Qarabag Media
Haqqımızda Əlaqə

SSRİ Ali Sovetinin azərbaycanlı deputat korpusu Heydər Əliyevdən niyə qaçırdı? Sovet deputatlarının tam tərkibi -TARİX


Tarix:3-12-2017, 20:34 Kateqoriya:Manşet / Araşdırma

SSRİ Ali Sovetinin azərbaycanlı deputat korpusu Heydər Əliyevdən niyə qaçırdı?

SSRİ Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist Fazil Rəhmanzadə çap etdirdiyi “Bu isimdə bir can” kitabında Azərbaycanın və SSRİ-nin məşhur müğənnisi Rəşid Behbudovla bağlı yazdığı məqaləsində maraqı bir detala toxunub.

R.Behbudovun həyat yoldaşı Ceyran xanım 1999-cu ildə verdiyi müsahibəsində deyib ki, SSRİ Ali Sovetinin iclasında Azərbaycan nümayəndə heyətindən heç kim iclasda iştirak edən mərhum Heydər Əliyevə yaxınlaşmır. Mərhum Rəşid Behbudov Heydər Əliyevə yaxınlaşır, öpüşüb görüşürlər. Heydər Əliyev Rəşiddən soruşur: “Nə əcəb mənə yaxınlaşdın. Axı indi hamı məndən qaçır. Salam verməyə belə cəsarət etmirlər…”

Maraqlıdır ki, Heydər Əliyevin Siyasi Bürodan və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini postundan getməsindən sonra onun SSRİ-nin ictimai həyatında iştirakı ilə bağlı az məlumat var. Mərhum prezidentin təqaüdçü həyatı sürməsi yazılarda daha çox vurğulanır.

… Halbuki mərhum prezident Heydər Əliyev 1984-cu ildə SSRİ Ali Sovetinə keçirilən seçkilərdə Azərbaycandan deputat seçilib. SSRİ Ali Sovetinin deputatları 1984-1989-cu illər ərzində ali qanunverici orqanın üzvləri sayılıb.

XI-ci çağırış SSRİ Ali Sovetinə seçkilər 1984-cü ildə keçirilib. Azərbaycanı orada 61 deputat təmsil edib. SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini olan Heydər Əliyev məhz Azərbaycandan deputat mandatı alıb.

Azərbaycan nümayəndə heyətinin tərkibi də çox maraqlıdır: SSRİ Ali Sovetinə Naxçıvandan 10 deputat seçilib, onlardan biri rus olub. Dağlıq Qarabağ Muxtar Vilayətindən isə 5 deputat seçilib, onlardan 3-ü erməni, 2-si azərbaycanlı olub. Bunlar Lidiya Rəsulova və Süleyman Tatlıyevdir.

Tanınmışlar sırasında SSRİ xalq artisti, drijor Niyazi, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudov, xalq yazıçısı Mirzə İbrahimov da deputat mandatı alıblar.

Bunlardan başqa Azərbaycan Kommunist Partiyasının birinci katibi Kamran Bağırov, DQMV-in rəhbəri Boris Gevorkov, Bakı Şəhər Partiya Komitəsinin birinci katibi Fuad Musayev, Elmlər Akademiyasının prezidenti Eldar Salayev, SSRİ Dövlət Plan Komitəsinin sədri Nikolay Baybakov, Dövlət Təhlükəsizlik Komitəsinin sədri Ziya Yüsifzadə, Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin sədri Qurban Xəlilov, Həsən Seyidov SSRİ Ai Sovetində deputat kimi Azərbaycanı təmsil ediblər.

Tale elə gətirib ki, bu tərkib SSRİ-də başlanan böyük dəyişikliklər dövründə işləməli olublar. Mixail Qorbaçov tərəfindən SSRİ-də elan edilmiş Yenidənqurma siyasəti bütün köhnə idarəçilk sistemini tərpətdi. 1987-ci ildə Heydər Əliyev Siyasi Bürodan və Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən çıxarılanda SSRİ Ali Sovetinin bu tərkibi mövcud idi. Görünür, H. Əliyevə qarşı başlanmış təqib kampaniyası Azərbaycandan olan deputat korpusunu özlərinin keçmiş rəhbərinə qarşı mövqeyini dəyişməyə vadar edib.

Bundan başqa, 1988-ci ildə Dağlıq Qarabağa qarşı ərazi iddiaları başlanarkən bu 62 nəfərlik Azərbaycan deputat qrupunun Moskvada hansı mövqe tutması da aydın deyil. SSRİ paytaxtında birbaşa etiraz etməyə gücü çatan deputatlar, nədənsə, Mərkəzi hakimiyyətin tənqidində maraqlı olmayıblar.

Azərbaycanı təmsil edən Heydər Əliyevə SSRİ xalq deputatları tərəfindən soyuq münasibət isə o dovrün mühitini aydın göstərən barometridr.

XI-ci çağırış SSRİ Ali Sovetinə seçilmiş Azərbaycanlı deputatların tam siyahısı.

