Qarabag Media
Haqqımızda Əlaqə

“AZƏRBAYCAN TÜRKLƏRİNİN ÖZÜNƏ QAYIDIŞI VƏ MİLLİ KİMLİYİNİ TANIMASI” MÖVZUSU BİZİM ƏN VACİB MƏSƏLƏMİZDİR


Tarix:13-11-2017, 21:34 Baxış Sayı:138 Kateqoriya:Manşet / Yazarlar

“AZƏRBAYCAN TÜRKLƏRİNİN ÖZÜNƏ QAYIDIŞI VƏ MİLLİ KİMLİYİNİ TANIMASI” MÖVZUSU BİZİM ƏN VACİB MƏSƏLƏMİZDİRBiz Azərbaycan türkləri Turukkilərin törəmələriyik. Ulu babamız Oğuz xandır, Azərbaycan türküyük, Oğuz soyundanıq. Oğuz soyunun çoxlu qolları var. Bizim çoxumuz Bayat qolundanıq. Bayat Oğuz xanın nəvəsi, Gün xanın oğludur.

Azərbaycan daima Türk-Oğuz yurdu olmuşdur. İlk dövlətimiz Aratta oldu. Sonra Vətənimizdə Kuti, Lullubi, Su, III Ur, Manna dövlətləri yarandı. Heç birinin bizə xeyiri dəymədi. Sərvət, ərazi üstündə qırğınlar tökdülər. Əzab-əziyyətin biz çəkdik. Azərbaycanımızda xalqların formalaşması Albaniya və Atropatena dövlətlərinin qurulmasından sonra baş verdi.

Tomris bacımız, Fars hökmdarı olan II Kirin başını kəsərək bədənindən ayırdı və onun başını insan qanı ilə doldurulmuş qabın içinə qoydu.
III əsrdə sasanilər-farslar yurdumuza hücum etdi.

Qorqud atamız VII əsrdə bütün övladlarını ətrafına yığdı. İgidlik göstərən türk kişilərinə onların layiq olduğu adları verdi. Qopuzu ilə elə sözlər deyir ki, dağlar, daşlar əriyərdi bəlkə də. Amma, sən demə, bizim də içimizdə xainlər və paxıllar var imiş. Onlar ad qazanan igidlərə qısqanclıqla yanaşır və fürsət düşən kimi hayıf çıxmaq istəyirdilər. Amma Tanrı onların bu nəfsani istəklərini puça çıxartdı. Aruz qoca öz yolundan azmış dəstəsi ilə üstümüzə hücuma keçdi, biz isə qeyrətimizə və özümüzə sığışdırmadığımız üçün onların qabağından qaçmadıq. Dədəm Qorqud əlində qopuzu ilə qarşıya keçdi, yalvardı, qardaş qanı tökməməyimizi bildirdi. Amma qulaq asmadıq, onları qırdıq, qanlarını tökdük, onlar da bizimkilərin qanını tökdü. Dədəm Qorqudun bəd duasına və Allahın cəzasına rast gəldik, daşa döndük.

642-646-cı illərdə ərəblər Vətənimizə hücum etdi, onlarla döyüşdük, qəhrəmanlığımız dillər əzbəri oldu. Ərəb sərkərdələri hər yerdə Azərbaycan türklərinin igidliyindən bəhs edirdi. Albaniyalı Varaz Qriqor oğlu Cavanşir ərəblərə qan qusdurdu. Amma sonradan İslamı qəbul etdik, bundan sonra şüarımız “La İlahə İlləllah” oldu. Bizi türkçülükdən çıxartdılar. Vay bizim halımıza, özümüzdən bixəbər olduq. Amma “Hz. Məhəmməd(s.a.v.a.v), İslam dini və Qurani-Kərim” inandığımız Tanrının göndərdikləri idi, qəbul etməyə bilməzdik. Qəlbimizdəki Tanrı eşqi, haqq aşiqi olmağımız və saflığımız bizi bu yoldan döndərmədi.

