Qarabag Media
Haqqımızda Əlaqə

Lenindən Brejnevə qədər infarktsız və iflicsiz - Anastas Mikoyan


Tarix:27-11-2017, 01:44 Kateqoriya:Manşet / Araşdırma

Lenindən Brejnevə qədər infarktsız və iflicsiz - Anastas Mikoyan

Gənclik illərindəki siyasi fəaliyyəti Azərbaycanla sıx bağlı olan erməni kommunist Anastas Mikoyan SSRİ-nin mövcudluğu dövründə bir sıra məsul vəzifələrdə çalışıb. 1964-65-ci illərdə isə Mikoyan SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri kürsüsündə də əyləşməyə müyəssər olub. 55 illik siyasi fəaliyyətində 54 il Mərkəzi Komitənin, 40 il isə Siyasi Büronun üzvü olub. Sovetlər birliyində heç bir siyasətçiyə nəsib olmayan bu göstəricilər bir daha onu sübut edir ki, erməni siyasətçi özünün siyasi mövqelərini möhkəmlətmək üçün hiyləgər və anlaşılmaz addımları ilə istəklərinə nail olmağa bacarıb. Bu “bacarığına” görə Anastas Mikoyan xüsusi status da qazanıb: “Vladimir İliçdən Leonid İliçə qədər infarktsız və iflicsiz”.

Kremlin dəhlizlərində istədiyi manevrləri etməyi bacaran Mikoyan bütün siyasi fəaliyyəti dövründə birinci şəxslərin qarşısında “gərəkli” fiqur olmağını sübut edə bilib. Hələ 1921-ci ildə hansı siyasi komandaya xidmət edəcəyini müəyyənləşdirə bilməyən Mikoyan Stalini tənqid etsə də, Stalin hakimiyyətə gələndən sonra onun ən yaxın əlaltılarından biri olub. O cümlədən Nikita Xruşovun komandasında olması nəzərdə tutulmayan Mikoyan hiyləgər gedişləri ilə onun da saqqızını oğurlamağı başarıb.

Anastas Mikoyan istər gizli, istərsə də aşıq şəkildə erməni daşnaklarına dəstək olub. Dağlıq Qarabağ Muxtar vilayətinin Ermənistanın tərkibinə verilməsi üçün bu və ya digər yollarla çalışan Mikoyan bu istəyinə nail ola bilməyib.
Lenindən Brejnevə qədər infarktsız və iflicsiz - Anastas Mikoyan

1945-ci ildə Mikoyanın qudası olan Ermənistanın birinci katibi Arutyunov Dağlıq Qarabağın Ermənistana verilməsi ilə bağlı Kremlə müraciət edəndə təbii ki, Stalin bu müraciətdə Mikoyanın da əlinin olduğunu hiss edib. Sözsüz ki, Ermənistan rəhbərliyinin müraciəti öz müsbət həllini tapmayıb. Bununla yanaşı, Stalin qurultayda Mikoyanın siyasi fəaliyyətini kəskin və sərt şəkildə tənqid edib.

Araşdırmaçılar bildrilər ki, həmin illərdə Stalinin Mikoyana qarşı onu Kremldən uzaqlaşdırmaq planı olub. 1953-cü ildə Stalinin ölümü Mikoyanın hələ ondan sonra neçə illər də Kremldə fəaliyyət göstərməyinə səbəb olub.

Hikita Xruşovun hakimiyyəti dövründə də Ermənistan rəhbərliyi Dağlıq Qarabağla bağlı növbəti dəfə Kremlə müraciət ediblər. Bu dəfə Mikoyan açıq şəkildə məsələyə müdaxilə edib və bu haqda Xruşova öz mövqeyini bildirib. Bu hiyləgər oyundan hiddətlənən Xruşov öz fikrini Mikoyana açıq şəkildə bildirib:

- Anastas İvanoviç siz məni vadar edirsiniz ki, mən Dağlıq Qarabağda yaşayan ermənilərin Ermənistana köçürülməsi haqqında sərəncam imzalayım.

Anastas Mikoyan siyasi karyerası naminə istənilən addımı atmağa hazır olub. Onun üçün vəzifə hər şeydən müqəddəs sayılıb. Hətta öz vəsifəsinə görə, ölkə başçısının yanında “hörmətli” olması üçün yeri gələndə öz millətinin qanına da susayıb. Belə ki, Ermənistanda Mikoyanın iştirakı ilə plenum keçiriləndə həmin dövrdə Ermənistanın birinci katibi Amatuni Kremlin nümayəndəsinin çıxışına bəzi iradlarını bildirib. Bunun nəticəsində Ermənistanın birinci və ikinci katibi, Ermənistan Xalq Komissarları Sovetinin sədri, daxili işlər komissarı və demək olar ki, respublikanın digər vəzifəli şəxsləri həbs olunub.
Lenindən Brejnevə qədər infarktsız və iflicsiz - Anastas Mikoyan

1937-ci ildəki kütləvi represiyalarda Anastas Mikoyanın “xüsusi” xidmətləri olub. SSRİ-nin əsasən ticarət, təchizat, yeyinti sənayelərinə başçılıq edən Mikoyanın təşəbbüsü və təqdimatı ilə yüzlərlə bu sahədə çalışanlar həbs olunub.