1. Abbasov Qurban Qulu o]lu – Naxçıvan MSSR Millətlər Sovetindən
2. Abasova Lətifə Bilal
3. Abdullayeva Yeganə Güləli
4. Əbdurrəhmanova Mətanət Əhməd
5. Əliyev Əli Nağı – Millətlər Sovetindən
6. Əliyev Heydər – Millətlər Sovetindən
7. Əliyev İsa – Naxçıvan
8. Əliyev Şənlik Müslüm
9. Əliyeva Zibar Süleyman qızı
10. Əliyeva Minayə Mirzəbala qızı
11. Əliyeva Həvva Xəlil – Naxçıvan
12. Allahverdiyeva Minayə Qurban
13. Arbatov Georgi Arkadeviç
14. Bağırlı Ramiz
15. Bağırov Kamran
16. Bağırov Oktay
17. Baybakov Nikolay
18. Balayan Vazgen – DQMV
19. Baruşeva Lyubov
20. Behbudov Rəşid – Naxçıvan MSSR
21. Brexov Konstantin
22. Buqayev Boris
23. Həsənova Gövhər
24. Həsənova Xanımcan
25. Həsənova Şamama
26. Qasımov Famil
27. Qurbanova Nailə
28. Hüseynov Adil
29. İbrahimov
30. İbrahimov 31. İmralıyev 32. Qasımova 33. Gevorkov 34. Konovalov Vasili
35. Kutaxov Pavel
36. Mailov Afiq
37. Mayorets Anatoli
38. Məmmədov Rafiq – Naxçıvan
39. Məmmədova Venera – Naxçıvan
40. Məmmədova Nargilə
41.Mamunts Samvel – DQMV
42. Medvdeyev Vadim
43. Müzəffərov Sabir
44. Musayev Fuad
45. Musayeva Tərlan
46. Muxtarov Lətif
47. Nuriyeva Nərgiz
48.Orbelyan Sayda
49. Popkov Mixail – Naxçıvan
50. Rəsulova Lidiya
51. Sadıqova Nəzakət
52. Salayev Eldar
53. Səmədova Qönçə
54. Seyidov Həsən
55. Subotin Aleksandr – Naxçıvan
56. Tağızadə-Hacıbəyov Niyazi
57. Tahirov Həsən –Naxçıvan
58. Tatlıyev Süleyman
59. Xəlilov Qurban
60. Xəlilova Şüküfə
61. Yüsifzadə Ziya – Naxçıvan

Xaqani SƏFƏROĞLU

Mənbə: Strateq.az










SON XƏBƏRLƏR
Kənd Təsərrüfatı Nazirliyi fermerlərə 10 mln. kredit verəcək
Heydər Əliyev Fondu Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini təşkil edib - FOTO
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsindən azad olundu
Fuad Poladov - 70... - VİDEO
Lider TV-nin filmi Ankarada təqdim olundu — FOTOLAR
Kürdəmir, Kür və Salyan toponimləri — Süleyman peyğəmbər quşların dilini ona görə başa düşürdü ki, ...
“Bu gənc azərbaycanlı Rusiyanın ən varlı varisidir ­- 17 milyard dollar” – Forbes
Laçın koridoru: barıt qoxulu, erməniləşmiş torpaq...- FOTOLAR
Mnatsakanyan: "Həmsədrlərlə razılaşdıq ki, prosesi bərpa edək"
Türkiyəli spiker: Qarabağ bizim milli məsələmizdir
"Naxçıvana təhlükə yaranarsa, rəsmi Ankara prosesə qarışacaq" - QARS MÜQAVİLƏSİNİN ŞƏRTİ
"Paşinyan Qarabağda yeni savaşdan danışmağa başlayıb" - MÜHARİBƏ MÜMKÜNDÜRMÜ ?
Azərbaycan voleybolçuları Qızıl Avropa Liqasında ikinci qələbəsini qazanıb
Rusiya Ermənistana müasir silah verəcək
Şah İsmayıl əslində necə öldü? – Şok versiyalar
“Babamın qanlı köynəyini anama veriblər" — MÜSAHİBƏ
Hadi Rəcəbli: "Nikahların pozulmasına çox vaxt "Facebook" səbəb olur"
Putinin möhtəşəm silahı yerə çırpıldı – Şok
“Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə Avropa Məhkəməsində baxılacaq”
Ərdoğanı təhqir etdi, amma barışmaq istəyirlər - Suriyadan Türkiyəyə qəribə jest
İsrail fələstinlilər üçün Qüdsü bağladı
Sovet kəşfiyyatının öldürdüyü - İki azərbaycanlı
Kreml: Rusiya sanksiyaların "qarşılıqlıq prinsipinə əməl edəcək"
Ermənilərin zəhərləyib öldürdüyü generalımıza soyuq münasibət — Evi xarabaya çevrilir (FOTO)
AXC-nin 100 illik yubileyi 311 №-li məktəbdə də qeyd olundu - FOTO
Tramp Cənubi Koreya lideri ilə görüşüb
İrana qarşı Səddam Hüseyn ssenarisi – 12 şərtin ŞƏRHİ
Şəhid əsgər “Şücaətə görə” medalı ilə təltif olundu
AXC qurucularının uyuduğu məzarlıqdan reportaj — TBİLİSİ
Rusiyanın gizli raket sınaqları uğursuzluqla nəticələnib