Qarabag Media
Haqqımızda Əlaqə

Məşhur yazar: “Fədayənin fədakarlığı və “Qoca” sevgisi mənə ilham verdi” - MÜSAHİBƏ


Tarix:3-11-2017, 14:13 Kateqoriya:Manşet / Müsahibə

Məşhur yazar: “Fədayənin fədakarlığı və “Qoca” sevgisi mənə ilham verdi” - MÜSAHİBƏ

Müğənni Fədayə Laçının “Qoca” ləqəbi ilə tanının kriminal avtoritet Etibar Məmmədovun həbsdən qaçmasında vasitəçi olması, onlar arasındakı sevgi münasibəti və davamında baş verən hadisələr medianın əsas müzakirə mövzusudur. Eləcə də bu xəbərlər ən çox oxunan yazılar sırasındadır. Lakin bu hadisənin əsas xəbərə çevrilməsi birmənalı qarşılanmır. Kriminal avtoritetlə müğənninin münasibətinin sevgi dramı kimi təqdimatı tənqid hədəfinə tuş gəlir.
Məşhur yazar: “Fədayənin fədakarlığı və “Qoca” sevgisi mənə ilham verdi” - MÜSAHİBƏ

Fikirlərin haçalandığı bu mövzu ətrafında yazar Qan Turalı Publika.az-ın suallarını cavablandırıb.

- Müğənni Fədayə Laçın və “Qoca” ləqəbi ilə tanının Etibar Məmmədov məsələsi son günlərin ən çox müzakirə edilən mövzusudur. Baxmayaraq ki, bu günlərdə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov böyük bir uğura imza ataraq FİDE reytinq cədvəlində erməni Levon Aronyanı qabaqlayıb ikinci yerə yüksəldi. Bu, Azərbaycan tarixində bir ilk idi, amma üzərindən sükutla keçildi. Aprel şəhidləri ilə bağlı müzakirələr sanki elə o tarixdə qalıb, onlara indi diqqət ayıran demək olar ki, yoxdur. Sizcə, bunun səbəbi nədir?

- Düşünmürəm ki, Fədayə və “Qoca” məsələsini gündəmdə saxlayan mediadır. Medianın işi bu cür məsələlər barədə xəbər verməkdir. Bu xəbərə tələbat var və odur ki, bununla bağlı davamlı məlumat verilir. Üstəlik, “Qoca” məsələsində bir süjet xətti var - o qaçıb, axtarışı ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib və s. Düşünürəm ki, bu cür xəbərlərin mediada olmağı çox normaldır. Şəhriyara gəldikdə isə, onun reytinq cədvəlində yüksəlməsini həqiqətən böyük uğur hesab edirəm. Şahmatda sistem dəyişib. Azərbaycan şahmat məktəbinin Harri Kasparov kimi bir nümayəndəsi var. O, yəhudi və erməni əsilli olsa da, Bakı şahmat məktəbinin yetirməsidir. Müasir dövrdə yetişən Şəhriyar isə mənimlə yaşıddır. Onun uğuru müstəsna hadisədir. Lakin gəlin səmimi olaq. Ölkə əhalisinin 1 faizi şahmat oynaya bilirsə, insanlar bu uğuru necə müzakirə edə bilər? Aprel hadisələrində isə sizinlə razılaşmıram. Düşünürəm ki, aprel hadisələrinin həm işıqlandırılması, həm də oxunması bu son hadisələrdən daha çox rezonans doğurmuşdu. Bu da normal idi, çünki ölkənin bir sıra bölgələrinə cəbhədən şəhidlər gəlmişdi. Son illərin ən görkəmli hadisəsi idi. Fədayə məsələsinin gündəmdə qalmasına təəccüblənməməliyik. Çünki burada bir eşq dramı, şou-biznes, kriminal dünya məqamları var. Bu, tam bir kinomatoqrafik, ədəbi hadisədir. Düşünürəm ki, Fədayənin bu addımında çox böyük fədakarlıq nümunəsi mövcuddur. Ucuzlaşan, mərhəmətlik duyğusu itən, müqəddəsliyi azalan dünyada Fədayə hər birimizə insanın sevdiyi uğrunda hansı fədakarlıqlara imza ata biləcəyini göstərdi.

- Sevgi və kinomatoqrafiya məsələsinə qayıdacağıq. Bir məsələ var ki, oxucular bu mövzunu gündəmdə saxlamaq, tərəfləri qəhrəmanlaşdırmaqda medianı günahlandırır. Sizcə, media bu cür məsələlərdə necə davranmalıdır?