VIII əsrin sonu-IX əsrin əvvəllərində Xürrəmilərə qoşulduq, ərəblərlə vuruşduq, qanlarını tökdük. Axırda məğlubiyyətə uğradıq. Həmişəki kimi, içimizdən satqınlar çıxdı. Bizans öz köməyini Babəkdən əsirgədi. Babəki əsir tutub Samirə şəhərinə apardılar, şiddətli şəkildə edam etdilər.
IX əsrdə Xilafət öz yolunu azdı. Allah da buna cavab olaraq onu zəiflətdi. Azərbaycanımızda beş dövlət yaranmışdı: Şirvanşahlar, Sacilər, Salarilər, Şəddadilər və Rəvvadilər. Sacilər və Salarilər ilk dövlət idilər ki, Azərbaycanımızı birləşdirmək istədilər. Sonradan bu beş dövlət bir-biri ilə döyüşdü, heç bir faydası olmadı.
IX əsrdə slavyanların hücumuna məruz qaldıq. Allah onları Xəzər türklərinin əli ilə cəzalandırdı.

Bizi qarşıda Bizansın, ermənilərin, gürcülərin və səlibçilərin mənfur və xain hücumları gözləyirdi. Onlar istəyirdilər ki, Cənubi Qafqazdan “Türk” və “İslam” amilini silərək yox etsinlər, bir də ki, Dünya xəritəsində öz xeyirləri üçün dəyişiklik etsinlər. Amma Allah buna imkan vermədi; bu anda qanı qanımızdan olan qardaşlarımızı-səlcuqları köməyə göndərdi. Xristian birləşməsi məhv oldu. Azərbaycanımız qurtuldu. Allah onlardan razı olsun, amin!

Hələ Tanrının sınaqları çox imiş. XIII əsrdə monqollar yurdumuza yürüş etdi; saysız-hesabsız qətl-qarət törətdi, sürgünlər etdi və ölkəmizi əsarəti altına saldı. Sonra Tanrı onları da qovdu.
XIV əsrdə Teymurilər(özbəklər) gəldi, onlar da monqollardan geri qalmadılar, onların etdiyini etdilər. XV əsrdə Yaradanım onları Oğuz türklərinin(qaraqoyunlular) əli ilə rüsvay etdi.

Vətənimizdə Qaraqoyunlu və Ağqoyunlu dövlətləri quruldu. Amma iki qardaş bir-birinin qanını tökdü. Ağqoyunlular Avropa dövlətinin şeytani fətvasına gedərək öz qan qardaşları olan Anadolu türkləri ilə bir-birlərini qırıb-tökdülər.

XVI-bu əsr bizim milli kimliyimizin tamamilə öldüyü, Vətənizimin bədbəxt olduğu bir əsrdir. Kaş bu əsr olmasaydı..... Səfəvilər-kürdlər müqəddəs yurdumuza hakim kəsildi. İslam dininin daxilində təfriqə, iki tirəlik, ixtilaf, müsəlman türklərin arasında isə düşmənçilik, kin-kidurət yaratdılar. Azərbaycan türklərinə, İslam dininə yad olan bir təriqəti-“Şiəlik”-i bizə sırıdılar. Azərbaycanda yaşamış sünni təriqətinin mənsublarından çoxunu qırdılar, həbsxanaya saldılar, onları sürgün etdilər, var-dövlətlərini talan etdilər və bir qisminə bu təriqəti məcburi surətdə qəbul etdirdilər. Azərbaycanımızda “Təriqət-məzhəb” sevgisini onlar əmələ gətirdi. Axı bu, bizə lazım deyil idi. Biz Azərbaycan türküyük, yaradanımıza inanır, onun göndərdiklərini qəbul edir, ibadətimizi yerinə yetirir və dünyəvi işlərimizlə məşbul olaraq qəzavü-qədərə yaxınlaşırdıq ki, Allahın mübarək qıldığı əcdadlarımıza qovuşaq. Amma fitnəkarlar imkan vermədi.

1736-cı ildə Allah Səfəviləri cəzalandırdı, onların səltənətini süquta uğratdı. Onların başına Əfşar türkü olan Nadir şahı müsəllət etdi. 1740-cı ilə II Təhmasib və oğlu III Şah Abbas həbsxanada boğularaq öldürülür. Digər oğlunun isə başını kəsirlər.

