Qarabag Media
Haqqımızda Əlaqə

Ərdoğan: Qüds müsəlman dünyasının `qırmızı xətt`idir


Tarix:5-12-2017, 13:58 Kateqoriya:Manşet / Siyasət


Ərdoğan: Qüds müsəlman dünyasının `qırmızı xətt`idir
ABŞ prezidenti Donald Trampın ölkəsinin İsraildəki səfirliyini 6 dekabrda Təl-Əvivdən Qüdsə keçirəcəyi iddiası dünyanı ayağa qaldırıb. Məsələ ilə əlaqədar dünən İslam Əməkdaşlıq Təşkilatı Donlad Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan və səfirliyin bu şəhərə köçürülməsindən çəkinməyə çağırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da məsələyə münasibət bildirib, ABŞ və İsrailə etiraz edib. Qüdsün müsəlmanların "qırmızı xətti" olduğunu qeyd edən Ərdoğan, Trampın Qüds ilə bağlı addım atması halında İslam Əməkdaşlıq Təşkilatı Liderlər Sammitinin İstanbulda toplanacağını açıqlayıb.

Karabakhmedia.az-ın məlumatına görə, Ərdoğan açıqlamasında daha sonra belə deyib:

"İslam Əməkdaşlıq Təşkilatının hazırkı sədri kimi, bu məsələnin sonuna qədər izləyəcəyik. Əgər belə bir addım atılacaqsa, dərhal, beş-on gün içərisində İslam Əməkdaşlıq Təşkilatı Liderlər Sammitini İstanbulda toplayacağıq. Bundan əlavə, sözügedən məsələ bizim İsraillə diplomatik əlaqələrimizi kəsməyə qədər gedə bilər".

R. T. Ərdoğan bəyan edib ki, Rza Zərrab məsələsinə Türkiyə məhkəmələri baxıb və qərarını verib: “Məsələnin görünən tərəfinə gəlincə, İranla, yaxud başqa bir ölkə ilə ticarət quracağımıza biz qərar veririk. Türkiyə BMT qərarlarına riayət edib. Türkiyə-İran sərhədi ABŞ yaradılmamışdan əvvəl, 1636-cı ildə müəyyənləşib. Tarixən İranla bir çox məsələlərdə anlaşmışıq, yaxud anlaşmadığımız məsələlər olub. Ancaq İranla tarixi-mədəni əlaqələrimiz var. İranla ticarətin əsasını təbii qaz, neft ticarəti təşkil edir. ABŞ bizdən xahiş edəndə İrandan neft idxalını müəyyən səviyyəyə qədər azaltdıq. Bir çox ölkə bunu etmədi. Qərbin ən güclü ölkələri İrana mal ixrac etdi. Biz İranla əlaqələrimiz zamanı mümkün qədər ABŞ-ın istəklərini nəzərə aldıq. Ancaq bunun qarşılığında ABŞ-dan görmədik. ABŞ-ın artıq Türkiyəyə qarşı bir planı olduğu aydın görünür”./FaktXəbər/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı tamam olur
Rəsulzadə Türkiyədən niyə getdi?
CÜMHURİYYƏT QURUCULARI — Məhəmmədhəsən bəy Vəliyev (Baharlı)
"Real" ardıcıl 3-cü dəfə ÇL-in qalibi oldu
Azərbaycan prezidenti: "Biz nəinki regionun, Avrasiyanın enerji xəritəsini yenidən tərtib etmişik"
Rusiya Türkiyəyə 1 milyard dollar təzminat ödəyəcək
Rüstəm İbrahimbəyov üçün filmin sonu...
Cümhuriyyətin maarif və dini etiqad naziri Nurməmməd bəy Şahsuvarov
Paşinyan kütləvi həbslərə başladı
Azərbaycan Xalq Cümhuriyyətinə aparan tarixi hadisələrin xronologiyası
Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi - TARİX
Bəzi müəllimlərin dərs yükü və əməkhaqqı artacaq
Türkiyədə Azərbaycan Xalq Cümhuriyyətinə dair nadir kitablar nəşr olunub
Türkiyənin müdafiə nazirinin müavini: “Babam bu dünyadan Azərbaycan həsrəti ilə köçdü”
Qanunla qadağan deyil, amma qadağandır: DYP-dən absurd tələb
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MİR MÖHSÜN NƏVVAB
Azərbaycanda doğulmuş erməni Bakıya gəlib
Vətənpərvər və millətsevər Cümhuriyyət xadimi - Məmməd Yusif Cəfərov
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə 10 mln. kredit verəcək
Heydər Əliyev Fondu Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təşkil edib - FOTO
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsindən azad olundu
Fuad Poladov - 70... - VİDEO
Lider TV-nin filmi Ankarada təqdim olundu — FOTOLAR
Kürdəmir, Kür və Salyan toponimləri — Süleyman peyğəmbər quşların dilini ona görə başa düşürdü ki, ...
“Bu gənc azərbaycanlı Rusiyanın ən varlı varisidir ­- 17 milyard dollar” – Forbes
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR
Mnatsakanyan: "Həmsədrlərlə razılaşdıq ki, prosesi bərpa edək"
Türkiyəli spiker: Qarabağ bizim milli məsələmizdir
"Naxçıvana təhlükə yaranarsa, rəsmi Ankara prosesə qarışacaq" - QARS MÜQAVİLƏSİNİN ŞƏRTİ
"Paşinyan Qarabağda yeni savaşdan danışmağa başlayıb" - MÜHARİBƏ MÜMKÜNDÜRMÜ ?