Qarabag Media
Haqqımızda Əlaqə

Laçının qəhrəman oğlu...


Tarix:4-12-2017, 15:29 Baxış Sayı:426 Kateqoriya:Manşet / Qəhrəmanlar

Laçının qəhrəman oğlu...

Bədii, sənədli oçerk...
Elə bir oba, binə və kənd yaşayış məntəqəsi yoxdu ki, burada yaşayan adamları bir-birlərinə qohumluq əlaqələri bağlamasın. Bu mümkün deyildi ki, kimin-kiməsə yaxın qohumluğu çatmasın, əmioğlu, əmiqızı, dayıoğlu, dayıqızı. Hələ bütün qohumluq əlaqəsi bir yana, bir nəfər ağıllı, imkanlı, ağsaqqallıq hörməti qazanmış bir nəfərin də döl-döşü olan yaşayış məntəqələri mövcuddur. Səcərə cədvəli meydana gəlməsin, yaranmasın. Hər bir kəs özünə aid səcərəsini tanımalıdır. Ata, atanın atası, baba, babanın babası, 7-ci nəfərə qədərdə hər bir kəs üçün önəmlidir...

Qohumluq əlaqələrinə görə də çoxlu atalar sözü mövcuddur, “ağacı kəsərsən öz səmtinə yıxılar” demişdilər. Qız alıb, qız vermək qohumluğu daha da təzələyir,şirinləşdirir, bünövrəli edir, möhkəm əlaqələr üçün genişləndirir.

Deyimlər də var ki, Allah-təala tərəfindən oğlanla qızın qismətləri, alınyazısı varsa onu heç bir vaxt kimsənin pozması mümkün deyildi. Bu da adamların bir-birinin güzaranı, dolanışığı üçün heç olmasa, gündəlik çörək qazanmaq imkanı yaradır. Belə böyük kəndlərdən (Laçın rayonu) Səfiyan kəndi, Fəracan kəndi və onun ətrafında olan Maqsudlu kəndi, Quşçular kəndi, Suarası kəndi, Türklər kəndi, Xanalılar kəndi də belə el-obalardan biridir.

Burada uzun müddət məskən salmış, imkanlı, varlı dövlətli böyük torpaq sahibi olan Bəşir bəy və onun qardaşı Ədil bəy kənd sakinlərini başına yığıb, taxıl zəmilərində əkin-biçin, mal qara saxlamaları, çay kənarı ərazilərdə bağçılıq, bostançılıq işləri ilə məşğul olmuşdular. Deyilənə görə burada barama ilə məşğil olaraq ticarətin inkişafı üçün təməl qoyulmuşdur. Tut ağaclarının əkilib-becərilməsi ilə baramaçılığı inkişaf etdirmişlər.

Laçının qəhrəman oğlu...Bəzən kənd həyatına uyğunlaşmayan gənclər çörək arxasınca şəhərlərə getməli olmuşlar. Maqsudlu kəndində Abbas kişi, Quşçular kəndində Rüstəm kişi də belə qohumluq əlaqəsini təzələməli olmuşlar. Həşimlə Qəndafın ailə qurması üçün xeyir-dua vermişdilər. Gənc ailə iqtisadi çətinlikləri dolanışıqlarını qaydaya salmaq üçün Bakıya köçməli olmuşdular. Bakının Bül-bülə kəndində yaşayan yaxın qohumları gənc ailəyə yaşamaq üçün imkan və şərait yaratmışdılar.

Həşim ailəsini saxlamaq üçün neft mədənində işə düzəlir, bir müddət çətinliklərlə qarşılaşsa da, iş tapandan sonra ailə yavaş-yavaş dolanışığın yolunu tapmağa başlayır.

Həşimlə Qəndaf xoşbəxt bir ailənin təməlini qoymuşdular, tezliklə ailədə uşaq anadan olacaqdı. O səhər tezdən yuxudan qalxardı, işə gedərdi, işdən sonra isə evə ailəsinin üstünə dönərdi...

Həşimlə Qəndafın ailəsində bir oğlan uşağı dünyaya gözlərini açmışdı, onun adını da Əvəz qoymuşdular.

