Qarabag Media
Haqqımızda Əlaqə

Şəhid qızını vurub öldürən iş adamının oğludur - 17 yaşı var, “Jeep” sürür


Tarix:4-12-2017, 14:34 Baxış Sayı:98 Kateqoriya:Manşet / Hadisə

Şəhid qızını vurub öldürən iş adamının oğludur - 17 yaşı var, “Jeep” sürür

Qadını vurub qaçan 17 yaşlı gənc həbs edildi. Baş Prokurorluqdan Enter.News-a verilən məlumata görə, noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. Sürücü isə hadisə yerindən qaçıb.

Faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Hadisə vaxtı qeyd edilən avtomobilin sürücülük hüququ olmayan, yetkinlik yaşına çatmayan - 2000-ci il təvəllüdlü Məmmədov Arif Məmməd oğlu (ad, soyad şərtidir) tərəfindən idarə edilməsi müəyyən edilib.

Cinayət işi Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib, A.Məmmədov noyabrın 29-da şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

A.Məmmədov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Nəqliyyat vasitəsinə sahiblik hüququ olan Əmrulla Şahbazov tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə sonuncunun inzibati qaydada məsuliyyətə cəlb olunması təmin ediləcək.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 3 uşaq anası olan K.Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Onu vuran 17 yaşlı gənc isə iş adamı Akif Rəhimovun oğlu Rəhim Rəhimovdur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Millət vəkili türkman rəhbəri Bakıya dəvət etdi
Qətlə yetirilən icra başçısının oğlu illər sonra danışır: `Qatillə görüşmək istərdim`- FOTOLAR
Ucuzlaşmalı olan yağ niyə bahalaşdı? - Video
Qasım Süleymani: "İran Fələstindəki bütün qruplara dəstəyə hazırdır."
Vəkilindən Fədayə ilə bağlı - Yeni xəbər
Qarabağda erməni əsgər yoldaşını güllələdi
AB-dən Putinin qərarına reaksiya: Savaş bitməyib
Cahangir Hacıyevlə həbs olunanlar məhkəməyə müraciət etdi
Vergilər Nazirliyində bütün əməliyyatlar dondurulub
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi
Vikipediya Kərimzadəni kürd etdi: qızı danışdı - Foto
Vətən büyük və əbədi bir ölkədir - TURAN
Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad
Ərdoğan Yerusəlimin statusuna dair sammit çağırdığı barədə Putini məlumatlandırıb
Dəniz Həşimova “2017-ci ilin ən yaxşıları” nominasiyasına layiq görülüb
"Qardaş ölkə ilə iqtisadi əməkdaşlıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir"
"Vətən adlı dərdimə bax" kitabının təqdimatı keçirilib
Ağdam Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olacaq - FOTOLAR
QHT Şurası qrant müsabiqəsini elan etdi
Məsuliyyət Azərbaycan və Ermənistan prezidentlərinin üzərindədir
Elza Seyidcahan: “Mənim sayəmdə Bəxtiyar Vahabzadəni də tanıyırlar”
İlham Əliyev “Bakutel-2017” sərgisi ilə tanış olub
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
Şəhid baş leytenant məzarı başında yad edildi - FOTO
Bakıya sulu qar, rayonlara qar yağacaq
Rusiya yığması Olimpiadada iştirakdan kənarlaşdırılıb
Kəşfiyyatçı İrza bəy Hacıbəylinski kim olub? - VİDEO
"Qarabağ" minimal hesabla məğlub oldu
Saakaşviliyə təslim olmaq üçün 24 saat vaxt verildi
Mikayıl Cabbarov Vergilər naziri təyin olundu