Qarabag Media
Haqqımızda Əlaqə

İlham Əliyev türk naziri qəbul etdi


Tarix:5-12-2017, 14:11 Kateqoriya:Manşet / Siyasət

İlham Əliyev türk naziri qəbul etdi

Prezident İlham Əliyev dekabrın 5-də Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanı qəbul edib.


Karabakhmedia.az
-ın məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən informasiya texnologiyaları sahəsində uğurla inkişaf etdiyi bildirilib.

Prezident İlham Əliyev Əhməd Arslanın XXIII Bakutel-2017 sərgisində iştirakının önəmini qeyd etdi, bu sərginin artıq 20 ildən çox keçirildiyini və hər dəfə də Türkiyədən olan şirkətlərin iştirak etməsindən məmnunluğunu bildirib. Nəqliyyat sahəsində əldə edilən uğurlara toxunan dövlət başçısı ölkələrimizin kommunikasiya, informasiya texnologiyaları sahəsində, xüsusilə TASIM layihəsi çərçivəsində birgə fəaliyyətinin önəmini vurğulayıb. Oktyabr ayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılış mərasimini xatırlayan dövlətimizin başçısı bildirib ki, bu tədbir bir daha Azərbaycan və Türkiyənin başladığı bütün təşəbbüslərinin gözəl nəticələr verdiyini göstərib. Prezident İlham Əliyev ölkələrimiz arasında rabitə sahəsində də birgə fəaliyyət üçün çox yaxşı imkanların olduğunu deyib.

Öz növbəsində, Əhməd Arslan XXIII Bakutel-2017 sərgisində 20-dən çox ölkənin 190-dan artıq şirkətinin iştirak etməsinin önəmini vurğulayıb. O, prezident İlham Əliyevin rəhbərliyi ilə informasiya texnologiyaları sahəsində Azərbaycanda işlərin uğurla həyata keçirildiyini qeyd edərək, bu istiqamətdə gələcəkdə regional səviyyədə birgə iş fəaliyyətinin davam etdiriləcəyinə əmin olduğunu bildirib./APA/

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Qazaxıstan “Barıs” zirehli maşının qış sınaqlarına başlayıb
"Hamilə qadınların qarnına biz soxdular, içalatlarını çıxartdılar" — Xocalı şahidi
Fəxri adlara görə aylıq təqaüd artırıldı
Azərbaycanda "Youtube" kanalı bağlanmalıdır? – EKSPERTLƏRİN RƏYİ
"Xəcalət" dramı bu dəfə Ağdam səhnəsində — FOTO
Türk ordusu 3 kəndi azad etdi
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı
“Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb" — Rəşad Sadıqov
"Azərbaycanlı terminator": Biz pul üçün döyüşmürük
Atatürkün dəfnində iştirak edən sabiq nazir — Azərbaycan Cümhuriyyəti - 100
“Video Vəkillik Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirmişdir
“İraqda valideynlərini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var”
Qarabağda erməni əsgər məhv edildi
İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq
Azərbaycan XİN Eduard Nalbandyana cavab verib
Azərbaycanın müdafiə naziri Belarusa gedib
Türkiyə Silahlı Qüvvələri: "Afrinə tərəf hərəkət edən bütün qüvvələr məhv ediləcək"
İngiltərədə yaşayan azərbaycanlı vəkildən Qarabağ qazisinə dəstək
3 Milli Qəhrəmanın doğum günüdür
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - V Yazı
Məcburi köçkünlərin vahid aylıq müavinəti artırılıb
Afrində daha bir kənd terrorçulardan təmizləndi
Neçə Milli Qəhrəman var?
“Yollar uzanan gün...” filminin təqdimat mərasimi keçiriləcək
Rəsmi Bakı Qarabağ məsələsində Fransanın mövqeyindən narahatdır
Birinci sinfə şagird qəbulu başlayır - Qaydalar açıqlandı
Bu gün görkəmli alim Ziya Bünyadovun anım günüdür
Türkiyədə seçki: Ərdoğanın “Cümhur”una qarşı Akşənərin “12-lər”i
Ərdoğan Əsəd ordusuna xəbərdarlıq etdi
Sovet hakimiyyəti illərində dinə qarşı mübarizədə Azərbaycan filosoflarının rolu