Qarabag Media
Haqqımızda Əlaqə

“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyəti" layihə qalibi olub


Tarix:13-11-2017, 13:30 Baxış Sayı:46 Kateqoriya:Manşet / Cəmiyyət

“Əlillərin Beynəlxalq  Əməkdaşlığı Uğrunda Cəmiyyəti" layihə qalibi olubƏlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda Cəmiyyəti (ƏBƏU) “Yardımlı rayonunda uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə “Günərzi Qayğı Mərkəzinin yaradılması və fəaliyyəti” adlı layihənin qalibi olub.

Karabakhmedia.az xəbər verir ki, bu barədə Versus.Az-a Qadın Əlillər Cəmiyyətinin rəhbəri Məhluqə Qəhrəmanlı bildirib.Onun sözlərinə görə, bu layihəyə “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” Prezidentin Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait çərçivəsində başladılıb.

Verilən məlumata görə, Yardımlı rayonunda yaradılan Günərzi Qayğı Mərkəzində (GQM)3-12 yaş arası çətin həyat şəraitində olan 30 uşağa gün ərzində sosial xidmətlər göstərilir və onların bacarıqlarının inkişafı üçün təlimlər keçirilir. GQM-nə cəlb olunan uşaqlar gündə 2 dəfə yeməklə və yataqla təmin edilirlər. GQM-də uşaqların təlim-tərbiyəsi və fərdi inkişafı ilə 16 nəfər işçi heyət məşğul olur. Günərzi Qayğı Mərkəzində məktəbəqədər (3-6 yaş arası) və məktəb yaşlı (7-12) uşaqlardan ibarət iki qrup yaradılıb. Uşaqların qavrayış və fiziki inkişafı, sosial uyğunlaşması üçün müvafiq məşqələlər təşkil edilib. Onlara gündəlik həyat vərdişlərini aşılamaq, koqnitiv bacarıqlarını inkişaf etdirmək üçün interaktiv dərslər keçirilib.

Layihə çərçivəsində Yardımlı rayonu ərazisində valideynlərlə söhbətlər aparılıb, təlimlər keçirilib və onlaın problemlərinin həlli üçün dövlət orqanları ilə əlaqə yaradılıb, bununla da 29 uşağın internat evlərinə yerləşdirilməsinin qarşısı alınıb. 37 uşağın valideyni isə ailə vəziyyətləri cətin həyat şəraitində olduğu üçün uşaqlarının Yardımlı rayon GQM-nə götürülməsinə dair yazılı müraciət ediblər. Layihə meneceri, ƏBƏU-nun icraçı direktoru Firuzə Babyeva işçi qrupunun dəstəyi ilə ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə Günərzi Qayğı Mərkəzinin inkişaf prespiktivləri haqqında davamlı olaraq müzakirələr təşkil edir, əhali arasında maarifləndirilmə işləri aparılır. Müzakirələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi, QHT və KİV nümayəndələri, əlilliyi olan şəxslərin təşkilatları iştirak edərək, rəy və təkliflər verilib.

“Əlillərin Beynəlxalq  Əməkdaşlığı Uğrunda Cəmiyyəti" layihə qalibi olub

“Əlillərin Beynəlxalq  Əməkdaşlığı Uğrunda Cəmiyyəti" layihə qalibi olub


Karabakhmedia.az




loading...




SON XƏBƏRLƏR
Mühacir Azərbaycan Türk aydınlarının milli tarixi-fəlsəfi irsi - (III YAZI)
"Hoçaz çayının səsi indi də qulağımdadır" - Ərşad Hüseynov
Bir gecədə məşhurlaşan müğənnidən daha bir maraqlı mahnı: "Qaytar qoyunları..." - VİDEO
Araz Türk Cümhuriyyəti hansı zərurətdən yarandı?
"Beşikdaş"ı qardaş klub seçib, onun izi ilə gedəcəyik" - QURBAN QURBANOV
AzTU-da Milli Qəhrəmanın anım tədbiri keçirilib
“Hərbi xidmətdə olmamışam” – Əli Həsənovun nəvəsinin məhkəməsi
İranlı xanəndə Azərbaycan türklərini təhqir etdi - VİDEO
Xəyal Əhmədov: "Yarışlarda Azərbaycanın bayrağını ucaltdığım üçün qürur duyuram"
MTN GENERALI MƏHKƏMƏDƏ ELDAR MAHMUDOVUN ŞOK CİNAYƏTİNİ AÇIQLADI
Nazir: “Niyə əlillərin deputatlığa namizədliyi irəli sürülmür?”
Qarabağ əlili nazir müavini təyin edilsin! - Deputatdan təklif
Fransa Xarici İşlər Nazirliyi Azərbaycanın etirazına cavab verib
Yağış və qar yağacaq, bəzi yollar buz bağlayacaq -XƏBƏRDARLIQ
Jurnalist Natiq Qədimov dəfn olunub - FOTO
Gələn il orta aylıq əməkhaqqı 4 faizədək artacaq - NAZİR MÜAVİNİ
Prezident NATO-da Qarabağ problemini qaldırdı
Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylinin anım günüdür
"Qarabağ"ın əziyyətinə heyfim gəldi" - Elmar Məmmədyarov
RUSİYA, İRAN VƏ TÜRKİYƏ LİDERLƏRİ SURİYA İLƏ BAĞLI BƏYANAT QƏBUL ETDİLƏR
"Qırmızı vərəqə çox vaxt hansısa oyunçunu sındıranda verilir" - Qurban Qurbanov
Şenol Günəş “Qarabağ”ın oyununa gəlib
Azərbaycanda neçə min erməni yaşayır? - RƏSMİ RƏQƏM
İşləməyən köçkünlərin pulu niyə kəsilib? - Rəsmi açıqlama
Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib
Ərdoğan: "Qarabağ münaqişəsini yalnız Rusiya həll edə bilər"
İlham Əliyev Brüsseldə NATO-nun baş katibi ilə görüşəcək
Fransalı mer Alfortvile və işğal altında olan Laçın şəhəri arasında qardaşlaşmanı pisləyib
Böyük turançı: İsmayıl Ənvər Paşa — Bu gün onun doğum günüdür
Niderlandda Qarabağa səfərlər təşkil edən Booking.com saytına qarşı kampaniya başlayır