Mikoyan hədsiz dərəcədə dondurma həvəskarı olub və ölkədə dondurmanın istehsalı üçün kifayət qədər vaxt ayırıb. Bu məsələdən xəbərdar olan Stalin ona iradını bildirib:

- Anastas İvanoviç mənə elə gəlir ki, siz kommunizmdən çox dondurmaya üstünlük verirsiniz.

Mikoyan Stalinin bu iradını öz millətinə xas olaraq yazıq və yaltaq təbəssümlə qarşılayıb.
Lenindən Brejnevə qədər infarktsız və iflicsiz - Anastas Mikoyan

Mikoyanın ən böyük “kəşf”lərindən biri SSRİ-nin yeyinti sənayesinə rəhbərlik etdiyi dövrdə həftənin cümə axşamları günündə balıq gününün (“çetverq rıbnıy den”) elan etməsi olub. Belə ki, həmin gün ölkənin iaşə obyektlərində yalnız balıq məhsulları verilib.

Stalin hakimiyyəti dövründə öz evində axşamlar tez-tez məclislər təşkil edib və Kremlin seçmə məmurlarının bu məçlislərdə iştirakı vacib olub. Xalqın atası bu əyləncə məclislərində patefonu işə salaraq məmurlara rəqs etməyi təklif edib. Təbii ki, bi təklifdən imtina etməyə heç kimin cürəti çatmayıb. Odur ki, bacaran da, bacarmayan da rəqs etməyə məcbur olub. Bu gülməli mənzərədən Stalin xüsusi zövq alıb. Rəqs etməyi bacarmayan Mikoyan isə hansı müsiqinin çalınmasından asılı olmayaraq, ancaq “ləzginka” rəqsini oynayıb.
Lenindən Brejnevə qədər infarktsız və iflicsiz - Anastas Mikoyan

Stalinin bütün rəhbərliyi dövründə qarşısında baş əyən, ona təzim edən, özünə arxa-dayaq sayan, şərabını süzən, əyləncələrini təşkil edən və nəhayət onunla birgə çörək kəsən Anastas Mikoyan 1950-ci ilin ortalarında Xruşova xoş olsun deyə, Stalinin şəxsiyyətə pərəstiş məsələsi ilə bağlı tənqidi çıxışlar edib.

Anastas Mikoyanın beş oğlu olub. Onlardan dördü Mikoyanın qardaşı aviakonstruktor Artyom Mikoyanın təşəbbüsü ilə aviasiya sistemində işləyib. Mikoyan birinci oğluna Şaumyanın şərəfinə Stepan, ikinci oğluna Caparidzenin şərəfinə Aleksey, üçüncü oğluna Fioletovun şərəfinə Vano, dördüncü oğluna Ordconikidzenin şərəfinə Serqo, beşinci oğluna Leninin şərəfinə Vladimir adlarını verib. Göründüyü kimi, müəmmalı “27-ci komissar” adqoydu məsələsində də siyasi fəaliyyətindən geri qalmayıb.
Lenindən Brejnevə qədər infarktsız və iflicsiz - Anastas Mikoyan

İlham Cəmiloğlu










SON XƏBƏRLƏR
Yollаr uzun-uzun — Turаnçılıq Dаvаsı
Kofi Annan vəfat etdi
Tramp İrana hücum üçün XÜSUSİ QRUP yaratdı – MƏHVETMƏ ƏMƏLİYYATI
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 99 il ötür
Qardaşlar uzun illərdən sonra bir-birini Həcc ziyarətində tapdı - VİDEO
İmişlidə sağlamlıq imkanları məhdud uşaqlar və onların valideynləri ilə görüşlər keçirilib
"Qarabağı təhvil vermək istəyirdilər" - Paşinyan
"Qarabağ"ın Avroliqada rəqibi müəyyənləşib
350-yə qədər KİV Trampa qarşı aksiya keçirir - ABŞ-da
Dünyanı dolaşan səsin sahibi — Bu gün Müslüm Maqomayevin doğum günüdür
Bu il bal yarmarkasının formatı dəyişdirilə bilər
ABŞ Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq edəcək
İraq qırıcıları Suriyada İŞİD-in operativ qərargahına zərbə endirib
Bütün dünyanın axtardığı qarabağlı general kim idi? - ARAŞDIRMA
YPX 6 aya 34 milyon manatdan çox cərimə yazıb
Bakıda döyülən qardaşına köməyə gedən taksi sürücüsü qətlə yetirilib
Generalın anım mərasimi keçirilib
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür
Türk hakerlər Amerikadan “qisas” aldı
Azərbaycan Gürcüstana 465 milyon investisiya yatırıb
MİLLİ FƏLSƏFİ FİKRİMİZDƏ ZAKİR MƏMMƏDOVUN XİDMƏTLƏRİ
«Nə? Harada? Nə zaman?» intellektual oyunu üzrə üzrə I Şəmkir Çempionatı adlı layihənin ilk mərhələsi başa çatıb
Sabahdan havanın temperaturu yüksələcək
DİM: Magistraturanın qəbul planında 2104 yer boş qalıb
"Rusiya ilə müharibə Avropa üçün faciə olacaq" - NATO generalı
Tanınmış jurnalist intihara cəhd etdi - Reanimasiyadadır
Daha bir ölkə kosmosa insan göndərəcək
Modern.az və “NAR” 700 bal toplayanları bir araya gətirdi - Onlara telefonlar verildi – FOTOLAR
Qurban Qurbanov: "Deyiləcək bir söz yoxdur, heyətimizin yeniləndiyini nəzərə almalıyıq"
Can Laçın — Azər Qaraçənli yazır