Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb – Xəbərdarlıq


Tarix:16-11-2017, 00:19 Kateqoriya:Manşet / Tibb

Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb – XəbərdarlıqÖlkədə uşaqlar arasında suçiçəyi xəstəliyinə bənzəyən koksaki virusu yayılıb.

Bu barədə Axar.az-a açıqlama verən pediatr Altay Abdullaoğlu bildirib ki, koksaki virusu əsasən uşaqlarda olsa da, böyüklərdə də rast gəlinən virus mənşəli infeksiyadır.

Həkim xəstəliyin ilkin olaraq qrip kimi başladığını deyib:

“Əvvəlcə qızdırma, burun axıntısı, boğazda ağrı, halsızlıq yaranır və növbəti mərhələdə bədənin müxtəlif yerlərində səpgilər əmələ gəlir. Səpgilər əsasən ağızda, əldə, ayaqda və bədənin digər yerlərində yaranır. Səpgilərinə görə suçiçəyinə bənzəyən bu virus əslində suçiçəyi deyil. Valideynlər adətən bunu suçiçəyi ilə səhv salırlar. Bir qədər diqqətli olmaq lazımdır”.

Pediatr virusun keçici olduğunu, əsasən tənəffüs yolu və yaxın təmas vasitəsilə ötürüldüyünü bildirib:

“Valideynlər körpələrdə yaranan səpgilərə görə narahat olduqları üçün çox sayda dərman vasitələrindən istifadə edirlər. Amma hər zaman qeyd etdiyimiz kimi virus infeksiyalarının köklü müalicəsi yoxdur. Virus infeksiyası diaqnozu qoyulan xəstəlik üçün heç bir antibiotik istifadə edilməməlidir. Bu xəstəlik adətən öz-özünə, heç bir müdaxilə olmadan 7-10 gün ərzində keçir. Lakin hər bir xəstəlikdə olduğu kimi bu virusda da ağırlaşmalar ola bilər. Hətta belə bir halda da qətiyyən antibiotik istifadə edilməməlidir”.

Həkimin sözlərinə görə, koksaki virusu üçün yalnız simptomatik müalicə aparıla bilər:

“Yəni temperaturu yüksəkdirsə, bunu aradan qaldırmaq üçün dərman verilməlidir. Halsızdırsa, dincəlməlidir. Ən mühüm məsələ olaraq çoxlu maye qəbul edilməlidir”.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Paşinyan Putinə “Madrid prinsipləri” səhifəsini bağlamağı təklif edir?
“Türk-İslam dünyasının gələcəyi Türkiyənin apardığı mübarizənin taleyindən asılı olacaq”
Ərdoğan Azərbaycana gəlib
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
Milli Qəhrəman Samid İmanovun doğum günüdür - VİDEO
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”
Fərid Şəfiyev: “Gövhər ağa” məscidinin Fars mədəniyyət nümunəsi kimi təqdim edilməsi irsimizə qarşı terrordur”
Əsəd ordusu PKK ilə anlaşdı, şimala doğru hərəkət edir - Türkiyə rəsmən Əsəd ordusunu vuracağını açıqladı
Türkiyə Suriyada 525 terrorçunu zərərsizləşdirdi
"Ən çox oyunçularıma görə üzülürəm" - Nikola Yurçeviç
Makron Türkiyə ilə bağlı Təhlükəsizlik Şurasının iclasını çağırdı
Akademik Vasim Məmmədəliyev vəfat etdi
Arif Hacılı yenidən Müsavat Partiyasının başqanı seçildi
Azər Axşamın həyat yoldaşından Mübariz İbrahimov haqqında NALAYİQ SÖZLƏR — FOTOFAKT
Bu gecə yuxumda Arazı gördüm
Ceyhun Bayramov yeni şöbə müdiri təyin etdi
Azərbaycan Avropa ölkələrinə daha 54 ton fındıq ixrac edəcək
Müsavat Partiyası qurultay keçirir
Bu gün Məmməd Arazın doğum günüdür... - O daş altda Məmməd Araz yaşayır
Sabah layiqli oyun göstərməyə çalışacağıq” - Nikola Yurçeviç
Raquf Orucovun xanımı vəkil oldu
Ərəb Birliyinə Türkiyədən sərt cavab: Bu xəyanətdir
Faşist Njdeyə möhtac qalan erməni - Ermənistanda zəhərlənən yeni nəsil (ŞƏRH)
Bu gün Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun anım günüdür
İranın Ali Dini Lideri: "Biz atom bombası istehsal edə bilərik..."
Moskvada baltalanan naxçıvanlı iş adamı öldü
Azərbaycanlı şahmatçı DÜNYA ÇEMPİONU OLDU
Türkiyədən ABŞ-a: "Artıqlaması ilə cavab verəcəyik!"
Nazir yeni baş həkim təyin etdi - ƏMR
Putin Paşinyanla telefonla danışdı