Qarabag Media
Haqqımızda Əlaqə

"Qardaş ölkə ilə iqtisadi əməkdaşlıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir"


Tarix:7-12-2017, 21:53 Kateqoriya:Manşet / Gündəm

 "Qardaş ölkə ilə iqtisadi əməkdaşlıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir"Türkiyə-Azərbaycan arasındakı iqtisadi və siyasi əməkdaşlığın tarixi yeni deyil. Amma 21-ci əsrin yaşadığımız 17 ilində bu əlaqələr daha da genişlənmiş və inkişaf etmişdir.

Belə ki, ölkələrimiz arasındakı iqtisadi əməkdaşlıq artıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir. Bu əlaqələr iqtisadiyyatın ən müxtəlif sahələrində, neft və qeyri-neft sektorunda özünü ehtiva edir. Müvafiq dövlət strukturları arasındakı birgə əməkdaşlıq özəl sektora da öz təsirini göstərib. Son illərin statistikasına görə, 3000-dən artıq türk şirkəti ölkəmizdə kənd təsərrüfatı, xidmət, sənaye, ticarət, tikinti, nəqliyyat və s. sahələrdə fəaliyyət göstərir. Azərbaycandakı xarici şirkətlərin 38%-dən çoxunu türk şirkətləri təşkil edir. Türkiyədə də eyni mənzərə müşahidə olunmaqdadır. 1000-dən çox Azərbaycan şirkəti qardaş ölkənin müxtəlif şəhərlərində uğurla fəaliyyət göstərir. Və bu münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir.

Karabakhmedia.az xəbər verir ki, son illər “Okuklu Holdinq” adlı növbəti bir türk şirkəti qeyd olunan sferada öz töhfəsini verməkdədir. Azərbaycanda uzun illər fəaliyyət göstərən iş adamı Yılmaz Okuklunun rəhbəri olduğu bu şirkətin Rusiya-Türkiyə-Azərbaycan şirkətlərinin müxtəlif layihələrinin gerçəkləşməsində xüsusi payı var. “Okuklu Holdinq”in təşəbbüs və təşkilatçılığı ilə yeni yaradılan Türk Ticaret İnşaat Mərkəzinin də fəaliyyəti dövlətlərin verdiyi imkanlardan yararlanıb istər mədəni, istərsə də iqtisadi əlaqələrin möhkəmlənməsinə yönəlib.

Bu günlərdə Türkiyə prezidentinin qardaş ölkənin İğdır şəhərinə səfəri zamanı Türk Ticarət Inşaat Mərkəzinin təmsilçiləri ilə görüşündə də eyni məsələyə toxunulub.

Belə ki, Türk Ticarət İnşaat Mərkəzinin nümayəndələrinin İğdıra səfəri çərçivəsində İğdır bələdiyyəsində, hakim partiyanın İğdır təşkilatında, Iğdır icra hakimiyyətində keçirilən görüşlərdə iş adamı “Okuklu Holdinq” in rəhbəri Yilmaz Okuklunun təşəbbüsü ilə həyata keçirilən iqtisadi layihələrin iki ölkənin ayrı-ayrı rayon və şəhərləri arasında da uğurlu bir körpü rolu oynayacağı bildirilmişdir.

Həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da görüş zamanı qeyd olunanları yüksək qiymətləndirmiş və bu fəaliyyətin ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşməsinə töhfələr verəcəyinə inamını vurğulamışdır.

Görüşlərdə Türk Ticarət İnşaat Mərkəzinin adından hədiyyələr də təqdim olunmuşdur.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə 10 mln. kredit verəcək
Heydər Əliyev Fondu Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təşkil edib - FOTO
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsindən azad olundu
Fuad Poladov - 70... - VİDEO
Lider TV-nin filmi Ankarada təqdim olundu — FOTOLAR
Kürdəmir, Kür və Salyan toponimləri — Süleyman peyğəmbər quşların dilini ona görə başa düşürdü ki, ...
“Bu gənc azərbaycanlı Rusiyanın ən varlı varisidir ­- 17 milyard dollar” – Forbes
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR
Mnatsakanyan: "Həmsədrlərlə razılaşdıq ki, prosesi bərpa edək"
Türkiyəli spiker: Qarabağ bizim milli məsələmizdir
"Naxçıvana təhlükə yaranarsa, rəsmi Ankara prosesə qarışacaq" - QARS MÜQAVİLƏSİNİN ŞƏRTİ
"Paşinyan Qarabağda yeni savaşdan danışmağa başlayıb" - MÜHARİBƏ MÜMKÜNDÜRMÜ ?
Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında ikinci qələbəsini qazanıb
Rusiya Ermənistana müasir silah verəcək
Şah İsmayıl əslində necə öldü? – Şok versiyalar
“Babamın qanlı köynəyini anama veriblər" — MÜSAHİBƏ
Hadi Rəcəbli: "Nikahların pozulmasına çox vaxt "Facebook" səbəb olur"
Putinin möhtəşəm silahı yerə çırpıldı – Şok
“Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə Avropa Məhkəməsində baxılacaq”
Ərdoğanı təhqir etdi, amma barışmaq istəyirlər - Suriyadan Türkiyəyə qəribə jest
İsrail fələstinlilər üçün Qüdsü bağladı
Sovet kəşfiyyatının öldürdüyü - İki azərbaycanlı
Kreml: Rusiya sanksiyaların "qarşılıqlıq prinsipinə əməl edəcək"
Ermənilərin zəhərləyib öldürdüyü generalımıza soyuq münasibət — Evi xarabaya çevrilir (FOTO)
AXC-nin 100 illik yubileyi 311 №-li məktəbdə də qeyd olundu - FOTO
Tramp Cənubi Koreya lideri ilə görüşüb
İrana qarşı Səddam Hüseyn ssenarisi – 12 şərtin ŞƏRHİ
Şəhid əsgər “Şücaətə görə” medalı ilə təltif olundu
AXC qurucularının uyuduğu məzarlıqdan reportaj — TBİLİSİ
Rusiyanın gizli raket sınaqları uğursuzluqla nəticələnib