XVIII əsrdə Vətənimizdə xanlıqlar yarandı. Bunlar da başucalığı gətirmədilər. Yarısı İranın, yarısı Rusiyanın və digər yarısı isə Osmanlı imperiyasının əlində oyuncağa çevrilmişdi.

XIX əsrə daxil olduq. Bu əsr “Qızıl əsr” adlanırdı. XIX əsrin başlanğıcında Ruslar tərəfindən işğal olunduq. Xanlıqlar məhv edildi, var-dövlətlərini ruslar taladı, hökmdarları isə sürgünə göndərildi. Amma Azərbaycan türklərindən çoxu ruslara qan uddurdu. Bakı xanlığı tərəfindən Rus generalı olan Sisianovun başı kəsildi. Sonra erməniləri bizə pərçim etdilər. Onlara lənət olsun! Qara günlər bundan sonra başladı.
Bir müddət Romonovların əsarətində yaşadıq. Nə məktəbimiz var idi və nə də ki, əlifbamız. Yalnız ərəbcə və farsa yazırdıq. Ləhcəmiz də ki, bu dillərdə idi. Mirzə Fətəli Axundzadə və Cəlil Məmmədquluzadə Milli əlifbamızın olması uğrunda çox fəaliyyət göstərdilər. Allah onlara qəni-qəni rəhmət etsin.

XX əsrə daxil olduq. Dağ-mədən fəhlələri və Tütün fabrikinin fəhlələri Çara qarşı qiyama qalxdı. Onların aldığı maaş heç də qənaətbəxş deyildi. Azərbaycan türkləri çox kasıb idi. Dədə-babalarından qalan miras başqalarının əlində idi. Rusiyanın çarı olan nanəcib II Nikolay Azərbaycan türklərinin qiyamını boğmaq üçün milli qırğından istifadə etdi. Çar höküməti Soyu-kökü bilinməyən və nankor erməniləri Azərbaycan türklərinin üstünə saldı. Alçaq ermənilər vəhşicəsinə bizimkiləri qırmağa başladı. Bu, artıq milli soyqırım idi. Bir müqəddəs millətin haqqının əlindən alması idi. Bu haqsız tökülən qan cavabsız qalmadı, 1917-ci ildə Rusiyada inqilab oldu, Türklərin dostu olan Allah Romonovlar sülaləsini əzaba düçar etdi, xanədanlığını dağıtdı. 1918-ci ildə Bolşeviklər Çar II Nikolayı və ailəsini əsir saxlanıldıqları evdə güllələyərək öldürdülər.

Sırf Azərbaycançılıq uğrunda çalışan bir çox milli ziyalılarımız ki, var idi, onlar xeyli səy göstərdilər ki, Azərbaycan türklərinin öz dövləti olsun, milli şüurlarını itirməsinlər və milli kimlik məfhumundan heç bir vaxt məhrum olmasınlar. Amma çox təəssüflər olsun ki, bu, ərsəyə gəlmədi. 1918-1920-ci illər arasında Azərbaycanda müstəqil dövlət qurulsa da, həmin dövlətin başçıları və siyasi xadimləri çoxlu səhvlərə və xətalara yol verdilər ki, bu da onları ikinci dəfə rusların işğalına məruz qoydu. Bu çətin yolda Türkiyə bizi tək qoydu. Mən Anadolu türklərini pisləmirəm, onlar bizim qan qardaşlarımızdırlar. Söhbət Türkiyənin əvvəlki və indiki rejimlərindən gedir. Mustafa Kamal Atatürkün fitnəkarlığı nəticəsində allahsızlar, kommunistlər mübarək Vətənimizi tutdular.

71 il Allahsız ideologiyası ilə hökmranlıq edən Sovet imperiyasının tərkibində, müstəmləkəsində yaşadıq. Qul kimi işlədik, 1980-ci illərin axırlarından etibarən ayağa qalxdıq, 1990-cı ildə Rus tankları üstümüzdən keçdi, 1991-ci ildə müstəqillik qazandıq. Bəli, Azərbaycan türkləri öz qanları hesabına müstəqillik əldə etdi. Yalnız öz qanları hesabına...

1992-ci ildə torpaqlarımız mənfur ermənilər tərəfindən işğal olundu.

