Qarabag Media
Haqqımızda Əlaqə

Bizim üçün ən önəmli oyun “Qarabağ”dır - “Çelsi”nin baş məşqçisi


Tarix:21-11-2017, 20:03 Kateqoriya:Manşet / Müsahibə

Bizim üçün ən önəmli oyun “Qarabağ”dır - “Çelsi”nin baş məşqçisiRəqib “Atletiko” kimi komandadan 2 matçda heç-heçə edib. Hörmət etməli olduğumuz rəqibdir.

Karabakhmedia.az xəbər verir ki, bunu “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib. London klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”ın qonağı olacaq.

Qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib:

“Roma”da burdakı görüşdə çox çətinlik çəkib. Sabah meydana qələbə üçün çıxacağıq. Bunu bacarsaq, növbəti mərhələyə adlayacağıq”.

- 10 ballıq şkala ilə dəyərləndirsəniz, “Çelsi” ilə “Qarabağ”a hansı qiyməti verərsiniz?

- “Qarabağ” yaxşı komandadır. Topa nəzarət etməyi xoşlayırlar. İşimiz çətin olacaq.

- İngiltərə mətbuatına demişdiniz ki, "Çelsi" məğlub olana qədər saqqalınızı qırxmayacaqsınız. Sabah “Qarabağ”a məğlub olsanız, saqqalınızı Bakıda, yoxsa Londonda qırxdıracaqsınız?

- Saqqal saxlamaq çətin məsələdir, ilk dəfədi bunu edirəm. Amma önəmli olan saqqalım yox, komandamın qələbə qazanıb, növbəti mərhələyə vəsiqə qazanmasıdır.

- İki il əvvəl İtaliya yığmasının “sükanı arxası”nda olarkən məhz bu stadionun açılış matçında önəmli qələbə qazanmışdınız. Arenanın yenə sizin üçün düşərli olacağına inanırsınız?


- Eyni nəticəni qazanmaq istəyərəm. Həmin qələbə İtaliya millisini Avropa çempionatına daşıdı. O görüşdə də Azərbaycan yığmasına qarşı çətinlik çəkdik. Azərbaycanda futbolun səviyyəsi artmaqdadır. Sabah da olduqca diqqətli olmalıyıq.

- “Qarabağ” və “Liverpul”la iki önəmli matça çıxacaqsınız. Sizcə, bu həmin matçlardı ki, səhv etmək haqqınız yoxdur?

- Biz “Mançester Siti” ilə oyundan əvvəl də “Atletiko” ilə qarşılaşmışdıq. Yenə eyni problem təkrarlanacaq. “Qarabağ”la sabahkı matçdan sonra uzun yol qət edib, Londona qayıdacağıq. “Liverpul” ilə bu gün oyun keçirəcək. Bizim üçün bərpa prosesi çətin olacaq. Təqvimi müəyyən edənlər diqqətli olmalıdılar. Bunları bəhanə etmirəm. Amma reallıq budur.

- “Liverpul”la görüşü nəzərə alıb, sabahkı matçda heyətdə dəyişiklik etməyi düşünürsünüzmü?

- Rotasiyanın tətbiqi normaldır. Nəzərə alsaq ki, 3 gündən bir oynayırıq, bu rotasiya mütləq olmalıdır. Ancaq bizim üçün ən önəmli oyun “Qarabağ”dır. Sabah qələbə qazansaq, “Atletiko” ilə görüşdə buna ehtiyac qalmayacaq.

- 6:0 hesablı qələbədən sonra futbolçuları sabahkı qarşılaşmaya kökləmək çətin olmayıb?


- Xeyr. Rəqib “Atletiko” kimi komandadan 2 matçda heç-heçə edib. Hörmət etməli olduğumuz rəqibdir. Sabahkı matça da tam köklənə bilmişik.

- Təqvimlə bağlı Premyer Liqa rəhbərliyinə şikayət etmisiniz?

- İradım təkcə bizim komandamız üçün yox, Premyer Liqanın bütün komandaları üçündür. Uzun müddətdi ingiltərə klubları Çempionlar Liqasında finala çıxa bilmirlər. Sadəcə, təqvimi müəyyənləşdirənlər bizə hörmətlə yanaşmalıdılar ki, işimizi rahat görə bilək.

- “Mançester Yunayted”lə görüşdə sistemi dəyişdiniz və qələbə qazandınız. Bunu növbəti matçda da tətbiq edəcəksiniz, yoxsa rəqibə görə dəyişir?


- Bəzi oyunlarda dəyişikliklər önəmlidir. Komanda ən azı 2 sistemlə oynamağı bacarmalıdır. Əsas komandanın oyun prinsipini itirməməsidir.

- Eden Azar son görüşdə yüngül zədələnmişdi. O, növbəti matçda iştirak edəcək?


- Azar zədəli deyil, hazırdır. Bizdə zədəli olan oyunçular Mişi Batşuayi, Kenedi Musonda və Viktor Mozesdir.
/Musavat/
Karabakhmedia.az










SON XƏBƏRLƏR
Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə ediblər
Folklorşünas İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
Vurulan düşmən təyyarəsi və nuru çəkilən gözlər – Bir döyüşçünün taleyi
Əsəd ordusunun 5 helikopteri vurulub, 309 hərbçi zərərsizləşdirilib
Azərbaycanın “Avroviziya” təmsilçisi bəlli oldu
Oğuzda qonşu qonşusunu güllələyib öldürdü
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi
Türkiyədə Faiq Ələkbərlinin daha bir kitabı yayınlandı
Rusiya: “Təyyarələrimiz türk əsgərlərinə hücum təşkil etməyib”
İranda daha 4 deputat koronavirusa yoluxub
Türk ordusu Əsəd qüvvələrini darmadağın edir - VİDEO
Dövlət orqanlarında işə qəbulla bağlı müsahibə elan edildi
Milli Qəhrəman Elman Hüseynovun doğum günüdür - VİDEO
Prezident yeraltı piyada keçidinin açılışında iştirak edib
İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub
Polisə silahlı müqavimət göstərən şəxs məhv edildi
Azərbaycanın İranla ticarət mübadiləsi kəskin azalıb
Baş epidemioloq: “Əmin ola bilərsiniz ki, bizdə koronavirus yoxdur”
Türkiyə səfiri: "Ərdoğanın Azərbaycana səfərini yüksək dəyərləndiririk"
İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi
Türkiyə vətəndaşı Bakı aeroportunda öldü
Xocalı soyqırımı: SİYASİ VƏ İDEOLOJİ TƏRƏFLƏRİ
Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasında “Xocalı harayı” adlı anım tədbiri keçirilib
Xocalı soyqırımından 28 il ötür
Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı
Ərdoğanın şərəfinə Bakıda ziyafət verildi
İki ölkə arasında yüksək səviyyəli iclas keçirildi
Şəhid xanımı: “O gecə məhv edilən 68 əzizimdən yalnız birinin qəbrini ziyarət edə bilirəm”
Şəhid əsgərimiz İbrahim Vəliyev dəfn olundu - VİDEO
Ərdoğan: “Azərbaycanla tarixi bir addım atacağıq”