Qarabag Media
Haqqımızda Əlaqə

Toxunmayın insan qəlbinə!


Tarix:15-11-2017, 13:46 Baxış Sayı:339 Kateqoriya:Manşet / Yazarlar

Toxunmayın insan qəlbinə!Qəlb qirmayin, Qəlb qirmaq Kəbəni daqitmaq qədər böyük Gunahdir! Soruşdular: Niyə Ya Rəsullulah? Kəbəni Ibrahim insha edib, lakun Qəlbi ALLAH!
Hz. Məhəmməd Peyğəmbər (s ə s)


Ürək Qırıldığında Necə Bir Səs çıxarar Sizcə? Göyərçinin təlaşlı qanad çırpışındaki səsmi? yoxsa, kəpənəyin qanadındakı inadına səssiz bir qışqırıq kimimi? necə bir səsdir ki, pərişan edər bizi eşitdiyimizdə? Nə ürəklər qırdıq bilmədən..ya da bilə-bilə…

Qəlb qırmaq suya yazı yazmağa bənzəyir. Qırılan qəlbi qazanmaq mümkün olmadığıni, gecə günəşin çıxmasının mümkünsüzlüyünü anlamaq üçün bu cümlə məncə yetərlidir. Düşünürəm ki, bütün insanlara bu duyğular tanışdır. Fikirləşirəm ki, bu hisslər canlılardan yalnız insanlara məxsusdur. Qəlbimiz qırıldığında bütün hərşeyi unuduruq, sanki, bu hadisə dünyanın ən pis hadisəsidir. Dünya başımıza yıxılır. O insanı bir daha bağışlamayacağınızı düşünürsünüz. O anda, həmin insanla olan ən yaxşı məqamlar birdən silinir beynimizdən. Bəlkə də şok keçirirsiniz, belə hərəkət gözləmirdiniz ondan. Amma olan olmuş, qəlb qırılmışdır.

Imam Rəbbani həzrətləri buyurur ki,
“Qəlb Allahu təalanın qonşusudur.Allahu təalaya qəlbin yaxın olduğu qədər heç bir şey yaxın deyildir. Mömün olsun, günahgar olsun heç bir insanın qəlbini incitmək olmaz, Çünki, günahgar olan qonşunu da qorumaq lazımdır. Çəkinin qəlb qırmaqdan çox çəkinin! Allahu təalanı ən çox incidən, küfrdən sonra qəlb qırmaq kimi böyük günah yoxdur. Allahu təalaya çatan şeylərin ən yaxını olan qəlbdir. İnsanların hamısı Allahu təalanın qullarıdır. Hər hansı bir kimsənin köləsi döyülər, incidilərsə onun əfəndisi əlbəttə üzülər”

Qəlb şüşə saraya bənzər. Yəni, çox incə şüşədən edilmiş bir kasa kimidir. Qırılarsa bir daha düzəldilməsi çox çətindir. Qəlb qırmağın Kəbə evini yetmiş dəfə qırmaqdan daha böyük günah olduğu hədisdə bildirilir. Biz bəlkə yüzlərlə insanın qəlbini qırırırq. Böyük şəxslər, “ Tək bir qəlb qırmaq qazanılan bütün savabları yox edər” buyururlar. Böyük günahlar çoxaldıqca, bir çox savabımızı alıb aparır. Dinimizdə günahdan çəkinmək, savab qazanmaqdan əvvəl gəlir.

