Qarabag Media
Haqqımızda Əlaqə

Xoşbəxtəm ki, şaxtadan donan o əllərdən öpmüşəm...


Tarix:5-12-2017, 00:25 Kateqoriya:Manşet / Yazarlar

Xoşbəxtəm ki, şaxtadan donan o əllərdən öpmüşəm...

HÖRMƏTLİ MÜƏLLİMİMİZİN RUHUNA HÖRMƏTLƏ...

Bəzən həyatımızda elə insanlar olur ki, gerçəkdə bizim müəllimimiz olmasa da, dərs dediyi auditoriyada oturmamış olsaq belə, ondan o qədər gözəl örnəklər götürür, elə dərslər öyrənirik ki, onu həyatımız boyu öz müəllimimiz hesab edirik. Hətta özü həyatda olmasa belə...Əlbəttə çox az olur belə insanlar, amma olur... Bu gün sizə belə bir insandan söhbət açmaq istəyirəm. Mənim özümə müəllim hesab etdiyim bir insandan - görkəmli tərcüməçi, dilçi alim, f.e.n.dos., antisovet "İLDIRIM" təşkilatının qurucularından biri- İSMİXAN RƏHİMOVDAN...

İsmixan müəllimi təsvir etməyə sözlər yetmir bəzən... Mənim aləmimdə onun şəxsiyyətinin böyüklüyünü heç bir ifadəylə izah etmək olmur. Görkəmdə kiçik, şəxsiyyətdə böyük insan idi İsmixan müəllim.

İsmixan Məmməd oğlu Rəhimov 1925-ci il sentyabr ayının 18-də Bakı şəhərində tacir ailəsində anadan olmuşdu. Atası Şahverdiyev Əlibəndə tacirliklə məşqul imiş. Anasi Rəhimova Gövhər mülkədar ailəsində göz açmış və ailənin yeganə qızı olmuşdur. İsmixan müəllim 1931-ci ildə Bakı şəhərində orta məktəbə daxil olmuşdur. 1937-ci ildə, onun 12 yaşı olarkan atası işğalçı rejim tərəfindən həbs edilmiş və bir daha geri dönməmişdir. Anasını da erkən itirən İsmixan Rəhimov məktəbi vaxtından bir il tez və yüksək qiymətlərlə bitirərək 1941-ci ildə Xarici dillər institutuna qəbul olmuş və o vaxt müharibə ilə əlaqədar Peterburq şəhərindən Bakıya köçürülmüş Xarici Dillər İnstitutunun müəllim heyətindən dərs almışdır. 1943-cü ildə təhsilini fərqlənmə diplomu ilə bitirmiş, daha sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə qəbul olmuş və burada təhsil alarkən Azərbaycan Tibb İnstitutuna qəbul olmuşdur. Aspiranturaya qəbul edilməsi ilə əlaqədar tibbi təhsilini dayandırmışdır. Lakin 1948-ci ildə Sovet rejimi tərəfindən həbs edilən İsmixan Rəhimov Azərbaycan Dövlət Universitetindəki təhsilini sona çatdıra bilməmişdir.

SÜRGÜNƏ APARAN YOL...

