Qarabag Media
Haqqımızda Əlaqə

“Azərbaycan Həqiqətləri Uğrunda” Koalisiya Bayraq gününə həsr olunmuş tədbir keçirdi


Tarix:10-11-2017, 03:45 Baxış Sayı:68 Kateqoriya:Manşet / Gündəm

“Azərbaycan Həqiqətləri Uğrunda” Koalisiya Bayraq gününə həsr olunmuş tədbir keçirdi

“Azərbaycan Həqiqətləri Uğrunda” Koalisiya “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin ofisində Azərbaycan Respublikasının Dövlət Bayrağı gününə həsr olunmuş tədbir keçirdi.

Karabakhmedia.az xəbər verir ki, tədbirdə “Azərbaycan Həqiqətləri Uğrunda” Koalisiyanın üzvləri, qonaqlardan: tədqiqatçı, “Qızıl qələm” mükafatı laureatı Aydın Qarabağlı, "Sağlam Yaşa" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Tələt Qəribov, Azərbaycan-İraq Mədəni Əlaqələr İctimai Birliyinin sədri Tahirə Məmmədova, telejurnalist Kamil Məhərrəmoğlunun (Nehrəmli), Karabakhmedia.az saytının baş redaktoru Ramil Cəbrayıl və Qarabağ qaziləri iştirak etdilər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri ilk öncə “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Növrəstə Yusifova açdı. O, Dövlət bayrağının hər bir dövlətin suverenliyinin rəmzi olduğunu bildirdi. Həmçinin qeyd etdi ki, dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq olunub və üçrəngli bayrağımız ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada muxtar respublikanın dövlət bayrağı kimi qəbul olunub. 1991-ci il oktyabrın 18-də müvafiq Konstitusiya aktı ilə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edərkən, onun dövlət rəmzlərini, o cümlədən üçrəngli dövlət bayrağını da qəbul edib.

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyin sədri İradə Rizazadə də öz çıxışında həmçinin onu da qeyd etdi ki, “Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən, hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Gün o gün olsun ki, işğal altında qalan torpaqlarımız tezliklə işğaldan azad olsun və üçrəngli bayrağımız Qarabağda dalğalansın.”

“Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimaiyi Birliyinin sədri Məmmədhəsən Həsənov öz çıxışında bu şanlı tarixin müqəddəs bayarağımıza, tarixi keçmişimizə və mənəvi - siyasi dəyərlərimizə hörmət, ehtiramın bariz nümunəsi olduğunu qeyd etmiş, gənclərimizdə vətənpərvərlik və vətəndaşlıq ruhunun yüksək səviyyədə olmasının vacibliyini vurğulamışdır.

“Mədəni İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Gəray Əlibəyov öz çıxışında qeyd etdi ki, “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Hər bir azərbaycanlı Azərbaycanın üçrəngli bayrağını özünün qürur mənbəyi hesab edir. Sevindirici haldır ki, Bakı ilə yanaşı respublikanın bölgələrində də üçrəngli bayrağımızın şərəfinə Bayraq meydanları tikilir, muzeylər yaradılır, xüsusi layihələr həyata keçirilir.”

Tədbir çəçivəsində telejurnalist Kamil Məhərrəmoğlu (Nehrəmli) Azərbaycan tarixindən bəhs edən şeirlərlər səsləndirdi.
Tədbirdə iştirak edən digər qonaqlar da öz çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət bayrağımızın tezliklə işğal altındakı torpaqlarımızda dalğalanacağına əminliklərini bildiriblər.

Tədbirin sonunda tədqiqatçı, “Qızıl qələm” mükafatı laureatı Aydın Qarabağlı ilk öncə öz çıxışında tədbirdə iştirak edənləri “Bayraq Günü” münasibətilə təbrik etdi, sonra yazdığı “Qarabağ” adlı kitabını tədbir iştirakçılarına hədiyyə etdi.
“Azərbaycan Həqiqətləri Uğrunda” Koalisiya Bayraq gününə həsr olunmuş tədbir keçirdi

“Azərbaycan Həqiqətləri Uğrunda” Koalisiya Bayraq gününə həsr olunmuş tədbir keçirdi

“Azərbaycan Həqiqətləri Uğrunda” Koalisiya Bayraq gününə həsr olunmuş tədbir keçirdi

“Azərbaycan Həqiqətləri Uğrunda” Koalisiya Bayraq gününə həsr olunmuş tədbir keçirdi

“Azərbaycan Həqiqətləri Uğrunda” Koalisiya Bayraq gününə həsr olunmuş tədbir keçirdi

Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi - (III YAZI)
"Hoçaz çayının səsi indi də qulağımdadır" - Ərşad Hüseynov
Bir gecədə məşhurlaşan müğənnidən daha bir maraqlı mahnı: "Qaytar qoyunları..." - VİDEO
Araz Türk Cümhuriyyəti hansı zərurətdən yarandı?
"Beşikdaş"ı qardaş klub seçib, onun izi ilə gedəcəyik" - QURBAN QURBANOV
AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib
“Hərbi xidmətdə olmamışam” – Əli Həsənovun nəvəsinin məhkəməsi
İranlı xanəndə Azərbaycan türklərini təhqir etdi - VİDEO
Xəyal Əhmədov: "Yarışlarda Azərbaycanın bayrağını ucaltdığım üçün qürur duyuram"
MTN GENERALI MƏHKƏMƏDƏ ELDAR MAHMUDOVUN ŞOK CİNAYƏTİNİ AÇIQLADI
Nazir: “Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?”
Qarabağ əlili nazir müavini təyin edilsin! - Deputatdan təklif
Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın etirazına cavab verib
Yağış və qar yağacaq, bəzi yollar buz bağlayacaq -XƏBƏRDARLIQ
Jurnalist Natiq Qədimov dəfn olunub - FOTO
Gələn il orta aylıq əməkhaqqı 4 faizədək artacaq - NAZİR MÜAVİNİ
Prezident NATO-da Qarabağ problemini qaldırdı
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anım günüdür
"Qarabağ"ın əziyyətinə heyfim gəldi" - Elmar Məmmədyarov
RUSİYA, İRAN VƏ TÜRKİYƏ LİDERLƏRİ SURİYA İLƏ BAĞLI BƏYANAT QƏBUL ETDİLƏR
"Qırmızı vərəqə çox vaxt hansısa oyunçunu sındıranda verilir" - Qurban Qurbanov
Şenol Günəş “Qarabağ”ın oyununa gəlib
Azərbaycanda neçə min erməni yaşayır? - RƏSMİ RƏQƏM
İşləməyən köçkünlərin pulu niyə kəsilib? - Rəsmi açıqlama
Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib
Ərdoğan: "Qarabağ münaqişəsini yalnız Rusiya həll edə bilər"
İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşəcək
Fransalı mer Alfortvile və işğal altında olan Laçın şəhəri arasında qardaşlaşmanı pisləyib
Böyük turançı: İsmayıl Ənvər Paşa — Bu gün onun doğum günüdür
Niderlandda Qarabağa səfərlər təşkil edən Booking.com saytına qarşı kampaniya başlayır