Həşim hər gün işdən evə dönəndə, adəti üzrə onun həyat yoldaşı Qəndaf oğlu Əvəzi qucağına alaraq qapıda onu qarşılayardı...

Hər gün Bakı şəhərində və onun ətrafındakı kəndlərdə gözlənilməz, qəfil bir hadisə baş verirdi. Özbaşınalıq, qaçaq-quldurlar dinc sakinlərə rahatlıq vermirdilər. Hər gün, hər gecə bir hadisə haqqında xəbərlər eşidilirdi.

Bu gün yenə küçədə hay-küy vardı. Həşim yenə evə ailəsinə, oğlunu əzizləmək üçün tələsirdi. O, bu hadisədən yan keçmək üçün yolunu dəyişmək istədi. Təsadüfən açılan güllə səsi yaxında eşidildi, quldurlar sanki aradan çıxmağa tələsirdilər, qaça qaç idi.

Qəndafın gözləri qapıya zillənmişdi, yəgin ki, Həşim bu an qapını açıb evə daxil olacaqdı. Onun ürəyinə danmışdı ki, heç olmasa küçəyə çıxmaq üçün tələs, səs-küydən bir halı bil, Həşimə kömək gərəkdi...

Laçının qəhrəman oğlu...
Qonşuların köməyi ilə Həşimi həyətə gətirmişdilər. Qəndaf qışqırdı, saçlarını yolmağa başladı, artıq gec idi. Hər bir kəs, çalışırdı ki, heç olmasa Həşimə kömək etsin ancaq, bacarmadılar, onun xoşbəxtliyi elə bu qədərdə imiş...

Qəndaf oğlu Əvəzi bağrına basdı, və pıçıldadı:
— Allah-təala, bizi sevindirdin, bəs bu sevgimi niyə yarımçıq qoydun? Bəs bizim axırımız necə olacaq? – dedi.

Həşimin qəfil ölümü Rüstəm kişiyə, Gözəl anaya çatdı. Onlar Bakıya gəlmək üçün xeyli əziyyətlət çəkdilər, Ağdama piayda gəlməli idilər. Burada Qara Yusifin “palturukasına” minib Yevlağa gəldilər. Daha sonra isə qatarla Bakıya getməli idilər. Yol tədarükü üçün bağlama da götürmüşdülər, bir tikə çörək yal aşırar deyiblər, Minik maşını rast düşəndə 5-10 günə Bakıya getmək olurdu. Gözəl ana Bakıya qızı Qəndafın hayına, köməyə gəlmişdi. Məsləhət oldu ki, onları Quşçular kəndinə qaytarsın. Belə də oldu, Qəndaf “qundağı”, Əvəzi də qucağına aldı və anasına qoşularaq arxaya döndülər...
Qundaq silahın bir hissəsidir, o həmişə sahibinin qucağında olduğu üçün belə deyilmişdir. Bəzən faciəli surətdə ölən valideynin övlad sahibsiz, yetim qalanda, bələkdə olan uşağa da, “qundağ” demişdilər. Çünki o da qucaqda saxlanılır.

Rüstəm kişi, Gözəl ana Quşçular kəndində yaşayırdılar. Kənd sakinlərinin əsas məşğuliyyətləri taxıl zəmilərini əkib becərmək idi. Onlar sahəni kübrələmək məqsədilə, mal-qara saxlanılan tövlələrin ətrafından kisələrə peyin yığaraq sahələrə daşıyardılar. Yazda cütlə yer şumlayardılar, bəzən cütün əkə bilmədiyi torpaq sahəsini bellə belləyərdilər. Torpağa toxumu şuma əl vasitəsi ilə səpərdilər. Şumlayandan sonra ağacların budaqlarından mala düzəldərək, toxum səpildikdən sonra əkin sahəsinin üstündən mala çəkərdilər ki, toxum torpağa qarışsın, qurd-quş yeməsin, torpağın altından yaxşı cücərsin...

