükünün vaxtı açıqlandı
Türkiyədə Əbülfəz Elçibəyin adına restoran açılıb
Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
ATƏT-lə əməkdaşlıq dayandırılsın - Arif Rəhimzadə
Ermənistan parlamentində təhlükəli anlar yaşanır
"Türkiyəni Rusiyadan ayırdıq" bəyanatına cavab gəldi
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: ABBASQULU AĞA BAKIXANOV - V Yazı
Rusiya Dəməşqə yeni silahlar göndərib - FOTO
Qarabağdakı hərbi hissədə silahlı insident baş verib, həlak olan var
İrəvanı etiraz dalğası bürüdü — 100 min insan Fransa meydanına tərəf irəliləyir
Fransadan tarixi etiraf: Rusiya ilə Türkiyəni bir-birindən qopardıq
Türk-islam aləminin ilk azərbaycanlı qadın millət vəkili kim olub?
Ermənistan parlamenti sabah Serj Sərkisyanı baş nazir seçəcək
“Bu boyda kişini jurnalistlər öldürdü” – Ağacan Abiyev
İlham Əliyev Ramiz Mehdiyevə orden verdi
Ölüləri basdırmağa yer axtarıram...
Bu gün Milli Qəhrəman Rizvan Teymurovun doğum günüdür