Qarabag Media
Haqqımızda Əlaqə

Kobanı Stalinə çevirən sevgi — Xalqlar atasının Bakılı arvadı


Tarix:3-12-2017, 19:51 Kateqoriya:Manşet / Araşdırma

Kobanı Stalinə çevirən sevgi — Xalqlar atasının Bakılı arvadı

Stalinin şəxsi həyatı barədə məlumat çox olsa da, onun ilk arvadı haqda çox az adam bilir. Deyəsən Koba ilk arvadını həddən artıq çox sevib. Çünki Katonun xətrinə İosif ali ruhani seminariyasında təhsilini yarımçıq qoyaraq bolşeviklərin sırasına daxil olub və kilsədə xaç atasının xeyir-duası ilə ailə qurub.

Karabakhmedia.az Stalinin ilk sevgisi və həyatında olan qadınlar barədə araşdırma yazını oxuculara təqdim edir.

Tanışlıq və toy

Katonun qardaşı İosiflə birlikdə ali ruhani seminariyasında təhsil alırdı və cütlük onun hesabına tanış olublar. Tanışlıq zamanı qıza aşiq olan Koba cəmi üç gün sonra sevgilisini anası ilə tanış edir.

Kobanı Stalinə çevirən sevgi — Xalqlar atasının Bakılı arvadıStalinin anası Keke oğlunun seçimini bəyənir və gənclərə xeyir-dua verir.

Nikah mərasimi 1906-cı il 16 iyul tarixində Mtasminda dağındakı Müqəddəs David kilsəsində baş tutur. Sadə Tiflis kəndlisinin qızı Qorili çəkməçinin oğluna ərə gedir. Soso o dövrdə inqilabi fəaliyyətinə görə axtarışda olduğu üçün mərasim gizli keçirilir. İosifin seminariyadakı tələbə yoldaşı nikah mərasimini həyata keçirir. Stalin uydurma Qaliaşvili familiyası ilə nikaha daxil olur.

İnqilabçı arvadı

Bir neçə ay sonra gənc Yekatrina inqilabçı arvadının nə demək olduğunu anlayır. Noyabrın ortalarında polislər onların mənzilində İosifi axtarırdılar. Bu zaman Koba Bakıda gizlənirdi və jandarma Katonu həbs etmək qərarına gəlir. 3 aylıq hamilə olan Katonu həbs etmək üçün isə çox formal bir ittiham irəli sürülür. Guya, Yekatrina polis əməkdaşlarına köhnə pasportunu göstərmişdi. Qızın qohumları şikayət ərizəsi yazdıqdan sonra dekabrın sonlarında Kato həbsdən azad edilir. İosif də şikayət məktubuna imza atmışdı. Amma o, sənədi Katonun əri kimi yox, xalasıoğlu qismində imzalamışdı.

1907-ci ilin mart ayında cütlüyün Yakov adlı oğlu dünyaya gəlir. Gənc ailə 3 ay sonra Tiflisdən qaçmaq məcburiyyətində qalır. Çünki iddia edilirdi ki, Stalin poçt kareatasını qarət edib. Qarət zamanı karetadan 250 min rubl pul oğurlanmışdı. O dövr üçün bu kifayət qədər ciddi məbləğ sayılırdı. Amma sonradan məlum olur ki, bu oğurluqda çar polisi günahkar imiş.

Qısacası, gənc ailə daim gizlənmək məcburiyyətində qalırdı. Kato övladını qayınanasına verərək, ondan övladına baxmağı xahiş edir. Amma Keke bu məsələdən imtina edir və gənc ana övladını öz qohumlarının ixtiyarına buraxır.
Kobanı Stalinə çevirən sevgi — Xalqlar atasının Bakılı arvadı

Ölüm

Yekatrina Svanidze Bakıda vərəm xəstəliyinə tutulur. Soso gizli yollarla arvadını Tiflisə aparır və özü yenə də Bakıda gizlənməyə başlayır. Arvadının ölümünə bir neçə saat qalmış Koba Gürcüstana qayıdır. Onlar cəmi bir il bir neçə ay evli olsalar da, müasirlərinin dediyinə görə, Stalin son nəfəsinə qədər ancaq Yekatrinanı sevib.

Amma bəzi şahidlər də bildirir ki, Koba çox vaxt evə sərxoş gəlir və arvadını döyürdü.

Katonun dəfn mərasimi Tiflisin Kukiysk qəbiristanlığında keçirilir. Soso dəfndə dostuna deyir: "Bu mehriban insan mənim daş qəlbimi yumşaltmışdı. Amma Kato öldü. Onunla birlikdə mənim insanlara qarşı bütün isti hisslərim də əbədiyyən məhv oldu".
Kobanı Stalinə çevirən sevgi — Xalqlar atasının Bakılı arvadı

Şahidlərin bildirdiyinə görə, tabutu məzara sallayanda, Koba özünü tabutun üstünə atıb. Dostları onu güc-bəla ilə sakitləşdirə biliblər.

