Qarabag Media
Haqqımızda Əlaqə

Bakıda “3-cü Türk Filmləri Həftəsi” keçiriləcək


Tarix:14-11-2017, 18:42 Kateqoriya:Manşet / Mədəniyyət

Bakıda “3-cü Türk Filmləri Həftəsi” keçiriləcəkNoyabrın 16-dan 20-dək Bakıda "3-cü Türk Filmləri Həftəsi” olacaq. Tədbir Türkiyənin "Yerli Düşüncə Dərnəyi”nin təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Kino müdirliyi və Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin dəstəyi ilə keçiriləcək.

Karabakhmedia.az xəbər verir ki, noyabrın 16-da Nizami Kino Mərkəzində "3-cü Türk Filmləri Həftəsi”nin rəsmi açılış mərasimi keçiriləcək. Tədbirin rəsmi hissəsində "Yerli Düşüncə Dərnəyi”nin rəhbəri Metin Gündoğdu, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu, eləcə də Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin çıxışı gözlənilir. Daha sonra türkiyəli rejissor Caner Erzincanın "Yeni dünya” filmi nümayiş olunacaq. Noyabrın 17-də isə Nizami Kino Mərkəzində Türkiyə istehsalı olan filmlər azərbaycanlı kinosevərlərə təqdim ediləcək.

Yerli tamaşaçılar "Yeni dünya” filmi ilə yanaşı rejissor Bilal Babaoğlunun "Aşık”, rejissor Sinan Sertelin "Bir gün bir çoçuk”, rejissor Alper Çağların "Dağ-2” və rejissor Emre Konukun "Çırak” filmlərini ödənişsiz izləmək imkanı əldə edəcəklər. Tədbirin keçirilməsində məqsəd Türkiyə-Azərbaycan mədəniyyətlərarası əlaqələrini kino sənətinin gücü ilə daha da möhkəmləndirməkdir. "Ortaq mədəniyyət, ortaq kino” şüarı ilə hazırlanan festivalın əsas hədəfi Türkiyə filmlərinin Azərbaycanda, Azərbaycan istehsalı olan ekran işlərinin Türkiyədə geniş şəkildə təbliğinə nail olmaqdır. Bu məqsədlə film həftəsi çərçivəsində Türkiyədən Bakıya gələcək rejissor, prodüser və tanınmış aktyorların azərbaycanlı həmkarları ilə görüşləri keçiriləcək, birgə kino layihələrinin reallaşdırılması istiqamətində danışıqlar aparılacaq.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Vikipediyada Raquf Orucov haqqında məqalə yaradılıb
Vladimir Putin Bakıda dünya çempionatını izləyəcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində kadr dəyişiklikləri olub - SİYAHI
Azərbaycanlı zabit Amerikada nüfuzlu medala layiq görüldü- FOTO
İlbər Ortaylı: “Güney azərbaycanlılar oğuz qruplarına aid türklərdir, onlar azəri deyil...” - MÜSAHİBƏ
Səhradakı türklərin son komandiri: Fəxrəddin paşa
Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir ilk
Bacı-qardaş dünya çempionu oldu
"Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda status almayacaq"
Mahir Abbaszadə: "Azərbaycanın regiondakı təşəbbüsləri beynəlxalq müstəvidə yüksək dəyərləndirilir"
Salahlıdan Amasyaya - polkovnik Məmməd Qazaxın izi ilə
Bu gün Azərbaycanda Neftçilər günüdür
Sevil Nuriyevanın həyat yoldaşı İstanbulda güllələnərək qətlə yetirilib
Bu gün Aşura günüdür
İdlib razılaşması: Putin Ərdoğanın arqumentlərini qəbul etdi
Qurban Qurbanov: Üstünlük “Sportinq”dədir
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: NƏCƏF BƏY VƏZİROV - III YAZI
Azərbaycan sevdalı Yavuz Akpınar
"Heydər Əliyev ciddi hərbi təlimlər keçir, hamı kimi ona da güzəşt olunmur" — Ayaz Mütəllibovdan AÇIQLAMA
Rasim Balayev: "Bu gün kinolar seçilir, ancaq səviyyəsiz seriallar ilə"
Tanınmış idmançıya idman ustası adı verildi
Daha bir azərbaycanlı xanım deputat seçildi
LEYSAN ÖZLƏMİ
Ermənistan Dağlıq Qarabağa dair "qırmızı xətti" keçir
Məhərrəmliyin mahiyyəti
Tramp Paşinyanla görüşə razılıq verməyib
Səsi çatan o taya əli yetmədi Şəhriyarın...
Çempionlar Liqası: Qalatasaray və Barselona darmadağınla başladılar
ABŞ Putin-Ərdoğan razılaşmasını dəstəkləyəcək
"O, bilirdi ki, ölümə gedir" - Prezident Mübarizin atası ilə görüşüb