Həkəri çayının sahillərində meyvə bağlar, tərəvəz əkmək üçün bostanlar üçün torpaq sahələri müəyyən olunaraq becərilərdi. Bu işlər adamların gündəlik işinə çevrilmişdir. Görülən işlərin müqabilində işləyən kənd sakinləri əmək haqqı olaraq yemək üçün taxıl, meyvə-tərəvəz ala bilərdilər.
Verdiyev Əvəz Həşim oğlu 1916-cı ildə (Laçın rayonu) Quşçular kəndində anadan olmuşdur. Atası Həşim Abbas oğlu Maqsudlu kəndində, Quşçular kəndinin sakini Rüstəm kişinin qızı Qəndafla ailə qurmuşdu. Gənc ailə yaşamaq üçün Bakıya, Bülbülə kəndində yaşayan yaxın qohumlarının yanında yaşamaq üçün köçürlər.

Gənc ailə başçısı Həşimin qismətinə bir tikə çörək çıxmışdı, neft mədəninin birində işə düzəlmişdir. Ona görə deyirlər ki, “kasıbın ağzı çörəyə çatmamış başı daşa çatır”. Qəndafın həyat yoldaşı Həşim öləndən sonra, o oğlu Əvəzi götürüb Quşçular kəndində yaşayan atası Rüstəm kişinin himayəsində yaşamalı olur.

Əvəz gündən günə böyüməyə başlayırdı, hələ Rüstəm babasının, Gözəl nənəsinin “buyruğuna” sözlərinə baxırdı. Babası işdən yorğun gələndə Əvəzin verdiyi bir “parç” su onun ürəyini soyudurdu, yorğunluğunu çıxardırdı. Əziz nəvəsini sevərdi, əzizləyərdi...

Bir dəfə yaxın qohumları Quşçular kəndinə qonaq gəlmişdilər. Yolüstü Əvəzə də baş çəkməli olurlar. O artıq böyüyüb qoçaq bir oğlan olmuşdur. 1936-cı ildə Əvəz Bakıya, Bül-bülə kəndində yaşayan qohumlar gilə qonaq gəlir. Məsləhət olur ki, burada qalsın. Orcenikidze adına maşınqayırma zavodunda işə qəbul olunur. Axşamlar isə axşam məktəbində təhsil almağa başlayır...

1938-ci ildə Qızıl Ordu sıralarına çağırıldığı üçün Əvəz Verdiyev öz fəhlə və məktəb yoldaşlarından ayrılmalı olur. Əvəz Orduya gələrkən möhkəm iradəli, dərin düşüncəli və intizamlı bir gənc kimi yetişmişdir. O artıq təcrübəli sovet əsgəri kimi rus dilində sərbəst danışa bilirdi, hərbi sursatlarla davranış, istifadə qaydalarını mükəmməl mənimsəmişdir.

Qəfləti qara buludlar keçmiş SSRİ-nin dövlət sərhədlərinin üzərində görünməyə başladı. Onda Əvəz Verdiyev Qərbi Belarusiyanın müdafiə alayının tərkibində ilk döyüşlərə başladı. Finlyandiya müharibəsində vuruşaraq, bacarıqlı döyüşçü kimi şöhrət qazandı.

1940-cı ildə əsgəri xidməti müddəti qurtardığı üçün o, ordudan tərxis olunur. Quşçular kəndinə qohumları gilə dönəndə kənddə ağsaqqallar məsləhət görürlər ki, savadlı oğlansan kolxozda uçot işlərinə kömək et kənddə savadsızlığı ləğv etmək üçün yaşlı adamlara yazmaq, oxumaq öyrət. Xeyli vaxt bu işləri görür hörməti birə-beş artır.

1941-ci il Faşist Almaniyası müharibə elan etmədən SSRİ-nin dövlət sərhədini pozaraq və Böyük Vətən müharibəsi başlayır. O, yenidən Qızıl Ordu sıralarına çağırılır. Əvəz ilk dəfə Rostov-Don ətrafında döyüşlərdə iştirak edir. İşğalçılar çoxlu tank və başqa motorlu hissələrlə Rostova tərəf irəliləyirdilər. Lakin Sovet qoşunları düşmənə ciddi müqavimət göstərir və onların irəliləməyinə maneələr törədirdi. Bu zaman serjant Əvəz Verdiyev öz dəstəsi ilə Rostov yaxınlığında çox böyük dövlət əhəmiyyətli tikilini qorumaq tapşırığı alır. Faşistlər hər tərəfdən bu məntəqəyə hücum edirlər. Əvəz Verdiyev böyük taktiki əhəmiyyəti olan bu məntəqənin müdafiəsi zamanı on nəfərdən artıq faşist məhv edir. O, öz əsgər yoldaşları ilə tez-tez mövqeyini dəyişərək faşistlərin arxasına girir, düşmənə gözlənilmədən həmlə edirdi.