Biz Azərbaycan türkləri 26 ildir ki, öz hürriyyətimizdəyik. Amma əvvəldə sadaladığım imperialist dövlətlərin Vətənimizə yürüş edərkən öz ərazisindəki zir-zibilləri, tullantıları bizim yurda gətirdi. Bizim yurddan isə səntəkarları, elm sahiblərini apararaq öz ölkəsini abadlaşdırdı. Həmin ölkəmizə köçürülən bu cahil insanlarla biz Azərbaycan türklərinin qanı qarışdırıldı. Bununla da hər şey alt-üst oldu, həyatımızı korladılar, mədəni irsimiz yad məhv oldu. Bu, özünü onda göstərir ki, həmin qanıqarışıqlar pis-pis əməllərlə məşbul, müxtəlif cür cinayətlər törədərək müqəddəs yurdumuzun və millətimizin adını batırırlar. İndi də belədir. İnsanların geyim-keçimləri, baxışları, rəftarları, saç düzümləri bundan xəbər verir. Yarısı İranın, yarısı Rusiyanın, yarısı Fransanın, yarısı Səudiyyə Ərəbistanının, yarısı Amerikanın və digər yarısı isə Türkiyənin əlində oyuncağa çevrilmişdirlər. Bəli, bu, artıq milli kimliyin yox olduğunu, müqəddəs adət-ənənələrin aradan getdiyini və Allahın mübarək qıldığı dədə-babalarımızın qoyduğu qanunların yaddan çıxdığını göstərir.

Bu başıbəlalı Vətənimizdə müxtəlif dini cərəyanlar: vəhhabilik-sələfilik, nurçuluq, nəqşibəndilik, şiəlik, rafizilik var; Siyasi cərəyanlar: müsavatçılar, cəbhəçilər; İctimai radikallar: repçilər-hostçular(əksəriyyəti həm bilərəkdən və həm də ki, bilməyərəkdən massonçuluğu təbliğ edir) vardır. Bunların hamısının kökü kəsilməlidir. Bunlar həm Vətənə, həm millətə və həm də ki, dövlətə ziyan verən cərəyanlardır. Onların hamısı fitnəkarlardırlar ki, bundan başqa bir şey deyildirlər.

1994-cü ildən sonra “Vəhhabilik” məzhəbi Azərbaycanımıza gətirildi; o vaxtdan indiyənə kimi bəzi Azərbaycan türkləri bığlarını qırxıb, saqqalını uzatmış və şalvarının balaqlarını gödəltmişdir. Bu günümüzdə də bu mürtəd formada gəzməkdədirlər. Allah onları islah etsin!

Televiziya ürəkbulandırıcı bir vasitəyə çevilmişdir; verilişlər, seriallar, filmlər çox ikrahdoğurucu və iyrəncdir. Bunlara qoyulan pullar, gərəkdir ki, kasıba, yoxsula, ehtiyacı olana xərclənsin. Televiziyada bir çox insanların ləyaqətsiz-ləyaqətsiz, düşük-düşük əməlləri necə də xoşagəlməz bir səhnədir. Televiziyada bir ürəkaçan, fərəhverici mövzulardan danışılmaz, yalnız bəd-bəd şeylər nümayiş olunar: məsələn, həkimdən, xəstəxanadan, cürbəcür xəstəliklərdən, müxtəlif dərmanlardan söhbət açılır. Məgər insanlar ağılsızdırmı? Məgər insanlar bilmirlərmi ki, xəstələndikdə Aptekə getməli və onun dərdinə şəfa ola biləcək dərmanı almalıdır? Bəli, insanları bu cür məhv edirlər.

Qərbsayağı mahnılar heç də insanları milli ruhda böyütmür, əksinə onları milli şüurdan məhrum edir. Rəqs etmək bacarığı olan Azərbaycan türk oğlanları və qızları farslar, kürdlər kimi rəqs edirlər. Onlar kürdlər kimi geyinir, kürd mahnılarına oynayırlar. Bu, həqiqətən də biabırçılıqdır. Oğlanların əksəriyyəti düşük və arvadfason oynayır.