1944- cü ildə İsmixan Rəhimov və ayrı-ayrı ali məktəblərdən olan daha 6 nəfər tələbə «İldırım» gənclər təşkilatını yaradırlar. Məqsəd Azərbaycanın müstəqilliyi və Azərbaycan dilinin sıradan çıxmasına qarşı mübarizə aparmaq olur. Bir gün onlarIn xalq şairi Səməd Vurğuna kömək istəmək məqsədilə "Dönməzlər" imzası ilə göndərdikləri məktub təhlükəsizlik orqanlarının əlinə düşür. Bütün ali məktəblərdə imla yazdırılıqdan sonra məlum olur ki, məktubu yazanın xətti İsmixan Rəhimovun xəttinin eynidir. Beləliklə, o, 6 nəfər gənc həmkarı ilə "İldırım" adlı antisovet millətçi gənclər təşkilatı yaratdığına görə mühakimə edilir. İsmixan Rəhimov 25 il azadlıq, 5 il seçki hüququndan məhrum edilir, və bütün əmlakı müsadirə olunur. İsmixan Rəhimov haqqında məhkəmənin çıxardığı hökmdə deyilirdi: "İsmixan Rəhimov antisovet təşkilatın 1944- cü ilin əvvəlindən sistematik yığıncaqlarını təşkil edib,həmin yığıncaqlarda aktiv iştirak edərək Sovet dövlətinə və ÜİK(b)P siyasətinə qarşı çıxmış, sovet hökümətinin milli siyasətini pisləmiş, "İldırım" adlı antisovet təşkilatına sadiq qalacaqlarına and içmiş, antisovet təşkilatının nizamnamə və mərəmnaməsini tərtib etməyi öz öhdəsinə almış, gizli mətbəə və gizli şirift düzəltməyə çalışmış, Abdullayev Gülhüseyn ilə birlikdə Azərbaycanın görkəmli şairlərindən birinə (Səməd Vurğun) antisovet və millətçi məzmunlu məktub göndərmişdir. Rəhimovun əsas məqsədi Sovet Azərbaycanını SSRİ- dən ayırmaq və Azərbaycanda "Burjua millətçi respublika" yaratmaq olmuşdur".

Mərhum professor Həbib Babayev deyirdi: "O zaman biz tələbə idik. Bu hadisə bizi həyacanlandırır, narahat edirdi. Qəlbimizi vətən məhəbbəti, qeyrət, təəssüb hissi ilə dolduran bu vətənpərvər gəncləri mühakimə edib qolları buxovlu halda məhkəmə binasından çıxarıb dustaq maşınına mindirdilər. İsmixan Rəhimov oraya toplaşanlara üz tutub dedi "Darıxmayın, biz gedirik, tezliklə qayıdacayıq ". Və beləcə,1937- ci ildə atasının göndərildiyi gedər-gəlməzə 1948-ci ildə İsmixan müəllim də sürgün olunur. Məşəqqətli sürgün həyatında ölüm-dirim mübarizəsi aparan İsmixan müəllim hətta o əzabları anlatdıqca onun gözlərindəki, içindəki Azərbaycan eşqinə aşiq olmuşdum mən. Və nəhayət, Stalin öləndə bir çox məsələlər kimi bu işə də yenidən baxmağa qərar verilir və 1955-ci ilin mayında "İLDIRIM"çılar evlərinə qayıdırlar.

Bəli, İsmixan Rəhimov belə bir şəxsiyyət idi...

İsmixan müəllim deyirdi ki, “İnsan bir qadını sevəndə xoşhal olur, valideynlərini sevəndə sevinir, çünki borcunu verir. Vətənini sevən insan isə qürurlu olur”. Yəqin elə bu səbəbdən də ömrünün 7 ilini sürgündə, ölüm düşərgəsində keçirsə də, İsmixan müəllim sürgünə yollananda yaşadığı anların ən gözəl anlar, keçirdiyi hisslərin ən müqəddəs hisslər olduğunu deyirdi. İsmixan müəllim başdan ayağa qürur nümunəsi idi. Ömrünün 7 ilini ölüm düşərgəsində keçirən İsmixan Rəhimovun şərəfli ömrünə 50 il müəllimlik etmək yazılmışdı, amma gerçək müəllimlik... Dərs dediyi, dil öyrətdiyi insanlara tək ingilis dili deyil, ilk növbədə şərəf, ləyaqət dərsi öyrədirdi İsmixan müəllim. Bir gözəl xasiyyəti də vardı. İngilis dilindən hazırlığa tələbələri qəbul edərkən (son illər evində dərs verirdi) kiçik müsahibə, sorğu-sual edirdi, amma ingilis dilindən deyil. Bir dəfə soruşdum ki, müəllim, niyə ingilis dilindən hazırlığa gələn adama siz ingilis dilindən deyil, Nizamidən, Fizulidən, Üzeyir Hacıbəyovdan, Qara Qarayevdən, onların əsərlərindən, tarixdən, azadlıqdan, Azərbaycan Respublikasının yaradılmasından, və s. suallar verirsiniz? Cavab verdi ki, özünü tanımayan, bilməyən biri lap bütün dillərdə danışsa nəyə faydası olar ki... Belə bir müəllim idi İsmixan müəllim... İsmixan müəllim kimlərə dərs verməmişdi ki. Azərbaycanın indiki dövlət başçısı İlham Əliyevə, onun bacısı Sevil Əliyevaya, onlarla nazirə, nazir övladlarına, neçə-neçə məşhur sənətkarlara ingiliscə danışmağı o öyrədib. Heydər Əliyev şəxsən valideyn kimi ona öz minnətdarlığını bildirmişdi.