Dəyərli el axsaqqalarından eşitdiyim bir hadisəni sizlərə ərz etmək istərdim:
Bir ata oğlunun yersiz hərəkətlərini, mənasız danışıqlarını görüb çox fikir eləyirdi. Bir gün oğlunu etdiyi pisliklərdən çəkindirmək məqsədilə oğluna deyir ki, bu taxtanı götür və hər kimə pislik eləsən, bu taxtaya bir mismar vurarsan. Taxta mismarla tam dolanda, mənə deyərsən .Bu söhbətdən sonra, oğul hər kimə pislik edirdi, gəlib taxtaya bi mismar vururdu. Taxta tam mismarla dolduqdan sonra, gətirib atasına göstərir. Ata oğluna deyir: İndi get, kimə yaxşılıq, hörmət eləsən, hər dəfə bu mismarlardan birini taxtadan çıxart. Bütün mismarları çıxarandan sonra, mənə boş taxtanı göstərərsən. Oğul atasının sölərindən bir şey anlamasa da, hər kəslə xoş rəftar etməyə başladı. Hər kimə yaxşılıq ya da hörmət eləyirdi, gəlib taxtadan bir mismar çıxarırdı. Taxta tam boşalanda, gətirib atasına göstərdi. Atası bir xeyli taxtaya baxıb dedi Görürsən, oğlum, sən mismarların hamısını çıxartmısan. Ancaq, yerləri necə deşik-deşik qalıb. Oğlan təəccüblə atasına baxır. Atası isə deyir; Təəccüblənmə oğlum, sənin lazımsız hərəkətlərin, yersiz sözlərin də belədir, insanların ürəyində dərin və sağalmaz izlər salır. Sonra nə qədər çalışsan da, o izləri silə bilmirsən, sağalda bilmirsən. Ona görə də insanlarla elə danış, elə rəftar elə ki, ürəkləri sınmasın, səndən inciməsinlər.

Din və şəriətin bu məsələdə mövqeyi bəllidir. Həzrət Məhəmməd (s) heç vaxt kimisə haqsız yerə məzəmmət etməyib. Birinin qəlbini sözlə incitmək töhmət sayılır. Bu isə ən böyük günahlardandır. Çünki qul haqqıdır. Bu baxımdan da haqsızlığa yol vermək olmaz. Əlbəttə ki, zülm və haqsızlıq edən insana onun səhvini anlatmaq üçün əmr bi-məruf və nəhy əz-münkər prinsipi var. Onlardan istifadə edərək bu insanı islah etməyə çalışmaq lazımdır. Təbii ki, əvvəl o insana təklikdə demək lazımdır, onun abrını aparmaq, insanların gözündən salmaq olmaz. Bir sözlə, bütün ədəb qaydalarına riayət edərək həmən adamı zülmdən çəkindirmək lazımdır. Əgər bu bir fayda verməsə, o zaman digər üsulları tətbiq etmək olar. Əgər insanın zülmü ictimai xarakter daşıyırsa, o zaman bu zülmü ictimaiyyətdə açıq-aşkar bəyan edərək onu ittiham və məzəmmət etmək olar. Burda da bir günah yoxdur. Ancaq bütün bu mərhələlərə riayət etmədən, haqlı və ya haqsız yerə, hüdudlara məhəl qoymadan kimisə məzəmmət və ittiham etmək yolverilməzdir. Quranda da bu məsələ ilə bağlı ayələr var. Məsələn, Allah buyururu ki, bir-birinizi pis adlarla çağırmayın, ləqəblər qoymayın, "sən mömin deyilsən" ittihamını vurmayın. Peyğəmbərimizdən (s) də bu barədə çox sayda hədislər mövcuddur.

Qəzəlxan şairimiz Əliağa Vahid də bu haqda belə deyib:

Naşad eləyən könlümü dilşad eləsən də.
Sındırmısan, əl vurma sınıq könlümə, zalım.
Viranə düzəlməz necə abad eləsən də.


