Qarabag Media
Haqqımızda Əlaqə

Zimbabvedə hərbçilər hakimiyyəti ələ keçirib: prezident girov götürülüb


Tarix:15-11-2017, 10:56 Kateqoriya:Manşet / Dünya

Zimbabvedə hərbçilər hakimiyyəti ələ keçirib: prezident girov götürülüb

Zimbabvedə hərbçilər ZBC Dövlət teleradio kompaniyasının binasını nəzarətə götürüb. Karabakhmedia.az-ın məlumatına görə, bu barədə Nehanda radiostansiyası xəbər yayıb.

Bildirilir ki, hərbçilər binaya girib çıxanları yoxlayırlar. Radiostansiyanın məlumatına görə, ZBC-nin bəzi əməkdaşları hərbçilər tərəfindən döyülüb. Bundan başqa kanalda verilməli olan xəbərlər proqramı musiqi ilə əvəzlənib.

Zimnews portalı isə bildirir ki, paytaxt Xararedə partlayış səsləri eşidilib, lakin onların mənbəyi bilinmir.

Bundan başqa bildirilir ki, Zimbabvenin hərbi hissələrindən Xarare istiqamətinə zirehli texnika kalonu hərəkət edib.

Röyters-in məlumatına görə, hərbçilər prezident Robert Muqabenin ətrafında olan «caniləri» dayandırmaq məqsədilə hakimiyyəti ələ keçirdiklərini bəyan ediblər.

Ordu nümayəndəsi telemüraciət zamanı bəyan edib ki, prezident Robert Muqabe və ailəsi təhlükəsizlikdədir.

Bununla belə, News24 portalı bildirir ki, hərbçilər ölkə prezidenti Robert Muqabeni və mühafizəçilərini girov saxlayırlar. Bildirilir ki, Muqabe istefaya getməyə hazırlaşır, həmçinin o, həyat yoldaşının ölkəni tərk etməsi üçün ordu ilə razılığa gəlib.

Onlar zirehli maşınlarda əsas dövlət binalarına, parlament və limanlarda gəmilərə olan girişi bağlayıblar.

Bundan başqa Zimbabvenin maliyyə naziri İqnatius Çombo saxlanılıb. O da hakim partiyanın rəhbərliyindədir.

Qeyd edək ki, 93 yaşlı Robert Muqabe 37 ildir ki, hakimiyyətdədir. Noybarın əvvəllərində Muqabe hakimiyyətdə özünün ən real sələfi olan və hərbçilərin dəstəyini alan müavini Emmerson Mnanqaqvanı qovmuşdu. Bir neçə gün əvvəl Baş Qərargah rəisi Konstantin Çivenqa prezidentə Mnanqvanın çıxarıldığı hakim partiyada siyasi təmizliyi dayandırmağa çağırmışdı./Faktxeber.com/

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Çağdaş Azərbaycan Türk fəlsəfəsinin başlıca problemləri
Əlimərdan bəy Topçubaşovun qayınanasına məktubu – Sizin qızınızı sevirəm…
Fizuli Məmmədov İtaliya mətbuatında Xocalı soyqırımından yazdı
"Yollar uzanan gün..." filminin təqdimatı oldu - FOTO
Qazaxıstan “Barıs” zirehli maşının qış sınaqlarına başlayıb
"Hamilə qadınların qarnına biz soxdular, içalatlarını çıxartdılar" — Xocalı şahidi
Fəxri adlara görə aylıq təqaüd artırıldı
Azərbaycanda "Youtube" kanalı bağlanmalıdır? – EKSPERTLƏRİN RƏYİ
"Xəcalət" dramı bu dəfə Ağdam səhnəsində — FOTO
Türk ordusu 3 kəndi azad etdi
Prezident vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı
“Qarabağ” heç vaxt bir futbolçudan asılı olmayıb" — Rəşad Sadıqov
"Azərbaycanlı terminator": Biz pul üçün döyüşmürük
Atatürkün dəfnində iştirak edən sabiq nazir — Azərbaycan Cümhuriyyəti - 100
“Video Vəkillik Bacarıqlarının Artırılması” layihəsi çərçivəsində növbəti təlim keçirmişdir
“İraqda valideynlərini itirmiş 15-ə yaxın azərbaycanlı uşaq var”
Qarabağda erməni əsgər məhv edildi
İzmirdə Xocalı Soyqırımının qurbanları anılacaq
Azərbaycan XİN Eduard Nalbandyana cavab verib
Azərbaycanın müdafiə naziri Belarusa gedib
Türkiyə Silahlı Qüvvələri: "Afrinə tərəf hərəkət edən bütün qüvvələr məhv ediləcək"
İngiltərədə yaşayan azərbaycanlı vəkildən Qarabağ qazisinə dəstək
3 Milli Qəhrəmanın doğum günüdür
Nəsib bəy Yusifbəylinin dünyagörüşündə Azərbaycan türkçülüyü ideyası - V Yazı
Məcburi köçkünlərin vahid aylıq müavinəti artırılıb
Afrində daha bir kənd terrorçulardan təmizləndi
Neçə Milli Qəhrəman var?
“Yollar uzanan gün...” filminin təqdimat mərasimi keçiriləcək
Rəsmi Bakı Qarabağ məsələsində Fransanın mövqeyindən narahatdır
Birinci sinfə şagird qəbulu başlayır - Qaydalar açıqlandı