Qarabag Media
Haqqımızda Əlaqə

Qurban Qurbanov: "Çelsi" ilə matçdan hər şey gözləmək olar"


Tarix:17-11-2017, 22:29 Kateqoriya:Manşet / Müsahibə

Qurban Qurbanov: "Çelsi" ilə matçdan hər şey gözləmək olar"Azərbaycan Premyer Liqasının 12-ci turunda evdə "Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edən "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Karabakhmedia.az xəbər verir ki, Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:

"Açığı, hiss olunurdu ki, tonusdan düşmüşdük. Çünki neçə gün idi oynamırdıq. Futbolçuların istirahətə daha çox ehtiyacları var idi. Futbolçulara faydalı oyun oldu. Belə matçlarda azlıqda qalmaq onları bir az da bərkidir. Komandamı təbrik edirəm”.

- Komandada qırmızı vərəqələrin sayı çoxalıb. Bu, nə ilə bağlıdır?

- Elə bir səbəb yoxdur. Futbol mübarizə oyunurdusa, burda mütləq belə hallar olacaq. Elə olub ki, qırmızı vərəqəlikhərəkət olmayıb, lakin hakim verib.

Mən yenə də futbolçularda səhv axtarıram. İnşallah, bunda da xeyir var. Oyunçular daha diqqətli olurlar. Belə hallara hazır olmalıyıq.
Bəzən məşqdə də bunların üzərində çalışırıq, qırmızı vərəqə olsa, hansı dəyişikliyi edək. Açığı, qapıçının qırmızı vərəqəsini gözləmirdik.

- Anton Kanibolotskiyə çox şans vermirsiniz. Qışda onunla yollarınızı ayırmağı düşünmürsünüz?

- Yollarımızı ayırmağı düşünmürük. Düzdür, ona elə də çox oyunda şans vermədik. 3 qapıçının olması mənim üçün vacibdir. Kanibolotsini digərlərindən zəif saymıram. Qapı xətti elədir ki, çalışmalıyıq ki, orda dayanan oyunçunun oyun təcrübəsi olsun.

- Millinin baş məşqçisi olduğunuz üçün artıq rəqib komandanın da oyununu diqqətlə izləmək məcburiyyətindəsiniz. Bu, sizə çətinlik yaratmayacaq?

- Xeyr. Rəqiblərin oyunçularını da tanıyıram. Lazım olduqca gedib kənardan izləyəcəyik. Hər biri tanışdır. Amma yenə də izləmək lazımdır.

- Məşqçilərdən biri deyib ki, klubun inkişafı üçün ən azı mövsümdə 60 oyun keçirməlidir. "Qarabağ"ın çox oyun keçirməsinin uğurlu çıxışında rolu varmı?

- Bu, hamıya bəllidir. Nə qədər çox oyun keçirsə, futbolçu daha dözümlü olar. Baxır 60 oyunu necə keçirirsən. Bəzən 40-50 oyun da olar. Oyun sayını artırmaq olar, amma keyfiyyətə daha çox üstünlük vermək lazımdır. 40 keyfiyyətli oyun, 60 keyfiyyətsiz matçdan daha yaxşıdır.

- "Çelsi" ilə matçdan nə gözləmək olar?

- Hər şey. Rəqib, qarşısına qoyulan məqsədi bəllidir. Futbolçulara inam verməliyik ki, bu komandaya qarşı mübarizə aparmaq olar. Azarkeşlər də inansınlar ki, yaxşı mübarizə olacaq. Ən azı buna söz verirəm. Hətta məğlub olsaq da, azarkeşlərin mübarizədən razı qalmalarına çalışacağıq. Bir neçə günümüz var. Rəqibi daha yaxından tanımağa çalışacağıq. "Çelsi” fərqli sistemdə oynayır./Report/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Sovet vaxtı bayrağımızı Qız Qalasından asan qəhrəmanın naməlum taleyi: “Bəlkə də ölməyib, yaşayır” - EKSKLÜZİV MÜSAHİBƏ
Bu gün Cabir Novruzun anım günüdür
“Ermənistan hansı haqla sülhdən danışır?” - İcma rəhbəri bəyanat yaydı
Bakı metrosu “Qarabağ”ın oyununa görə bu gün yarım saat artıq işləyəcək
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib
Təxirə salınan əməliyyat
Rusiya XİN Qarabağ münaqişəsi haqqqında: "Əlimizdən gələni edəcəyik ki..."
Zəngilan necə işğal edildi? – Erməni general açıqladı
Azərbaycan Prezidenti və ailəsi Heydər Əliyevin məzarını ziyarət edib
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür
Ölkəmizdə “Vikipediya” hərəkatı öz müsbət nəticəsini verir
Azərbaycanlı tələbə erməni rəqibinə 10:0 hesabı ilə qalib gəldi
TARİXİ HƏQİQƏTLƏR VƏ ERMƏNİ UYDURMALARI
İran İstanbul sammitinə dəvət edilmədi
Mikayıl Gözəlov öldürülməsəydi...
Ayaz Mütəllibovdan deputatlığa namizəd olacağı xəbərlərinə REAKSİYA
Səudiyyə restoranlarına kişilər və qadınlar eyni qapıdan girəcək
Məşhur şahmatçı deputatlığa namizəd olacaq
Heydər Əliyev Fondundan Oqtay Gülalıyevlə bağlı - AÇIQLAMA
Azərbaycanlı həkim 5,3 milyon avro mükafat aldı
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib - FOTOLAR
Zeynəb Xanlarova növbədənkənar seçkidə namizəd olacaq? - Köməkçisindən AÇIQLAMA
Elsevər Ağayev: “Şprislərin yoxlanılması üçün laboratoriyalar quraşdırılacaq”
Təhsil naziri Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək
İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
“Qarabağ”ın oyununa bu qədər az maraq olmamışdı
Bu gün Beynəlxalq Dağlar günüdür
Yanvarın 1-dən pensiyalar artırılacaq
Prezidentlərin görüşündə işıq söndü
Ziya Bünyadovun oğlu vəfat etdi