Bəzi insanlarımız var ki, qəlb qırmaqdan, ürək sındırmaqdan sanki zövq alırlar - bir dəfə incidirlər, sonra təkrar edirlər, daha sonra azğınlaşıb qəlbi qırıq-qırıq, çilik-çilik edir, hətta bu azmış kimi "üstünə çıxıb tapdalayır" və bundan bir "qalib" kimi həzz alırlar. Amma anlamırlar, anlamırlar ki, insan Qəlbi bütün fəzilətlərin məskəni və mərkəzidir. Mənəvi qəlbə könül dеyirlər ki, Allahın insana rəhmət еtdiyi ilahi sirlər onunla bağlıdır. Könül insanı sənin haqqını tapdalamaz, düşmənçiliyə düşmənçiliklə, zülmə zülmlə cavab verməz. Ən çətin vəziyyətdə belə soyuqqanlılıqla, hadisələr qarşısında sarsılmadan, təmkinlə hərəkət edər, nə olursa-olsun, bir könül əri olmağın vəzifələrini mükəmməl şəkildə yerinə yetirməkdən əsla çəkinməz. Pislik edənlərə hər zaman yaxşılıqla cavab verər. Pis işləri şər qüvvələrin işi sayar və bir xeyirxahlıq abidəsi olmağa çalışar.

İmam Əli ibn Əbu Talib (ə) buyurub: “Pak bəndələrin qəlbi Allahın nəzərgahıdır. Hər kim qəlbini təmiz saxlasa, Allah ora nəzər salar”.

Sözümün sonunu bu sözlərlə bitirmək istəyirəm :

Başqalarına qarşı mülayim davranmaq, onların səhvlərini gözəl tərzdə bildirmək hər bir müsəlmana vacibdir. Qəlbini qırdığımız adamdan mütləq halallıq alın.

Heç kimin qəlbini incitməyin.

Rövşən Məmmədov
Müstaqil araşdırmaçı








loading...




SON XƏBƏRLƏR
Millət vəkili türkman rəhbəri Bakıya dəvət etdi
Qətlə yetirilən icra başçısının oğlu illər sonra danışır: `Qatillə görüşmək istərdim`- FOTOLAR
Ucuzlaşmalı olan yağ niyə bahalaşdı? - Video
Qasım Süleymani: "İran Fələstindəki bütün qruplara dəstəyə hazırdır."
Vəkilindən Fədayə ilə bağlı - Yeni xəbər
Qarabağda erməni əsgər yoldaşını güllələdi
AB-dən Putinin qərarına reaksiya: Savaş bitməyib
Cahangir Hacıyevlə həbs olunanlar məhkəməyə müraciət etdi
Vergilər Nazirliyində bütün əməliyyatlar dondurulub
İlham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi
Vikipediya Kərimzadəni kürd etdi: qızı danışdı - Foto
Vətən büyük və əbədi bir ölkədir - TURAN
Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad
Ərdoğan Yerusəlimin statusuna dair sammit çağırdığı barədə Putini məlumatlandırıb
Dəniz Həşimova “2017-ci ilin ən yaxşıları” nominasiyasına layiq görülüb
"Qardaş ölkə ilə iqtisadi əməkdaşlıq strateji əməkdaşlıq səviyyəsinə yüksəlmişdir"
"Vətən adlı dərdimə bax" kitabının təqdimatı keçirilib
Ağdam Dövlət Dram Teatrında yeni tamaşanın premyerası olacaq - FOTOLAR
QHT Şurası qrant müsabiqəsini elan etdi
Məsuliyyət Azərbaycan və Ermənistan prezidentlərinin üzərindədir
Elza Seyidcahan: “Mənim sayəmdə Bəxtiyar Vahabzadəni də tanıyırlar”
İlham Əliyev “Bakutel-2017” sərgisi ilə tanış olub
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə edilib
Şəhid baş leytenant məzarı başında yad edildi - FOTO
Bakıya sulu qar, rayonlara qar yağacaq
Rusiya yığması Olimpiadada iştirakdan kənarlaşdırılıb
Kəşfiyyatçı İrza bəy Hacıbəylinski kim olub? - VİDEO
"Qarabağ" minimal hesabla məğlub oldu
Saakaşviliyə təslim olmaq üçün 24 saat vaxt verildi
Mikayıl Cabbarov Vergilər naziri təyin olundu