- Mediamız bir çox məsələlərdə korrekt davranmır. Məsələn, kriminal avtoritetlərlə bağlı məqalələrə bizim mediada çox geniş yer verilir. Hətta rəhbəri olduğum saytda da bu cür yazılar gedib. Bu adamları müəyyən dərəcədə qəhrəman hesab edirlər. Düşünmürəm ki, kriminal avtoritetlərin nüfuz qazanmasının səbəbi mediadır. Çünki media avtoritetlərdən yazmadığı dövrlərdə də onlar məşhur idilər. Onlar hamısı cinayət törətmiş insanlardır. Bu cür insanların cəmiyyətdə qəhrəmanlaşdırılması yolverilməzdir. Bugünkü mövzumuza gəldikdə medianın onları qəhrəmanlaşdırması meylini görmürəm. Adam həbsdən qaçıb, ağır cinayətdə ittiham olunubsa, burada hansı qəhrəmanlaşdırmadan danışıla bilər? İnsanların mediaya yönəlmiş aqressiyasını qeyri-ciddi hesab edirəm. Çünki media heç kimi qəhrəmanlaşdırmadı, sadəcə hadisəni yaydı və bir çox hallarda rəsmi məlumatlara istinad olunmuşdu. Hüquq-mühafizə orqanları tərəfindən verilən məlumatlarda da bu cür insanlar qəhrəmanlaşdırıla bilməz.

- Amma onların şəxsi münasibətləri ilə bağlı tez-tez videolar yayılır, əvvəlki müsahibələrdən çıxarışlar verilir.

- Bu cür video və məlumatları yayanlar özləri nə etdiklərini yaxşı bilərlər. Lakin əvvəl o qədər tanınmayan avtoritetin məşhur müğənni ilə münasibəti dünyanın hər yerində xəbər əhəmiyyəti daşıyır. Düşünürəm ki, jurnalistika ilə bağlı bir çox iradlarımız olsa da, bu məsələdə əsaslı iradlara yer yoxdur.

- Bu məsələdə tərəflərin biri cinayətkarlıqda, digəri narkotik vasitələrin satışında ittiham edilir. Amma bu, sevgi dramı kimi müzakirəyə çevrilib...

- Bu ittihamın özünün nə qədər əsaslı olduğunu da bilmirik. Hesab edirəm ki, bu, bir sevgi dramıdır. Bu, nəinki media üçün xəbərdir, maraqlı bir filmin ssenarisi ola biləcək hadisədir. Bəzi kinomatoqraf yoldaşlar deyirlər ki, ssenari axtarırdıq, əlimizə hazır ssenari düşdü. Bu, bir həyat hekayəsidir. Həyat hər şeydən əvvəl ən gözəl müəllimdir.

- Bu hadisə Türkiyədə və ya Rusiyada olsaydı, bəlkə də, çoxdan ssenari hazır idi...


- Deməzdim ki, ssenari belə qısa zamanda hazır olardı. Çünki ssenari yaradıcılığı da çətin bir prosesdir.

- Ən azı beyinlərdə bir istiqamət var idi. Bizdə nədənsə belə məqamlara diqqət ayırmır ssenaristlər.

- Ssenari yaradıcılığı aylarla çəkən prosesdir. Ola bilər ki, bu hadisə yazıçı, şairlərə, ssenaristlərə ilham verə bilər.

- Sizcə, ssenaristlər bu hadisəni maraqlı bir film ssenarisinə çevirə biləcəkmi?

- Bu suala mən cavab verə bilmərəm.Təəssüf ki, bizim filmlərin ssenarisi yerli bazara hesablanır. Hesab edirlər ki, yerli bazarda komediya janrı daha effektlidir. Lakin mən bu fikirlə razı deyiləm. Azərbaycanda komediya çəkmək ənənəsi zəifdir. Azərbaycan film tarixində nə zaman yaxşı komediya filmi olub? “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Şərikli çörək” filmləri kimi bədii-estetik səviyyədə komediya filmləri olmayıb. Sovet dövründə məlum ideoloji siyasət çərçivəsində daha çox dramlar çəkilib. Bu gün isə dram janrına çox az yer verilir. Bu cür həyatdan götürülmüş, insanların ürəyinə toxunan ssenarilər yazılmalıdır.

- Siz belə bir addım atmaq istəməzsiniz?

- Böyük məmnuniyyətlə bu mövzuda ssenari yaza bilərəm. Bir yazıçı kimi bu hadisə məni cəlb edir. Səmimi şəkildə deyirəm ki, bu hadisə mənə ilham verib.

- Necə düşünürsünüz, sözügedən hadisədə tərəflərdən biri məşhur müğənni olmasaydı, olay bu qədər gündəmdə qalardımı?

- Şübhəsiz ki, qalmazdı. Gündəm olardı, amma bu qədər də yox. Bir məhkumun mühafizə olunan vaqondan qaçması hadisədir. Fədayə xanımın tərəf olması, məsələni gücləndirdi, ona bir sevgi xətti əlavə edildi. Ölkədə insanların ən çox maraq göstərdiyi iki sahə-kriminal və şou-biznes birləşdi.