Belə bir şəraitdə faşistlər öz səngər mövqeylərini qoyub qaçmağa məcbur olurdular. Bu vuruşmada Əvəz Verdiyev və onun cəsur döyüşçüləri çoxlu qənimət ələ keçirirlər. Şiddətli döyüşlər zamanı Əvəz ağır yaralanır. Lakin o cəbhəni tərk etmədən az müddətdə müalicə olunduqdan sonra yenidən ön cəbhəyə qayıdır, dostları onun bu cəsurluğuna və insani keyfiyyətlərinə yaxından bələd olmağa başlayırlar.

Xarkov, Orlov şəhərlərinin, Lvov ətrafındakı döyüşlərdə, Droqoviç, Nikolayev və Zoloçev rayonlarının azad edilməsində serjant Əvəz Verdiyev əsl qəhrəmanlıq sücaəti göstərmişdir.

1944-cü ildə payız fəsli yenicə başlayırdı. Böyük Vətən müharibəsinin bu həlledici dövründə qəhrəman Sovet Ordusunun döyüş qələbələri gündən-günə artırdı. Azərbaycan xalqının mərd qəhrəman övladları döyüşlərdə göstərdikləri sücaətə görə fərqlənirdilər. Faşistlər ağır döyüşlərdə get gedə məğlub olaraq geri çəkilirdilər. Visla çayı sahillərinə çatmış döyüş yolu həmyerlimiz Əvəz Verdiyevin göstərdiyi qəhrəmanlıq salnaməsinin təməlini qoymuş olur. Avqust ayının axırları idi. Staşa şəhəri ətrafında qızğın döyüşlər gedirdi. Bu şəhərdə düşmənin çoxlu canlı və texniki qüvvələri yerləşirdi. Hitlerçilər şəhəri əldən verməmək üçün möhkəm müqavimət göstərirdilər. Staşa şəhəri düşməndən azad etməkdən ötrü çox ciddi hazırlıq görülürdü. Komandanlığın əmri ilə şəhərə kəşfiyyat dəstəsi göndərildi. Bu kəşfiyyat əməliyyatı baş serjant Əvəz Verdiyevin başçılıq etdiyi dəstəyə tapşırılmışdır. Kəşfiyyat müvəffəqiyyətlə başa çatdırıldıqdan sonra şəhərə hücum başlandı. Bu əməliyyatı Əvəz Verdiyev öz hissəsi ilə şəhərin sağ tərəfindən, bu gözlənilməz hücum olduğu üçün məxfi idi, gizli yolla, kiçik bir qəbiristanlıqdan keçərək, düşmənin arxasına keçirlər. Bu düşmənə ağır zərbə oldu, Şiddətli vuruşma başladı.

Çox keçmədi ki, düşmən əks həmləyə keçdi. Alman faşistləri lap yaxında idilər. Əvəz Verdiyev “maksim” pulyemyotun arxasında uzanıb gözləyirdi. İndi düşmən ilə onun arasındakı məsafə 50-60 metr idi. Elə bu vaxt Əvəz “Maksim” pulyemyotunu “kəklik” kimi “cəh-cəh” nəğməsini oxutdu...
Düşmənin sırası pozuldu, bu zaman sol tərəfdən faşistlərin yeni dəstəsi göründü. Əvəz özünü itirmədi, o pulyemyotunu başqa bir yerə çəkərək, hücum edən faşistlərə şiddətli atəş açdı. Düşmən buna tabe gətirə bilməyib arxaya, geri çəkilməyə məcbur oldu. Hissə bir saniyə vaxt itirmədən ayağa qalxıb hücuma keçdi. Qızğın vuruşmadan sonra Staşa şəhəri və onun ətrafında olan Osik kəndi faşistlərdən təmizləndi. Təkcə bu döyüşlərdə Əvəz düşmənin canlı qüvvələrinə və texnikasına vurduğu ağır zərbədən başqa 13 alman əsgər və zabitini əsir tutmuşdu.

