Qarabag Media
Haqqımızda Əlaqə

Dövlət qulluqçusu olmaq istəyənlər üçün sınaq imtahanları keçiriləcək


Tarix:14-11-2017, 20:33 Kateqoriya:Manşet / Gündəm

Dövlət qulluqçusu olmaq istəyənlər üçün sınaq imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.

DİM-dən verilən məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə 15, 22, 29 noyabr və 2, 6 və 13 dekabr tarixlərində keçiriləcək.

Namizədlər imtahanı Mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak etmək üçün online qeydiyyat tarixləri barədə ətraflı məlumat almaq üçün My WebpageDÖVLƏT İMTAHAN MƏRKƏZİ keçidinə daxil olmaq lazımdır.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Sınaq imtahanında iştirak etmək üçün ödənişin məbləği 30 manatdır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Məhərrəm İncə Ərdoğanı təbrik edib
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: MIRZƏ ŞƏFİ VAZEH — II YAZI
“Məhəmməd: Allahın elçisi” filmi Bakıda təqdim olunacaq
Hərbi Hava Qüvvələrinin təyyarə və helikopterlərinin Bakıda növbəti uçuşları keçirilib
Dünya Ərdoğanın qələbəsini BELƏ GÖRDÜ
Volodindən Qarabağ açıqlaması
Parlament seçkilərinin ilkin nəticələri açıqlandı: Hansı partiya neçə yer qazanıb?
İlham Əliyevdən Ərdoğana təbrik məktubu
Türkiyə ictimaiyyəti Ərdoğanın qələbəsini böyük coşqu ilə qarşılayıb
“Türk ulduzları” Bakıda — FOTO
Mövlüd Çavuşoğlu: "Türkiyə gələcəyi üçün düzgün seçim edəcək"
Yavər Camalov dəfn edilib - FOTO
Milli Qəhrəman Əlif Hacıyevin doğum günüdür — FOTO
Zaqatala: Azərbaycanın qalib gəldiyi mübahisə
TARİXİ GÜN — Xalq həm prezident, həm də parlamenti seçir
Əbülfəz Elçibəyin anadan olmasından 80 il ötür
Suriyada İran ordusunun generalı həlak olub
"F- 35"lər Türkiyədə!
Ruslar Paşinyana o qırıcıları satan deyil
"Hakimiyyətdə olduğu neçə illər ərzində ilk dəfə olaraq sükan Ərdoğanın əlində deyil..."
Azərbaycan və Ermənistan XİN başçıları Minskdə görüşdülər
Prezident səhiyyə işçilərini təltif edib - SİYAHI
BMT-NİN 4 QƏTNAMƏSİNƏ LAVROV YANAŞMASI...
Millət vəkili: Oğlanlarımızı evləndirmək üçün qız tapılmayacaq
Dilqəm Əsgərovun oğlu evləndi
Nərimanov rayonunda eyvanlardan paltar asmaq qadağan edildi
Elmar Məmmədyarov erməni nazirlə görüşə razılaşdı
Futbolçular baş məşqçini dəyişməyi xahiş etdi - Məğlubiyyətdən sonra
22 iyun 1941-ci il... Müharibə başlayanda Stalin rəhbərlikdən imtina edibmi? Müəmmalar və həqiqətlər
Cocuq Mərcanlıya daha 50 ailə köçürülüb