Seriallarda Azərbaycan kişisinin, Azərbaycan qadınının, ümumiyyətlə Azərbaycanın Türk ailələrinin yaşayış tərzi çox xoşagəlməz şəkildə bir mövzu kimi əsas götürülərək çəkilir və nəin ki, Azərbaycan ictimaiyyətinə, hətta Dünya ictimaiyyətinə təqdim edilir. Xaricilər də bizə baxıb lağ edirlər. Bunun da səbəbkarı və baiskarı yenə də bizik, özündən xəbərsiz olan Azərbaycan türkləri...

İnsan alveri çox utancvericidir. Bunu edənlər və satılan qadınlar heç də təmiz Azərbaycan Türk qadınları deyildirlər, xeyr, Allah eləməsin. Oğuz qadınları bu ədəbsiz əməlin sahibi olmazdılar. Onlar daima Oğuz kişiləri kimi at belində olar, ox atar, qılınc oynadar və igidlərlə güləşər, yarışardılar. Bunlar həmin qanıqarışıq qadınlardırlar ki, müxtəlif Ərəb ölkələrinə aparılır. Onlar “Azərbaycan Türk qadının”-ın adını batırır. Qara, varlı ərəb şeyxləri də haradan bilsinlər ki, bunlar “Azərbaycan Türk qadını” deyil, vaxtı ilə, Azərbaycana gətirilmiş zir-zibillərin tör-töküntüləridirlər. Yalnız murdardırlar.
Bir tərəfdən də Narkomaniya-Ağ ölüm Azərbaycanımızı başına alıb. Cavanların çoxu bu axmaq vasitənin aludəçisinə çevrilərək özlərini bədbəxt etmişdirlər.

At çapırdıq, xain başı kəsirdik, amma indi quşbaz, xoruz döyüşdürən, it boğuşduran, meyxana deyən, qəzəlxan olmuşuq.
Suriyaya, İraqa “Cihad etmək” üçün gedən bəzi gənclərimizin beyni zəhərlənmişdir. Onların Universitetdə oxumaq, yaxşı ailə başçısı olmaq kimi şansları olduğu halda, bu xoşagəlməz yollara düşdülər. Səudiyyə Ərəbistanı şeyxlərinin və İran mollarının, ayətullahlarının boş-boş fətvaları ilə, Azərbaycanımızda əqidədə salamat olmayan bəzi dindarları yerlərindən oynadırlar.

Ləhcəmizdədə çox xoşagəlməz sözlər vardır ki, onları eşitməkdənsə, eşitməmək daha məqsədə uyğundur. Leksionumuzda bu gülünc sözlərin olması qalsın bir kənara, hələ bizdə elələri tapılar ki, yurdumuzda azərbaycan türkü ola-ola öz soydaşları ilə rusca danışır. Azərbaycanda rus dilində danışan, özünü göstərən inteligentlər vardır ki, onlar zahirən var, daxilən heç nədirlər. Çünki, milli şüurdan, milli kimlikdən məhrum olmuş insanlardırlar. Bu, onların günahı deyil. Sonra Türkiyə-Anadolu ləhcəsi ilə danışan başıpozuqlarımız vardır. İndi də Türkiyə vasitəsilə “Pantürkist”, “Bozqurdçu”, “Ülküçü”, “Millətçi”, “Turançı” olmuşuq. Görün, biz nə gündəyik ki, özümüzü tanımağı başqalarından öyrənirik. Ey Azərbaycan türkləri! Siz “Türk” olduğunuzu Türkiyə vasitəsilə deyil, öz düşüncələrinizlə, ululularımızın keçmişini oxumaqla, Dədə Qorqud dastanını vərəqləməqlə, öz yurdunuzun başbilənlərinin vasitəsilə anlayın və dərk edin. Başbilənlərimizin çoxu XX əsrin əvvəllərində, ortalarında bizləri oyatmaq istədilər, amma oyanmadıq. Onlar Həsən bəy Zərdabi, Abbas Səhhət, Abdulla Şaiq, Firudin bəy Köçərli, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Əliəkbər Sabir, Ömər Faiq Nemanzadə, İsmayıl Şıxlı, İlyas Əfəndiyev və Bəxtiyar Vahabzadə kimi Azərbaycanın əsl Türk mücahidləri idilər. Allah hamısına rəhmət etsin, amin! Onlar daima “Vətən, Millət, Dövlət” prinsipləri uğrunda çalışdılar. Bu irsi bizim üçün qoyub getdilər. Amma biz bu irsi qoruya bilmədik! “Vətən, Millət, Dövlət prinsipləri uğrunda çalışılması”, “Azərbaycan türklərinin özünə milli qayıdışı və özünü tanıması” “Azərbaycanın qədim dövlətçilik və dədə-baba adət-ənənələrinin müdafiə olunması”, “Qədim və müqəddəs mədəniyyətimizin yaddan çıxarılmaması”, “Milli-mədəni və əxlaqi-mənəvi dəyərlərimizin qorunması” və “Maariflənmək” həmin irsin gözəl nümunələri idi. Çox təəssüflər olsun ki, bunlara əməl edə bilmədik, Dədə Qorquda naxələf övlad olduq.