Cəsur döyüşçü həmyerlimiz baş serjant Əvəz Həşim oğlu Verdiyevin şəxsi işin döyüş hesabında yüzdən çox düşmən əsgəri və zabitin məhv etməsi, 13 alman əsgəri və zabiti əsir götürməsi qeyd olunmuş, cəsarət və dözümlülük nümunəsi göstərilmişdir.

Əvəz hərdən dodaqaltı zümzümə edərdi:
— Dağlarda çiçək ay Güləbatın,
— Doldur ver içək ay Gülabatın,
— Hamıdan göycək ay Güləbatın.

Cəbhə dostları onun başına yığılardı, sux zarafatları hamının xoşuna gələrdi. Ağır döyüşdən sonra bu onlara daha da güc bəxş edərdi. O, vaxtları hərbi hissənin polkovniki olmuş, sonralar general-leytenant rütbəsinə qədər yüksələn, iki dəfə Sovet İttifaqı qəhrəmanı D.A. Draqunski xatirələrində yazmışdı:

— Mən hərbi xəstəxanadan təzə çıxmışdım, onun haqqında xoş sözlər eşidirdim. 1941-ci ilin iyun ayında yaxından tanış oldum. Bu görüş 55-ci qvardiya tank briqadama qayıtdıqdan sonra olmuşdur. Motorlu atıcı batalyonun komandiri mayor Stalnenko da cəsur və bacarıqlı döyüşçü Əvəz Verdiyevin qəhrəmanlığından danışmışdı.

1944-cü il iyulun 14-də Birinci Ukrayna cəbhəsinin qoşunları qəti hücuma keçdi. 55-ci briqada birici eşelonda gedirdi. Sovet qoşunları bir neçə gün ərzində qərbə doğru xeyli irəliləmişdi. Ancaq hitlerçilər inamla müqavimət göstərirdilər. Onlar Lvovdan şimalda dairəvi müdafiə yaratmışdılar. Kulikovo yaşayış məntəqəsində almanların böyük bir qrupu toplaşmışdı.

Baş serjant Əvəz Verdiyev öz bölməsini buradan, istirahət etdikləri, dincəldikləri bostanların içərisinə çıxartdı və qəfləti düşmən mövqeyinə hücuma keçdi. Cəsur döyüşçülər iki dəzgahlı pulyemyotu, minaatan batareyanı ələ keçirdilər, düşmənin xeyli əsgəri və zabiti məhv edildi.

Əvəz Verdiyevin dəstəsi avqustun 2-də leytenant Andrey Serajimovun tankı üstündə Staşub şəhərinə hücuma keçdilər. Sonra heyrətə gələrək yerli əhali köməyə gəlmiş, onların gözləri qarşısında Verdiyev və Serajimov şəhər ratuşasının ən uca yerinə qalxdılar. Qızıl bayrağı oraya sancıb cəld hərəkətlə yerə tullandılar. Qaçmaqda olan 2 hitlerçini itələyib tankın içərəsinə saldılar və briqadanın mövqeyinə qatdılar. Polyaklar azadlığın ilk carçılarını uzun müddət əlləri ilə salamladılar. Onların səsləri eşidilirdi:
— Əziz qardaşlarımız, sizi gözləyirik!

— Gələcəyik, tezliklə gələcəyik! – deyə Əvəz Verdiyev onlara cavab verirdi...

Briqada Staşuba şəhərinə daxil olanda güllə və mərmilərdən deşik-deşik olmuş SSRİ-nin al bayrağı şəhər ratuşası üzərində əzəmətlə dalğalaırdı.
Sonradan döyüş yoldaşı əlavə edərək:

- Sandomir əməliyyatı zamanı mövqeyi əldə saxlaması üçün 27 gün gecə-gündüz qızğın vuruşduq. Gündə düşmənin 5-7 hücumunu dəf edirdik. Həmin günlərdə cəsur Əvəz bizimlə yanaşı idi. Onun səhhətində problemlər yaranmışdı, qulaqları tutulmuşdu, yarım kontuziya olan, ancaq ruhən güclü olan Əvəz döyüşü davam etdirirdi. Onun bölməsində yalnız 2 nəfər sağ qalmışdı. Dəfələrlə ona deyildi ki, xəstəxanaya müalicəyə getsin. Deyirdi ki, döyüşdən sonra gedərəm, çox inadkar idi, döyüşlərdə öndə iştirak etməyi adət etmişdi.