Mənsə... Mən çox xoşbəxtəm bu anlamda ki, o böyük şəxsiyyətlə ünsiyyətdə olmuşam, əllərimlə o gözəl və böyük insana çay vermişəm və Sibirin Tayşet və Bodaybo meşələrində ağac kəsməyə məhkum olaraq şaxtadan donan o əllərdən öpmüşəm...

İndisə... İndi İsmixan müəllim bu dünyada yoxdur. Ondan geriyə qalansa, əməlləri, minlərlə tələbəsi, elmi məqalə və kitabları, qəlbimizdə daim yaşayan xoş xatirələri, üç oğlu, nəvələri və bir də onu daim böyük məhəbbətlə sevən ömür-gün yoldaşı Zərifə xanım var...
RUHU ŞAD OLSUN BÖYÜK ŞƏXSİYYƏTİN!!!

Xatirə Laçın










SON XƏBƏRLƏR
Yollаr uzun-uzun — Turаnçılıq Dаvаsı
Kofi Annan vəfat etdi
Tramp İrana hücum üçün XÜSUSİ QRUP yaratdı – MƏHVETMƏ ƏMƏLİYYATI
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür
Qardaşlar uzun illərdən sonra bir-birini Həcc ziyarətində tapdı - VİDEO
İmişlidə sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri ilə görüşlər keçirilib
"Qarabağı təhvil vermək istəyirdilər" - Paşinyan
"Qarabağ"ın Avroliqada rəqibi müəyyənləşib
350-yə qədər KİV Trampa qarşı aksiya keçirir - ABŞ-da
Dünyanı dolaşan səsin sahibi — Bu gün Müslüm Maqomayevin doğum günüdür
Bu il bal yarmarkasının formatı dəyişdirilə bilər
ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək
İraq qırıcıları Suriyada İŞİD-in operativ qərargahına zərbə endirib
Bütün dünyanın axtardığı qarabağlı general kim idi? - ARAŞDIRMA
YPX 6 aya 34 milyon manatdan çox cərimə yazıb
Bakıda döyülən qardaşına köməyə gedən taksi sürücüsü qətlə yetirilib
Generalın anım mərasimi keçirilib
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür
Türk hakerlər Amerikadan “qisas” aldı
Azərbaycan Gürcüstana 465 milyon investisiya yatırıb
MİLLİ FƏLSƏFİ FİKRİMİZDƏ ZAKİR MƏMMƏDOVUN XİDMƏTLƏRİ
«Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə üzrə I Şəmkir Çempionatı adlı layihənin ilk mərhələsi başa çatıb
Sabahdan havanın temperaturu yüksələcək
DİM: Magistraturanın qəbul planında 2104 yer boş qalıb
"Rusiya ilə müharibə Avropa üçün faciə olacaq" - NATO generalı
Tanınmış jurnalist intihara cəhd etdi - Reanimasiyadadır
Daha bir ölkə kosmosa insan göndərəcək
Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR
Qurban Qurbanov: "Deyiləcək bir söz yoxdur, heyətimizin yeniləndiyini nəzərə almalıyıq"
Can Laçın — Azər Qaraçənli yazır