Bir versiyaya görə, Stalin psevdonimi onun sevimli arvadının ölümü ilə bağlıdır. İosif bu ölümdən sonra Stalin ləğəbini götürür (Stal-rus dilində polad deməkdir). Artıq onu ancaq inqilab və siyasət maraqlandırırdı.

Xalqlar atası

İosifin qaynı, yəni Katonun qardaşı Aleksandr Svanidze də inqilabçı olub. O, Gürcüstanda maliyyə naziri işləyib. Jenevada fəaliyyət göstərib.

Aleksandr və arvadı Stalinin evində ən etibarlı adamlar sayılırdı. Amma 1937-ci ildə Koba keçmişi ilə bütün bağlarını qoparmaq qərarına gəlir. Svanidze həbs edilərək güllələnir. Onun arvadı bu xəbəri eşidəndən sonra ürəyi partlayıb ölür.

O vaxtdan etibarən Stalinin evində Svanidze soyadı bir daha xatırlanmır. Xalqlar atası həyatının son illərində, doğma Gürcüstan, gənclik illəri və ilk sevgisini xatırlayanda Kato adını bir neçə dəfə çəkir.

Stalinin məşuqələri
Kobanı Stalinə çevirən sevgi — Xalqlar atasının Bakılı arvadı

Tarixçilər tərəfindən sürgündə olan inqilabçının iki qadınla münasibəti üzə çıxarılıb. Voloqda və Turuxan sürgünlərində İosifin sevgi münasibətləri olub.

Voloqdada Pelageya Georgiyevna Anufrieva ilə 1911-ci ilin iyun ayında tanış olur. Sentyabr ayının 6-sı cütlük ayrılır. Elə həmən gün də cibində Pyotr Çijikovun pasportu olan Koba sürgündən qaçır.

Polis sənədlərində Anufriyeva "gözəlçə", Stalin isə "qafqazlı" kimi qeyd edilib.

"Gözəlçə" 1955-ci ildə vəfat edib.

Kobanın ikinci sevgilisi Turuxan vilayətinin Kureyka kənd sakini Lidiya Platonovna Pereprıginadır. Onlar Kobanın bu əraziyə sonuncu sürgünü zamanı tanış olublar. Bir versiyaya görə, Lidiyanın oğlu Aleksandrın atası məhz Stalindir.

Stalinin ikinci nikahı

Onun ikinci arvadı Nadejda Alliluyevadır. Nadejda Bakıda, inqilabçı Sergey Alliluyevin ailəsində dünyaya gəlib. 1918-ci ildə o, atasının partiya dostu Kobaya ərə gedir. Bu vaxt Nadejdanın 17, İosifin isə 38 yaşı var idi.
Kobanı Stalinə çevirən sevgi — Xalqlar atasının Bakılı arvadı

1932-ci il 9 noyabr tarixində 31 yaşlı Nadejda tapança ilə özünə qəsd edir. Onu intihara sürükləyən səbəb barədə çoxsaylı versiyalar var. Bu versiyalar arasında məişət xarakterli, siyasi çalarlı versiyalar da var. Onu qızı Svetlana anasının çətin həyat tərzi sürdüyünü, atasının Nadejdaya göz verib işıq vermədiyini yazır.

Stalinin hərəmxanası
Kobanı Stalinə çevirən sevgi — Xalqlar atasının Bakılı arvadı

1983-cü ildə Londonda Leonard Gendlin tərəfindən nəşr edilən "Stalinin məşuqəsinin etirafları" kitabında bu barədə kifayət qədər məlumat var. Bu kitabda Vera Davıdova, xalq artisti Zlatoqorova, Lepeşinski, Barsova, Şpiller, Semyonova kimi qadınların adı var.
Vasiliy Stalinin oğlu Aleksandr Burdonskiy yazırdı: "Vera Davıdovanı sənədli filmdə görmüşəm. O, İosifin xoşladığı tip qadın idi. Filmdə müğənni Stalinin yanına gətirilməsindən bəhs edir. Xalqlar atası qadından tənhalığını bölüşməyi xahiş edir. Amma müğənni bu təklifdən imtina edir. Stalini tanıyanlar bilir ki, belə imtina ölümlə nəticələnə bilərdi. Amma Vera sağ qaldı".

Stalinin keçmiş mühafizəçisi Aleksey Rıbin "Stalinin sevgililəri haqda mif" kitabında yazır: "Rəhbər opera həvəskarı idi. Stalin ya tez-tez Böyük Teatra gedir, ya da artistləri Kremlə və ya bağa dəvət edirdi. Artistlər əsasən gecə vaxtı gətirilirdi. Kremldə və ya bağda xarici nümayəndələri qəbul edən Stalin danışıqları konsertlə yekunlaşdırmağı xoşlayırdı.