Laçın rayon sakinlərinin üzündə böyük sevinc vardı. Hamı həmyerlimiz, Sovet İttifaqı Qəhrəmanı Əvəz Həşim oğlu Verdiyevin görüşünə çıxmışdılar. Rayon partiya komitəsinin katibləri Soltan Məmmədov, Məmməd Məlikov da görüşə gəlmişdilər.

Az bir vaxtda rayon mərkəzindən Quşçular kəndinə qədər olan məsafədə yollarda abadlıq, təmir işlər görüldü. Əvəz Verdiyev izdihamla görüşə-görüşə kəndlərinə gəldi. Atası Bəşir kişi, 2 baş erkək qurban kəsdi, gələn qonaqları yola vermək üçün isə kolxozdan 1 baş cöngə verildi.
Musiqiçilər də gəlmişdi, çalan, oxuyan, yeyən içən oynayanlar bir-birlərin əvəz edirdi. Toy, bayram əhval-ruhiyyəsi yaşadılar.
Laçının qəhrəman oğlu...

Laçın Rayon Partiya Komitəsinin katibi Əvəz Verdiyevlə görüşdə məsləhət görmüşdü ki, bir daha cəbhəyə qayıtmasın, rayonda Əvəz kimi kadrlara böyük ehtiyac vardı – demişdi.

O isə cavabında demişdi ki,
— Bəs onda cəbhədə qoyub gəldiyim, əsgərlər mənə nə deyərlər, onların mənə ehtiyacı var, mən onlardan ayrıla bilmərəm – demişdir...
Sovet İttifaqı Qəhrəmanı, baş serjant Əvəz Həşim oğlu Verdiyev məzuniyyət vaxtı başa çatandan sonra, o yenidən ön cəbhəyə dostlarının yanına, müharibədə döyüşlərdə iştirak etmək üçün qayıtmışdır.

1944-cü il 2 avqust tarixində Polşanın Staşuv şəhəri uğrunda gedən döyüşdə göstərdiyi qəhrəmanlığa görə 23 sentyabr 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmış və ona “Qızıl Ulduz” medalı və Lenin ordeni təqdim olunmuşdur.

Sovet İttifaqı Qəhrəmanı, həmyerlimiz Əvəz Verdiyevin Polşanın Boleslaves şəhərində olan məzarı.
Laçının qəhrəman oğlu...

Qəhrəman Sovet Ordusu ağır döyüşlərdən sonra neçə-neçə qəhrəman oğullarının qanı bahasına SSRİ-nin dövlət sərhədlərini bərpa etdilər. Əsgərlərimiz Ukraynanı azad etdikdən sonra Polşanın içərilərinə doğru irəliləyirdilər. Əvəz Verdiyevin rəhbərlik etdiyi bölükdən iki nəfər əsgər qalmışdı. Visla çayı və onun sahilində Baranib-Sandomerski şəhərini azad etdilər. Sonrakı döyüşlərdən birində ağır yaralanmış Əvəz Verdiyev 1 may 1945-ci ildə vəfat etmişdir. Polşanın Boleslaves şəhərində qardaşlıq məzarstanlığında dəfn olunmuşdur.

Sovet İttifaqı Qəhrəmanı Əvəz Həşim oğlu Verdiyevin göstərdiyi igidliyi, onun əzizləri və həmyerliləri biz Laçınlılar üçün bir örnəkdi. Fəxr edirik ki, Əvəz Verdiyev kimi həmyerlimiz vardı.

Əvəz Verdiyevin adını əbədiləşdirmək üçün Laçın şəhərində orta məktəbə, küçəyə, anadan olduğu Quşçular kəndi və onun ətrafında yerləşən Səfiyan kənd sovxozuna onun adı verilmişdir, Laçında orta məktəbin qarşısında əzəmətli heykəli, sovxozun idarə binasının önündə isə büstü qoyulmuşdur. Bakı şəhəri Suraxanı rayonu Bül-bülə qəsəbəsində onun adını daşıyan bir küçə vardır.

