Qarabag Media
Haqqımızda Əlaqə

“Muğam dünyası” layihəsi çərçivəsində tədbir təşkil olunub


Tarix:4-11-2017, 20:07 Kateqoriya:Manşet / Mədəniyyət

“Muğam dünyası” layihəsi çərçivəsində tədbir təşkil olunub“Muğam dünyası” adlı layihəsi çərçivəsində BDU-da Milli ahəngimiz adlı konsert proqramı tədbiri təşkil olunub.

Karabakhmedia.az xəbər verir ki, Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov “Muğam Dünyası” layihəsinin təşəbbüskarlarını salamladı tədbirini yüksək qiymətləndirildiyini vurğulayıb.

Azərbaycanda dövlət müstəqilliyinin bərpasından sonra, xüsusən 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyevin respublikamızda siyasi rəhbərliyə qayıdışı ilə milli-mənəvi dəyərlərin dirçəlişinə, iqtisadiyyatın, sosial sahələrin inkişafına güclü stimul verilmiş. “Muğam Dünyası” sosial şəbəkəsinin təşəbbüskarı, layihə rəhbəri Nicat Müslümov çıxış edərək qeyd edib Bakı Dövlət Universitetimin rəhbərliyinə dərin təşəkkürünü bildirdi Daha sonra layihə rəhbəri çıxış edərək qeyd edib ki – Ümummilli liderimiz Heydər Əliyev daim musiqi, balet, teatr, kino sahəsində uğur qazanan istedadların ölkədən kənarda tanınması üçün məqsədyönlü tədbirlər həyata keçirirdi.

Tanınmış sənət adamlarının tarixi yubileyləri təntənəli gecələr də milli mədəniyyətimizin tarixinə yazılan uğurlu hadisələr sırasına daxil olub. Ümummilli liderin davamçısı Prezident İlham Əliyev cənabları və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan musiqisinə çox yüksək dəyər verir, o cümlədən muğam sənətinin dünya miqyasında tanınmasında mühüm rol oynayır. Hər iki ildən bir Heydər Əliyev Fondunun dəstəyi ilə Muğam Televiziya Müsabiqəsi keçirilir və hər dəfə bu müsabiqədə 7-8 nəfər yaxşı xanəndə yetişir. Bu, Azərbaycan Muğamının əldə etdiyi uğurdur.

“Muğam Dünyası” sosial şəbəkəsinin təşəbbüskarı, layihə rəhbərinin müavini Leyli Hüseynova çıxış edərək qeyd edib ki, – Bu ilin iyulun 2-də Azərbaycanda sosial şəbəkələrdə “Muğam Dünyası” qrupunu yaratdıq. Bir neçə dostlarla elə yarandığı gündən fəaliyyətə başladıq. Niyyətimiz Azərbaycanda və Azərbaycandan kənarda olan muğamsevərləri bir araya gətirməkdir. Bir növü könüllü olaraq dəstək vermək istəmişik ölkəmizə. Məqsədimiz sülhə, əməkdaşlığa, dostluğa xidmət edən bu möhtəşəm milli muğamı mədəniyyətimizə dəstək olaraq təbliğ etmək, töhfə verməkdir. Bildiyiniz kimi, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib. Tədbirdə çıxış edən “Muğam Dünyası” , layihəsinin Bakı Dövlət Universiteti üzrə rəhbəri Rəqsanə Əsədova Muğamın , məqsəd və məramlardan danışıb. – “Muğam Dünyası” qrupu olaraq Azərbaycan gənclərini vətənəpərvər görmək istəyirik. Orta və ali məktəb uşaqlarını Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, imkanları haqqında maarifləndirmək də məqsədlərimizdən biridir. Bayram konsertləri, dövlət əhəmiyyətli və tarixi günlərdə dəyirmi masa və konfranslar və s. tədbirlər, layihələr həyata keçirmək də gənclərə öz bilik və bacarıqlarını, təbii potensiallarını artırmalarına və ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmələrinə şərait yaradacaq.

