Qarabag Media
Haqqımızda Əlaqə

"Qarabağ"ın əziyyətinə heyfim gəldi" - Elmar Məmmədyarov


Tarix:23-11-2017, 00:45 Kateqoriya:Manşet / Müsahibə

"Qarabağ"ın əziyyətinə heyfim gəldi" - Elmar Məmmədyarov

"Qarabağ" çox yaxşı çıxış etdi. Mən komandamızın oyunundan razıyam. Heyf ki, referi 20-ci dəqiqədə oyunu tam dəyişdi. Buna görə də "Qarabağ"ın əziyyətinə heyfim gəldi".

Bunu "Report"a açıqlamasında Azərbaycanın xarici işlər naziri və AFFA İcraiyyə Komitəsinin üzvü Elmar Məmmədyarov Çempionlar Liqasında "Qarabağ" və İngiltərənin "Çelsi" komandaları arasında keçirilmiş qrup mərhələsinin V tur matçını dəyərləndirərkən deyib. Nazir digər sualları da cavablandırıb...

- 3 oyundur ki, "Qarabağ" əleyhinə penalti təyin olunur. Bunu Azərbaycan komandasının sıxışdırılması kimi də dəyərləndirmək olar?

- Bayaq bu barədə AFFA-nın baş katibi Elxan Məmmədovla da söhbət edirdik. Hesab edirəm ki, futbolçular FİFA-nın yeni qaydalarından xəbərdar olmalıdırlar. Biri deyir ki, Rəşad Sadıqov sonuncu ümid folu kimi rəqibin hücumunun qarşısını alıb. Digəri deyir ki, buna görə qırmızı vərəqə düşmür. Ardıcıl üçüncü oyunda qırmızı vərəqə almaq o deməkdir ki, gərək bu məsələyə diqqətlə yanaşaq.

- Ortada "Qarabağ" adı var. Bu səbəbdən, ardıcıl qırmızı vərəqələr məqsədli şəkildə verilə bilər?

- Bunu demək çətin məsələdir. Məqsədli edilib-edilmədiyini deyə bilmərəm. Amma bunlar o deməkdir ki, "Qarabağ və Azərbaycanın digər komandaları oyuna ikiqat diqqətlə yanaşsınlar.

- "Qarabağ"ın Çempionlar Liqasında oynaması Azərbaycanın xarici siyasətinə nə dərəcədə təsir göstərir?

- Çox böyük. "Qarabağ"ın oyunu hər yerdə işıqlandırılır. Bu da ölkəmiz üçün çox önəmlidir. İnanıram ki, növbəti illərdə "Qarabağ"dan əlavə, digər klublarımız da Çempionlar Liqasında iştirak edəcəklər.

- Düşünmək olarmı ki, "Qarabağ"ın Azərbaycanı təmsil etməsi Ermənistana bir zərbədir?

- Məsələni siyasiləşdirirsiniz? (gülür - red.) Bu, futboldur. Yenə deyirəm: "Qarabağ"ın oyunu göstərir ki, Azərbaycan futbolu daha da inkişaf edir.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”