- Zaman-zaman müğənnilərin bu cür avtoritetlər, kriminal aləmin nümayəndələri ilə münasibətləri gündəmə gəlir. Sizcə, buna səbəb nədir? Hansı tərəf bu münasibətlərdə daha maraqlıdır?

- Açığını desəm, heç bir sahədə olmadığıma görə konkret deyə bilmərəm. Cinayətkar aləmindəki insanlar da əslində yetərincə məşhurdurlar. Cəmiyyətdə onlar mərdlik, kişilik etalonu kimi qiymətləndirirlər. Hər hansı qadının belə bir kişini sevməsi təəccüblü sayılmamalıdır.

- Söhbətimizin əvvəlində qeyd etdiyiniz məsələyə bir daha qayıdaq. Bu məsələdə Fədayə Laçını qınamaq olarmı? Yoxsa, o sevgisinin qurbanı olub?

- Bu məsələyə əsas qiyməti hüquq mühafizə orqanları verəcək. Çünki bizim bu məsələdə qərar vermək səlahiyyətimiz yoxdur. Lakin heç bir halda insanları qınamağın tərəfdarı deyiləm, xüsusilə də şəxsi məsələlərdə. Bu, onun verdiyi qərardır. Bu hadisə hər bir halda məndə rəğbət doğurur. Bir ziyalı kimi mövqeyimiz budur ki, bu sevgi, fədakarlıq hadisəsidir. Təəssüf ki, bu kriminallaşmış hadisədir. Ümid edirəm ki, Fədayə xanım cəzasını tam şəkildə çəkməyəcək, bir müddət sonra azadlığa buraxılacaq. Azərbaycandakı humanizm prinsipləri bunu tələb edir. Ola bilər ki, məhkəmə onu günahkar hesab etmədi, ya da cəzasının çəkilmiş hissəsini kifayət bilib, azadlığa buraxdı.

Gülxar










SON XƏBƏRLƏR
"Vəzir gəldi ki, bəs, həmin yerləri ermənilər yenə alıb" - Asim Qasımov
NATO-nun qalmaqallı sənədini imzalamağa Ərdoğanı nə vadar etdi?
TÜRKİYƏ XİN RƏHBƏRİNDƏN QARABAĞ AÇIQLAMASI
Həmyerlimiz Pentaqonda yüksək vəzifəyə təyin olunub
Prezidentdən Əlibaba Məmmədovla bağlı - SƏRƏNCAM
Məmmədyarov: “Erməni həmkarımla dünənki görüşümüz kifayət qədər çətin keçdi”
“Azərbaycan-Gürcüstan birgə ali məktəbinin yaradılması ilə bağlı danışıqlar gedir” - Fuad Muradov
Ukraynanın NATO-ya qəbul olunmasının şərti açıqlandı
Məhəmməd Hadinin 140 illik yubileyi qeyd olunacaq - SƏRƏNCAM
Bakının bu rayonunda yolların yenidən qurulmasına 11,8 milyon manat ayrıldı
İlham Əliyev parlamentin buraxılması haqqında sərəncam imzalayıb, növbədənkənar seçkilərin vaxtı təyin edilib
Bakıda İƏT-in sədri seçilib
Danimarkada azərbaycanlı gənc 12 saniyəyə rəqibini məğlub etdi
Konstitusiya Məhkəməsi Prezidentin sorğusu ilə bağlı QƏRAR qəbul edib
Bakıda bu məktəblər qalib elan olundu - SİYAHI
“Bunu etsələr, ölkəyə gətirilən ikinci əl avtomobillərin qiyməti baha olacaq...” - Ərşad Hüseynov
Azərbaycan-İran sərhədində silahlı insident baş verib
Zakir Həsənov cəbhəboyu zonada yerləşən hərbi hissələrdə
Azərbaycanda qatar maşınla toqquşdu: ölənlər var
İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış olub
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması sədrinin Brüsselə səfəri başlayıb
Azərbaycan və Türkiyə arasındakı yeni hava dəhlizi “Dostluq dəhlizi” adlandırılıb - VİDEO
Güney azərbaycanlı gənc rejimin qüvvələri tərəfindən ailəsinin gözünün qarşısında öldürülüb – Təbrizdə
Paşinyan Məmmədyarovla görüşdən əvvəl Mnatsakanyana nə deyib?
Misir Mərdanov deputat olmaq arzusunu gizlətmədi – “Mən namizədliyimi verə bilərəm”
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
Putinin gizli qatarı ilk dəfə görüntüləndi – VİDEO
“Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm” - BDU-nun rektoru
Lavrov: "Qarabağ icmaları arasında təmaslar bərpa olunmalıdır"
Meşədə asılmış qadın meyiti tapıldı