Amma yenə də ümidimizi itirməməliyik. Azərbaycan Türk-Oğuz yurdudur. Bir gün gələcəkdir ki, adlarını sadaladığım və bizi narahat edən bu xoşagəlməz hallar, iyrəncliklər məhv olacaqdır. İnşallah ki, Azərbaycanımız Tanrımızın mübarək nuru ilə işıqlanacaq, Azərbaycan türkləri yenidən özlərinə qayıdaraq bu yurdda at oynadıb, qılınc vuracaq, ox və nizə ataraq müqəddəs ulularımızın ruhunu şad edəcəklər, amin!

Ərtoğrul Bayat




loading...




SON XƏBƏRLƏR
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi - (III YAZI)
"Hoçaz çayının səsi indi də qulağımdadır" - Ərşad Hüseynov
Bir gecədə məşhurlaşan müğənnidən daha bir maraqlı mahnı: "Qaytar qoyunları..." - VİDEO
Araz Türk Cümhuriyyəti hansı zərurətdən yarandı?
"Beşikdaş"ı qardaş klub seçib, onun izi ilə gedəcəyik" - QURBAN QURBANOV
AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib
“Hərbi xidmətdə olmamışam” – Əli Həsənovun nəvəsinin məhkəməsi
İranlı xanəndə Azərbaycan türklərini təhqir etdi - VİDEO
Xəyal Əhmədov: "Yarışlarda Azərbaycanın bayrağını ucaltdığım üçün qürur duyuram"
MTN GENERALI MƏHKƏMƏDƏ ELDAR MAHMUDOVUN ŞOK CİNAYƏTİNİ AÇIQLADI
Nazir: “Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?”
Qarabağ əlili nazir müavini təyin edilsin! - Deputatdan təklif
Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın etirazına cavab verib
Yağış və qar yağacaq, bəzi yollar buz bağlayacaq -XƏBƏRDARLIQ
Jurnalist Natiq Qədimov dəfn olunub - FOTO
Gələn il orta aylıq əməkhaqqı 4 faizədək artacaq - NAZİR MÜAVİNİ
Prezident NATO-da Qarabağ problemini qaldırdı
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anım günüdür
"Qarabağ"ın əziyyətinə heyfim gəldi" - Elmar Məmmədyarov
RUSİYA, İRAN VƏ TÜRKİYƏ LİDERLƏRİ SURİYA İLƏ BAĞLI BƏYANAT QƏBUL ETDİLƏR
"Qırmızı vərəqə çox vaxt hansısa oyunçunu sındıranda verilir" - Qurban Qurbanov
Şenol Günəş “Qarabağ”ın oyununa gəlib
Azərbaycanda neçə min erməni yaşayır? - RƏSMİ RƏQƏM
İşləməyən köçkünlərin pulu niyə kəsilib? - Rəsmi açıqlama
Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib
Ərdoğan: "Qarabağ münaqişəsini yalnız Rusiya həll edə bilər"
İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşəcək
Fransalı mer Alfortvile və işğal altında olan Laçın şəhəri arasında qardaşlaşmanı pisləyib
Böyük turançı: İsmayıl Ənvər Paşa — Bu gün onun doğum günüdür
Niderlandda Qarabağa səfərlər təşkil edən Booking.com saytına qarşı kampaniya başlayır