Qarabag Media
Haqqımızda Əlaqə

Lavrov: “Təcrübəmiz göstərir ki, Qarabağ danışıqları tezliklə başa çatmayacaq”


Tarix:21-11-2017, 12:21 Baxış Sayı:499 Kateqoriya:Manşet / Qarabağ

Lavrov: “Təcrübəmiz göstərir ki, Qarabağ danışıqları tezliklə başa çatmayacaq”

“Danışıqlarla bağlı təcrübəmiz göstərir ki, onlar tezliklə başa çatmayacaq”.

Karabakhmedia.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 2007-ci ildən etibarən münaqişənin həlli ilə bağlı bütün komponentlər bir sıra sənədlərdə öz əksini tapıb: “O zaman, həmçinin 2009 və 2011-ci illərdə olan sənədlər ATƏT baş katibinə məruzə edilib. Bunlar həmsədrlərin təklifləri kimi masa üzərindədir və paket şəklindədir. Bunlardan bir və ya ikisini götürmək və demək ki, gəlin bu istiqamətdə müzakirə aparaq, çətindir. Çünki o zaman balans itir. Belə olan halda istəyimiz nəticə verməyəcək. Hər iki ölkə prezidenti ötən ay Cenevrədə baş tutan görüşü müsbət qiymətləndirib. Çox yaxşı olardı ki, bu pozitiv yanaşma bizə münaqişənin həlli istiqamətində irəliləmək üçün kömək etsin”.

Lavrov qeyd edib ki, həmsədrlər bu istiqamətdə iş aparır: “Moskvada həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrılıqda görüşü oldu. Biz amerikalı və fransalı həmkarlarımızla birlikdə bu istiqamətdə hazırda hansı vəziyyətdə olduğumuzu təhlil edəcəyik. Çalışacağıq ki, münaqişənin həlli istiqamətində irəliləyişə nail olmaq üçün səylər göstərək. Mən xüsusi optimizm nümayiş etdirmək istəmirəm. Problem mürəkkəbdir, danışıqlarla bağlı təcrübəmiz göstərir ki, onlar tezliklə başa çatmayacaq”./APA/

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Millət vəkili türkman rəhbəri Bakıya dəvət etdi
Qətlə yetirilən icra başçısının oğlu illər sonra danışır: `Qatillə görüşmək istərdim`- FOTOLAR
Ucuzlaşmalı olan yağ niyə bahalaşdı? - Video
Qasım Süleymani: "İran Fələstindəki bütün qruplara dəstəyə hazırdır."
Vəkilindən Fədayə ilə bağlı - Yeni xəbər
Qarabağda erməni əsgər yoldaşını güllələdi
AB-dən Putinin qərarına reaksiya: Savaş bitməyib
Cahangir Hacıyevlə həbs olunanlar məhkəməyə müraciət etdi
Vergilər Nazirliyində bütün əməliyyatlar dondurulub
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi
Vikipediya Kərimzadəni kürd etdi: qızı danışdı - Foto
Vətən büyük və əbədi bir ölkədir - TURAN
Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad
Ərdoğan Yerusəlimin statusuna dair sammit çağırdığı barədə Putini məlumatlandırıb
Dəniz Həşimova “2017-ci ilin ən yaxşıları” nominasiyasına layiq görülüb
"Qardaş ölkə ilə iqtisadi əməkdaşlıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir"
"Vətən adlı dərdimə bax" kitabının təqdimatı keçirilib
Ağdam Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olacaq - FOTOLAR
QHT Şurası qrant müsabiqəsini elan etdi
Məsuliyyət Azərbaycan və Ermənistan prezidentlərinin üzərindədir
Elza Seyidcahan: “Mənim sayəmdə Bəxtiyar Vahabzadəni də tanıyırlar”
İlham Əliyev “Bakutel-2017” sərgisi ilə tanış olub
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
Şəhid baş leytenant məzarı başında yad edildi - FOTO
Bakıya sulu qar, rayonlara qar yağacaq
Rusiya yığması Olimpiadada iştirakdan kənarlaşdırılıb
Kəşfiyyatçı İrza bəy Hacıbəylinski kim olub? - VİDEO
"Qarabağ" minimal hesabla məğlub oldu
Saakaşviliyə təslim olmaq üçün 24 saat vaxt verildi
Mikayıl Cabbarov Vergilər naziri təyin olundu