İkinci dünya müharibəsində döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, həmyerlimiz Əvəz Həşim oğlu Verdiyevin qardaşı Abbasov Soltan Bəşir oğlunun dedikləri elə bilirəm, oxucularımıza da maraqlı olardı.
Laçının qəhrəman oğlu...

— Əvəz Verdiyev mənim böyük qardaşımdır, o qəhrəman kimi döyüşdükdən sonra məzuniyyətə gələndə mənim on yaşım vardı. Yaxşı yadımdadır. Məni qucağına aldı, başımı sığalladı. Onun qara gözləri, qara qalın qaşları vardır. Pəhləvan cussəli bədəni böyük əlləri vardır.

— Qəndaf anamızın həyat yoldaşı Həşim öləndən sonra az yaşlı “qundaqda” olan Əvəz ana babamız Rüstəm kişinin himayəsində yaşamalı olur. Yaxın qohumumuz Bəşirin də həyat yoldaşı “uşaq üstə” dünyasını dəyişir. Bir müddətdən sonra 1933-cü ildə Bəşir Qəndafla ailə qurmalı olurlar. Onların Durna, Nabat, Nəriman, Soltan adlı övladları olmuşdur. O deyirdi ki, Bakının Bülbülə kəndində yaxın qohumumuz yaşayır. Onun övladları Laçının qəhrəman oğlu...Nəsib, Yusif, Bəylər, Dünyaxanım adlı qohumları vardır. Əvəz kimi qəhrəman qardaşımızla mənim qohumlarım, övladlarım, nəvə-nəticələrim fəxr edirik.

Nemət Bəxtiyar,
Azərbaycan Jurnalistlər birliyinin üzvü.
“Qızıl qələm” mükafatı laureatı.




loading...




SON XƏBƏRLƏR
Millət vəkili türkman rəhbəri Bakıya dəvət etdi
Qətlə yetirilən icra başçısının oğlu illər sonra danışır: `Qatillə görüşmək istərdim`- FOTOLAR
Ucuzlaşmalı olan yağ niyə bahalaşdı? - Video
Qasım Süleymani: "İran Fələstindəki bütün qruplara dəstəyə hazırdır."
Vəkilindən Fədayə ilə bağlı - Yeni xəbər
Qarabağda erməni əsgər yoldaşını güllələdi
AB-dən Putinin qərarına reaksiya: Savaş bitməyib
Cahangir Hacıyevlə həbs olunanlar məhkəməyə müraciət etdi
Vergilər Nazirliyində bütün əməliyyatlar dondurulub
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi
Vikipediya Kərimzadəni kürd etdi: qızı danışdı - Foto
Vətən büyük və əbədi bir ölkədir - TURAN
Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad
Ərdoğan Yerusəlimin statusuna dair sammit çağırdığı barədə Putini məlumatlandırıb
Dəniz Həşimova “2017-ci ilin ən yaxşıları” nominasiyasına layiq görülüb
"Qardaş ölkə ilə iqtisadi əməkdaşlıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir"
"Vətən adlı dərdimə bax" kitabının təqdimatı keçirilib
Ağdam Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olacaq - FOTOLAR
QHT Şurası qrant müsabiqəsini elan etdi
Məsuliyyət Azərbaycan və Ermənistan prezidentlərinin üzərindədir
Elza Seyidcahan: “Mənim sayəmdə Bəxtiyar Vahabzadəni də tanıyırlar”
İlham Əliyev “Bakutel-2017” sərgisi ilə tanış olub
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
Şəhid baş leytenant məzarı başında yad edildi - FOTO
Bakıya sulu qar, rayonlara qar yağacaq
Rusiya yığması Olimpiadada iştirakdan kənarlaşdırılıb
Kəşfiyyatçı İrza bəy Hacıbəylinski kim olub? - VİDEO
"Qarabağ" minimal hesabla məğlub oldu
Saakaşviliyə təslim olmaq üçün 24 saat vaxt verildi
Mikayıl Cabbarov Vergilər naziri təyin olundu