1943-cü ildə Stalin ingilis və amerikalılardan ibarət nümayəndə heyəti ilə görüşür. Gecə saat 01:00 radələrində onun əmri ilə bir çox artist yuxudan oyadılaraq məclisə gətirilir. Bunların arasında Davıdova, Şpiller, Lemeşev, Barsova, Zlatoqorova, Raykin və başqaları var idi. Stalin tədbirdən sonra Davıdovaya yaxınlaşaraq, geyimi ilə bağlı ona irad tutur".
Kobanı Stalinə çevirən sevgi — Xalqlar atasının Bakılı arvadı

Sonuncu qadın

Bir versiyaya görə, Stalin 1935-ci ildən 1953-cü ilə qədər Valentina İstomina ilə görüşüb. Bu qadın onun bağ evinin "sahibəsi" idi. Stalinin istirahət səfərlərində Valentina onu müşayət edirdi. Valentina 1917-ci ilin 25 oktyabr tarixində anadan olub. 18 yaşı olanda adi kəndli qız birdən-birə xalqlar atasının diqqətini cəlb edir və onun bağ evinə işə götürülür.

Stalinin mühafizəçilərindən biri Aleksandr Mixaylov Varentsev bu barədə yazırdı: "Bağın bütün mühafizəçiləri bilirdi ki, Valya gecələr Stalinlə bir otaqda qalır. O, gözəl və yaraşıqlı qadın idi".
Kobanı Stalinə çevirən sevgi — Xalqlar atasının Bakılı arvadı

Digər mühafizəçi Konstantin Fyodroviç Kozlov yazırdı: "Valya ilə dəfələrlə Kuntsevo bağına bir avtobusda işə getmişik. Gözəl qadın idi. Stalin onu çox sevirdi. Valya son gününə qədər Kobaya xidmət edib".

Stalinin qızı Svetlana "Dosta 20 məktub" kitabında yazır: "Ətrafda hamı Valyanı "sahibin sahibəsi" adlandırırdı".

Stalin tabuta qoyulmadan öncə onu məhz Valentina yuyub. Bu faktı Kremlin xüsusi mətbəxinin rəhbəri Gennadiy Nikolayeviç Kolomentsev də təsdiqləyib. Stalinin ölümündən sonra Valentina uzun illər yaşayır...

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Yollаr uzun-uzun — Turаnçılıq Dаvаsı
Kofi Annan vəfat etdi
Tramp İrana hücum üçün XÜSUSİ QRUP yaratdı – MƏHVETMƏ ƏMƏLİYYATI
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür
Qardaşlar uzun illərdən sonra bir-birini Həcc ziyarətində tapdı - VİDEO
İmişlidə sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri ilə görüşlər keçirilib
"Qarabağı təhvil vermək istəyirdilər" - Paşinyan
"Qarabağ"ın Avroliqada rəqibi müəyyənləşib
350-yə qədər KİV Trampa qarşı aksiya keçirir - ABŞ-da
Dünyanı dolaşan səsin sahibi — Bu gün Müslüm Maqomayevin doğum günüdür
Bu il bal yarmarkasının formatı dəyişdirilə bilər
ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək
İraq qırıcıları Suriyada İŞİD-in operativ qərargahına zərbə endirib
Bütün dünyanın axtardığı qarabağlı general kim idi? - ARAŞDIRMA
YPX 6 aya 34 milyon manatdan çox cərimə yazıb
Bakıda döyülən qardaşına köməyə gedən taksi sürücüsü qətlə yetirilib
Generalın anım mərasimi keçirilib
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür
Türk hakerlər Amerikadan “qisas” aldı
Azərbaycan Gürcüstana 465 milyon investisiya yatırıb
MİLLİ FƏLSƏFİ FİKRİMİZDƏ ZAKİR MƏMMƏDOVUN XİDMƏTLƏRİ
«Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə üzrə I Şəmkir Çempionatı adlı layihənin ilk mərhələsi başa çatıb
Sabahdan havanın temperaturu yüksələcək
DİM: Magistraturanın qəbul planında 2104 yer boş qalıb
"Rusiya ilə müharibə Avropa üçün faciə olacaq" - NATO generalı
Tanınmış jurnalist intihara cəhd etdi - Reanimasiyadadır
Daha bir ölkə kosmosa insan göndərəcək
Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR
Qurban Qurbanov: "Deyiləcək bir söz yoxdur, heyətimizin yeniləndiyini nəzərə almalıyıq"
Can Laçın — Azər Qaraçənli yazır