Qarabag Media
Haqqımızda Əlaqə

Vergilər Nazirliyində bütün əməliyyatlar dondurulub


Tarix:12-12-2017, 09:55 Kateqoriya:Manşet / Gündəm

Vergilər Nazirliyində bütün əməliyyatlar dondurulubFazil Məmmədovun vergilər naziri postundan çıxarılmasından bir həftəyə yaxın vaxt keçir. Bu müddətdə nazirlik sistemində kadr baxımından hələ ki hansısa dəyişikliklər qeydə alınmayıb.

Karabakhmedia.az xəbər verir ki, “Yeni Müsavat”ın bu haqda yaydığı məlumata görə, yeni nazirin kimlərlə işləyəcəyi, kimlərlə yollarını ayıracağı barədə ara-sıra müzakirələr aparılsa da, hələlik ciddi kadr dəyişikliyi həyata keçirilməyib.

“Bəs nazirlikdən kənar çevrələrdə, xüsusilə sahibkarlar üçün necə, F.Məmmədovun gedişi ilə nələrsə dəyişibmi?” yazan qəzet bildirir ki, son aylarda sahibkarlar arasında vergi orqanları ilə bağlı ciddi narazılıqlar yaranmışdı. Bir çox sahibkarlar vergi orqanlarının haqsız təzyiqləri ilə üzləşdiklərini, onlara həddindən artıq çox məbləğdə vergi hesablandığını, barələrində əsassız cinayət işlərinin başladıldığını, bu zaman onların qarşılıqlı iddialarının belə nəzərə alınmadığını bildirirdilər.

Xatırladaq ki, vaxtilə keçmiş MTN orqanları ilə bağlı sahibkarlar arasında böyük narazılıq vardı. Daim MTN-in mərkəzi və yerli strukturlarının təzyiqi altında olan sahibkarlar Eldar Mahmudov işdən çıxarılanda böyük sevinc hissi keçirirdilər. Mahmudovun nazir postundan uzaqlaşdırılmasından dərhal sonra iş adamları arasında bir-birinə gözaydınlığı verənlər az deyildi. Bu baxımdan, F.Məmmədovun gedişi ilə də sahibkarlar arasında narazılıqların aradan qalxıb-qalxmaması maraq doğurur.

Qəzet bildirir ki, sahibkarlarla aparılan söhbət zamanı məlum olub ki, hazırda vergi orqanları ilə bütün münasibətlər dondurulmuş vəziyyətdədir. Hətta Vergilər Nazirliyinin elektron sistemindən belə heç bir ödəyiciyə məktub-bildiriş göndərilməsi dayandırılıb: “Biz, sadəcə, vergilərimizi vaxtında ödəyirik. Deyiblər, ödənişləri ləngitməyin, vəssalam. Hətta 3 gündür vergi departamentinə gedən hamını geri qaytarırlar, əməliyyat aparmaq olmur. Hamı gözləyir, görək, necə olacaq..."

Maraqlıdır ki, bəzi sahibkarlar F.Məmmədovun savadlı, sahəni çox gözəl bilən adam olduğunu, sadəcə, son vaxtlar vergi orqanlarının haqsız təzyiqləri ilə çox üzləşdiklərini deyirlər. Sahibkarların fikrincə, vergilər nazirinin bir neçə müavini var ki, onlar da sistemlə bağlı məlumatlı olduqları üçün yeni nazirin işini qurmasında çətinliyi olmayacaq: “Əlbəttə, əgər həmin adamlar başqası ilə əvəz olunmasa, təzə nazir onlarla işini rahat qura bilər. Çünki vergilər elə bir sistemdir ki, oradan detallı məlumatın olmasa işləmək mümkün deyil. Həm də vergilər dövlətin əsas dayaq nöqtələrindən biridir, bu sahədə birdən-birə radikal dəyişikliklər heç də müsbət effekt verməyə bilər. Buna görə də yəqin ki, təzə nazir ehtiyatlı davranacaq”.




loading...




SON XƏBƏRLƏR
Biri Bakını su qiymətinə satdı, digəri xilas etdi — ARAŞDIRMA - FOTO
Rusiya seçim qarşısında qalacaq: Ermənistan yoxsa Azərbaycan? - TOFİQ ZÜLFÜQAROV
Təhsil nazirinin müavini vəzifəsindən azad edildi
Türkiyə tankları Afrinə daxil olub
Ankara Suriyada quru əməliyyatının başlanacağı vaxtı açıqlayıb
“Türk deyəndə onların ağlına qucaqlarında bəslədikləri FETÖ-cülər gəlir” – Ərdoğan
Azərbaycan unikal “Skif” raketlərini alıb - VİDEO
Türkiyə bu cür hərbi əməliyyatları Azərbaycanla birlikdə Qarabağda da aparmalıdır!
Suriyada kürd terrorçuları dörd türk hərbçini öldürdü
QARABAĞ MÖVZUSU MASADAN MASAYA DOLAŞIR
Şəhidlərin ilini görən şəhid
Məmməd Səid Ordubadinin Androniklə müsahibəsi
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib
Laçın rayon Mədəniyyət Mərkəzində 20 Yanvar şəhidləri anılıb - FOTO
İzmirdə Xocalı soyqırımı parkı açılacaq
20 Yanvar faciəsindən 28 il ötür
Dövlət Departamenti: “Türkiyənin Suriya əməliyyatı bölgədə vəziyyəti gərginləşdirə bilər”
Pul veriləcək TV-lərin adları açıqlandı
Azərbaycanda kütləvi şəkildə at kəsiləcək
Dövlət qulluğuna qəbul və sınaq imtahanlarının tarixləri elan edilib
Siqaretə görə cərimələmək səlahiyyəti iki nazirliyə verildi
“Ən böyük arzumuz oğlumun adının əbədiləşdirilməsidir” - Şəhid zabitimizin anası...
“Türkiyə və Azərbaycan Avrasiyasının enerji siyasətində xüsusi gücə malikdir”
Azərbaycanın şəhid zabiti Fərid Əhmədovun doğum günüdür
Ana dili - milli qürurumuz
NÖQTƏLƏRİN DƏ SÖZ DEDİYİ KİTAB — “O SÖZƏCƏN…” işıq üzü gördü
Azərbaycanda daha iki hərbi zavod açılır
Gürcüstan hər il neft-qaz kəmərləri vasitəsi ilə 300 milyon dollar gəlir əldə edir
Laçın hey...