Qarabag Media
Haqqımızda Əlaqə

Azərbaycanlı qardaşlar İtaliyada qladiator döyüşlərinə qatılacaqlar - VİDEO


Tarix:14-11-2017, 13:43 Kateqoriya:Manşet / İdman

Azərbaycanlı qardaşlar İtaliyada qladiator döyüşlərinə qatılacaqlar - VİDEO

Ukrayna, ABŞ və Gürcüstandan sonra azərbaycanlı pəhləvanlar Romanı fəth edəcəklər.

Azərbaycanlı pəhləvanlar — Hüseyn və Laçın Abdulhüseynov qardaşlarını, Gürcüstanın televiziya istedad şousu olan "Georgia's Got Talent"in seçmə mərhələsində uğurlu çıxışlarından sonra İtaliyanın paytaxtı Romaya dəvət ediblər. Hüseyn Abdulhüseynovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, artıq İtaliyadadırlar və onlar üçün şəhərə kiçik ekskursiya təşkil edilib.

"İtaliya o yerdir ki, uzun illər əvvəl orada qladiator döyüşləri keçirilib və həmin arenalar indiyə qədər qalmaqdadır" — deyən pəhləvanın sözlərinə görə, onlar hələlik haqqında heç nəyin açıqlanmadığı və 21-ci əsrin qladiatorlarının necə olmalı olduğunu göstərəcək İtaliya televiziya şousunda iştirak edəcəklər.

Abdulhüseynov qardaşları İtaliyada, hazırda Amerikada yaşayan məşhur azərbaycanlı sirk ustası Üzeyir Novruzovla da tanış olub və görüşüblər. Sirk ustası da, qardaşları Telman və Oqtay Novruzovlarla birlikdə sözügedən layihədə iştirak edəcək.

Qeyd edək ki, Üzeyir Novruzov Gəncədə anadan olub, Rusiyada böyüyüb və sonra yaşamaq üçün ABŞ-a gedib. O, sirkdə əfsanəvi Çarli Çaplin obrazını canlandırır. Buna görə də onları tez-tez bir-biri ilə müqayisə edirlər.

Novruzov Çində 6 metrlik nərdivana dırmaşaraq orada 8 dəqiqə qalmaqla dünya rekorduna imza atıb. Bu nömrəyə görə, onun adı Ginnesin "Rekordlar" kitabına düşüb. Hazırda ailəsi ilə birlikdə Ameriakada yaşayan sirk ustası dəvət edildiyi müxtəlif sirk tamaşalarında və istedad şoularında iştirak edir.

Abdulhüseynov qardaşları isə Qubada anadan olublar. Onlar vaxtilə məşhur pəhləvan olan atalarının yolunu davam etdirirlər. Qardaşlar artıq uzun illərdir ki, bu cür layihələrə qatılırlar.

Əvvəlcə onları Ukraynanın "Україна має талант" şousunda iştiraka dəvət etmişdilər. Onlar bu layihədə ölümcül nömrə ilə çıxış edərək münsiflər heyətinin üzvlərini şoka salmışdılar. Daha sonra onlar "America's Got Talent" teleşousunda münsifləri və tamaşaçıları heyrətə gətirmişdilər.

Abdulhüseynov qardaşları öz rayonlarında gələcəyin pəhləvanlarını yetişdirməklə məşğuldurlar. Hazırda onlar Gürcüstanın "Georgia's Got Talent" televiziya şousunda iştiraklarını davam etdirirlər.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Bu gün Bəxtiyar Vahabzadənin doğum günüdür - VİDEO
Azərbaycançılıq ideologiyası haqqında film çəkildi
Gürcüstanın Azərbaycana 7.3 milyon dollar borcu var
"Neftçi"nin baş məşqçisi məğlubiyyətdə özünü günahlandırıb
Sosial internet şəbəkələri saxta “qədim erməni dövlətçiliyi” barədə yalanlarla doludur
Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək
ABŞ Ermənistanın iki şirkətinə sanksiya tətbiq edib
“Baş nazir dəqiq deyib, nəsə əlavə etməyə ehtiyac yoxdur...” - Mnatsakanyan
Azərbaycan və İran prezidentlərinin telefon danışğındakı pərdəarxası MƏQAMLAR
Təslim olmuş erməni hərbçisi ilə bağlı danışıqlar aparılır
Tehran metrosunda hicabına riayət etməyən qadınlara qarşı təzyiqlər şiddətləndirilir
Qəzaya uğramış təyyarəmiz parça-parça olub
Aqil ABBAS: "Qurban Qurbanov, səninləyik!"
Mnatsakanyan Məmmədyarovla danışıqların detallarını açıqladı
Toyu olacaqdı, özünü asdı
Urmiya gölünün qurumasını önləyən İLGİNC PLAN: Türkiyədən…
Ağ dəvə düzdə qaldı - II HİSSƏ
Azərbaycan istehsalı olan "Tufan" gəmisinin nümayişi olub
"Bunu etsək, Paşinyan bir də qələt edib, "Qarabağ Ermənistandı" deməyəcək..."
Azərbaycanlı general ABŞ donanmasında komandan təyin olundu
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu
ABŞ Asiyada yeni raketlər yerləşdirəcək
Rusiya, Azərbaycan və İran yeni enerji layihəsinin icrasına dair saziş imzalayıb
Qırğızıstan: keçmiş prezident Almazbek Atambayev qətldə ittiham olunur
“Yeni Gundem” saytı 2 yaşında
Bölgələrə yağış yağacaq, dolu düşəcək – Sabahın HAVASI
Bu şəxslərə 50 avtomobil hədiyyə edildi – PREZİDENTİN TAPŞIRIĞI İLƏ
Xocalı soyqırımına həsr olunan filmin çəkilişi başa çatır
Ali məktəblərə boş qalan yerlərin sayı açıqlandı
Türkiyə və ABŞ arasında tarixi anlaşma – Detallar