Muğam Dünyası” , layihəsinin Koordinatoru Günel Quliyeva Biz də özümüzə bir azərbaycanlı gənci kimi borc bilib könüllü olaraq “Muğam Dünyası” qrupunu yaratdıq ki, muğamımızı nəinki Azərbaycanda, ölkəmizdən kənarda təbliğ edək. 31.000 min üzvü “Muğam Dünyası” qrupunu sosial şəbəkədən izləyən var .Bizim “Muğam Dünyası” qrupumuz Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, turizm imkanları, İslam sivilizasiyasının inkişafına verdiyi töhfələr, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və torpaqlarımızın 20 faizinin ermənilər tərəfindən işğalının acı nəticələri haqqında hərtərəfli məlumatlandırmaq məqsədi daşıyır. Səhifəmizdə Azərbaycan muğam sənətinin vacib tərkib hissəsi kimi Qarabağ muğam məktəbinin özünəməxsus üslubu və ənənələri haqqında ətraflı məlumatlar öz əksini tapır.

“Muğam Dünyası” , layihəsinin könüllüləri tədbirdə iştirak edirdilər. Sonra incəsənət ustaları Rəqsanə Əsədova , Güler Babayeva , Ceyhun Qənbərov, Elşən Məmmədov , Vokalist Günel Həsənzadə , Asim Abbasov , Nərgiz Məmmədova , Pianist Rəhimə Qurbanova , Polad Heydərov ,Kanon Zinyət Rəhimli ,Tar Faiq Yusifli , Kamança Ilqar Kərimov. Nağara Rafiq Fuadoğlu ,Anar Vəlizadə , Xəqani Niftəliyev , Xaliq Şərifov ,Eldəniz Əsədov müxtəlif Vətənə, Sülhə, Anaya. Mahnilar oxundu,. tədbir münasibətilə keçirilən tədbiri rəngarəng konsert proqramı ilə davam etdiriblər. sonda xatirə şəkili çəkdirildi.

Karabakhmedia.az










SON XƏBƏRLƏR
Paşinyan ağalarının Qarabağ xəbərdarlığından hansı nəticələri çıxaracaq?
Kayseridə Xocalı abidəsi açıldı
Koalisiya qüvvələri Suriyada məscidə zərbə endirib, 16 nəfər ölüb
Buraxılış və qəbul imtahanlarının yeni modeli: dəyişən nədir?
Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram! — Xəlil Rza Ulutürkün doğum günüdür
Ermənilər Laçının Mirik kəndində arxeoloji qazıntı işləri aparır — FOTO
Azərbaycan əsgəri şəhid oldu — VİDEO
HÜSEYN CAVİD İNSAN HAQQINDA - III YAZI
Azərbaycanın sabiq nazir aparıcılığa başladı — VİDEO
400 il bundan əvvəl batmış gəmi tapılıb- Portuqaliyada
Qaxda yola çıxan at qəzaya səbəb olub, bir qadın xəsarət alıb - FOTO
Prezidentliyə namizəd Salome Zurabişvili xalqa azərbaycanca müraciət etdi - VİDEO
ABŞ-da Araz Ağalarovun hesablarını bağladılar
İlham Əliyev: "Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq"
SOCAR bu zavodu bizə qazandırıb - Ərdoğan
“Star” zavodunun açılış mərasimi keçirilir - CANLI YAYIM
Azərbaycan Türk fəlsəfəsindən yarpaqlar: SEYİD ƏZİM ŞİRVANİ -III YAZI
Türkiyədəki diaspor təşkilatlarının rəhbərləri Azərbaycana gəliblər
Əsəd tərəfdarları ilə İranyönlü qüvvələr bir-birinə girib, xeyli sayda ölü və yaralı var
Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları
Azərbaycan Prezidenti Türkiyəyə işgüzar səfərə gedib
Azərbaycanın İsveçrəsi...
Talesiz general qardaşların kədərli sonu - ARAŞDIRMA
Axar.az saytı 5 yaşını qeyd edir
Badamdar sürüşmə zonasında yeni çatlar yaranıb
Dollar yenə bahalaşacaq - ABŞ hərəkətə keçir
"Kənd təsərrüfatında intensiv inkişafın əsası" mövzusunda yekun tədbir keçirilib - FOTO
Rəşid Mahmudov əməliyyat olundu
Azərbaycanda müəllim işləmək istəyənlərin sayı 3 dəfə artıb
Keçmiş nazirlər nə işlə məşğuldur? – Özləri danışdı